Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə52/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   48   49   50   51   52   53   54   55   ...   68
dis anar (1)

qovluqdakı məxfi sənədlərlə tanış olandan sonra “Böhtan” romanını yazmışam.
 
Ancaq etiraf edirəm ki, xatirələrdən, sənədlərdən çox karıma gələn, əlimdən tutan 
özümün şəxsi mülahizələrim, yazıçı təxəyyülüm olub”
[138, s.7].
 
“Böhtan” romanının maraqlı bədii quruluşa malik olduğunu vurğulayan 
Y.Axundlu burada bir sıra fəsillərlə (“Çeşməkli məhbus”, “Ağaclar kəsilib doğranan 
yerdə”, “Cavidə kim deyərdi ki”, “Ləkələnmişlər və qarayaxılmışlar”, “Dopros, 
yaxud şantaj” və s.) yanaşı, Cavidin ömür yolunun müxtəlif mərhələlərini əks etdi-
rən yeddi nağılın da verilməsinə diqqət yetirmiş, fikrini belə ümumiləşdirmişdir ki,
 
“nağıl” sözü burada şərti mənada işlənmişdir. Müəllif mümkün qədər xronoloji 
ardıcıllığa riayət etməyə çalışmış, H.Cavidin həyatının ilk dövrləri ilə məhbəs hə-
yatını paralel surətdə əks etdirmişdir [9, s.112] .
 
Yavuz Axundlunun dəqiq müşahidəsinə görə, “Böhtan” romanının ən gərgin və 
ən maraqlı səhnəsi dördüncü nağılın ikinci hissəsində - “Acı bir xatirə” fəslində 
nəzərə çarpır. Bu hissəni müəyyən mənada romanın süjetinin kulminasiyası da hesab 
etmək olar. Hüseyn Cavidlə Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırovun 
görüşünü təsvir edən müəllif əslində Xeyirlə Şəri, İşıqla Zülməti, Humanizmlə 
Qəddarlığı qarşılaşdırır. Tənqidçi qeyd edirdi ki, romanın bəzi bölmələrində Cavidin 
“Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur” kimi dram əsərləri barədə
düşüncələri də verilmişdir. Yazıçı bu vasitə ilə onun dövrə, cəmiyyətə münasibətini 
məharətlə mənalandıra bilmişdir. Tənqidçinin müşahidəsinə görə, “Böhtan” 
romanında sürgündəki 
“Cavidi daha çox narahat edən xalqının taleyinin digər 
millətlərin əclaf nümayəndələrinə tapşırılması olmuşdur”
[9, s.113].
 


116 
Qeyd etdiyimiz kimi, Y.Axundlu ilk növbədə nəsr tədqiqatçısı olan 
professional ədəbiyyatşünasdır, xüsusən Azərbaycan tarixi romanının ən kamil 
araşdırıcısıdır. Onun “Azərbaycan sovet tarixi romanı” (1979), “Tarix və 
roman”(1988), “Tarixi roman yeni mərhələdə” (1998), “Azərbaycan tarixi romanı: 
mərhələlər, problemlər” (2005) adlı irihəcmli monoqrafiyaları nəsrimizdə bu janrın 
keçdiyi yol, yaradıcılıq problemləri, əsas nümunələrinin tematika, problematika və 
poetika xüsusiyyətləri barədə əhatəli elmi təhlilləri ilə səciyyələnir.
Burası da məxsusi əhəmiyyət daşıyır ki, həmin monoqrafiyaların elmi 
tutumunun bəlli bir qismi həm də ədəbi tənqid materialı sayıla bilər. Belə ki, “Tarix 
və roman” kitabında 1970-1980-ci illərdə, “Tarixi roman yeni mərhələdə” 
monoqrafiyasında isə 1980-1990-cı illərdə yazılmış tarixi romanları hərtərəfli şəkildə 
tədqiq edən professorun bu araşdırmaları janrın inkişaf problemlərinin öyrənilməsi 
baxımından ədəbiyyatşünaslığımıza layiqli xidmətdir. Nəzər alsaq ki, bu kitablarda 
haqqında söz açılan əsərlərin bir qismi, necə deyərlər, isti-isti araşdırma predmetinə 
çevrilib, onda bu kimi təhlilləri ədəbi-tənqidi yanaşma kimi dəyərləndirmək daha 
doğru olardı. 
O da təqdirəlayiqdir ki, professor Y.Axundlu 1980-1990-cı illərdə mətbuatda 
yeni çapdan çıxmış bir sıra tarixi romanlar barədə resenziyalar da dərc etdirib. On-
lardan bəziləri haqqında Hüseyn İbrahimovun romanlarından danışarkən söz açdıq. 
Digər yazılardan “Azərbaycan” jurnalında çıxmış aşağıdakı məqalələri xatırlatmaq 
olar: “Sənətkarın ömür yolu” (1985, № 9). Bu resenziya yazıçı Əlisa Nicatın “Mirzə 
Şəfi” romanı barədədir. “Görkəmli inqilabçı haqqında roman” resenziyası (1986, 
№10) A.Pənahi-Makulunun “Heydər Əmoğlu” romanına həsr olunub. “Əbədiyyətə 
qovuşan ömür” məqaləsində (1987, № 7) isə Altay Məmmədovun “Əlvida, gözəl 
dünya” tarixi romanı təhlil edilir. Tənqidçinin tarixi nəsrlə bağlı bəzi qəzet məqalələri 
də bu baxımdan diqqəti çəkir. ”Qətl günü” məqaləsi (“Azərbaycan müəllimi q., 1988, 
15 yanvar) Y.Səmədoğlunun eyniadlı romanına həsr edilmişdir. 
Belə məqalələrdə irəli sürülən ədəbi mülahizələr, aparılan təhlillər alim 
tərəfindən daha da dərinləşdirilmiş, sistemləşdirilmiş və monoqrafik tədqiqatların 
tərkib hissəsinə çevrilmişdir. Biz təsəvvür aydınlığı üçün Y.Axundlunun xalq yazıçısı 


117 
Hüseyn İbrahimovun bədii nəsri, xüsusən tarixi romanları barədəki məqalələrini 
geniş şəkildə təhlil etdik. Onu da deyək ki, alimin digər tarixi romanlara yanaşması 
da analoji xarakterdədir, oxşar elmi prinsiplərə əsaslanır. Bunu, həmçinin müxtəlif 
kitab, məqalə və resenziyalarda Y.Axundlunun tarixi romanlarla bağlı 
tədqiqatlarından geniş söz açıldığını nəzərə alıb əlavə təfərrüata varmadan alimin 
ötən əsrin son rübündə qələmə alınmış tarixi romanları əhatəli şəkildə araşdıran iki 
monoqrafiyası barədə müfəssəl məlumat verməklə kifayətlənəcəyik. 
Ədəbiyyatşünas Y.Qarayev “Tənqid və ədəbi proses” məqaləsində yazırdı: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin