Phytophthora solani, Ph. parasitica
), Gövdə bakteriozu (
Pseudomonas corrugata
)
ilə yoluxmanın yayılması və intensivliyinin uçotuaparılmışdır. Uçotların aparılması
hər 5 gündən bir olmaqla şitillərin sahəyə köçürülməsinə qədər davam etdirilmişdir.
Təcrübə 4 təkrarda, hər təkrar 500 şitil daxil olmaqla cəmi 6000 şitili əhatə etmişdir.
Uçot və təhlillər göstərir ki, təcrübə variantında kök cücərməsinə uğrayan
şitillərin 2,2 %, etalonda 12,4 %, nəzarət variantında isə 38,5% olmuşdur. Şitillərin
Fitoftoroz xəstəlikləri ilə sirayətlənmə səviyyəsi təcrübə variantında 5,6% yayılma,
1,4 % intensivliklə qeydə alınmışdır. Etalon variantda xəstəliyin yayılması 18,5%,
intensivliyi 5,9% olmuşdur. Nəzarət variantında Fitoftorozun yayılması 52%,
intensivlik 12,6 % olmuşdur. Gövdə bakteriozu təcrübə variantında olmamış, etalon
variantında 12,5%, nəzarətdə 34,9% yayılmışdır.
Beləliklə, tətbiq olunmuş yeni mübarizə sxemi şitillərin xəstəliklərə qarşı
davamlılığını artırmışdır. Təcrübə variantında alınan nəticələr nəzarət variantı və
etalon variantı ilə müqayisə edilmiş, bioloji səmərə kök çürümələrinə qarşı təcrübə
variantında 94 %, etalonda 68 %, Fitoftoroza qarşı təcrübə variantında 89%, etalon
variantda 64%, Gövdə bakteriozu xəstəliyinə qarşı isə təcrübə variantında 100%,
etalonda 64% olmuşdur (Cədvəl 1).
Təcrübə variantında sağlam şitil çıxışı 99,7 %, etalonda 86%, nəzarətdə isə 62%
olmuşdur. Etalonla müqayisədə təcrübə variantında əlavə şitil çıxışı 13,7 % çox
olmuşdur. Hazırda 1000 ədəd şitilin satış qiymətinin 150 manat olduğunu nəzərə
aldıqda hər 1000 şitildən 136 ədəd, yəni 136 x 0,15 man. = 20,4 manat / 1000 şitildə
xalis gəlir əldə edilmişdir. Əlavə mübarizə tədbirlərinə şəkilmiş xərclərin hər 1000
şitilə 6,2 manat olduğu nəzərə alınarsa hesablasaq 20,4-6,2=14,2 manat alınır.
Beləliklə, tətbiq edilmiş mübarizə tədbirləri nəticəsində həm ekoloji cəhətdən zərərsiz
311
vasitələrdən isdifadə olunmaqla ətraf mühit və işçilərin sağlamlığı qorunmuş, həm də
hər 1000 şitildən 14,2 manat xalis gəlir əldə edilmişdir.
Elmi-tədqiqat işlərindən alınmış nəticələr əsasında örtülü sahədə becərilən
məhsuldar pomidorun başlıca xəstəliklərinə qarşı ekoloji cəhətdən təhlükəsiz
mübarizə tədbirləri sistemi işlənib hazırlanmışdır. Hazırlanmış yeni mübarizə
sxeminə aşağıda göstərilmiş komponentlər daxildir.
a.Şitillərin əkilməsi zamanı nəzərdə tutulmuş sahədə və ya (hidroponika
şəraitində) substratda olan fakultativ parazitlərdən mühafizə edilməsi üçün əkindən
10 gün qabaq hər yuvaya 5-10 sm dərinlikdə 1 həb Qliokladin (
Trychoderma
harzianum
st. M 22 VİZR, titr 10
9
KYO/qr) preparatı tətbiq edilmişdir.
b.Şitillərin əkinə hazırlanması, kök sisteminin substratda daha güclü inkişafının
təmin edilməsi üçün əkin vaxtı Kornerost P (3 indolil sirkə turşusunun kalium duzu)
preparatının 0,001 %-li işçi məhlulu hazırlanıb 1000 şitilə verilmişdir.
c.Şitillərin daimi yerlərində başlıca xəstəliklərə qarşı mübarizədə Alrin-B
(Bacillus subtilis-şt-10 VİZR, titr 10
9
KYO/qr) preparatı ilə Qamair (
B. subtilis
st.-22
VİZR, titr 10
9
KYO/qr) preparatı birgə kompleks çiləmə metodu ilə hər 15 gündən
bir olmaqla 4 dəfə tətbiq edilmişdir.
d.Fır nematodlarına qarşı Nematofaqin (
Arthrobotrys oligaspora
) preparatının
torpağa 3 dəfəverilməsi. 1-ci torpağa şitillər əkilməmişdən 10 gün qabaq 5litr /100
pm-ə, 2-ci əkin vaxtı hər yuvaya 30 ml, 3-cü vegetasiya dövründə fır nematodu ilə
sirayətlənmiş ocaqlara 1 yuvaya 30 ml normada, torpağın 15-20 sm dərinliyinə
fumiqator vasitəsi ilə verilmişdir.
e.Vegetasiyanın məhsul yetişkənliyi dövründə və məhsul yığımı vaxtı
Fitosporin-M0,05 %-li məhlulu 2 dəfə tətbiq edilmişdir. IMS 400 litr/ha.
Geniş təsərrüfat təcrübəsinin etalon variantı kimi təsərrüfatda paralel becərilən,
eyni aqrofonda eyni sorta (Durinta) məxsus olan pomidorun başlıca xəstəliklərinin
mühafizəsində tətbiq edilən tədbirlərin sayı 9 dəfə, kimyəvi funqisidlərlə, 1 dəfə DD,
2000 litr/ha normada, Vidat preparatının sulu məhlulu ilə 100 litr/ha normada fır
nematodlarına qarşı tətbiq edilmişdir.
Nəzarət variantında eyni aqrofonda becərilən eyni sorta məxsus bitkilər
üzərində heç bir mübarizə tədbiri keçirilməmişdir. Təcrübə qoyulduqdan sonrakı hər
5 gündən bir yayılmış xəstəliklərin uçotu aparılmışdır. Uçotlar bütün təcrübə
sahəsində eyni gündə aparılmış, alınmış nəticələr təhlil edilmişdir. Nəzarət
variantında xəstəliklərin yayılma səviyyəsi ilə təcrübə və etalon variantdan alınmış
nəticələr müqayisə edilməklə bioloji səmərəlilik hesablanmışdır. Yeni mübarizə
sxemi (YMS) tətbiq olunmuş sahədə Fitoftoroz xəstəliyinin yayılması 6,4%,
intensivlik 2,6% olmuş, Alternarioz və Bakterial xəstəliklərqeydə alınmamış,
Fuzarioz və digər traxeomikoz soluxmaların yayılması 6,2% olmuşdur (cədvəl 2). Bu
zaman etalon variantda Fitoftoroz xəstəliyinin yayılması 22,4%, intensivliyi 5,2%,
nəzarət variantında isə yayılma 62,8%, intensivliyi 25,6% olmuşdur. Etalon variantda
Alternarioz xəstəliyinin yayılması 18,2%, intensivliyi 7,8%, Bakterial soluxma
xəstəliyi 12,8%, Traxeomikoz və Fuzarioz soluxmaları 16,5% olmuşdur. Nəzarət
variantında Alternarioz xəstəliyinin yayılması 38,5%, intensivliyi 16,5%, Bakterial
xəstəliklər 32,2% olmuşdur. Alınmış nəticələr təhlil edilmiş və YMS tətbiq olunmuş
312
sahədən və etalon variantdan alınmış nəticələr nəzarət variantından alınmış
nəticələrlə müqayisə edilmişdir. Hesablamalar göstərir ki, YMS variantında tətbiq
olunmuş tədbirlərin Fitoftoroza qarşı bioloji səmərəsi 90%, Alternarioza və Bakterial
xəstəliklərə qarşı 100%, Traxeomikoz və Fuzarioz soluxmalara qarşı 84% olmuşdur.
Etalon variantın tədbirlərinin bioloji səmərəliliyi fitoftoroza qarşı 64%, Alternarioza
qarşı 51%, Bakterial xəstəliklərə qarşı 63%, Fuzarioza qarşı isə 49% olmuşdur.
YMS tətbiq olunmuş sahədə ekoloji-təmiz məhsul istehsal edilmişdir və
məhsuldarlıq 16,4 kq/m
2
olmuşdur. Etalonda pestisidlərlə zibillənmə səviyyəsi
normadan 2,5 dəfə çox, məhsuldarlıq isə 15,2 kq/m
2
olmuşdur. YMS tətbiq olunmuş
variantda əldə edilmiş əlavə məhsul 1,2 kq/m
2
çox olmaqla sxemə sərf olunmuş əlavə
xərc 0,86 manat/m
2
və etalonla müqayisədə xalis gəlir 1,54 manat təşkil etmişdir.
Tətbiq olunmuş YMS-nin rentabelliyi 139,5% olmuşdur.
Dostları ilə paylaş: |