AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 293.68 Kb.

səhifə1/3
tarix26.05.2017
ölçüsü293.68 Kb.
  1   2   3

 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

Dünyada məişət texnikasının istehsalı haqqında 



ARAYIŞ 

 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Emal sənayesi sektorunun 

böyük məsləhətçisi Hikmət Məhərrəmov  

 

 

 

 

BAKI – 2015 

 

 



Mündəricat: 

 

1.

 

Məişət texnikasının tarixi inkişafı 

1.1.


 

Məişət texnikasının növləri 

1.2.

 

Məişət texnikasının icad olunmasının və ilk kütləvi istehsalının coğrafiyası 



1.3.

 

Məişət texnikasının çeşidinin və texniki imkanlarının inkişafı 



1.4.

 

Tədricən  qızdırıcı,  kondisiyalaşdırma,  işıqlandırma,  təhlükəsizlik,  idarəetmə 



sistemlərinin, müxtəlif ötürücülərin (в основном електроприводы) məişət texnikasına 

aid edilməsi 

1.5.

 

“Ağıllı” ev 



 

 

2.



 

Məişət texnikasının istehsalının coğrafiyası 

2.1.


 

Məişət texnikasının iri istehsalçıları 

2.2.

 

MDB ölkələrində məişət texnikasının istehsalı 



2.3.

 

Məişət texnikasının dünyada istehsalının bölgüsü və fraqmentasiyası 



 

 

 



 

 

 



 

 

1.



 

Məişət texnikasının tarixi inkişafı 

 

1.1.

 

Məişət texnikasının növləri 

Məişət  texnikası  –  ev  şəraitində  istifadə  üçün  nəzərdə  tutulmuş  texnika.  Əsas 

hissəsini  ev  işlərini  avtomatlaşdıran  və  yaşayış  şəraitini  yaxşılaşdıran  qurğular  təşkil 

edir.


1

 

Müxtəlif  təsnifatları  olan  məişət  texnikasını  əsasən  iri  və  xırda  ölçülü,  havanı 



kondisiyalaşdıran  və  elektron  texnikası  qruplarına  ayırırlar.  Bir  qədər  detallı  təsnifat  

aşağıdakı cədvəldə verilmişdir:

2

 

Cədvəl 1: Məişət texnikasının təsnifatı 



 

Ölçüsünə 

görə 

 

iri 



soyuducu, paltaryuyan, qabyuyan 

 

xırda 



ütü, blender, qəhvəbişirən 

Təyinatına 

görə 

mətbəx  


texnikası 

mexaniki emal üçün 

ətçəkən, şirəçəkən 

termik emal üçün 

sobalar, müxtəlif bişirmə qurğuları 

içki hazırlamaq üçün 

şirəçəkən, qəhvəbişirən 

saxlama 


üçün 

soyuducu, dondurucu 

qulluq  

üçün 


əşyalara qulluq üçün 

ütü, tikiş maşını, paltaryuyan 

evə qulluq üçün 

tozsoran 

insana quluq üçün 

fen, massaj edənlər 

mikroiqlimi 

saxlayan 

 

kondisioner, 



ventilyator, 

qızdırıcı, 

ionizator 

əyləncə,  yayım  və 

rabitə üçün 

 

televizor,  radio,  video  və  səs  yazılarını 



əks etdirən qurğular 

Enerji 

növünə 

görə 

 

elektrik 



əksər cihazlar 

 

digər 



həyəti  yarpaqlardan  təmizləmək  üçün 

daxili yanma mühərrikli fen 



İdarəetmə 

üsuluna 

görə 

 

operator tərəfindən 



ətçəkən, ütü 

 

avtomatlaşdırılmış 



paltaryuyan, qabyuyan 

 

robotlar 



tozsoran 

                                           

1

 БСЭ, статья «Техника» 



2

 Википедия, статья «Бытовая техника» 



 

Qeyd  etmək  lazımdır  ki,  yuxarıdakı  və  digər  müxtəsər  təsnifatlar  məişət 



texnikasını tam əhatə etmir, buna səbəb kimi bir tərəfdən cihaz və qurğuların çeşidinin, 

gördükləri işlərin siyahısının geniş olduğunu, digər tərəfdən, bir cihazın özündə bir neçə 

tamam  ayrı  sahələrə  aid  olan  cihazların  funksiyalarını  birləşdirməsini  (mətbəx 

kombaynı,  radio  və/və  ya  televiziya  qəbul  edicisi  olan  soyuducu,  soba)  və  “məişət 

texnikası” anlayışının çox geniş olduğunu göstərmək olar. 

Məişət texnikasının böyük əksəriyyəti elektrik enerjisi ilə işləyir, az bir qisminin 

elektromexaniki, mexaniki, daxili yanma mühərrikli intiqal vasitəsi ilə işə salınır.  

Məişət texnikasının siyahısı:

3

 



 

Soyuducu (buz dolabı); 

 

Kondisioner; 



 

Toz soran (əl, mərkəzləşdirilmiş və robot); 



 

Bişirmə sobası (qaz, elektrik, “panel”, “dolab”); 



 

Paltaryuyan maşın; 



 

Paltarqurudan; 



 

Qabyuyan; 



 

Paltartikən maşın; 



 

Aspirator; 



 

Qızdırıcı (elektrik, qaz, “su qızdıran”, “istilik verən” və “Kombi”); 



 

Qalıqları xırdalayan (mətbəx); 



 

Elektrik çaydan, qəhvəbişirən və samovarlar; 



 

Ətçəkən, şirəçəkən, mikser, blender, mətbəx kombaynı; 



 

Çörəkbişirən,  vaflibişirən,  multibişirən,  toster,  dondurma  və  yoğurt 



hazırlayan; 

 



Fen; 

 



Ventilyator; 

 



Ütü; 

 



Sair texnika 

                                           

3

 Wiki, article “List of home appliances” 



 

1.2.



 

Məişət texnikasının icadı və ilk kütləvi istehsalının coğrafiyası 

Soba  məişət  texnikasının  elə  bir  növüdür  ki,  qədimdən  insanların  məişətində 

məlum olub, insanların istifadə etdiyi ilk “cihaz” olub. Artıq XVII (

 

Lynn, Mass., 1642)



4

 

əsrin ortalarından əvvəl soba ayrıca (divara qurulmamış şəkildə) qurğuya çevrilmişdir. 



Digər  mühüm  dəyişiklik  sobaların  təyinatlarına  görə  yemək  bişirmə  və  isitmə 

cihazlarına  ayrılması  olmuşdur.  Tədricən  sobada  istifadə  olunan  yanacaq  növləri 

dəyişib,  genişlənib.  1826-cı  ildə  ingiltərəli  mühəndis,  James  Sharp,  qaz  sobasını

5

  icad 



edib. Marağlıdır ki, eyni adlı amerikalıya, Nyu York sakininə, 1888-ci ildə ABŞ patenti 

verilib.


6

 Hazırda qaz və elektrik sobaları ən geniş yayılmış soba növləridir və getdikcə 

elektrik sobaları digərlərini əvəz etməkdədir.  

Paltaryuyan maşın-ın ilk rəsmləri XVI–cı əsrdə yaşamış Strada, Jacobus de adlı 

italiyalı ixtiraçının kitabında verilmişdir

7

. Paltarı şaquli müstəvidə rəqs edən şüvüllarla 



çevirərək və əzərək yuyan, su dəyirmanı ilə hərəkətə gətirilən maşının təsvirindən onun 

sənaye  sahəsində  istifadə  olunduğu  haqda  qənaətə  gəlmək  olar.  İngiltərədə  XVIII-ci 

əsrin ilk yarısında paltarı  fırlanan çarpazla  və oxşar işçi orqanla taxta çəlləyin içində 

qarışdıraraq yuyan (aktivator tipli), insan gücü ilə işə salınan qurğu geniş yayılmışdır.

8

 

1782-ci ildə Britaniyada, Londonda Henri Sidjiyer (Henry Sidgier) baraban tipli,  insan 



gücü ilə işə salınan maşın icad edir

9

. 1906-cı ildə ABŞ-nın Nyu York ştatında L.P. Uilsi 



(Willsea)  aktivator  tipli,  elektrik  mühərriki  ilə  təçhiz  olunmuş  paltaryuyan  maşına 

patent alır.

10

  1907-ci  ilin  ərəfəsində  ABŞ-nın  İlinoys  ştatından  olan  A.J.  Fişer  (Fisher) 



baraban  tipli,  elektrik  mühərriki  ilə  təçhiz  olunmuş  sonradan  ”Thor”  adı  ilə  tanınan 

avtomatik paltaryuyan maşın düzəldir.

11

 

                                           



4

 Encyclopaedia Britannica, article “Stove” 

5

  “Encyclopedia  of  Kitchen  History”,  p.  428,  “The  National  CV  of  Britain:  A  non-PC  history  of  Britain”  2012, 



“Robertson’s Book of Firsts: Who Did What for the First Time” 2012 

6 US patent № 380,355, “Dining with the Georgians: A Delicious History” 2014, p. 

7

 

http://www.oldandinteresting.com/history-washing-machines.aspx



http://www.oldandinteresting.com/washing-machine-notes.aspx

https://commons.wikimedia.org/wiki/Category:Kunstliche_Abri%C3%9F,_allerhand_Wasser-_Wind-_Ro%C3%9F-



_und_Handt_M%C3%BChlen#/media/File:Fotothek_df_tg_0003963_M%C3%BChle_%5E_Wasserm%C3%BChle.jpg

 

8



 “Gentleman’s magazine”, 16

th

 of January 1752, p. 32 



9

 

http://eltamiz.com/2010/06/02/inventos-ingeniosos-la-lavadora/



,  “Save  Women  Lives:  History  of  Washing 

Machines” 2003, p. 15 

10

 US patent № 870,655 



11

 Wiki, article “Thor washing machine” 



 

Soyuducu  (refrigerator)  sözünün  və  ilk  soyudan  qurğunun  müəllifi  ABŞ-nın 

Texas  ştatından  Tomas  Mur  (Thomas  Moore)  adlı  ixtiraçıdır.  1800-cü  ildə  hazırlanan 

qurğu  heyvan  dərisi  ilə  ətraf  mühitdən  izolyasiya  olunan  buz  dolu  taxta  çəlləkdən  və 

çəlləyin  içinə  yerləşdirilən  tənəkə  qabdan  ibarət  idi.  XIX-cu  əsrin  əvvəllərində  şkaf 

şəklində  olan  içərisinə  yerləşdirilən  buz  parçasının  əriməsi  nəticəsində  soyudan 

soyuducular  geniş  yayılmışdır.  Bu  soyuducularda  istifadə  olunan  buz  qışda  göl  və 

çayların üzündən  yığılır  və  xüsusi  anbarlarda  saxlanılırdı.  Buza  tələb  artdığından  süni 

buz  alma  qurğuların  tikintisinə  ehtiyac  yaranmışdır.  Bu  qurğularda  müxtəlif 

texnologiyalardan istifadə edilirdi. Bununla yanaşı uzun müddət məişət soyuducuları və 

soyutma  texnologiyarı  dəyişmədi,  yalnız  soyuduculardakı  təbii  buz  süni  buzla 

əvəzləndi. Nəhayət, 1913-cü ildə ABŞ-nin İlinoys ştatının Çikaqo şəhərindən olan Fred 

Vulf  müasir  soyuducularla  quruluşça  eyni  olan,  kompressoru  xaricində  yerləşən, 

oduncaqdan düzəldilən cihazı ictimaiyyətə təqdim etmişdir. İlk qurğuların qiyməti 700 

ABŞ  dollar  (hazırkı  kursla  15 073  ABŞ  doları)  təşkil  edib  və  iki  minik  avtomobilin 

qiymətinə bərabər olub. 



Tikiş maşını haqda ilkin məlumatlar XIV əsrə aiddir, daha çox rəvayətə bənzər 

məlumat gəmi yelkənəlrinin tikilməsi üçün  iri qurğunun mövcud olduğundan bəhs edir. 

1790-cı  ildə  ingiltərəli  Tomas  Seint  (Thomas  Saint)  adlı  şəxsə  ayyaqabı  tikilişində 

istifadə olunması nəzərdə tutulan  maşın üçün patent verilir, lakin bir əsr sonra cizgilər 

əsasında  yığılan  maşın  iş  qabiliyyətli  olmur.  1814-cü  ildə  Avstriyada  Cozef 

Maderşperger (Josef Madersperger) tərəfindən dəliyi iti ucunda olan iynə icad olunur. 

1830-cu ildə Fransada Bartolomyu Timomni (Barthelemy Thimomnier) zəncirvari tikiş 

vuran maşın icad edir, maşın sənayedə istifadə olunur.  

Müasir tikiş maşınları ilə quruluşca eyni olan cihazlar mərhələli şəkildə ABŞ-da 

ixtira  olunur.  1833-cü  ildə  Uolter  Hant  (Walter  Hunt  ABŞ,  Nyu  York)  məkiklə  təchiz 

olunmuş maşın icad edir. 1842-ci ildə Con Qrinus (John Greenough ABŞ, Kolumbiya, 

Vaşınqton)  Hunt-ın  maşınına  patent  alır.  Bu  ABŞ-da  tikiş  maşını  üçün  verilən  ilk 

patentdir.  1846-cı  ildə  Elias  Hou  (Elias  Howe  ABŞ,  Masaçusets)  patent  alır.  İsaak 

Merrit Zinger (Isaac Merritt Singer ABŞNyu York)  Hou-nun maşınını təkmilləşdirir və 

1851-ci  ildə  quruluşca  müasir  maşınlarla  eyni  olan  cihaz  üçün  patent  alır.  Bu  tikiş 


 

maşınlarının qiyməti 100 ABŞ dolları (hazırkı məzənnə ilə 2800 ABŞ doları civarında) 



təşkil edir, satışında ilk dəfə hissə-hissə ödəniş etmək qaydası tətbiq olunur.  

Tozsoran    adlandırıla  biləcək  qurğu  ilk  dəfə  1860-cı  ildə  ABŞ-nın  Ayova 

ştatından  olan  Daniel  Hess  tərəfindən  icad  olunur.  Qurğu  çarxlı  qutu  şəklindədir, 

hərəkətə  gətirildikdə  iş  orqanları  çalışmağa  başlayır,  iri  ölçülü  tullantını  konteynerə 

yığır, tozu su ilə dolu qablarda çökdürür. 1869-cu ildə ABŞ-nın İlinoys ştatının sakini 

Qaffi (W. Mc Gaffey) tozsoranların qüllə növündən olan müasir tozsoranlarla quruluşca 

eyni  olan,  insan  gücü  ilə  işə  salınan  cihaz  düzəldir.  1901-ci  ildə  iki  ixtiraçı  -    Hubert 

Sessil  Bus  (Hubert  Cecil  Booth  Qloster,  İngiltərə)  və  David  T.  Kenni  (Kenney,  ABŞ, 

Nyu  Cersi,  Somerset)  hərəsi  ayrılıqda  vakuum  təmizləyici  (vacuum  cleaner)  icad 

edirlər.  Tozu  təmizləyən  iri  ölçülü  mexaniki  qurğu  tozu  vakuum  yaratmaqla  daxilinə 

çəkir  və    çökdürür.  Qurğu  şəxsi  istifadə  üçün  deyil,  müştərilərə  təmizlik  xidməti 

göstərmək üçün istifadə olunur. 1907-ci ildə Ceims Spanqler (James M. Spangler, ABŞ, 

Ohayo) müasir sadə elektrik tozsoranlarla quruluşca eyni olan elektrik tozsoran təqdim 

edir, bu tozsoran məşhur “Hoover” tozsoranlar nəslinin ilki olur. 

Məişət  texnikasının  icadının  tarixini  araşdıranda  məlum  olur  ki,  bəzi  texnika 

növləri sənayedə istifadə olunan qurğuların ölçüləri kiçiləndən sonra məişətə daxil olub 

(soyuducu,  paltaryuyan),  bəziləri  əvvəlcədən  ev  şəraitində  istifadə  olunmaq  üçün 

nəzərdə tutulub (soba, tikiş maşını).  

Cədvəl 2: Məişət texnikası haqqında tarixi arayış 

 

Adı 



İcad olunduğu 

yer və tarix 

İstifadə  olunan 

texnologiyanın 

icadının tarixi 

Məişətdə 

istifadəyə 

verilməsi 

İlk 

qurğuların 



qiyməti 

İlk kütləvi 

istehsalın 

yeri və tarixi 



Soba 

qədimdən 

məlum 

qədimdən 

məlum 

qədimdən 

 

 



İngiltərə 

1828 

Paltaryuyan 

İtaliya 

XIV əsr 

XIV əsr 

XVIII əsrin 

ortaları 

5-10 $ 

(1858-ci il) 

İngiltərə 

XVIII əsr 

Soyuducu 

ABŞ 

1800-cü il 

qədimdən 

məlum 

XIX əsrin 

əvvəli 

700 $ 

(1916-cı il) 

ABŞ  

1916-cı il 

Tikiş maşını 

Hollandiya 

XIV əsr 

XIV əsr 

1846-cı il 

100 $ 

(1846-ci il) 

ABŞ, 

1854-cü il 

Tozsoran 

İngiltərə 

XIX əsr 

1643-cü il 

1908 

60-75 $ 

(1908-ci il) 

ABŞ 

1908-ci il 

 


 

Cədvəl  2-də  verilən  məişət  texnikasının  icadı  və  ilkin  istehsalı  haqqında 



məlumatlar  əsnasında  ilkin  təhlillər  aparmaq  mümkündür.  Göründüyü  kimi  o  vaxtın 

yüksək texnoloji qurğuları – tozsoran, soyuducu, tikiş maşını – İngiltərə və ABŞ-da icad 

olunublar,  ilk  kütləvi  istehsala,  həmçinin,  bu  ölkələrdə    başlanılıb.  Digər  tərəfdən 

istifadə  olunan  texnologiyanın  icadı  tarixi  ilə  onun  cihazda  tətbiqi  arasında  uzun 



müddət  keçib.  Səbəb  kimi  əksər  ixtiraçıların  o  dövrdə  elmi  biliklərə,  elmin 

nailiyyətlərinə deyil, daha çox praktiki biliklərə əsaslandıqlarını, tətbiqi elmin az inkişaf 



etdiyini irəli sürmək olar. ABŞ-da İlinoys və Nyu York sakinləri göründüyü kimi daha 

fəal  olmuşlar.  Digər  tərəfdən,  ABŞ-da  icad  olunan  texnika  özünəməxsus  texnologiya 

əsasında  qurulub,  iş  prinsipi  fiziki  və  mexaniki  proseslərə  əsaslanıb,  texniki  tərəfdən, 

istifadə olunan intiqal cəhətdən daha mükəmməl olub, ilkin satış qiyməti kifayət qədər 

yüksək  olub,  kütləvi  istehsala  ilk  nümunələr  işıq  üzü  görəndən  az  sonra  başlanıb, 

ixtiralar  və  kütləvi  istehsalın  başlanması  XIX-cu  əsrin  sonu  –  XX-ci  əsrin  əvvəlinə 

təsadüf edir. 

Bunların  səbəbi  elmi-texniki  inqilab  və  ABŞ-nın  əhalisinin  sürətlə  artması  və 

varlanması  olub.

12

  Vətəndaş  Müharibəsindən  sonra  35  milyona  bərabər  olan  əhalinin 



sayı  1880-ci  ildə  53  milyona  çatmışdır.  İmmiqrasiya  ildə  800  min  nəfər  təşkil  edirdi. 

1882-ci ildə ABŞ-də doğum göstəriciləri Böyük Britaniyadakını iki dəfə, Fransadakını 

üç  dəfə  üstələyirdi.  1882-ci  ildə  ÜDM  1864-cı  ilə  nisbətən  iki  dəfə  artmış  və  ABŞ 

dünyada bu göstəriciyə görə birinci yerə çıxmışdır. Müqayisə üçün qeyd etmək lazımdır 

ki,  ABŞ-də  ÜDM  Böyük  Britaniyadakından  30%,  Fransadakından  2  dəfə, 

Almaniyadakından 3 dəfə böyük rəqəmlə ifadə olunurdu. 

 

1.3.

 

Məişət texnikasının çeşidinin və texniki imkanlarının inkişafı 

Fərz  edək  ki,  bu  və  ya  digər  texnika  növünün  geniş  istifadə  olunduğu  və  ya 

kütləvi istehsalı haqda məlumatların yayıldığı zaman orta gəliri olan ailə onu ala bilərdi. 

Bu halda məişət texnikasının çeşidində dəyişiklikləri aşağıdakı kimi vermək olar: 

                                           

12

 “The Vacuum Cleaner: A history” by Carroll Gantz, McFarland, Sep 21, 2012, pp. 39-41 



 

 



Cədvəl 3: Məişət texnikasının ilk kütləvi istehsalı haqqında məlumat 

 

Texnika növü  Paltaryuyan 



Qaz sobası 

Soyuducu 

Tikiş maşını  Tozsoran 

İllər 


1752 

1826 


1829 

1851 


1869 

Cədvəldən belə nəticə  çıxarmaq olar  ki, artıq  XIX-cu əsrin  sonunda  İngiltərə və 

ABŞ-da orta  məişət texnikasının əsas növlərini almaq imkanı yaranmışdır. 

İlk  texnika  nümunələrində  buxar  və  daxili  yanma  mühərriklərindən  istifadə 

olunurdu.  Məişət  texnikasının  inkişafında  növbəti  mühüm  mərhələ  ona  elektrik 

mühərrikinin quraşdırılması oldu. Elektrik enerjisi ilə işləyən texnika növlərinin icadını 

aşağıdakı kimi baş vermişdir: 

Cədvəl 4: Məişət texnikasına elektrik mühərriklərin quraşdırılması haqqında tarixi arayış 

 

İllər              



1880 

1882 


1892 

1906 


1907  

1913 


texnika 

tikiş maşını

13

 

ütü



14

 

soba



15

 

paltaryuyan 



tozsoran 

soyuducu 

 

Elektrik  şəbəkə  genişləndikcə  elektrik  mühərrikləri  digərlərini  tamamilə  əvəz 



edirdilər.  Elektrik  enerjisi  getdikcə  məişət  texnikasının  istismarı  üçün  istifadə  edilən 

yeganə enerji mənbəyinə çevrilirdi. 

Yuxarıdakı  cədvəllərdən  məişət  texnikasının  çeşidinin  necə  sürətlə  artdığını 

görmək  olur:  XVIII  əsrdə  bir  yeni  texnika  növü  50-70  ildə  bir  dəfə  icad  olunur,  XIX 

əsrdə  10-15  ildə  bir  dəfə,  XX-ci  əsrdə  3-5  ildə  bir  dəfə  (məişət  texnikasının  elektrik 

növlərini yeni növ texnika qəbul etdikdə). 

Məişət texnikasının inkişafında əsas mərhələlər aşağıdakılardır: 



 

Elektrik mühərrikinin quraşdırılması; 



 

Avtomatlaşdırılması; 



 

“Ağıllı ev” infrastrukturuna daxil edilməsi



 

Robotlaşdırılması; 

Bunlardan əlavə hər ayrıca texnika növünün  

                                           

13

 http://www.singerco.com/company/history+ 



14

 H.W. Seely’s patent 

15

 Thomas Ahearn’s patent  



10 

 



 

təhlükəsizlik;  

 

enerjiyə qənaət;  



 

xarici görünüş; 



 

istifadə üçün daha rahat olması; 



 

ətraf mühitə, həmçinin insan sağlamlığına təsiri  



ilə bağlı göstəricilərinin yaxşılaşdırılması və  

 



texnoloji prosesin kamilləşdirilməsi  

ilə bağlı keçdiyi ayrıca inkişaf yolu var. 

 

1.4.

 

Tədricən 

qızdırıcı,  kondisiyalaşdırma,  işıqlandırma,  təhlükəsizlik, 

idarəetmə sistemlərinin, məişət texnikasına aid edilməsi. 

Məişət texnikasının çeşidi “məişət texnikası” anlayışı yarandığı tarixdən artmağa 

başlamış və müxtəlif dövrlərdə müxtəlif sürətlə davam etmişdir.  

Sənayeləşmə  dövrünün  əvvəlindən  sənaye  texnikasının  ölçüləri  kiçildilərək, 

buxar  mühərrikli  ötürücü  qurğusu  insan  və  ev  heyvanların  gücü  ilə  əvəz  olunaraq  ev 

şəraitində istifadə üçün uyğunlaşdırıldı. 

Daha sonra birbaşa məişətdə istifadə edilə biləcək texnika növləri yarandı: tikiş 

maşını, elektrik ütü, elektrik sobası, televizor, ventilyator, müxtəlif qızdırıcılar. 

Sadalanan  texnika  növləri  müəyyən  funksiyanı  yerinə  yetirırlər,  quruluşca 

nisbətən  sadədirlər,  insan  nəzarəti  tələb  etmir,  təcrid  olunmuş  müstəqil  fəaliyyət 

göstərən cihazlardır. Məişət texnikasının çeçidində növbəti artım ayrıca cihazların deyil, 

istifadəçi üçün cihaz formasında təqdim edilən, lakin əslində nisbətən mürəkkəb istilik 

və  kondisiyalaşdırma  sistemlərin  hər  ayrıca  mənzilə  quraşdırılması  olmuşdur. 

Kondisionerlər  və  istilik  sistemləri  insanların  yaşayış  və  iş  şəraitini  yaxşılaşdırmaq 

məqsədi  ilə  icad  olunmuş,  lakin  nisbətən  mürəkkəb  quruluşa  malik  olduqlarına,  daim 

xüsusi  operatorun  nəzarətini  tələb  etdiklərinə  görə  ilkin  olaraq  mərləzləşdirilmiş 

sistemlər  şəklində  qurulmuşdur.  Avtomatik  tənzimləmə  sistemləri,  elektron 

komponentlər həmin sistemlərə tətbiq edildikdən sonra onlar vərdiş etdiyimiz “kombi” 

və “kondisionerlərə” çevrilmişlər. 


11 

 

Kompyuterlər,  müasir  işıqlandırma  sistemləri,  təhlükəsizlik  kameraları  və 



sistemləri,  avtomatik  açılıb-bağlanan  qapı,  pəncərə  və  pərdələr  evlərimizə  hərbi  və 

elektronika sahələrindən gəliblər.  

Göründüyü kimi hal-hazırda istənilən texnikanın məişət texnikasına aid edilməsi 

üçün  onun  asanlıqla  idarə  olunma,  nisbətən  kiçik  ölçülər  və  ətraf  mühitə  nisbətən  az 

təsir kimi güstəricilərə malik olması kifayətdir: ev kinoteatrı. 


: content -> html
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Sənaye klasterləri ilə bağlı Arayış I. Klasterin anlayışı
html -> Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Baki 2015 Əczaçılıq sənayesi haqqında arayış
html -> Əczaçılıq fəaliyyəti haqqında azərbaycan respublikasinin qanunu
html -> Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş
html -> Ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı
html -> Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə