Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə57/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   53   54   55   56   57   58   59   60   ...   68
dis anar (1)

 
Akademik İsa Həbibbəyli
 
məhz ədəbi prosesi bütün incəliklərinə qədər öyrənən, 
onunla ardıcıl məşğul olan, dərin elmi təfəkkürə malik tənqidçi-ədəbiyyatşünasdır. 
Onun kitab və məqalələri Azərbaycanda XX əsrin son otuz ilində, eləcə də yeni əsrdə 
ədəbi tənqidin zəngin, çoxsaylı materialları sırasında mühüm yer tutur. 
Dissertasiyamızın həcm imkanlarını və mövzumuzun xronoloji çərçivəsini əsas 
götürərək biz burada görkəmli alimin 1970-1990-cı illərdə yazdığı ədəbi-tənqidi 
əsərlərinin müəyyən qismini tədqiqata cəlb edəcəyik.
İsa Həbibov (Həbibbəyli) ədəbi-tənqidi fəaliyyətə çox erkən, hələ Naxçıvanda 
ali məktəb tələbəsi ikən başlamış, tez bir zamanda püxtələşmiş, orijinal mülahizə
fikir və təhlilləri ilə diqqəti cəlb etmişdir. Onun 1970-ci ildə, hələ tələbə ikən 
mətbuatda dərc etdirdiyi “Həmyerlimizin ilk romanı” adlı məqaləsi [98]
 
yazıçı Həsən 
Mehdiyevin “Əlvida demədik” əsərinin təhlilinə həsr olunmuşdur. Oxucular arasında 
populyar olan bu romanın mövzusu, ideyası, əsas obrazları, süjeti, dil-üslub 


131 
məziyyətləri barədə İ.Həbibovun qənaətləri gələcəyin böyük ədəbiyyatşünasının 
ədəbi əsərləri dolğun şəkildə təhlil imkanlarından soraq verirdi. H.Mehdiyevin 
romanına obyektiv yanaşan İ.Həbibov bildirirdi ki, əsərin əsas surətlərindən olan 
“Atəşin ön cəbhədəki fəaliyyətinin zəif verilməsi həm obrazın bitkinliyinə xələl 
gətirmiş, həm də əsərin ümumi təsir qüvvəsini azaltmışdır. Bundan başqa, Atəşin 
həyat yoldaşı Zeynəbxatunun ölümü də düzgün əsaslandırılmamışdır”. Həmçinin 
yazıçı mənfi obrazların taleyini axıradək izləmədiyindən bir qədər natamamlıq 
yaranır.
Xronologiyanı qabaqlayaraq onu da xatırladaq ki, İ.Həbibov on il sonra (bu 
zaman o, artıq alim, ali məktəb müəllimi idi) yazıçı Həsən Mehdiyev haqqında daha 
bir məqalə yazmışdır. “Dağ çiçəyi haqqında povest” adlanan həmin məqalə [102]
H.Mehdiyevin “Dağ çiçəyi” əsərinə həsr olunmuşdur. Povestin əsas ideya-bədii 
xüsusiyyətlərini elmi şəkildə aydınlaşdıran tənqidçi ümumən müsbət qənaətlərini 
oxucularla bölüşmüş, müşahidə etdiyi nöqsanları da nəzərə çatdırmışdır. Tənqidçinin 
haqlı qənaətinə görə, bəzi məqamlarda təhkiyənin lüzumsuz uzadılmasına ehtiyac 
yox idi (Nazlı obrazı ilə bağlı olan macəralar, Reyhanın yuxusu və s.). İ.Həbibovun 
digər bir iradı isə müxtəlif vaxtlarda istehsalat mövzusunda yazılmış bir sıra digər 
əsərlərdə də gözə çarpsa da, ədəbi tənqid buna o qədər də diqqət yetirməyib. Məqalə 
müəllifi yazır ki, “Dağ çiçəyi” povestində istehsalat koloriti yaratmaq məqsədi ilə 
müəllif təhkiyəsində, eləcə də bəzi obrazların mükalimələrində işlədilmiş termin 
səciyyəli sözlər əsərin dilini ağırlaşdırmaqla yanaşı, əksər oxucular tərəfindən 
anlaşılmır. Analoji mövzularda əsər qələmə alan müəlliflər bu vacib məqama diqqət 
etməlidirlər. 
“Əsgər qəlbinin poeziyası” adlı məqaləsi [99]
 
də İsa Həbibovun bədii mətnlərə 
həssas və elmi şəkildə yanaşmasının ilk təzahürlərindən biri kimi maraq doğurur. 
1970-ci ildə dərc olunmuş bu ədəbi-tənqidi məqalədə şair Məmməd İbrahimin (Məm-
məd Arazın-
A.A
.) Böyük vətən müharibəsi mövzusunda yazdığı “Üç oğul anası”, 
“Əsgər qəbri haqqında ballada”, “Araz axır” poemaları təhlil olunmuşdur. “Üç oğul 
anası” poemasında cəbhədə döyüşən oğulların bir bədii surət olaraq necə 
tanıtdırılması məsələsini gənc tənqidçi belə izah etmişdir: 
“Ana nəsihətlərinə şərəflə 


132 
əməl edən oğullar poemada bitkin obraz kimi verilməsə də, anaya yazdıqları 
məktubları oxuduqca onların yüksək insani keyfiyyətləri ilə tanış oluruq”. 
İ.Həbibovun şair İsa İsmayılzadənin “Salam, Yer kürəsi” kitabına (1982) həsr 
etdiyi “Günəş hənirli nəğmələr” məqaləsi də [105] ədəbi prosesə dair təhlillərlə 
nəzəri ümumiləşdirmələrin vəhdəti kimi üzə çıxmışdır. İsa İsmayılzadənin əsərlərini 
“fərdi poetik üslubunun sadəliyinə, dərin məna ahənginə, işıqlı rəng çalarlarına görə”
səciyyələndirən tənqidçi onun “Naxçıvan duyğuları” şeirlər silsiləsi üzərində daha 
ətraflı dayanmış, silsiləyə daxil olan “Torpaq nəğməsi”, “Burdan Günəş keçib”, 
“Od”, “Qatar gedir Araz boyu”, “Baxdım o dağlara…”, “Bir əlim bu sahildə…”
kimi əsərlərin əsas poetik məziyyətlərini aydınlaşdırmışdır. “Torpaq nəğməsi” şeirini 
silsilədəki digər nümunələr üçün epiqraf kimi dəyərləndirən tənqidçi yazır: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin