11
-Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında
da ədəbi tənqid milli ideologiyanın prinsiplərinə uyğun olaraq əsaslı şəkildə
yenilənmiş, müasir ədəbiyyatın hərtərəfli şəkildə, çağdaş elmi-ədəbi,
nəzəri-estetik
prinsiplər aspektində təhlili ön plana keçmişdir:
-Azərbaycan ədəbi tənqidində olduğu kimi, Naxçıvanda da bu sahənin
inkişafında müxtəlif tənqidçi və ədəbiyyatşünasların, filoloq alimlərin müvafiq
əsərləri ilə yanaşı, ayrı-ayrı şair və yazıçılar tərəfindən yazılmış çoxsaylı
məqalə və
ressenziyalar da əhəmiyyətli rol oynamışdır;
- Ədəbi tənqidin inkişafında mətbuatın, yazıçıların yaradıcılıq təşkilatlarının,
elmi-filoloji qurumların (ali məktəb kafedraları və s.) səmərəli xidmətləri olmuşdur.
Tənqid öz sözünü məqalə, resenziya, rəy, ədəbi icmal, “ön söz”, “uğurlu yol”,
“dəyirmi masa” müzakirələri, disputlar, yaradıcılıq
müşavirələrindəki ədəbi
hesabatlar və fikir mübadilələri, yeni kitabların təqdimatı, yubiley yazıları, açıq
məktub, monoqrafik oçerk, monoqrafiya, dissertasiya və s. müxtəlif formalar vasitəsi
ilə demişdir. Bir sıra bədii nümunələrdə də ədəbi-tənqidi fikirlər öz ifadəsini
tapmışdır.
-Ədəbi
tənqid müasir ədəbiyyatın inkişaf tendensiyalarını, aparıcı
nümayəndələrinin yaradıcılığını, yeni yaranmış bədii əsərləri təhlil edib
ümumiləşdirməklə yanaşı, cari ədəbi prosesin
tərkib hissəsi kimi mühüm
ədəbiyyatşünaslıq tədqiqatlarına da diqqət yetirmiş, onların əsas mahiyyətini
səciyyələndirmişdir;
-XX əsrdə Naxçıvanda ədəbi tənqid regional, məhəlli xarakter daşımamış,
bölgənin ədəbi həyatı ilə yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatını ardıcıl şəkildə
izləmiş, müvafiq səviyyədə
təhlil edib ümumiləşdirmiş, söz sənətimizin sağlam
prinsiplər zəminində inkişafı üçün səylərini əsirgəməmişdir;
- Naxçıvanda ədəbi tənqid sahəsində təşəkkül tapıb formalaşmış və sabitləmiş
ənənələr, qazanılmış zəngin təcrübə inkişafın hazırkı mərhələsi üçün tutarlı zəmindir.
Dostları ilə paylaş: