Danışıq prosesində müvafiq jest və mimikalardan istifadə edir.
1.2.4
Mətndə qarşılaşdığı yeni sözlərdən nitqində istifadə edir.
2.1.3
İş forması
Üsullar
Resurslar
İnteqrasiya
böyük qrup
əqli hücum, rollu oyun, müzakirə
Maqnitofon, qələm, pozan, marker,yapışqan, qayçı və s.
Mus.:2.1.4
Motivasiya. Xalq mahnısından bir parça səsləndirilir. Müəllim:
- “Mən arifəm, işarədən qanaram”- ifadəsini necə başa düşürsünüz?
Oyun aparılır. Uşaqlar bir-birinə verəcəkləri hədiyyənin adını him-cimlə izah edirlər. Hədiyyənin adını tapan öz növbəsində başqa birisinə vermək istədiyi hədiyyəni jest və mimika ilə təsvir edir.
Tədqiqat sualı: Hansı hallarda işarə etmək, jestlə danışmaq lazım ola bilər?
Tədqiqatın aparılması: Mətn oxunur. Təhlil olunur. “Dilarə”, “Ağa və nökər” əsərləri müqayisə edilir.
Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər müxtəlif fikirlər söyləyirlər, bir-birinin fikirlərini dinləyirlər.
Nəticə: Hər hansı bir iradı hamının yanında demək etik qaydalara ziddir.
Ev tapşırığı: Dərslik, səh.65, tap.2.
Qiymətləndirmə: Oyun və müzakirə əsasında aparılır.
“İki dost” (2 saat)-1-ci saat