Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Dissertasiya
işinin materiallarından Azərbaycanın Mərkəzi Asiyanın türkdilli
dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinə həsr edilən
tədqiqat işlərinin, monoqrafiyaların, dərs vəsaitlərinin və məqalələrin
yazılmasında, xarici siyasət və beynəlxalq əlaqələrlə məşğul olan
dövlət strukturlarının praktik fəaliyyətlərində istifadə oluna bilər.
Tədqiqat prosesində toplanmış materiallardan ali və orta ixtisas
məktəblərində müvafiq problemlər üzrə mühazirə və seminarların
keçirilməsində, Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin
təbliğində istifadə olunması faydalı olar.
Dostları ilə paylaş: |