AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ azərbaycan elmi-TƏDQİqat əKİNÇİLİK İnstitutu



Yüklə 182.84 Kb.

səhifə1/3
tarix30.06.2017
ölçüsü182.84 Kb.
  1   2   3

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AQRAR ELM MƏRKƏZİ

AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU

Əlyazması hüququnda

AFİQ TOFİQ OĞLU MƏMMƏDOV

AZƏRBAYCANIN BİTKİ GENETİK EHTİYATLARI 

ÜZRƏ İNFORMASİYA SİSTEMİ

İxtisas: 2432.01 - Bioloji ehtiyatlar

Aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş dissertasiyanın 

A V T O R E F E R A T I

Bakı – 2014

2

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar 

İnstitutunda yerinə yetirilmişdir.

Elmi rəhbər: Biologiya elmləri doktoru, akademik

C.Ə.ƏLİYEV

Rəsmi opponentlər:   

b.ü.e.d. İlham Əyyub oğlu Şahmuradov

b.ü.f.d. Cavanşir Mütəllib oğlu Təlai

Aparıcı təşkilat: Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat 

Bağının “Bitkilərin mühafizəsi və monitorinqi” laboratoriyası

Dissertasiya  işinin  müdafiəsi  “_____”  _____________  2014-cü  il 

saat _____-də  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar 

Elm Mərkəzi Elmi-Tədqiqat Əkinçilik İnstitutu nəzdində aqrar elmlər üzrə

fəlsəfə doktoru  elmi  dərəcəsi  almaq  üçün  B/FD 04.012  Dissertasiya 

Şurasının iclasında keçiriləcəkdir.

Avtoreferata rəylərin 2 nüsxədə aşağıdakı ünvana göndərilməsi xahiş 

olunur: 

Ünvan: AZ1098, Bakı, Pirşağı qəsəbəsi, 2 №-li sovxoz, AZ.ETƏİ 

Tel./faks: (+994 12) 551-61-30

Dissertasiya ilə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun kitabxanasında 

tanış olmaq olar. 

Dissertasiyanın  avtoreferatı  “_____”  ______________  2014-cü  il 

tarixində göndərilmişdir.

Dissertasiya 

Şurasının elmi katibi, 

biologiya üzrə fəlsəfə doktoru:                                    M.Q.Əhmədov



3

İŞİN ÜMUMİ SƏCİYYƏSİ

İşin aktuallığı. Son illərdə müasir informasiya və kommunikasiya 

texnologiyalarının (İKT) tətbiqi cəmiyyət həyatının bütün sahələrini əhatə

etməkdədir.  Əlamətdardır  ki,  müvafiq  fəaliyyətləri  gücləndirmək  üçün 

2013-cü  il  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  İKT  ili  elan 

edilmişdi.  Bioloji  müxtəliflik, o  cümlədən  bitki  genetik ehtiyatları  (BGE) 

üzrə informasiya cəmiyyətinin formalaşdırılması bioehtiyatların öyrənilmə-

sinə və effektiv  idarə olunmasına  geniş  imkanlar  yaradır  [Thysen,  2000; 

Əliyev və b., 2008; Əliquliyev, 2012]. “Mədəni bitkilərin genetik ehtiyatla-

rının  mühafizəsi  və səmərəli  istifadəsi  haqqında”  Azərbaycan  Respub-

likasının  Qanununda (2011-ci il)  və Qanunun  icra  mexanizmləri  ilə bağlı 

sənədlərdə informasiya  sistemlərinin  yaradılmasına  xüsusilə böyük  önəm 

verilir. BGE-nin in situ və ex situ mühafizə strategiyalarının hazırlanması 

və həyata  keçirilməsi  sistemli  informasıya  və avtomatik  idarəetmə mühi-

tinin formalaşdırılmasını tələb edir. Canlı həyatın informativ aspektlərinin 

daşıyıcısı olan genetik ehtiyatların tədqiqinə, məhz bu sahə üçün səciyyəvi 

olan  metodlarla  yanaşı,  keyfiyyət  və kəmiyyət  göstəricilərinin  standart-

laşdırılması  əsasında  informasiya-analitik  kompüter  proqramları  və məlu-

mat bazaları kimi vasitələrin cəlb edilməsi zəruridir. BGE ilə bağlı başlıca 

təhlükələr və onları doğuran səbəblərin vaxtında aşkara çıxarılması ilə ehti-

yatların ehtimal edilən inkişafının modelləşdirilməsi, proqnozların əsasında 

tövsiyələrin  hazırlanması  ilə qərar  qəbulu  mexanizmlərinin  səmərəli 

fəaliyyəti üçün BGE haqqında məlumatların mərkəzləşdirilmiş və standart-

laşdırılmış qaydada toplanması, idarəsi, təhlili və istifadəsini nəzərdə tutan 

informasiya  sisteminin  (İS)  yaradılması  vacibdir.  Bu  sahədə tədqiqatların 

aparılmasına  olan  ehtiyac  bir  sıra  beynəlxalq  və respublika  əhəmiyyətli 

sənədlərdə öz  əksini  tapmışdır.  Milli  Genbankın  və sahə genbanklarının 

idarə olunmasının  yüksək  səviyyədə təşkili  də bu  cür  sistemin  varlığını 

tələb edir. Ölkədə mövcud olan bütün ex situ kolleksiyaları əhatə edən İS 

müxtəlif kolleksiyalar  arasında  məlumat  mübadiləsini  həyat  keçirmək, 

statistik  qiymətləndirmələrin  adekvatlığını  və dəqiqliyini  təmin  etmək, 

mövcud  genetik  materiallardan  seleksiya  işlərində və elmi  tədqiqatlarda 

daha  səmərəi  istifadə olunması  üçün  əvəzolunmaz  vasitədir.  BGE  üzrə

məlumatların  təhlili  ilə gələcək  siyasətin  müəyyənləşdirilməsinə və qərar 

qəbulu  mexanizmlərinin  işinə informasiya  dəstəyi  göstərilməsi  olduqca 

vacibdir.  BGE  üzrə İS-nin  yaradılmasını  zəruri  edən  amillərdən  biri  də

brend  bitkilər  üzərində ölkənin  hüquqlarının  beynəlxalq  səviyyədə təsbit 

edilməsinə yardım göstərilməsidir.


4

Məqsəd və vəzifələr. Dissertasiya işinin əsas məqsədi Azərbaycanın 

bitki genetik ehtiyatlarının in situ (on-farm)və ex situ şəraitindəmühafizəsi 

ilə bağlı fəaliyyətlərin informasiya təminatı, bu ehtiyatların hazırkı vəziy-

yətinin qiymətləndirilməsi, inkişaf yollarının müəyyənləşdirilməsi və alına 

biləcək  nəticələrin  proqnozlaşdırılması  üçün  yeni  tipli  proqram  təminatı 

əsasında  milli  inventarlaşdırmanın  həyata  keçirilməsi,  informasiya  müba-

diləsi mexanizmlərinin və BGE üzrə Milli Şəbəkə vasitəsi ilə məlumatların 

mərkəzləşdirilmiş  və unifikasiya  edilmiş  qaydada  toplanması,  qeydiyyatı, 

səmərəli  idarə olunması,  təhlili  və işlənməsi  üzrə informasiya  sisteminin 

yaradılması olmuşdur. 

Bu məqsədə çatmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:

1. İnformasiya  toplanması  və ötürülməsi  üzrə beynəlxalq  standart-

lardan istifadə etməklə, Azərbaycanın BGE kolleksiyalarının qeydiyyat və

informasiya mübadiləsi sisteminin yaradılması və tətbiqi.

2. Azərbaycanda  BGE-nin  ex  situ kolleksiyalarının,  genbankların və

genefond  bağlarının  inventarlaşdırılması,  pasport,  taksonomik,  ekocoğrafi 

və səciyyələndirmə məlumatlarının  mərkəzləşdirilmiş qaydada toplanması 

və sistemləşdirilməsi  əsasında  Mərkəzi  Məlumat  Bazasının  və BGE-nin 

tədqiqi  ilə əlaqədar  əsas  və yardımçı  informasiyaları  əhatə edən  digər 

məlumat bazalarının yaradılması.

3. İstifadəçilər  tərəfindən  BGE  haqqında  məlumatların  müxtəlif 

üsullarla  əldə edilməsi  və əks  əlaqə yolu  ilə zənginləşdirilməsinə imkan 

verən informasiya axtarışı və modifikasiyası sisteminin yaradılması.

4. GİS-in  və digər  İT-nin tətbiqi  ilə BGE  üzrə ex  situ kolleksi-

yalarının təhlilinin aparılması, ex situkolleksiyaların taksonomik müxtəlif-

liyinin  Azərbaycan  florası  ilə müqayisədə qiymətləndirilməsi,bitki  nümu-

nələri  haqqında  ekoloji  məlumatların  analizi, kolleksiyalarda  və məlumat 

bazalarında olan boşluqların müəyyənləşdirilməsi.

5. Coğrafi analitik informasiya sisteminin və digər informasiya texno-

logiyalarının tətbiqi ilə in situ (on-farm) şəraitdə BGE-nin öyrənilməsi üzrə

model tədqiqatların həyata keçirilməsi və tövsiyələrin hazırlanması.

6. Azərbaycanda  BGE-nin  ərzaq  təhlükəsizliyi  və təbiətimühafizə

baxımından səfərbər edilməsində, BGE üzrə fəaliyyətlərin əlaqələndirilmə-

sində,  istifadə və mübadilənin  genişləndirilməsində informasiya  sistemin-

dən istifadə imkanlarının araşdırılması.

7. Azərbaycanın  fauna,  flora  və ekosistem  ehtiyatları  üzrə mövcud 

informasiya sistemlərinin  inteqrasiyası,  yeni  sistem  və proqram  təminatı 

vasitələrinin  yaradılması  ilə vahid  informasiya  məkanının  formalaşdırıl-

ması prinsiplərinin işlənib hazırlanması. 


5

İşin  elmi  yeniliyi. İlk  dəfə olaraq  Azərbaycanın  bitki  genetik  ehti-

yatları  (BGE)  üzrə məlumatların  toplanması,  sistemləşdirilməsi,  saxlanıl-

ması,  yayılması,  mübadiləsi  və təhlili  əsasında  Azərbaycanın BGE  üzrə

İnformasiya Sistemi və onun tərkib hissəsi olan Mərkəzi Məlumat Bazası 

(MMB),  bu  ehtiyatlar  üzrə informasiya  məkanını  müxtəlif  yönümlərdə

əhatə edən digər məlumat bazaları, həmçinin BGE ilə bağlı müxtəlif səpkili 

məlumatların  əldə edilməsinə və əks  əlaqə yolu  ilə məlumat  bazalarının 

dəqiqləşdirilməsi  və yeniləşdirilməsinə imkan  verən  proqram  təminatı  -

informasiya axtarış sistemi yaradılmışdır.

Bu informasiya sistemi əsasında, ilk dəfə olaraq, ərzaq təhlükəsizliyi 

və təbiətimühafizənin təmin olunması üçün nəzəri və praktiki tədqiqatların 

aparılması üzrə tövsiyələr və istifadəçi qaydaları işlənib hazırlanmışdır.

BGE-nin vəziyyətinin  daim  nəzarətdə saxlanılması  və ondan  səmə-

rəli  istifadə edilməsi  üzrə qərar  qəbulu  mexanizmlərinə yardım  göstərən 

biliklər bazası yaradılmışdır.

Yeni  yaradılmış  və məlum  informasiya  vasitələrinin  köməyi  ilə

Azərbaycanın  BGE  üzrə milli  kolleksiyalarının  taksonomik  müxtəlifliyi 

qiymətləndirilmiş, bitki nümunələri haqqında pasport və ekoloji məlumat-

ların təhlili əsasında ex situ kolleksiyalarda olan boşluqlar müəyyənləşdiril-

miş, bunun əsasında toplanma və bərpa fəaliyyətləri üçün tövsiyələr hazır-

lanmışdır.

Azərbaycanda ilk dəfə olaraq, model kimi, nar bitkisinin becərildiyi 

bölgələrin bioiqlim göstəriciləri fonunda xalq seleksiyası sortlarının arealı 

öyrənilmiş, mühafizəsi ilk növbədə vacib olan müxtəliflik müəyyənləşdiril-

mişdir.

İşin praktiki əhəmiyyəti. Azərbaycanın BGE üzrə İnformasiya Sis-

temi toplanma və saxlanma işlərinə cəlb  edilməli takson və  nümunələrin 

aşkar olunması, müxtəlif mənbələrdən olan (təbii flora, ex situ kolleksiyalar 

və fermer  təsərrüfatları)  bitki  nümunələri  üzrə məlumatların  qeydiyyatı, 

saxlanması  və ötürülməsi  imkanlarının  genişləndirilməsi,  onların  itirilmə-

sinin  qarşısının  alınması  istiqamətində işlərin  səmərəliliyinin  artırılması, 

avtomatlaşdırılmış  informasiya  təminatı  kimi,  seleksiya  işləri  üçün  bitki 

nümunələrinin  seçilməsi  imkanlarının  və üsullarının  genişləndirilməsi, 

kolleksiyalarda və BGE üzrə informasiya bazalarında mövcud boşluq və/ya 

çatışmazlıqları  aşkara  çıxartmaqla,  toplanma,  saxlama,  bərpa,  çoxaldılma 

və s. üzrə işlərin səmərəliliyinin artırılması, vaxta və işçi qüvvəsinə qənaət 

olunması kimi məsələlərin həlli üçün səmərəli vasitədir.  

Bitki  nümunələrinin  qeydiyyatı,  onlar  haqqında  informasiyaların 

beynəlxalq  şəbəkələr  vasitəsi  ilə yayılması,  nüfuzlu  beynəlxalq  rəsmi 



6

internet saytlarında yerləşdirilməsi onlar üzərində Azərbaycanın hüquqları-

nın təsbit edilməsinə imkan verir.

Sistem  çərçivəsində mövcud  olan  məlumat  bazaları  və internet 

resursları  geniş  auditoriya  üçün  elektron  daşıyıcılar  və internet  vasitəsilə

əldə edilə bilən zəngin informasiya mənbəyidir.  

Beləliklə,  BGE  üzrə informasiya  sistemi  biomüxtəlifliyin  genetik 

ehtiyarlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqatlara 

informasiya  dəstəyini  təmin  etməkdə prinsipcə yeni  imkanlar  yaradır. 

Müvafiq  modifikasiyalar  edilməklə,  bu  sistem  qeyri-bitki  təbiətli  digər 

bioloji  ehtiyatların  öyrənilməsi,  mühafizəsi  və istifadəsi  üzrə işlərdə də

tətbiq oluna bilər.

Dissertasiya  işinin  müdafiəyə çıxarılan  əsas  müddəaları  aşağıdakı-

lardır:


 Azərbaycanın  bitki  genetik  ehtiyatları  üzrə  informasiya  məkanının 

formalaşdırılması əsaslarının işlənib hazırlanması;

 Azərbaycanın  bitki  genetik  ehtiyatlarının  İnformasiya  Sisteminin  və 

onun mühüm tərkib hissəsi olan Mərkəzi Məlumat Bazasının, həmçinin 

BGE ilə bağlı digər məlumat bazalarının yaradılması;

 yaradılmış informasiya sistemindən istifadə edərək ərzaq təhlükəsizliyi 

və  təbiətimühafizənin  təmin  olunması  istiqamətində  nəzəri  və  praktiki 

tədqiqatların  aparılması  üzrə  tövsiyələrin  və  istifadəçi  qaydalarının 

işlənib hazırlanması;

 BGE üzrə Azərbaycanın milli kolleksiyalarının taksonomik  müxtəlifli-

yinin  informasiya  texnologiyalarının  köməyi  ilə  qiymətləndirilməsi, 

bunun əsasında toplanma və bərpa işləri üçün tövsiyələr hazırlanması;

 model kimi, nar bitkisinin biocoğrafi tədqiqi.

İşin aprobasiyası. Tədqiqatların nəticələri Avropa BGE İnfrastruk-

turunun yaradılması üzrə beynəlxalq konfransda (2003, Praqa), BGE üzrə

Cənubi Qafqaz və Mərkəzi Asiya Regional Koordinasiya Müşavirələrində

(2003-2009),  BGE  üzrə Mərkəzi  Asiya  və Cənubi  Qafqaz  Regional 

Məlumat Bazasının yaradılması üzrə Yekun müşavirədə (2007, Daşkənd), 

BGE  üzrə Milli  Seminarlarda  (2006-2012),  “Biomüxtəlifliyin  GE  üzrə I 

Beynəlxalq  Konfrans”da  (2006,  Bakı),  "Meyvə bitkilərinin  yabanı 

əcdadları  üzrə I  Beynəlxalq  Konfrans"da  (Devis,  ABŞ,  2011),  Bakıda 

keçirilmiş  “İqlim  dəyişikliyinə davamlılığa  nail  olmaq  üçün  BGE-nin 

müxtəlifliyi,  öyrənilməsi  və istifadəsi”  üzrə I  Beynəlxalq  Konfransda 

(2011),  Genetik  Ehtiyatlar  İnstitutunun  Elmi  Şurasının  2003-2013-cü 

illərdə keçirilmiş yığıncaqlarında və 2013-cü il 11 dekabr tarixində AMEA 

Rəyasət Heyətinin iclasında və s. məruzə edilmişdir. 


7

Dərc edilmiş əsərlər: Dissertasiyanın mövzusu üzrə həmmüəlliflikdə

2 kitab, 17 məqalə (o cümlədən 6 məqalə xaricdə) və 10 tezis (5-i xaricdə) 

dərc edilmişdir.

Dissertasiyanın  strukturu  və həcmi:  Dissertasiya  işi  giriş,  6  fəsil, 

nəticələr,  istifadə olunmuş  ədəbiyyat  siyahısından  və əlavələrdən  ibarət 

olmaqla  191  səhifədə çap olunmuşdur. İşdə 13 cədvəl, 21 şəkil var. 179 

ədəbiyyat mənbəyindən istifadə edilmişdir.



İŞİN ƏSAS MƏZMUNU

1. TƏDQİQATIN MATERİAL VƏ METODLARI

BGE üzrə milli informasiya  sisteminin  tədqiqat materiallarına  milli 

genefondun  kolleksiyaları,  bitki  nümunələri,  o  cümlədən  elmi  və xalq 

seleksiyası  sortları,  mədəni  bitkilərin  yabanı  əcdadları,  herbari  fondları, 

bitki  nümunələri  haqqında  müvafiq  texnologiyalarla  standartlaşdırılmış 

pasport,  ekoloji,  iqlim,  geoloji  və geobotaniki,  areoloji,  taksonomik,  sax-

lanma,  bərpa,  mübadilə,  introduksiya  və reintroduksiya,  səciyyələndirmə

məlumatları  daxildir.  Həmçinin  ekspedisiyalar,  genefond  materiallarının 

öyrənilməsi üzrə hesabatlar və deskriptor siyahıları, elektron xəritələr, tari-

xi, arxeoloji materiallar, ilkin qeydiyyat və karantin protokolları, kolleksiya 

toplayan və saxlayanlar, fermerlər, ekspertlər və onların BGE ilə bağlı bi-

likləri, təşkilatlar, layihələr, proqramlar, nəşrlər, kataloqlar, kitablar, digər 

ədəbiyyat  və materiallar  sistemin  obyektləridir.  Çoxcədvəlli  və çoxsəviy-

yəli  məlumat  bazalarının  yaradılmasında  Məlumat  Bazalarını  İdarəetmə

Sistemlərindən  və digər  proqramlardan  (Visual  FoxPro  [Karatıqin  və b. 

1999; Sosinski, 1997]., dBase, MS Access, MySQL, SQL Server, Apachi, 

MS Excel və s.), SQL dilindən, internet resurslarından istifadə edilmişdir. 

MİMM-nin yaradılması üzrə “Rəhbər vəsait”dən, lisenziyalı olmayan, açıq 

proqram  təminatı  və məlumat  bazası  serverlərindən, milli  genefondun  in-

ventarlaşdırılmasında  beynəlxalq  pasport  və səciyyələndirmə deskriptor-

larından istifadə olunmuşdur [Alercia et al., 2001; EURISCO descriptors, 

2013].  Milli genefondun informativ təhlilində müqayisə və səciyyələndir-

mə üzrə kəmiyyət  meyarlarından,  kolleksiya  və ekosistemlərin  genetik 

müxtəlifliyinin  qiymətləndirilməsi  üzrə indekslərdən  [Əliyev  və b.,  2008; 

Meqarran,  1992],  GİS  program  təminatı  vasitəsi  ilə elektron  areal  xəritə-

lərinin tərtibi və ekocoğrafi, geobotaniki və s. məlumatların onların üzərinə

köçürülməsi  üsullarından  [Farcy  et  al.,  2005;  Guarino  et  al.,  2002; 

Winfried,  2006],  məlumatların  statistik  emalı  paketlərindən  istifadə edil-

mişdir. Sistemə daxil olan taksonomik informasiyaların toplanması, dəqiq-


8

ləşdirilməsi və təhlilində İndex Kewensis sisteminin on-line versiyasından, 

GRIN-Taxonomysaytından, Ali Bitkilərin Fəsilə və Cins Adları Siyahısın-

dan,  Mansveld  ensiklopediyasından,  digər  müvafiq  internet  mənbələrdən, 

eləcə də yaradılmış məlumat bazalarının imkanlarından istifadə edilmişdir. 

2. BGE ÜZRƏ İNFORMASİYA SİSTEMİ: TƏŞKİL VƏ 

İDARƏETMƏ PRİNSİPLƏRİ, PROQRAM TƏMİNATI

Bioloji  sistemlər  haqqında  elektron  formada  verilən  informasiya 

ehtiyatlarını müxtəlif şəkildə təşkil etmək və məlumat axınını təmin etmək-

lə biomüxtəlifliyin  mühafizəsi üzrə daha  səmərəli  təhlillər  aparmaq  olar.

Ehtiyatlara  əlverişli  və rahat  müraciət,  istifadəçilər  üçün  zəngin  informa-

siya  məkanında  hərəkət  azadlığı,  məlumat  axtarışı  və seçim-sorğu  aparıl-

masında  səmərəlilik,  informasiya  ehtiyatlarının  aktual  vəziyyətdə saxlan-

ması kimi problemlərin həll olunmasını,  BGE üzrə bütün sənədləşdirmə -

məlumat axınlarının fasiləsiz işini təmin edən informasiya sisteminin təşki-

lati  strukturu  və proqram  təminatı  yaradılmışdır.  Bu  struktur  kompleks 

pasport,  morfoloji,  botaniki  və ekoloji  məlumatların  toplanmasına  və

təhlilinə imkan verir.

Bitki müxtəlifliyinin inkişafının zaman-məkan aspektlərinin öyrənil-

məsi məqsədilə məlumatların coğrafi sistemlərdə bu günə qədər toplanmış 

ehtiyatların  və inkişaf  proqnozlarının  göstərilməsi  ilə təşkilinin  zəruriliyi 

müəyyən edilmişdir. İntellektual həllər bloku çoxvariantlı inteqral qiymət-

ləndirmə və proqnoz  xarakteristikalarının  ekspert  sistemi əsasında  vəziy-

yətin inkişaf ssenarisinin alınmasına imkan verir.

BGE-nin mühafizəsinə və onlardan səmərəli istifadəyə imkan verən 

prinsiplərə müvafiq  olaraq  qurulmuş  informasiya  sisteminın  və biliklər 

bazasının  (ekspert  sisteminin)  yaradılması  bitki  biomüxtəlifliyinin  qorun-

masının  ən  kəskin  problemlərinin  aşkara  çıxarılmasına,  nümayişinə və

həllinə şərait yaradaraq BGE-nin davamlı inkişafını təmin edir.

Azərbaycanın  BGE  üzrə İnformasiya  Sistemi milli  şəbəkədən, 

İnformasiya Mübadiləsi Mexanizmindən və onun internet bazisli məlumat 

bazalarından,  digər  çoxsaylı  fayl  qruplarından,  çoxcədvəlli  və çoxfunk-

siyalı  Mərkəzi  Məlumat  Bazasından  (MMB),  digər  proqram  təminatı 

vasitələrindən, müvafiq interfeyslərdən və s. ibarətdir. 

İnformasiya  Sistemini  şərti  olaraq,  əsasən  üç  funksional  bloka 

ayırmaq  olar:  1)  İnventarlaşdırma  bloku;  2)  Analitik  blok;  3)  Təşkilatı-

idarəetmə bloku.  Bütün  bloklar  informasiya  texnologiyalarından  istifadə

edilməklə proqram vasitələri ilə sıx əlaqələndirilmişdir. 


9

Mərkəzi  Məlumat  Bazasının  əsasında  müasir  texnologiyalarla 

hazırlanmış  proqram  təminatı,  xüsusi  açar  sahələrin  vasitəsi  ilə əlaqələn-

dirilən  və BGE-nin  ən  müxtəlif  məsələlərini  əhatə edən  cədvəllər  durur. 

Bitki  nümunələri  haqqında  pasport,  ekoloji,  botaniki,  saxlama  üzrə və s. 

məlumatlar  ayrı-ayrı  sahələr  şəklində sistemləşdirilmişdir.  Bundan  başqa, 

bitki nümunələrini toplayan, saxlayan subyektlər, takson adları, ölkələr və

s.  yardımçı  informasiyaları  saxlamaq  üçün  cədvəllər  layihələşdirilərək 

kodlaşdırma və indekslər vasitəsi ilə əlaqələndirilmişdir (şək. 1.). 

Azərbaycanın  bütün  ex  situ kolleksiyalarının  beynəlxalq  prinsiplər 

əsasında  prioritetliyi  müəyyən  edilmiş,  onlarda  toplanmış  nümunələrin 

inventarlaşdırılması həyata keçirilmişdir. MMB-də mədəni bitkilərin yaba-

nı əcdadları, qədim və ənənəvi sortlar, müasir sort nümunələri və s. gеniş 

təmsil olunmuşdur. Bazanın əsas hissəsini Azərbaycan üçün prioritet sаyı-

lаn  dənli-taxıl,  paxlalı,  texniki,  meyvə,  giləmeyvə və s.  bitkilər  hаqdа 

məlumаtlаr təşkil edir.

İnventarlaşdırılaraq məlumat bazasına daxil edilmiş və respublikanın 

başlıca ex situ kolleksiyalarında mühafizə edilən bitki nümunələrinin sayı 

11000-dən  çoxdur.  Həmin  nümunələrin  bitki  qrupları  üzrə paylanması 

proqramın  hesabat  səhifəsindəki  komandaların  vasitəsi  ilə cədvəl 

formasında tərtib edilmişdir (cədvəl 1. və cədvəl 2.). Bazada 118 fəsiləyə, 

432 cinsə, 847 növə aid olan bitki nümunələri təmsil olunmuşdur.

Şək. 1. Məlumat bazasının daxili strukturu



10

MMB-nin strukturu çərçivəsində Milli Genbankın məlumat bazası

yaradılmışdır.  Bu  baza  genbank  fəaliyyətlərinin  xarakterinə uyğunlaş-

dırılmış  14  cədvəldən,  izahat  və köməkçi  bloklardan,  axtarış  və hesabat 

formalarından ibarətdir.Məlumat bazasının quruluşu spesifik məlumatların 

ardıcıl və sürətlə əldə edilməsi üçün səmərəli struktura və interfeysə malik 

olmaqla,  rüşeym  plazmasını  təsvir  edən  məlumatların  yüksək  səviyyədə

idarəsini təmin edir. Genbankın məlumat bazasına (2013) əsasən, saxlanma 

kamerasında mühafizə edilən  toxum  fondu  dənli-taxıl,  dənli-paxlalı,  yem, 

dərman,  texniki,  tərəvəz  və s.  bitkilərinin  70  fəsiləsinə,  222  cinsinə,  411 

növünə aid yabanı və mədəni bitki nümunələrini əhatə edir. 

Cədvəl 1. 

MMB-də bitki qrupları üzrə nümunə sayı

Cədvəl 2. 

MMB-də nümunələrin populyasiya tipi

Populyasiyanın tipi

MB-də kod

Nümunə sayı

Alaq

WE

8



Rayonlaşmamış sort

UM

217



Naməlum 

975


Rayonlaşmış Sort

CV

773



Yabanı

WI

2056



Yaxşılaşdırılmış sort

AC

1423



Tədqiqat materialı 

RM

3025



Xalq seleksiyası sortu

LA

2365



Cəmi

10842


BGE  üzrə tədqiqat  fəaliyyətlərinin  yüksək  şəkildə idarəsini  təmin 

edən  Milli  İnformasiya  Mübadiləsi  Mexanizminin  (MİMM)  əsas 

funksiyaları  BGE-nin  vəziyyətinin  tam  təsvirini  verən,  nailiyyət  və

nöqsanları, prioritet və tələbatları aşkara çıxarmaqla strateji planlaşdırmaya 

kömək  edən  hesabatların  hazırlanması  və Milli  Şəbəkənin fəaliyyətinin 

effektiv  işinin  təmin  edilməsindən  ibarətdir.  MİMM  çərçivəsində BGE  

üzrə tədqiqatların  nəticələrini,  ölkədə aparılan  fəaliyyətləri  əhatə edən 

hərtərəfli  məlumatların  toplanmasını  və yayılmasını  həyata  keçirmək 

məqsədilə proqram  təminatı  hazırlanmışdır.  MİMM-in  çoxcədvəlli 

Bitki qrupları 

MMB-də

Bitki qrupları 



MMB-də

Dənli taxıl

3675

Texniki


1558

Paxlalı


1021

Meyvə


2404

Yem


603

Dərman bitkisi

684

Tərəvəz-bostan



855

Digər


42



  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə