356
Böyümə və inkişaf düzgün gedərsə, o zaman keyfiyyətli məhsuldan (heyvan)
söhbət gedə bilər.
Böyümə - inkişafın bir hissəsidir. Bu dəyişmə həcmi, kütləvi və xətti artım
xüsusiyyəti və onların orqanizmdə (hüceyrə, hüceyrəarası maddə, orqan və
toxuma) üzvi maddələrin (zülal sintezi, lipidlər, polisaxaridlər və s.) kəmiyyət
dəyişkənliyinin zamana nisbətidir.
İnkişaf orqanizmin həm keyfiyyət, həm də kəmiyyət xüsusiyyətlərinin artan
xətt istiqamətində dəyişkənliyidir.
İnkişaf isə keyfiyyətli dəyişkənlik, canlı kütləni konversiya (orqanizmin
yenidən qurulması və differensiallığı) və hərəkəti (hüceyrələr, toxumalar və
orqanlar), doğulduqdan ölənə qədər onun bütün formaları orqanizmin genotipində
konkret şərtlərlə baş veren davamlı prosesdir. (2)
Heyvandarlıqda çəki artımının hesabatı heyvanların xətti böyüməsinin
ölçülməsi yolu ilə öyrənilmişdir. Böyümə və inkişafın vacib göstəriciləri heyvanın
canlı kütləsinin dəyişməsindən asılıdır.
Boğazlıq dövründə ananın pis, zərərli, keyfiyyətsiz yemlərlə yemləndirilməsi,
ana orqanizminin boğazlığın müxtəlif dövrlərində ümumi yemə, o cümlədən ən
vacib qida maddələrinə olan tələbatının ödənilməsində embrionalizm baş verir.
Embrional inkişafdan qalma heyvanin həyatının bütün qalan dövrlərində də
qabarıq şəkildə özünü göstərir.
Hər hansı növ heyvan üçün yem payının tərkibində sərf olunan quru
maddənin miqdarı əsas meyar hesab olunur. Tərkibindəki quru maddənin miqdarı
35%ə qədər oıduqda yemin yeyilmə dərəcəsi yaxsılasır. Bu göstərici yemin
növündən və keyfiyyətindən, yemlərin texnologiyasından, xarici mühit şəraitindən
asılı olaraq dəyişə bilər.
Heyvan tərəfindən yem məsarifi canlı kütlənin yüksəlməsi ilə artır, lakin bu
artım canlı kütlənin artımına nisbətən yavaş gedir. Müxtəlif cinslərdən olan
heyvanlar arasında yem məsarifi əlamətli qədər fərqli olur. Belə ki ətlik cinsinə
nisbətən südlük mallara bir qədər çox yem sərf edirlər.
Dostları ilə paylaş: