14
Yaşa səni, yaşa üçrəngli bayraq ! Əli Köçkün
Gerbim, himnim, bayrağım
Sərvətimdi, varımdı
Yenilməz vüqarımdı.
Andım, iftixarımdı
Gerbim, himnim, bayrağım.
Sinəmdəki bu həvəs,
Şəhid qanına əvəz.
Aləmə salıbdı səs
Gerbim, himnim, bayrağım.
Ana Kürdü, Arazdı,
Vəsf eləsəm də azdı.
Təzə bahardı, yazdı
Gerbim, himnim, bayrağım.
Varlığımdır, səddimdir
Basılmaz sərhəddimdir.
Səsim, imzam, xəttimdir
Gerbim, himnim, bayrağım.
Kəpəzdi, Savalandı
Ürəyimdəki qandı.
Anam Azərbaycandı
Gerbim, himnim, bayrağım.
Bayrağımız
Ay – ulduzlu gur şəfəqli,
Göz oxşayan, bər – bəzəkli,
Göy, qırmızı, yaşıl rəngli,
Dalğalanan bayrağımız.
Sən millətin qürurusan,
Odun şöhrət, sünbülün şan.
15
Yenilməzdir Azərbaycan.
Ucal hər an bayrağımız.
Tanrı bizi darda qoymaz.
Gözəlliyə fələk qıymaz.
Səndən heç vaxt könül doymaz.
Məğrur dayan, bayrağımız.
Öz yerin var yer üzündə,
Bir bəzəksən el gözündə.
Şuşada, Cıdır düzündə.
Qalx, dalğalan, bayrağımız.
Azərbaycan
Od tutub yandı sinəmdə həqiqət çırağı,
Sənə sevgim dilə gəlməz, sən eşqim ocağı,
Can fəda olsun sənə, xoşdur Vətən qucağı.
Mən ki candan aşiqəm, ey məni eşqə salan,
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Yandır haqqın məşəlini, aləm nura dönsün,
Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,
Üçrəngli bayrağı qaldır, dünyada görünsün.
Çal cəngini, olsun yağının bağrı qızıl qan,
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Sən Təbrizsən, Bakısan, Ərdəbilsən, Gəncəsən,
Dəmir qapı Dərbəndsən, Qarabağ, Əlincəsən,
Sən Azəri türkünün namusu, qeyrətisən.
Türk aslanı doğulsun, amalı, eşqi Turan.
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Vətənim, səni can yanğısı ilə sevirəm,
Önündə diz çökərəm, torpağını öpərəm,
Baş qoyub daşın üstə sənə səcdə edərəm.
Bu diyarı bəxş edib, aləmləri yaradan.
16
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Qəlbimdə yuva qurmuş Vətən adlı sevgisən.
Can verən şəhidlərin azadlıq nəğməsisən.
Beş yerə parçalanmış bir yurdun haqq səsisən.
Dinindir gözəl islam, and yerindir o Quran,
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Ələkbər Sadiq
Dostları ilə paylaş: |