112
bilmişdir. Quba rayonundan toplanmış
A.albidum
Fisch. ex M.Biebnövünün 45
soğanağından alınmış bitkilərin 13-ü ömürlərinin birinci, 17-i ikinci, 3-ü isə üçüncü
ilində tələf olmuşdur. Cəmi 12 bitki ömürlərinin üçüncü ilini başa vurmuşdur.
Oreiprason
Herrm seksiyasının Azərbaycanda yayılmış
A.saxatile
M. Bieb
növü introgentlərinin 7,1%-i ömrünün üçüncü ilini başa vurmuşdur. Bu növün Quba
royonu ərazisindən toplanmış 23 soğanağından alınmış bitkilərin 6-ı ömrünün
birici, 8-i ikinci, 5-i üçüncü ilində tələf olmuşdur. Cəmi 4 bitki ömürlərinin üçüncü
ilini başa vurmuşdur.
Porphyroprason
Ekberg seksiyasının Azərbaycanda yayılmış yeganə
A.oreophilum
C.A.M. növünün introgentlərinin 7,7%-i ömürlərinin üçüncü ilini başa
vurmuşdur. Quba rayonundan toplanmış
A.oreophilum
C.A.M.növünün 13
soğanağından alınmış bitkilərin 5-i ömürlərinin birinci, 4-ü ikinci, 3-ü isə üçüncü
ilində tələf olmuşdur. Cəmi 1 bitki ömürünün üçüncü ilini başa vurmuşdur.
Briseis
(Salisb.) Stearn seksiyasının Azərbaycanda
yayılmış yeganə
A.paradoxum
M.B. Don. növünün introgentlərinin 12,5%-i ömürlərinin üçüncü ilini
başa vurmuşdur. Quba rayonundan toplanmış
A.paradoxum
M.B. Don, növünün 16
soğanağından alınmış bitkilərin 4-ü ömürlərinin birinci, 6-ı ikinci, 4-ü isə üçüncü
ilində tələf olmuşdur. Cəmi 2 bitki ömrünün üçüncü ilini başa vurmuşdur.
Ophioscordon
(Waller.)Vved seksiyasının Azərbaycanda yayılmış yeganə
A.ursinum
L. növünün introgentlərinin 9,2%-i ömürlərinin üçüncü ilini başa
vurmuşdur. Qəbələ rayonundan toplanmış
A.ursinum
L.növünün 76 soğanağından
alınmış bitkilərin 38-i ömürlərinin birinci, 17-i ikinci, 14-ü isə üçüncü ilində tələf
olmuşdur. Cəmi 7 bitki ömürünün üçüncü ilini başa vurmuşdur.
Reticulato-bulbosa
R. Lam. seksiyasının Azərbaycanda yayılmış
A.szovitsii
Regel növünün introgentlərinin 12,5%-i ömürlərinin üçüncü ilini başa vurmuşdur.
Quba rayonundan toplanmış
A.szovitsii
Regelnövünün 16 soğanağından alınmış
bitkilərin 5-i ömürlərinin birinci, 5-i ikinci, 4-ü isə üçüncü ilində tələf olmuşdur.
Cəmi 2 bitki ömrünün üçüncü ilini başa vurmuşdur.
Təcrübə göstərir ki, introduksiya zamanı soğan növləri bitkilərinin götürüldüyü
şərait nəzərə alındıqda bitkilərin həyatilik qabiliyyətləri yüksək olur. Daimi nəmişlik
şəraitində bitən növlərin soğanaqları birbaşa normal aqrokultura şəraitində əkildikdə
mühit onlara mənfi təsir göstərir, bitkilər tələf olur. Belə növlərın bitkilərinin
soğanaqları birinci il daimi rütubətli olan yerdə, sonrakı illərdə isə rütubət tədricən
azaldılmaqla bacərilməlidir. Bu zaman bitkilərin yeni şəraitə tədricən uyğunlaşması
qismən təmin edilmiş olur. Çoxillik təcrübə göstərir ki, əkin üçün götürülmüş
soğanaq və kökümsovlar iri olduqca onlardan alınan bitkilər daha dözümlü olur,
bitkilərin çoxu həyatlarının birinci ilində çiçək açır və toxum verir. Çox zaman belə
çiçəklər normal inkişaf etmir. Belə çiçəklərdə ya heç toxum əmələ gəlmır, ya da
toxumlar tam keyfiyyətsiz olur. Bitkilərin ömürlərinin müxtəlif dövrlərində tələf
olma səbəblərinin əsasını yeni mühitin fiziki kimyəvi amilləri təşkil edirsə də, bu
sahədə xəstəlik və zərərvericilərin də rolu böyükdür
Dostları ilə paylaş: