Əkinçilik Elmi - Tədqiqat İnstitutunun Elmi əsərlər Məcmuəsində dərc
ediləcək məqalələrin tərtibatı üçün tələblər
Məqalənin məzmununa qoyulan tələblər
–təqdim edilmiş elmi məqalədə
əsasən yeni elmi nəticələr və ya yeni anlayış, ideya və tanınmış faktların
müzakirəsi verilməlidir. Məqalədə olan yenilik (problemə yeni baxış, ilk dəfə
aparılmış ümumiləşdirməvə s.), müəllif(lər) tərəfindən əldə edilmiş nəticələr
vurğulanmalıdır.
Məqalənin həcmi -
dərc ediləcək məqalənin həcmi
8 səhifədən çox
olmamalıdır.
Məqalələrin tərtibatına qoyulan tələblər:
1.
UOT
- elmi əsərlər məcmuəsində dərc ediləcək məqalələrdə, universal
onluq təsnifata uyğun undeks göstərilməlidir.
2.
Məqalənin adı
- birmənalı olaraq məqalənin məzmununu xarakterizə
etməlidir (şrift - qalın, ölçüsü -14 pt,iri hərflərlə mərkəzdə).
Dostları ilə paylaş: