Maqnitofon, qələm, pozan, marker,yapışqan, qayçı və s.
Mus.:2.1.4
Motivasiya. Xalq mahnısından bir parça səsləndirilir. Müəllim:
- “Mən arifəm, işarədən qanaram”- ifadəsini necə başa düşürsünüz?
Oyun aparılır. Uşaqlar bir-birinə verəcəkləri hədiyyənin adını him-cimlə izah edirlər. Hədiyyənin adını tapan öz növbəsində başqa birisinə vermək istədiyi hədiyyəni jest və mimika ilə təsvir edir.
Tədqiqat sualı: Hansı hallarda işarə etmək, jestlə danışmaq lazım ola bilər?
Tədqiqatın aparılması: Mətn oxunur. Təhlil olunur. “Dilarə”, “Ağa və nökər” əsərləri müqayisə edilir.
Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər müxtəlif fikirlər söyləyirlər, bir-birinin fikirlərini dinləyirlər.
Nəticə: Hər hansı bir iradı hamının yanında demək etik qaydalara ziddir.
Ev tapşırığı: Dərslik, səh.65, tap.2.
Qiymətləndirmə: Oyun və müzakirə əsasında aparılır.
“İki dost” (2 saat)-1-ci saat