326
Taxılda məskunlaşan mikroorqanizmlər onun toxumluq, texnoloji və sanitar-
gigiyenik xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Alternaria növündən
olan göbələklərə, demək olar ki, bütün dünyada əsas taxıl bitkilərinin (buğda, arpa,
yulaf, çovdar və s.) toxumlarında, başqa göbələklərə və bakteriyalara nisbətən
daha sıx rast gəlinir və taxılın mikrobiotasının ən adi komponentini təşkil edirlər.
Taxıl bitkilərinin alternariozu promlemi çoxdan yaranmışdır. Rusiyada bu
xəstəliklərə hələ XX əsirin əvvəllərində diqqət yetirilməyə başlanmışdır. Kursk
vilayətində çovdar və arpada Alternaria göbələklərinə sıx-sıx rast gəlindiyinə dair
ilk məlumatlar 1903-cü ilə təsadüf edir. [2]. Hal-hazırda taxıl
bitkilərinin
alternariozu taxılçılıqla məşğul olan bütün ölkələrdə geniş yayılmışdır ki, bunu son
illərin nəşrləri də sübut edir.
Uzun tarixli olmasına baxmayaraq dənli bitkilərin alternariozlarının
öyrənilməsi hal-hazırda da öz aktuallığınıitirməmişdir. Ənənəvi olaraq
p.Alternaria
göbələkləri ilə əlaqələndirilən xəstəliklərin etiologiyası və
zərərvericiliyinə dair biri-birinə zidd olan fikirlər mövcuddur. Bu qrupdan olan
göbələklərin nümayəndələrinin sistematikası dolaşıq və bəzən mübahisəlidir ki, bu
da təyinedilmə (identifikasiya) zamanı yol verilən səhvlərin səbəblərindən biridir.
Yalnış eyniləşdirilmə, Rusiya ədəbiyyatında
qalan bəzi əfsanələr, hərdən isə
beynəlxalq miqyasda sıxıntılar doğurur. Alternaria növünün, taxılı kontaminasiya
(bir neçə hadisənin biri-birinə qarışdırılması)
edən sürətli və doğru
eyniləşdirilməsinin olmaması 2002-ci ilin oktyabr ayında Braziliyanın karantin
xidmətləri və Ukraynanın buğda ixracatçıları arasında mübahisəyə gətirdi ki, bu da
Ukraynanın ciddi maliyyə itkisinə səbəb oldu. Az məlum olan göbələklə
sirayətlənməsi səbəbindən 82 min ton buğdanın idxalı dayandırıldı. Nəticədə
göbələk A.triticina
kimi müəyyən edilmişdir ki, bu da karantinin qaldırılmasına
imkan verdi.
Son illərdə
p.Alternaria
göbələyinin tədqiqatlarında bəzi nailiyyətlər əldə
olunmuşdur. Bu növün, bir çox ziddiyyətləri (lakin hələlik hamısını deyil) aradan
qaldıran və növlərin adlarının böyük çoxluğunda qayda-qanun yaradan
sistematikasının araşdırılması aparılmışdır. Onun bir çox növlərinin genişlənməsi
daha yaxşı tədqiq edilmişdir.
Eyni zamanda, əlverişsiz hava şəraitinin təsirinə
məruz qalmış taxılın biokimyəvi və fizioloji xüsusiyyətlərinin tədqiqatlarından
maraqlı nəticələr əldə olunmuşdur. Bu nailiyyətlər bizim taxılın alternariozu
barədə olan təsəvvürlərimizə düzəlişlər edir.
Rusiya ərazisində2000-2012-ci illər ərzində buğdanın, arpanın və digər
dənlilərin toxumunda Alternarianın aşağıdakı növləri aşkar edilmişdir:
A.tenuissima,
A.alternata,
A.arborescens,
A.avenicola
və
A.infectoria
kompleksinin növləri. Yuxarıda sadalanan göbələklər p.Alternarianın yalnız
morfoloji
əlamətlərinə görə deyil, həm də ekoloji xüsusiyyətlərinə və praktiki
əhəmiyyətinə görə fərqlənən üç müxtəlif bölmələrinə aiddirlər.
Alternariyanın dənli-taxıl bitkilərində daha çox üç növü geniş yayılmışdır.
Başqalarına nisbətən daha çox
A.tenuissimaya
rast gəlinir, daha seyrək,
lakin hər
yanda
A.alternata
və
A.arborescens
aşkar olunur. Rusiyada bu patogenlərlə
sirayətlənməyə yüksək dərəcədə buğda və arpa toxumları meyillidirlər. Onların
327
sirayətlənməsi 30-90%, orta hesabla təxminən 50% təşkil edir. Ölkənin avropa
hissəsində ümumilikdə o, iki dəfə aşağı idi və nadir hallarda 50% keçirdi.
A.alternata növü onun “gerçək” zəif anlamında taxıl nümunəsinin yalnız 10-15%
aşkar olunurdu. Onunla sirayətlənmə hesablanmış faizləri aşmırdı. A.arborescens
növü də az rast gəlinən idi, lakin bəzi yerlərdə A.alternataya nisbətən daha sıx rast
gəlinirdi. Bu bölmənin bütün sadalanan növləri
öz bioloji və təsərrüfat
xüsusiyyətlərinə görə oxşardırlar. Alternarianın xırda sporlu növlərini müxtəlif
bitkilərin, həmçinin də buğdanın alt qoca yarpaqlarında aşkar etmək çətin deyil.
Sağlam yarpaqları bu növlərlə sirayətləndirmək cəhdləri, ən azı laborator şəraitdə
az-çox əhəmiyyətli dərəcədə sirayətlənməyə gətirib çıxarmır. Başqa göbələklərlə
sirayətlənmə, mexaniki zədələnmələr və həmçinin yarpaqların yaşı (qocalması)
toxumada Alternarianın xırda sporlu növlərinin inkişaf etməsinə və nekrotik
ləkələrin əmələ gəlməsinə səbəb olur. Tez-tez
bu növlər başqa patogenləri
müşayiət edir və xəstəliyi gücləndirməyə və bununla itkini artırmağa qadirdirlər.
Məlumdur ki, sünbülün
Dostları ilə paylaş: