Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə12/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

İntonasiya. İfadəli oxuyan şəxsin mətndəki obrazlara, hadisəyə münasibəti dinləyiciyə intonasiya vasitəsilə aydın olur. İfadəli oxuyan şəxs ayrı-ayrı sözlərə, fikrə təsirli hissi bildirmək üçün intonasiyadan istifadə edir.
İntonasiyaya aşağıdakılar daxildir:
Səs. Səsin qüvvəsi ucalığı, uzunluğu, sürəti, tembri və başqa keyfiyyətləri var. Nitqə ifadəlilik verən də elə budur. Söz tələf­füz edilərkən ciyərlərdən hava buraxılır, hava nəfəs yolları ilə xirtdəyə gəlir, orada səs tellərinin yığılıb açılması nəticəsində zəif səs əmələ gətirir. “Səs bu və ya digər mühitdə yayılıb eşitmə üzvü ilə qəbul olunan və beyində müəyyən təəssürat yaradan rəqslənmədir”[14, s.16].
Səsin gücü. Səsin gücü, həcmi, məlahətli olması emosional rəngarəngliyi çatdırmaqda böyük rol oynayır. Bunun üçün həm səs özü gözəl olmalıdır, həm də onu idarə etməyi bacarmaq lazımdır. Səsin qüvvəsi və ucalığını eyniləşdirmək olmaz. Qüvvə obyektiv, real böyüklüyü bildirir. Səsin müəyyən qüvvəsinə malik olan adam həm bərkdən, həm də zəif səslə danışa bilər.
Səsin ucalığı. Ucalıq isə nitq situasiyasından, oxunan mətndən asılıdır. Səsin ucalığı tonunun dəyişməsi, əvəzlənməsi olub rəqslənmə tezliyindən asılıdır. Səsin ucalığı yüksək orta, alçaq olur. Bəzən səsin ucalığı bir cümlənin içərisində dəyişir. Səs imkan daxilində kifayət qədər gur və xoş avazlı olmalıdır. O bu keyfiyyətlərə ağız boşluğunda yiyələnir.
Melodiklik. Oxu prosesində məqamında səsin yük­səlməsi, alçalması oxuya musiqililik, incəlik, yumşaqlıq gəti­rir.
Sürət. Məzmuna uyğun olaraq oxunu tezləşdirmə və ya ləngitmə bacarığıdır.
Ritm. Hecaların ahəngdar şəkildə(qısa, uzun hecalar və s.) əvəzlənməsidir.
Diksiya. Səsləri düzgün və aydın tələffüz etmək, yerində nəfəs almaq və s. Danışıq üzvlərinə sahib olmaq, ciddi təkrar tələffüz diksiyanı təmin edir.
İfadəli oxu bacarığının yaradılması müəllimin peşə hazırlı­ğından çox asılıdır. Bununla belə aşağıdakı şərtlər mütləq nəzərə alınmalıdır:

  • Müəllim ifadəli oxunun nəzəri əsaslarını bilməlidir.

  • İfadəli oxu üzrə iş sistemli aparılmalıdır.

  • İfadəli oxudan əvvəl izahlı oxu təşkil edilməlidir.


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin