Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə13/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   9   10   11   12   13   14   15   16   ...   68
dis anar (1)

məqalədə bədii əsərin ideyası, sənətkarın hadisə və şəxslərə münasibəti, ədəbi 
tənqidin vəzifəsi haqqında fikirlərini yazmışdır”
[244, s. 56]. Bəllidir ki, görkəmli 
ədibin “Baği-şah, yaxud Tehran faciəsi” əsəri 1909-cu ilin yanvarında Bakıda 
“Səda” qəzetinin 14-cü, 15-ci, 17-ci və 18-ci saylarında oxuculara çatdırılmışdı. İki 
pərdə, dörd şəkildən ibarət bu faciədə cəmi üç surət var: İranın o vaxtkı rəhbəri 
Məhəmmədəli şah, hərbiyyə vəziri Əmir Bahadır Cəng və həmin ölkədəki çar 
qoşunlarının komandanı polkovnik Lyaxov. Burada əsas mövzu olaraq İranda 
məşrutəçilərin cəzalandırılması, məclisin topa tutulması kimi məsələlər diqqət 
mərkəzinə çəkilmişdi. 
Əsərin dərci ədəbi mühitdə maraq doğurmuş, M.S.Ordubadi bununla əlaqədar 
bir sıra məktublar almışdı. M.S.Ordubadi Bakıda çıxan “Səda” qəzetinin 9 fevral 
1910-cu il tarixli 33-cü sayında verilmiş “Tənqidçilərimizə” adlı məqaləsində bu 
məktublardan ikisinə münasibət bildirmişdi. Tiflisdən İbrahimzadə imzalı müəllif
ədibə göndərdiyi məktubda ona irad tutmuşdu ki, əsərdə obrazların danışığında 
sözlərin şivəsi dəyişilmiş, digər tərəfdən də yalnız şah, əmir və Lyaxovdan söz 
açılmışdır. Niyə digər şəxslərin obrazı yaradılmamışdır?
M.S.Ordubadi həmin məqalədə İbrahimzadəyə xitabən yazırdı: 
“Biz o vaxtlar 
Tehranda olmadıq və fonoqraf makinası qoyub şahın danışdıqları sözlərin şivə və 
üslubunu cəlb və əxz edə bilmədik ki, sizin hüzurunuza göndərməklə başı uca olaq.
Əvvəla, Baği-şahın söhbətləri, necə ki, hökumətin rəsmi lisanı farsca olmuş, 
mən yazdıqlarım isə türkcədir. İkinci, mənzurum Baği-şahın və Tehranın şurişini, 


29 
vəziyyətini yazmaq deyil idi, çünki həmin hadisələr teleqramlar və qəzetə 
müxbirlərinin qələmləri vasitəsi ilə dünyanın hər tərəfində məlum olmuşdur. Mənim 
qəsdim şahın məzacındakı mütərərəddid olan istiqaməti göstərmək və o cəbanəti və o 
cəbanətdən hasil olan şiddəti-iztirabını bildirmək idi. Üçüncü, şahın dərbarında
adam çox olduğuna heç şəkk yoxdur. Ancaq onları yazmağa iki maneə var idi. Birisi, 
əsərimizi teatro surətindən çıxarıb roman və tarix şəklinə salması, biri də qələmin 
qüdrətinin o qorxulu yerlərə irişə bilməməsidir”
[196, s.311-312]. 
Yuxarıdakı parçada M.S.Ordubadinin bədii yaradıcılıq barədə maraqlı düşün-
cələri diqqəti çəkir. Məqalə müəllifi hər şeydən öncə, diqqəti ona yönəldirdi ki, hətta 
real prototiplərə malik bədii əsərdə də təsvirlər, obrazların danışığı sadəcə həyatın 
eynilə təqlidi, “fonoqraf makinası”na köçürülmüş təkrarı olmamalıdır. Digər 
tərəfdən, mövzu üçün seçilmiş həyat materialındakı bütün məqam və surətlərin 
bütövlükdə bədii əsərdə verilməsi imkansızdır. Yazıçı onu düşündürən başlıca 
mətləbin bədii təcəssümünə imkan verən əsas məsələləri diqqət mərkəzinə çəkir.
M.S.Ordubadi həmin məqalədə tənqidçinin ayrı-ayrı ədəbi janrların spesifik təsvir 
imkanlarını da nəzərə almasını vacib saymış, romandan fərqli olaraq dram əsərində 
çoxsaylı obrazların yaradılmasına zərurət olmadığını vurğulamışdır. Əks yanaşma 
əsəri “teatro surətindən çıxarıb roman və tarix şəklinə” salardı. Nəhayət, yazıçı 
“qələmin qüdrətinin o qorxulu yerlərə irişə bilməməsini” deməklə çap hökuməti 
dövründəki senzuranın sərt tələblərinə də işarə etmişdir.
Mirzə Məhəmməd imzalı müəllif isə M.S.Ordubadiyə irad tutmuşdu ki, o, 
“Baği-şah, yaxud Tehran faciəsi” əsərində bütün təqsirləri əmirin boynuna yıxıb, şahı 
təmizə çıxarmışdır. M.S.Ordubadi “Tənqidçilərimizə” adlı məqaləsində bu məsələyə 
də münasibətini bildirmişdi: 
“Mənim qəsdim əmirin şah ilə, şahın əmir ilə olan rəftar 
və münasibətini bildirmək idi.Yoxsa mən mühakiməçi deyiləm”
[196, s.312].
 
Bununla
M.S.Ordubadi demək istəyirdi ki, bədii əsər müəllifi birtərəfli mühakiməçi deyil, o, 
hadisə və obrazları əsaslandırılmış şəkildə təsvir etməlidir, nəticə çıxarmaq və 
dəyərləndirmək isə oxucuların, ədəbi ictimaiyyətin seçim və yanaşmasından asılıdır. 
 
M.S.Ordubadinin yaradıcılığının Naxçıvan dövründə qələmə aldığı “Bizdə 
tənqid” adlı məqaləsi də bu baxımdan maraq doğurur. Bu ədəbi-tənqidi məqalənin də 


30 
yazılmasının özünəməxsus tarixçəsi vardır. Belə ki, şair-publisist Əliqulu Qəmküsar
“Molla Nəsrəddin” jurnalının 05 aprel 1913-cü il tarixli 11-ci sayında (bu zaman artıq 
Ə.Qəmküsar Mirzə Cəlilin dəvəti ilə Tiflisə gəlmişdi və onunla birlikdə jurnalın 
nəşrinə rəhbərlik edirdi) dərc olunmuş “Əliyüngüllük” adlı felyetonunda 
M.S.Ordubadinin “Qanlı sənələr” kitabı barədə istehza ilə belə yazmışdı: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin