Fikrimcə, hətta ədəbi tənqidin xüsusi janr-
6
ları da mövcuddur: resenziya, açıq məktub, esse, ədəbi icmal, məqalə və sair kimi
janrlar ədəbi tənqidə məxsusdur
” [92, s.476].
Haşiyə çıxaraq onu da deyək ki,
filoloji fikirdə ədəbi tənqidin janrları barədə elmi mülahizələr ümumən qısa və
azsaylıdır. Məsələn, Moskvada nəşr olunmuş “Ensiklopedik ədəbi lüğət”də müasir
ədəbi tənqidin janrları sırasında əsasən bunlar sadalanır: “
məqalə, resenziya, icmal,
esse, ədəbi portret, ədəbi-tənqidi dialoq, polemik replika, biblioqrafik qeydlər
” [258,
s.170].
Ümumiyyətlə, XX əsr Azərbaycan ədəbi tənqidinin nəzəri prinsipləri, elmi
axtarışları, inkişaf tendensiyaları, müxtəlif problemləri, görkəmli nümayəndələri və
s. barədə ədəbiyyatşünaslığımızda çoxsaylı və müxtəlif xarakterli qiymətli tədqiqatlar
aparılmış, “
tənqid haqqında elm-tənqidşünaslıq elmi-nəzəri və metodoloji cəhətdən
formalaşmış, özünün vahid elmi-konseptual sistemini yaratmışdır
” [74, s.7].
Lakin Azərbaycan ədəbi tənqidinin regional aspektdə araşdırılmasına
indiyədək təşəbbüs göstərilməmişdir. Halbuki ədəbi-tənqidi fikir tariximizin dolğun
elmi mənzərəsinin əhatəli, hərtərəfli şəkildə yaradılması, dərindən öyrənilməsi üçün
buna ciddi ehtiyac var. Xatırladaq ki, uzun illər boyu ədəbiyyat tariximizə dair
tədqiqatlarda regional ədəbi mühitlərin yeri, rolu və xidmətlərinə ötəri diqqət
yetirilməsi, onun məxsusi şəkildə araşdırılmaması ümumən söz sənətimizin inkişaf
yolunun, yaradıcılıq axtarışlarının hərtərəfli, dolğun təqdimində bir sıra boşluqların
qalmasına gətirib çıxarmışdı. Razılıq doğuran haldır ki, son onilliklərdə
ədəbiyyatımızın inkişaf tarixinin regional aspektlərdə öyrənilməsi istqamətində də
ciddi işlər görülmüş, Gəncə, Naxçıvan, Qarabağ, Lənkəran, Şamaxı, Quba və s. ədəbi
mühitlərinin müxtəlif dövrlərdəki yaradıcılıq sferası və nümayəndələri barədə dəyərli
tədqiqatlar yazılmışdır. Ayrıca vurğulayaq ki, bu, ümumazərbaycan ədəbi
təcrübəsinin axarını süni surətdə hissələrə ayırmaq deyil, əksinə, regional ədəbi
mühitlərin ədəbiyyatımızın ana nəhrinin vahid məcrasına qovuşan qolları kimi
öyrənilməsidir.
Çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafına zaman-zaman böyük töhfələr
vermiş Naxçıvanda ədəbiyyatşünaslığın, o cümlədən ədəbi tənqidin iyirminci
7
yüzillikdə keçdiyi çoxşaxəli inkişaf yolu da tədqiqat üçün geniş, əhatəli material
verir.
AMEA-nın müxbir üzvü Yaşar Qarayev yazırdı: “
XX əsrin tənqidi-estetik fikri
mənəvi fəaliyyətin bütün sahələrində ən narahat əxlaqi və fəlsəfi axtarışları dolğun və
intensiv şəkildə mənimsəyir, müasir mənəviyyat və təfəkkürün tərcümanı rolunda
müvəffəqiyyətlə çıxış edir, özü də bu zaman o, yalnız bədii əsəri yox. həm də
gerçəkliyi və zamanı dərk etməkdə oxucuya kömək edir
” [53,s.44-45].
XX əsrdə
Naxçıvanda da bu böyük vəzifələrin həyata keçirilməsi istiqamətində sistemli, əhatəli
işlər görülmüş, buradakı tənqidçi, ədəbiyyatşünas, şair və yazıçılar ədəbi-tənqidi
əsərləri ilə ədəbiyyatımızın yüksəlişi naminə mühüm addımlar atmışlar. Onların bir
çox əsərləri Azərbaycan ədəbi fikrinin müxtəlif mərhələlərdə üzə çıxmış ən yaxşı
nümunələri ilə bir sırada dayanır. Belə zəngin ədəbi-tənqidi materialların hərtərəfli
şəkildə araşdırılıb öyrənilməsi bütövlükdə Azərbaycan ədəbi tənqidinin XX əsrdəki
inkişaf yolunun və problemlərinin, yaradıcılıq axtarışlarının tədqiqi işinə ciddi xidmət
sayıla bilər. Təqdim olunan dissertasiyanın mövzusunun aktuallığı da bununla
şərtlənir.
XX əsrdə Naxçıvanda ədəbi tənqidin inkişaf yolu indiyədək məxsusi
araşdırmanın mövzusu olmamışdır. Bununla belə, müxtəlif vaxtlarda ayrı-ayrı
tədqiqatlarda bəzi elmi fikirlər söylənilmişdir ki, onları üç qrupda birləşdirmək
mümkündür:
1) Azərbaycan nəzəri və tənqidi fikir tarixinə dair bəzi tədqiqatlarda
Naxçıvanda yaşayıb fəaliyyət göstərən ədiblərin ədəbi-tənqidi görüşləri barədə də
bəzi qısa təhlillərə rast gəlirik. Akademik Kamal Talıbzadənin [239,s.49, 79-80, 173-
177; 238, s.93-94], AMEA-nın müxbir üzvü Kamran Əliyevin [67,s.22, 106-108],
professor Xeyrulla Məmmədovun [170, s.119-120, 131-132]
monoqrafik
tədqiqatlarındakı müvafiq səhifələr və bəzi digər analoji materiallar bu baxımdan
xatırladıla bilər.
2) XX əsr Naxçıvan ədəbi mühitinin müxtəlif aspektlərdə tədqiqinə dair
əsərlərdə regionda ədəbi tənqidin inkişafı barədə də bəzi yığcam fikirlər
söylənilmişdir: Surə Seyidin “Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit”
8
mövzusunda fəlsəfə doktorluğu dissertasiyası (2008) və onun əsasında çap etdirdiyi
monoqrafiyası [223], Nigar Sadıqzadənin “XX əsr Naxçıvan ədəbi mühitində
ədəbiyyatşünaslıq məsələləri” adlı fəlsəfə doktorluğu dissertasiyası (2010) və bu
mövzudakı monoqrafiyası [213], Nüşabə Məmmədovanın “XX əsr Naxçıvan ədəbi
mühiti” [168], Nərgiz İsmayılovanın “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində
Şərq və Qərb meylləri” [141] adlı fəlsəfə doktorluğu dissertasiyaları bu qəbildəndir.
3)Naxçıvan ədəbi mühitinin yetirməsi olan görkəmli ədiblərin (M.T.Sidqi,
C.Məmmədquluzadə,
E.Sultanov,
M.S.Ordubadi,
H.Cavid,
Ə.Qəmküsar,
Q.Şərifzadə, H.İbrahimov, H.Razi və s.) yaradıcılığına həsr olunmuş bir sıra
dissertasiyalarda, monoqrafik araşdırmalarda və bəzi məqalələrdə yeri gəldikcə
onların ədəbi-tənqidi görüşləri barədə də yığcam fikirlər söylənilmişdir. Bunların ən
mühümlərinə (İ.Həbibbəyli, K.Əliyev, X.Əlimirzəyev,Y.Axundlu və s. əsərləri)
tədqiqat boyunca nəzər salacağımızdan burada əlavə sadalamaya ehtiyac duymuruq.
Yalnız onu deyək ki, bilavasitə ədəbi tənqidlə bağlı bəzi araşdırmalarda da problemin
lazımınca tədqiqini görmürük. Hətta fəaliyyətinin böyük qismini Naxçıvanda
keçirmiş Əliqulu Qəmküsarın ədəbi-tənqidi görüşlərinə həsr olunmuş 82 səhifəlik
kitabçanın [143]
50 səhifəsi şairin bədii yaradıcılığındakı əsas mövzulara, 10 səhifəsi
isə əsərlərində klassik ədəbiyyat ənənələrindən istifadəyə həsr olunub. Qalan kiçik
hissədə isə onun Naxçıvanda qələmə aldığı ədəbi-tənqidi düşüncələri barədə çox qısa
şəkildə söz açilmişdir.
Dostları ilə paylaş: |