AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə1/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
  1   2   3   4   5   6   7   8   9   ...   17
AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR



 

№ 01


 

Bakı şəhəri                                                               31 yanvar 2012-ci il

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif olunan bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının təsdiqi barədə



 

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təklif olunan aşağıdakı vahid tarif-ixtisas sorğu kitabçaları təsdiq edilsin:

1.1. “Neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, Bölmələr: Quyuların qazılması, neft və qaz hasilatı; Sualtı texniki işlər (əlavə olunur);

1.2. “Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (əlavə olunur)”;

1.3. “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, Bölmə: Qaz təsərrüfatı (əlavə olunur);

1.4. “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” Bölmə: Qaz təsərrüfatı (əlavə olunur).

2. Kadrlarla iş və hüquq şöbəsinə (E. Sadıqov) tapşırılsın ki,  yuxarıda qeyd edilən hüquqi aktların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Ümumi şöbəyə (B. Əliyev) tapşırılsın ki, bu Qərarın Azərbaycan Dövlət Neft Şirkətinə çatdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas-Sorğu Kitabçasının (hissə 06) təsdiq edilməsi haqqında” 2005-ci il 30 iyun tarixli 12-2 nömrəli kollegiya qərarının 1-ci hissəsi ləğv edilsin.



5. Bu qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.

 

Nazir                                                      Fizuli Ələkbərov

 


 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il



Nazir

_____________Fizuli Ələkbərov

 

 

 



Neft sənayesinə aid olan qulluqçu

vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

 

Bölmələr: Quyuların qazılması, neft və qaz hasilatı Sualtı texniki işlər



GİRİŞ

 

“Neft sənayesi sahəsinə aid olan qulluqçu vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.



Kitabça rəhbər və mütəxəssislərin əmək funksiyasını, hüquq, məsuliyyət və ixtisas hazırlığını müəyyən edən vəzifə təlimatlarının işlənməsi, müəssisənin idarəetmə sistemi üçün kadrların seçilməsi, yerləşdirilməsi və istifadə edilməsi, struktur bölmələrin rolunu müəyyən edən əsasnamələrin tərtib edilməsi, həmçinin rəhbər və mütəxəssislərin attestasiyasının keçirilməsi üçün əsasdır.

Hər bir vəzifənin tarif-ixtisas xüsusiyyəti üç bölmədən ibarətdir. “Əmək funksiyası” bölməsində müvafiq vəzifəni tutan işçiyə tam və ya qismən yerinə yetirilməsi həvalə edilən funksiyalar sadalanır. "Bilməlidir" bölməsində işçiyə həvalə edilmiş funksiyaların yerinə yetirilməsi üçün bilməli olduğu qanunvericilik aktları, əsasnamələr, təlimatlar, metodiki, normativ və digər rəhbər sənədlər sadalanır. “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçiyə müvafiq tarif dərəcəsi üzrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan ixtisas hazırlığının profili, səviyyəsi, həmçinin iş stajına olan tələblər müəyyən edilmişdir.

Rəhbər və mütəxəssislərin əməyinin ödənilmə dərəcəsi hazırkı kitabçaya uyğun olaraq attestasiya komissiyasının tövsiyələrinə əsasən müəssisənin rəhbəri tərəfindən təyin olunur. Bu zaman işçinin əmək funksiyasını yerinə yetirərkən sərbəst iş fəaliyyəti, qəbul edilmiş qərarların düzgünlüyünə görə məsuliyyəti, işə təşəbbüskar və yaradıcı münasibəti, əməyinin səmərəliliyi və keyfiyyəti, həmçinin əməli fəaliyyət təcrübəsi və ixtisası üzrə biliyi hökmən nəzərə alınır.

Kitabçada bütün vəzifələr üçün əməyin ödənilmə dərəcələri müəssisə səviyyəsində (respublika neft sənayesinin idarəetmə strukturu üç pilləlidir: şirkət - istehsalat birliyi - müəssisə) verilmişdir. "Böyük" vəzifə adı mütəxəssisə öz vəzifəsindən əlavə ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.

Mütəxəssislərin əməyinin ödəniş dərəcələri diapazonunun yuxarı həddi onların işlədikləri istehsalat bölməsi rəisinin əməyinin ödəniş dərəcəsindən nisbətən aşağı, birliklər üzrə rəhbər və mütəxəssislərin tarif dərəcələri idarə və müəssisələrin rəhbər və mütəxəssislərindən bir qədər yüksək, şirkət üzrə rəhbər və mütəxəssislərin əməyinin ödəniş dərəcələri isə birliklə müqayisədə daha yüksək təyin edilir.

Kitabçaya baş mütəxəssis, bölmə rəisinin (müdirinin) müavini və büro rəisi (müdiri) vəzifələri üçün tarif-ixtisas xüsusiyyətləri daxil edilməmişdir. Onların əmək funksiyası, bilik və ixtisas tələbləri kitabçaya daxil olan müvafiq vəzifələrin tarif-ixtisas xüsusiyyətləri əsasında müəyyən olunur.

Qulluqçu tutduğu vəzifə üzrə nəzərdə tutulmuş funksiyaları yerinə yetirməklə bərabər ona tabe olan eyni vəzifəli icraçılara rəhbərliyi həyata keçirirsə, ona böyük (məsələn, böyük usta, böyük mexanik, böyük dispetçer və s.) vəzifəsi verilə bilər.

Mütəxəssislər üçün müəyyən olunmuş ən yüksək əməyin ödəniş dərəcələri, onlara müəssisənin və ya onun struktur bölməsinin fəaliyyət istiqamətlərindən biri üzrə funksiyalar, yaxud icraçı qrupuna metodiki rəhbərlik üzrə vəzifələr həvalə edildikdə təyin olunur.

İşçinin tarif-ixtisas xüsusiyyətlərində əsas və ən çox yerinə yetirilən işlər sadalanmışdır. İş həcmindən asılı olaraq bu və ya digər vəzifə üçün müəyyən olunmuş funksiyalar işçilərin say normativlərini aşmadan bir neçə icraçı arasında bölüşdürülə bilər. Əməyin təşkilinin təkmilləşdirilməsi, texniki vasitələrin tətbiqi, əməyin səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq işçilər üçün kitabçada müəyyən edilmiş funksiyalar iqtisadi cəhətdən məqsədyönlü şəkildə genişləndirilə bilər. Belə hallarda işçiyə digər vəzifə üzrə nəzərdə tutulmuş, iş tərkibi üzrə ciddi fərqlənməyən, yəni eyni idarəetmə funksiyasına aid, bərabər mürəkkəbliyi olan və eyni zamanda yerinə yetirilməsi başqa ixtisasın, biliyin olmasını, vəzifə adının dəyişilməsini tələb etməyən funksiyaların yerinə yetirilməsi tapşırıla bilər.

 Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi tutduqları vəzifəyə təyin edilirlər.

Kitabçada yalnız quyuların qazılması, neft və qaz hasilatı üçün spesifik olan rəhbər və mütəxəssis vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri verilmişdir. Neft sənayesində çalışan digər qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri üçün "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin tarif-ixtisas kitabçası"na və müvafiq vəzifənin səciyyəvi olduğu sahə üzrə tarif-ixtisas sorğu kitabçalarına müraciət edilməlidir. Bu zaman müvafiq vəzifə üçün əməyin ödənilmə dərəcələrinin diapazonu neft sənayesində qüvvədə olan sistemə uyğunlaşdırılmalıdır.

 


 Neft sənayesinə aid olan qulluqçu

vəzifələrinin adı və ödəniş dərəcələri diapazonu

 


Sıra

№-si


Vəzifələrin adları

Ödəniş

dərəcələri diapazonu



Səhifə

1

2

3

4

I. Quyuların qazılması, neft və qaz hasilatı

 

Rəhbərlər



1

Anbar təsərrüfatının müdiri

12-14

7

2

Avadanlıqların təmiri üzrə usta (böyük usta da daxil olmaqla)

8-12

8

3

Vışkaquraşdırma sexinin rəisi

13-14

9

4

Buxar-su təchizatı sexinin rəisi

13-14

11

5

Boru-alət meydançasının rəisi

11-12

12

6

Qazma üzrə texnoloji şöbənin rəisi

14-15

14

7

Qazma üzrə texniki-istehsalat şöbəsinin rəisi

14-15

15

8

Quyuların əsaslı və yeraltı təmiri üzrə istehsalat şöbəsinin rəisi

 

14-15


 

16


9

Quyuların möhkəmləndirilməsi sexinin rəisi

13-14

18

10

Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi

14-15

19

11

Qazma avadanlıqlarının kirayə-təmir sexinin alət meydançasının müdiri

 

11-12


 

21


12

Qazma qurğusunun rəisi

13-16

22

13

Qazma ustası

12-13

24

14

Qazın hazırlanması üzrə usta

11-12

26

15

Quyuların tədqiqi üzrə usta

11-12

28

16

Quyuların yoxlanması (sınağı) üzrə usta (böyük usta da daxil olmaqla)

 

11-13


 

30


17

Quyuların əsaslı və yeraltı təmiri üzrə usta (böyük usta da daxil olmaqla)

 

11-13


 

31


18

Qazma ustası köməkçisi

11-12

34

19

Elmi-tədqiqat və istehsalat işləri sexinin rəisi

13-14

35

20

İstehsalata xidmət bazasının rəisi

15-16

36

21

İstehsalın avtomatlaşdırılması sexinin rəisi

13-14

38

22

Yuyucu məhlullar sexinin rəisi

13-14

40

23

Kompressor stansiyasının rəisi

12-13

41

24

Geoloji şöbənin rəisi

14-15

42

25

Lay təzyiqinin saxlanılması sexinin rəisi

14-15

44

26

Mədən geofizika partiyasının rəisi

12-13

45

27

Mərkəzi mühəndis-texnoloji xidmətinin (MMTX) rəisi

15-16

47

28

Mühəndis-texnoloji xidmətin növbə rəisi

11-13

48

29

Mürəkkəb işlər üzrə usta

12-13

49

30

Neft və qazçıxarma üzrə istehsalat şöbəsinin rəisi

14-15

51

31

Neftin hazırlanması üzrə istehsalat şöbəsinin rəisi

14-15

52

32

Neft və qaz yataqlarının işlənməsi üzrə texnoloji şöbənin rəisi

14-15

53

33

Neft mədən hidrotexniki qurğularının istismarı,

təmiri və korroziyaya qarşı mübarizə üzrə istehsalat şöbəsinin rəisi



 

 

14-15



 

 

55



34

Neft və qazçıxarma sexinin rəisi (neftçıxarmada stasionar platforma rəisi)

 

14-15


 

56


35

Neftin hazırlanması və nəqli sexinin rəisi

14-15

58

36

Neft və qazın hazırlanması üzrə qurğunun rəisi

12-13

59

37

Neft və qazçıxarma üzrə usta

11-12

61

38

Neftin hazırlanması və sabitləşdirilməsi üzrə usta

11-12

63

39

Rayon mühəndis-texnoloji xidmətinin (RMTX) rəisi

14-15

65

40

Rezervuar parkının rəisi

11-12

66

41

Təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə şöbəsinin rəisi

 

13-14


 

67


42

Kirayə-təmir sexinin rəisi

13-14

68

43

Üzən qazma qurğuları üzrə istehsalat şöbəsinin rəisi

14-15

70

44

Şəbəkə rayonunun rəisi

12-13

72

Mütəxəssislər

45

Arxiv işləri üzrə mütəxəssis

7-12

74

46

Avadanlıqların istismarı və təmiri üzrə mühəndis

7-13

75

47

Avadanlıqların təmiri və xidməti üzrə mexanik (böyük mexanik də daxil olmaqla)

 

7-13


 

77


48

Vışka inşası üzrə mühəndis

7-13

78

49

Qazma üzrə mühəndis

7-13

79

50

Quyuların möhkəmləndirilməsi üzrə mühəndis

7-13

81

51

Quyuların sementlənməsi üzrə mühəndis

7-13

82

52

Quyuların yoxlanması və sınağı üzrə mühəndis

7-13

84

53

Quyuların təmiri üzrə mühəndis

7-13

85

54

Qəza-xilasetmə işləri üzrə mühəndis

7-13

86

55

Qazma üzrə geoloq

7-13

87

56

Quyuların təmiri üzrə geoloq

7-13

89

57

Qazma üzrə texnik

5-8

90

58

Elektrik təchizatı üzrə mühəndis

7-13

91

59

Ətraf mühitin mühafizəsi üzrə mühəndis

7-13

92

60

Gili məhlullar üzrə mühəndis

7-13

93

61

Geofizik

7-13

95

62

Geoloq

7-13

96

63

Lay təzyiqinin saxlanılması üzrə mühəndis

7-13

97

64

Lay təzyiqinin saxlanılması üzrə geoloq

7-13

99

65

Markşeyder

7-13

100

66

Neft və qazçıxarma üzrə mühəndis-texnoloq

7-13

102

67

Neft və qazçıxarma üzrə mühəndis

7-13

104

68

Neftin hazırlanması və nəqli üzrə mühəndis

7-13

105

69

Neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə mühəndis

 

7-13


 

107


70

Neft və qaz yataqlarının işlənməsi üzrə geoloq

7-13

108

71

Neft və qazçıxarma üzrə texnik

5-8

110

72

Neft və qazın hazırlanması və nəqli üzrə texnik

5-8

110

73

Topoqraf

5-8

111

74

Texnik-geoloq

5-8

112

75

Texnik-energetik

5-8

113

76

Üzən qazma qurğuları üzrə mühəndis

7-13

114

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin