43
mənzərəsini qiymətləndirmək üçün də müvafiq material verir. Bütün hallarda o
dövrün ədəbi tənqidi uğur və qüsurları ilə bütövlükdə ədəbiyyatşünaslığımızın
müəyyən mərhələsi kimi öyrənilməyə layiqdir. “Müasir Azərbaycan ədəbi tənqidinin
təşəkkül və inkişaf meylləri” adlı elmlər doktorluğu dissertasiyasında (1997)
ədəbiyyatşünas Şamil Salmanov yazırdı ki, bütün problemləri, mübahisəli cəhətləri
ilə bərabər, 30-cu
illər
“...həm də müasir ədəbi tənqidin yeni təşəkkül mərhələsi
sayılmalıdır”
[176, s.17]. Bu baxımdan həmin illərin Naxçıvan ədəbi mühitində
ədəbi tənqidin mövqeyinə nəzər salmaq da bir sıra məsələləri aydınlaşdırmağa imkan
verir.
Tədqiqat göstərir ki, 1920-1940-cı illərdə Naxçıvanda da ədəbi mühitin yeni
ideoloji prinsiplər əsasında qurulmasına xüsusi fikir verilmiş, müəyyən təşkilatlanma
işləri də aparılmışdır.1920-1930-cu illərdə Naxçıvanda yaşlı
nəslə mənsub
yazarlardan Əli Məhbus, Şeyx Məhəmməd Rəsizadə, Molla Mahmud Çakər və
digərləri ilə yanaşı, Əyyub Abbasov, Əvəz Sadıq,
Əsgər Kəngərli, Əli Zəbun,
Müzəffər Nəsirli, Məmmədəli Tarverdiyev, Qurban Qurbanov, Əbdül Kazım,
Bayram Mərdanlı, Rza Şərifzadə,
Ənvər Əylisli, Baqi Hüseynov və digər istedadlı
gənclər də bədii yaradıcılıqla məşğul idilər. Onların əsərləri Naxçıvan mətbuatında
müntəzəm nəşr olunurdu. 1921-ci ildə Naxçıvanda mətbuatın əsasının qoyulması,
əvvəlcə “Cavanlar həyatı”, az sonra “Füqəra səsi”, ardınca “Şərq qapısı” adıyla
qəzetin nəşri ədəbi mühitə, o cümlədən ədəbi tənqidə də müsbət təsir
göstərmişdir.Yerli mətbuatda dərc olunan bir sıra məqalələrdə regionun ədəbi
mühitinin qayğı və problemləri öz ifadəsini tapırdı.1920-1940-cı illərdə Naxçıvanda
yaşayıb-yaradıcılıqla məşğul olan müəlliflərin bədii əsərləri və ədəbi-tənqidi
məqalələri Bakıda, İrəvanda və Tiflisdə çıxan müxtəlif qəzet və jurnallarda da (“Yeni
yol”, “Kommunist”, “Ədəbiyyat qəzeti”, “Gənc işçi”, “Yeni fikir”, “Dan yıldızı”,
“Qızıl şəfəq” və s.) dərc olunurdu.
Həmin illərdə bir sıra
ədəbi müzakirələr də keçirilir, yeni yazılmış əsərlər
müzakirə mövzusuna çevirilirdi ki, bunlar da özlüyündə ədəbi tənqid faktı kimi
maraq doğurur. O dövrdəki yaradıcılıq mühitinin fəal üzvlərindən olan şair Müzəffər
Nəsirlinin arxivində “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat” adlı
44
gərəkli bir material var. 1973-1974-cü illərdə yazılmış həmin əsərdə 1920-1950-ci
illərin Naxçıvan ədəbi mühiti barədə də bir sıra məlumatlar yer almışdır. M.Nəsirlinin
xatırladığı bir məlumata diqqət yetirək:
Dostları ilə paylaş: