ZƏRBƏ DALĞASI –partlayış mərkəzindən ətrafa çox yüksək sürətlə yayılan bərk sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının yaranmasına səbəb partlayış mərkəzindəki yüksək təzyiqdir. Nüvə partlayışının ilk anından sonra havada şar şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində şarı əhatə edən hava sərhəddində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları sürətlə genişlənərək məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə havada zərbə dalğası yaranır. Partlayış mərkəzinin bilavasitə yaxınlığındakı zərbə dalğasının sürəti səsin havada yayılma sürətindən bir neçə dəfə artıq olur. Partlayış mərkəzindən uzaqlaşdıqca sürət tezliklə azalır, zərbə dalğası da zəifləyir.
Zərbə dalğasının zədələyici təsiri izafi təzyiq ilə təyin olunur. İzafi təzyiq - yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. İzafi təzyiq – səthin hər kvadrat santimetr sahəsinə düşən ağırlıq ilə - kiloqram-qüvvə (kqq/sm2) - ifadə olunur və KPa (kilopaskalla) ölçülür. Zərbə dalğasının insanlara təsiri - bilavasitə və dolayı ola bilər. Bilavasitə təsiri zamanı havanın təzyiqinin ani qalxması nəticəsində kəskin zərbə kimi qəbul edilir və sınıqlara, daxili orqanların zədələnməsinə və qan damarlarının partlamasına səbəb olur. Dolayı təsir nəticəsində insanlar binaların və qurğuların qırılmış parçaları ilə, daşlarla, ağaclarla, şüşə qırıqları ilə və digər əşyalarla zədələnə bilərlər.
İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı növlərə bölünür: