AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 161.87 Kb.

tarix10.07.2017
ölçüsü161.87 Kb.

 

 



 

AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

NAZİRLİYİ 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 



 

 

 

Azərbaycanın görkəmli uşaq yazıçısı 

Qəşəm İsabəylinin  anadan olmasının 65 

illiyi münasibətilə

 

 



 

 

 

 

 

“Əlvan duyğular”

 

(metodiki vəsait) 

 

 

 



 

 

 



 

 

 

 

 

B A K I – 2013 



 

 

Tərtib edəni: 

Könül Səmədzadə – F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

Redaktor: 

Fizurə Quliyeva – F. Köçərli adına Respublika Uşaq 

Kitabxanasının direktoru 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərtibçidən 

Müxtəlif  həyat  hadisələrinə,  ətraf  aləmə  böyük  maraq  göstərən,  hər  şeyin 

mahiyyətinə varmağa çalışan, bugünkü uşaq, əqli intellektual qabiliyyəti ilə 30-40 

il bundan əvvəlki yaşıdlarından xeyli fərqlənir. Orta ümumtəhsil məktəblərinin ilk 

pillələrindən  başlayaraq  uşaqlara  həyat,  ətraf  aləm,  özündən  böyüklərin  işi-peşəsi 

haqqında  məlumat  vermək,    onlarda  müəyyən  anlayışlar formalaşdırmaq,  mənəvi 

hisslərini, milli-vətənpərvərlik tərbiyəsini qüvvətləndirmək  indi  dövrün  ən  başlıca 

məsələlərindəndir.  Lakin  etiraf  edək  ki,  həmin  problem  xarakterli  məsələlərin, 

qarşıda  duran  vəzifələrin  həllini  təkcə  ümumtəhsil  məktəblərinin,  digər  təlim-

tərbiyə  ocaqlarının  üzərinə  atmaq  bu  günün  tələbləri  ilə  həmahəng  səslənmir.  Bu 

da  məlumdur  ki,  hər  bir  məktəbin,  ailənin,  hər  bir  uşağın  yeni,  maraqlı  kitaba, 

musiqi  və  təsviri  incəsənət  əsərlərinə  böyük  ehtiyacı  var.  Belə  müasir  əsərlər  öz 

növbəsində  balalarımızın ümumtərbiyə  prosesini  zənginləşdirir,  estetik-emosional 

əsaslarda qurulmasına zəmin yaradır.  

Müasir dövrün indiki mərhələsində xalqımıza kamil, şüurca yetkin insanlar 

daha  çox  lazımdır.  Belə  insanların  yetişməsində  uşaq  ədəbiyyatının  misilsiz 

əhəmiyyəti vardır. Məhz elə buna görə uşaq ədəbiyyatının ideya-bədii səviyyəsinin 

yüksəldilməsinə həmişə qayğı göstərilmişdir.  

Uşaq  ədəbiyyatı  böyüməkdə  olan  nəslin  tərbiyəsində  böyük  əhəmiyyətə 

malikdir.  Balacaları  vətənpərvərlik,  humanizm,  düşmənə  nifrət,  beynəlmiləlçilik 

ruhunda tərbiyə etmək üçün yüksək səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə 

böyük ehtiyac olub. 

Və  bu  baxımdan  da  uşaqlar  üçün  yazılan    əsərlərdə  müasir  dövrün  nəbzi 

tutulmalı,  coşqun  və  qaynar  həyatımız  öz  bədii  inikasını  tapmalıdır.  Bu  uşaq 

yazıçılarını  düşündürən  ən  aktual  problemlərdən  biridir.    Uşaqlar  üçün  yazılan 

əsərlərin  yalnız  formasına  yox,  həm  də  məzmun  və  ideya  saflığına  fikir  vermək 

lazımdır.  

Uşaq  ədəbiyyatı  ümumi  bədii  ədəbiyyatın  ayrılmaz  tərkib  hissəsi  olub,  3 

yaşından  15-16  yaşa  qədər  olan  uşaqların  həyatını  bədii  və  obrazlı  şəkildə 

işıqlandırır.  Ümumi  bədii  ədəbiyyata  xas  olan  bütün  xüsusiyyətlər  uşaq 

ədəbiyyatına da aiddir.  

Beləki,  uşaqlıq  dövrünün  özü  də  müəyyən  mərhələlərə  bölünür.  Ayrı-ayrı 

yaş  mərhələlərinə  mənsub  olan uşaqların  özlərinə  məxsus xarakter  xüsusiyyətləri 

vardır.  Buna  görə  də  uşaqlar  üçün  yazıb-yaradan  sənətkarlar  oxucuların  bu 

xüsusiyyətlərini nəzərə almalıdırlar.  



 

Yaş  xüsusiyyəti  balacaların  bilik  səviyyələri,  iradəsi,  diqqəti,  hafizəsi, 



yaddaşı,  fizionomiyası  ilə  ölçülür.  Uşaqların  bədii  zövqünün  dərəcəsi,  əməyə 

münasibəti, vətənpərvərlik, humanist duyğularının inkişafı da buraya daxildir.  

Uşaq  ədəbiyyatı  həmçinin  balalarımıza  həyatı  öyrədir,  onlara  bilik  və 

məlumatlar verir. Uşaq ədəbiyyatı oxucularına həyatı daha dərindən dərk etməkdə 

kömək edir, dünyagörüşlərini genişləndirir, bədii zövqlərini inkişaf etdirir.  

Deyilənə  yekun  vuraraq  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  uşaq  ədəbiyyatı 

məqsədinə  görə  yox,  xarakter  xüsusiyyətinə  görə,  yəni  forma  və  məzmun 

sadəliyinə, dil və üslub səlisliyinə görə ümumi ədəbiyyatdan ayrılır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

I Bölmə:  



Həyat və yaradıcılığı. 

Uşaq psixologiyasına dərindən bələd olan, onların  nəbzini tutmağa çalışan, 

həyatda  görüb  duyduqlarını  ustalıqla,  kövrəkliklə  qələmə  alan  gənc  şairlər 

sırasında Qəşəm İsabəylinin adını ümidlə çəkmək olar.Qəşəm İsabəyli Azərbaycan 

uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, 

həm  də  dərin  müşahidəçisi  kimi  çox  maraqlı  əsərlər  yazan  və  bütün  bunların 

mayasını  həyat  gerçəkliklərindən  əxz  edən  qələm  sahibidir.  Yazıçı  bu  sahədə 

araya-ərsəyə  gətirdiyi  poeziya  və  nəsr  nümunələri  ilə  yetmişinci  illərdən  üzü  bəri 

yol  gəlir.  Bu  yollarda  mədəni-mənəvi  yaddaşımızı  “Balaca,  bap-balaca”,  “Şam 

nağılı”,  “Əkil-Bəkil”,  “Ü-ü-ü”,  “Nənəm  təkdi”  kimi  əsərlərilə  zənginləşdirib.                                                                                                                                                                                                                                                                             

O,  uzun  zaman  yaradıcı  imkanlarını  əsasən  uşaq  ədəbiyyatının  inkişafına  həsr 

etmişdir.  Uşaq  aləminə  dərindən  bələd  olan,  o  aləmin  ab-havasına  çox  ustalıqla 

daxil  olan  yazıçının    əsərləri  bu  mənada  hər  zaman  diqqəti  cəlb  etmiş,  hətta 

onlardan mükafata layiq görüləni də olmuşdur.  

Qəşəm İsabəyli 1948-ci ildə Kürdəmirin Xəlsə kəndində  dünyaya göz açıb, 

bu kənddə böyüyüb, orta məktəbi bitirib,  BDU-nun coğrafiya fakültəsinin məzunu 

olub. 1972-ci ildə  universiteti bitirdikdən sonra  üç il doğma Axtaçı və Beyi kənd 

məktəblərində  müəllim  kimi  fəaliyyət  göstərmişdir.Uzun-uzadı  yollar  keçəndən 

sonra  Qəşəm  İsabəyli  C.  Cabbarlı  adına  “Azərbaycanfilm”də  və  “Yazıçı” 

nəşriyyatında redaktor, “İşıq” nəşriyyatında redaksiya müdiri, “Şur” nəşriyyatında 

direktor  vəzifələrində  çalışıb.  Hazırda  “Şirvannəşr”in  təsisçisi  və  direktorudur.  

1967-ci ildən dövrü mətbuatda çıxış edən Qəşəm İsabəylinin ilk kitabı son dərəcə 

bədii,  özünəməxsus  “Balaca  bap-balaca”,  “Şam  nağılı”,  “Əkil-bəkil”,  “Nənəm 

təkdi”, “Ü-ü-ü”,  “Bir qarıyla bir qoca”, “Bir qəlbin məhəbbət etirafları” və “Samur 

at  minir” adlı son kitabları   2006-cı ildə nəşr  olunub.  1989-cu  ildə  Q.İsabəylinin 

“Əkil-bəkil”kitabı 

Yazıçılar 

İttifaqı, 

Dövlətnəşrkom 

və 


Azərbaycan 

komsomolunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb. Görkəmli şair və 

yazıçılarla  M.İsmayıl,  (M.Araz,  H.Zİya,  F.Dərgahov  və  s.)  yaxın  təmas  yaradan 

Q.İsabəyli ömrünün yarıdan çoxunu uşaq ədəbiyyatına həsr etmiş, xüsusilə 80-90-

cı  illərdə  onun  yaradıcılığı  ədəbi  ictimaiyyətin  diqqətini  daha  çox  cəlb  edə 

bilmişdir.    Şairin  şeirləri  rus,  ingilis,  ukrayna  ,  belorus,  qırğız  və  s.  dillərdə  çap 

olunub.  

Q.İsabəylinin “Balaca,bap-balaca”, “Nənəm təkdi”, “Əkil-bəkil”, “Ay külək, 

nə əsirsən” adlı şeir kitablarını vərəqlədikcə Vətən torpağının şoran çölləri, palçığı 

dizə çıxan, az-az insan ayağı dəyən narahat yolları göz önündə canlanır.  



 

Pafoslu  idarələrdən  uzaq  olan,  real  həyat  gerçəkliyini  qələmə  almağı  daha 



çox sevən şair uşaqlara bu yerləri də sevməyi təbliğ edir. Bu yerlərin zəhmətkeş, 

hər  əziyyətə  dözümlü,  əli  qabarlı,  gözü-könlü  tox,  həqiqət  və  ədalət  arzusu  ilə 

yaşayan  ağsaqqal  və  ağbirçəklərinin  həyat  tərzini  qələmə  alan  müəllif    zamanın  

gərdişini yazıya köçürür: 

 

 

 



Nənəm təkdi Xəlsədə, 

 

 



 

Üçcə göz otaqda tək.  

 

 

 



Qapısında təndiri, 

 

 



 

Süfrəsində düz-çörək. 

Q.  İsabəylinin  uşaqlar  üçün  yazdığı  şeirlərin  axıcı  ahəngi,  körpə  ruhuna 

uygun sadəliyi və təbiiliyi sadə deyim tərzi onun üstün cəhətlərindəndir. 

Qəşəm  İsabəylinin  ilk  qələm  nümunələrinin  yaranması  1980-cı  illərin 

əvvəllərinə təsadüf edir. Yaradıcılığa əsasən şeirlə başlayan Qəşəm İsabəylinin ilk 

şeiri “Balaca, bap-balaca” şeiri, dilinin sadəliyi, səmimiliyi, ifadələrinin aydınlığı 

ilə seçilir. Sanki şair balaca, bap-balaca olan uşaqların dünyasından söz açacağını 

bildirir və demək istəyir ki, uşaq ədəbiyyatı balaca olsa da, çox böyük həqiqətləri 

ifadə edir. Siz onun balacalığına baxmayın. Zahid Xəlil demişkən, kiçik qığılcımla 

böyük  tonqallar  yandırmaq  olar.  Balaca  şamla  böyük  otaqları  işıqlandırmaq  olar, 

balaca açarla böyük qapıları açmaq olar.   

Tarixə  bir  nəzər  salaq.  Professor  Zahid  Xəlilin  ifadəsi  ilə  desək, 

“Azərbaycan  uşaq  poeziyası  sənət  dünyasına  at  belində  gəldi”.  Elə  ilk  təşəkkül 

dövründə şedevrlər yaratdı. M.Ə.Sabirin “Cütçü”,  “Yaz günləri”,  “Uşaq və buz”, 

A.Şaiqin “Tülkü həccə gedir”, “Tıq-tıq xanım”, A.Səhhətin “İt və kölgəsi”, “Yaz 

səhəri”, “Vətən”, R.B.Əfəndiyevin “Durna”, M.Müşfiqin “Şəngülüm, Şüngülüm”, 

S.Vurgunun “Ayın əfsanəsi”, R.Rzanın “Şəkil və Çəkil”, Ə.Cəmilin “Can nənə, bir 

nağıl  de”  kimi  əsərləri  yəqin  ki,  hələ  çox  nəsillərin  ədəbi  tərbiyəsi  ilə  məşğul 

olacaqdır. Lakin bu gözəl nümunələr ümumi ədəbiyyatımızın kontekstində dəryada 

damlalara  bənzəyir.  Bütövlükdə  uşaq  ədəbiyyatımız  çətin  döyüşlərdə,  zamanın 

sınaqlarında çox əsərlərini itirmişdir.  

 

 

 



 

 

 

 

 II



 Bölmə: 

Yubiley tədbirlərinin keçirilməsi.

 

Q. İsabəyli xüsusilə 90-cı illər Azərbaycan uşaq ədəbiyyatının ilk inkişafına 

təkan  verən  qələm  sahiblərindən  biridir.    Yaradıcılıq  yollarında  heç  vaxt 

arxayınlaşmayan,  öz  şirin  üslubu,  rəvan  dili  ilə  uşaqların  mənəvi  dünyasını  fəth 

edən  Q.  İsabəylinin    bu  il  65  yaşı  tamam  olur.  Elə  bu  münasibətlə  bu  gün 

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Qəşəm İsabəylinin yubileyi 

ilə  bağlı  bir  çox  silsilə  tədbirlərin  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Tədbirlərin 

keçirilməsində  məqsədimiz  bir  çox  uşaq  yazıçı  və  şairləri  ilə  yanaşı  həmişə 

balacaları  gözəl  şeir  və  həm  də  maraqlı  nəsr  əsərləri  ilə  sevindirən  Qəşəm 

İsabəylininin  zəngin  ədəbi  irsinin  oxucular  arasında  daha  da  sevilməsinə  xidmət 

etməkdən  ibarətdir.    Respublikamızın  bir  çox  təhsil  ocaqlarında,  məktəblərdə, 

kitabxanalarda  və  bir  sıra  mədəniyyət  ocaqlarında  silsilə  tədbirlərin  keçirilməsinə 

start  verilmişdir.  Həmçinin  F.Köçərli  adına  Resbublika  Uşaq  Kitabxanasında  da 

Qəşəm  İsabəyli  yaradıcılığının  geniş  təbliği  üçün    bir  sıra  tədbirlər  planı 

hazırlanmışdır.  Tədbirlər  planına  kitab  sərgisini,  şeir  müsabiqəsini,  viktorinanı, 

kitab müzakirəsini, ədəbi-bədii gecəni və s. müxtəlif  tədbirləri salmaq olar.  Sərgi 

müxtəlif  başlıqlar  altında  keçirilə  bilər.  Məsələn:  “Q.İsabəyli-65”,  “Uşaqların 

sevimli  yazıçısı”,  “Uşaqların  yaxın  dostu”,  “Q.İsabəyli  Azərbaycanın  görkəmli 

müasir  uşaq  yazıçılarından  biri  kimi”  və  s.  Kitabxanada  hazırlanan  “Q.İsabəyli-

65” adlı kitab sərgisinin nümunəsini veririk: 

Başlıq: “Q.İsabəyli-65” 

Sitatlar: 

1.

 



Təcrübəli  şair,  yazıçı  da  təcrübəli  əkinçi  kimidir.  Axtarışı  mütləq  bəhrə 

verir.  Qəşəm İsabəyli belə şair və yazıçılardandır.  

Məmməd İsmayıl 

Şair 


2.

 

“Nənəm təkdi” poeması olduqca orijinal üslubda qələmə alınmışdır.  



Zahid Xəlil 

Uşaq yazıçısı 

3.

 

Nədir  Qəşəm  İsabəyli  şeirlərinin  diqqəti  cəlb  edən  məziyyəti?  Hər  şeydən 



əvvəl xəlqiliyi. 

Ələviyyə Babayeva 

Nasir, tərcüməçi 

4.

 



Uşaq psixologiyasına dərindən bələd olan, onların nəbzini tutmağa çalışan, 

həyatda  görüb  duyduqlarını  ustalıqla,  kövrəkliklə  qələmə  alan  gənc  şairlər 

sırasında Qəşəm İsabəylinin adını ümidlə çəkmək olar.  


 

Qədir Aslanov 



“İşıq” nəşriyyatının redaktoru 

 

5.



 

Qəşəm İsabəyli dağda doğulsaydı, işgüzarlıqda onu bal arısına oxşadardım. 

Ancaq  o,  aran  balası  olduğu  üçün  onun  zəhmətkeşliyi  yayda  səhərdən-

axşamacan  qış  ruzusunu  toplayan,  “yoruldum”  deməyən  qarışqa 

çalışqanlığına bənzədilə bilər.  

Əjdər Ol 

Yazıçı-jurnalist 

6.

 



Q.  İsazadənin  “Əkil-Bəkil”  poeması  bütövlükdə  kiçikyaşlı  məktəblilərin 

bədii  marağını  dinamik  şəkildə  inkişaf  etdirən,  onların  vətənpərvərlik 

tərbiyəsinə qüvvətli təsir göstərən dəyərli əsərdir. Xoşbəxt gələcəyimiz olan 

balalarımız  üçün  bu  qəbildən  yazılan  əsərlərə  geniş  yer  verilməsi 

ümumtərbiyənin,  estetik  mədəniyyətin  yüksəldilməsi  işinə  ancaq  fayda 

verər. 


Vidadi Xəlilov 

Akademik 



Sərgidə şair Qəşəm İsabəylinin kitabları nümayiş olunur: 

 

 

  

  

 

 

 

    



    

 

 

      

           

 

      

 

       



 

Şeir parçası: 

Yazdım “Əkil-Bəkil”i, 

Çap etdim, oxuyasan. 

Bir az da sözlərimin 

Qoxusunu duyasan.  

Kitabxanada Q.İsabəylinin yubileyi ilə əlaqədar keçirilən tədbirlərdən biri də 

kitab  müzakirəsidir.  Kitab  müzakirəsində  Q.İsabəylinin  uşaqlar  üçün  yazdığı    və 

uşaqlar arasında ən çox sevilən  “Əkil-Bəkil”  adlı kitabının müzakirəsidir. “İşıq” 



10 

 

nəşriyyatı tərəfindən 1990-cı ildə ” nəşr olunan bu əsər  Q.İsabəylinin ən iri həcmli 



əsərlərindən biridir.  

Poemanın  baş  qəhrəmanı  Bəkilin  13  yaşı  var.  Əkil  sərhədyanı  kəndlərin 

birində    yaşayır.  Məlumdur  ki,  sərhəd  zonasında  yaşayan  hər  kəsdən  xüsusi 

sayıqlıq və diqqət tələb olunur. Onlar sərhədçilərin ən yaxşı köməkçiləri olmalıdır. 

Balaca Bəkildə  bu xüsusiyyətlərin hamısı var. O, şəhərli şagird dostlarına başına 

gəlmiş  maraqlı  əhvalatları  şirin,  yumoristik  bir  dillə  nəql  edir.  Uşaqları  sərhəd 

zastavasına necə aparmağından, onlara bir dəfə dövlət sərhəddini pozmuş hiyləgər 

casusu  necə  tutduğundan  danışır.  Povestdə  əsas  qəhrəmanlardan  olan  Bəkil 

ümumiyyətlə,  diribaş,  tədbirli,  ağıllı,  yaxşı  oxuyan,  idmanı  sevən,  ayıq-sayıq  bir 

oğlandır. Buna görə də sərhədçilər onu çox sevir.  

Poemada  şair  Bəkili  elə  məhəbbətlə  təsvir  edir  ki,  istər-istəməz  adamın 

yadına  nağıllarımızdakı  ağıllı  Cırtdan,  Keçəl,  Idığ-Bıdığ  və  başqa  qəhrəmanlar 

yada düşür.  

Əziz  oxucular,  sual  edə  bilərsiniz  ki,  yazıçı  “Əkil-Bəkil”  poemasındaki 

Bəkil  surətinin  adını  haradan  qoyub.  Q.  İsabəyli  Bəkil  adını  təsadüfü  seçməyib. 

Bəkil  qədim  Oğuz  ellərində  sərhəd  gözətçisi  olub.  Bildiyiniz  kimi,  nağıl  dili 

yüyürək olur. Bəkil səhifədən-səhifəyə gözümüz önündə böyüyür, boya-başa çatır. 

Orta  məktəbi  uğurla  bitirir.  Hamı  kimi  o    da  əsgərliyə  gedir.  Onu  bir  sərhəd 

zastavasının  komandiri  respublika  Hərbi  komisarlığına  məktub  yazaraq  öz  

hissələrində  saxlamağı  xahiş  edir.  Komisarlıqdan  da  razılıq  verirlər.  Bəkil  isə 

həqiqi  hərbi xidmətini  çəkərkən hamıya   nümunə  olur. Hərbi xidmətdə göstərdiyi 

igidliyə  və  şücaətə  görə  “Qırmızı  Ulduz”  ordeni  ilə  də  təltif  olunur.  Q.İsabəyli 

Əkil-Bəkili məktəbdən başlamış, böyüyüb-yaşa dolanadək çox çətin imtahanlardan 

keçirir.  Vətən  həsrətilə  ürəyi  döyünən  Bəkil  bütün  sınaqlardan  alnıaçıq  çıxır. 

Bəkilin  əsgəri  xidmətə  çağırılması,  sərhəddə,  Vətən  qarşısında  borcunu  ləyaqətlə 

yerinə  yetirməsi,  genaral  Əliyevin  şəxsən  onunla  görüşüb  söhbət  etməsi,  xoş 

arzularla Bəkilin toy məclisində iştirak etməsi səmimiyyətlə qələmə alınmışdır.   

Əziz oxucu! Müəllif bu poemanı müxtəlif fasilələrlə üç dəfə təzədən işləyib, 

əslində  yazıb  desək  daha  doğru  olar.  Poema  yazmaq,  özü  də  bitkin,  kamil  bir 

poema  yazmaq  indi  həqiqətən  də  çətin  bir  işdir.  Poema  ilk  sətirlərindən  oxucunu 

ələ alır, onu Əkil-Bəkilin ömür yollarında düşdüyü müxtəlif məcaralardan keçirir. 

Bu da təbii bir haldır. Yazıçı poemada öz qəhrəmanını Əkil-Bəkili müxtəlif həyat 

məcaralarına  salır.  Məktəbli  Əkildən  əsgər  Bəkilə  kimi  bir  zaman  məsafəsi  fəsil-

fəsil xalqın tarixi mərhələlərinin fonunda tərənnüm olunur. 

 

 

Əkil-Bəkil sadəcə 



 

 

Əkil-Bəkil deyildi. 

 

 

Söz idi, söhbət idi, 

 

 

Ağızdı...gözdü...dildi.  

11 

 

Q.İsabəylinin  qələmə  aldığı  bu  kitab  bədii  tərtibatına  görə  də  diqqəti  cəlb 



edir.  Kitabdakı    zövqlə  hazırlanmış  şəkillərdən    oxucu  heç  də  ayrıla  bilmir.  İki 

hissədən  ibarət  olan  bu  kitab  “Ən  yaxşı  uşaq  kitabı”  adlı  Respublika 

müsabiqəsində ikinci mükafata layiq görülmüşdür. Bir sözlə, əziz oxucular inanırıq 

ki, “Əkil-Bəkil” sizin stolüstü kitablarınızdan biri olacaqdır. Biz isə öz növbəmizdə 

kitabın müəllifinə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.   

Yubileylə  bağlı  kitabxanada  keçirilən  tədbirlərdən  biri  də  səhərcikdir. 

Səhərciyi keçirmək üçün kitabxanaçı kişik yaşlı uşaqları nağıl otağına toplayır. Və  

burada    şair  Qəşəm  İsabəylinin  “Elnur,  Əkil  və  onların  başına  gələnlər”  adlı 

kitabındakı “Çörək niyə dadlıdır?” nağılını səhnələşdirib uşaqlara danışır. Uşaqlar 

əvvəlcədən  qeyd  etmək  istərdik  ki,  bu  nağıl  maraqlı,  ibrətamiz,  məzəli  və  əxlaqi 

keyfiyyətlərlə  zəngin  uşaq  ədəbiyyatı  nümunəsidir.  Şirin  bir  nağıl  diliylə  qələmə 

alınmış  bu  əsər  sizin  kimi  kiçik    yaşlı  balalar  və    məktəbli  uşaqlar    üçün 

sinifdənxaric oxu kimi nəzərdə tutulmuşdur.   

 

 



 

 “Çörək niyə dadlıdır?” 

Elnur:  


Bu nədi baba? 

Baba:  


Çörəkdi , oğlum. 

Elnur:  


Çörək nədən olur, baba? 

Baba:  


Buğdadan.  Kasıb  süfrəsinin  çörəyi  isə  darıdan  olur,  hansı  ki,  quş 

yemidi,  arpadan  olur,  hansı  ki  malqaraya  verirlər.  Buna  da  ölməz 

çörəyi deyirlər. 

Elnur:  


“Ölməz çörəyi” nədi? 

Baba:  


Kasıbın  süfrəsinin  xörəyi  də  çörəkdi,  çörəyi  də.  Çörək  onu  ölümdən 

qoruyur.  

Elnur:  

Uyy, baba, nə dadlıdı! Heç buğda belə şirin deyil.  

Baba:  

Sən  buğdanı  dən-dən  udmusan,  dadını  duymamısan.  Biz  isə  buğdanı 



un edib, bişirmişik axı! 

Elnur:  


Bəs bu nədi? 

Baba:  


Pendirdi. Onu da südü bişirməklə hasil etmişik. 

Elnur:  


Bəs bu? 

Baba:  


Çaydı. 

Elnur:  


Suyu bişrmisiniz hə? 

Baba:  


Ha...ha...Düzünə qalsa, sən deyəndi, ay Əkil! 

Elnur:  


Baba, siz hər şeyi bişirməklə dadlı edirsiniz, hə?!? 

Baba:  


Elədi, ay ağıllı bala!  

Elə adamı da bişirəsən ki, gərək dada gəlsin! 

Elnur:   

Dada gəlsin? Adamın da dadı olur, ay kişi!?  

Baba: 

Hər  adam  adam  olmadığı  kimi,  hər  adamın  da  dadı  olmur.  Adamın 



dadı adam olmağındadı, balalarım! 

12 

 

Elnur:  



Necə dedin, ay baba!?  

Baba:  


Bəs  nə  bilmişdiniz!?  Biz  öz-özümüzə  adam  olmuşuq  məgər,  ay 

qırışmallar!? 

Elnur:  

Ayıb olmasın, ay baba, götürək səni.  

Baba:  

“Hə” de. Baba: Hə! 



Elnur:  

Səni kim bişirib? 

Baba:  

Kim bişirəcək, nənən!? 



Elnur:  

Bəs nənəmi? 

Baba:  

Mən! 


Elnur:  

Ha...ha...ha...  

Baba:  

Niyə  gülürsən!?  Bişirmişəm  ki,  mənə  arvad  olub  da.  Çiy  olsaydı, 



görən indi hansı dərənin dibində qalmışdı.  

Elnur:  


Ay,  baba,  lap  biz  qanmaz  olduq,  dediklərinə  inandıq.  Tutalım  səni 

nənəm bişirib, nənəmi də sən, bəs Əkillə mənim aşpazım kim olacaq, 

Allah qoysa!? 

Baba:  


Adam iş –gücdə bişməklə adam olur, balalarım! 

Sonda kitabxanaçı uşaqlara bir çox suallarla müraciət edir: 

1.

 

Uşaqlar nağıl xoşunuza gəldi? 



   Bəli.  

2.

 



Uşaqlar Qəşəm İsabəyli kimdir?  

Qəşəm İsabəyli uşaqların yaxın dostudur. 

3.

 

Qəşəm İsabəyli nə vaxt və harada anadan olmuşdur? 



Qəşəm  İsabəyli  14  avqust  1948-ci  ildə  Kürdəmirin  Xəlsə  kəndində  anadan 

olmuşdur. 

4.

 

Qəşəm İsabəylinin ilk kitabının adı nədir və neçənci ildə  nəşr olunmuşdur? 



5.

 

Qəşəm  İsabəylinin  ilk  kitabı  “Balaca,bap-balaca”  kitabı,  1982-ci  ildə  nəşr 



olunub. 

6.

 



Uşaqlar, Qəşəm İsabəylinin hansı nağıllarını tanıyırsınız? 

Qəşəm  İsabəylinin  “Samur  at  minir”,  “Şah  və  qarışqa”,  “Cin”,  “Sehirli 

tütək”, “Şam nağılı”, “Nağıl-nağıl məkanı”və s. kitablarını tanıyırıq.  

Qəşəm  İsabəylinin  yaradıcılığı  ilə  uşaqları  yaxından  tanış  etmək  üçün 

kitabxanada  həmçinin  bir  çox    söhbətlər  də  aparmaq  olar.  Məsələn,  söhbətə 

aşağıdakı kimi başlamaq olar:



 

“Bildiyiniz  kimi,  Q.İsabəylinin  yaradıcılığının  böyük  bir  hissəsi 

respublikamızın  müstəqilliyi  dövrünə  təsadüf  edir.  Yaratdığı  “Şirvannəşr” 

nəşriyyatı  və  “Cik-Cik”qəzeti  də  bu  dövrdə  meydana  gəlmişdir.  Q.İsabəyli 

yaratdığı  “Cik-Cik”  qəzetinə  abunəçi  yığmaq  üçün  “Bu  boyda  yalan  olmaz”  adlı 

məqaləsində yazırdı: 



13 

 

“Cik-Cik”  də  işıq  üzü  gördü.  Kimə  dedim,  oxumusanmı?  Soruşdu 



“Neçəyədi?”  Dedim:  “Bir  dəstə  keşnişə”.  Dedi:  “O  qəzeti  oxuyarlar  ki,  orada 

qeybət var, kiməsə sataşmaq var. Əslində “Cik-Cik”in taleyi Q.İsabəyli üçün uşaq 

ədəbiyyatının taleyi idi. Buna görə də məqsədinə çatmaq üçün jurnalistikanın hər 

cür  priyomlarından  istifadə  edirdi.  Gah  xatirə  danışır,  gah  da  ədəbiyyatımızın 

nümunələrindən misallar gətirərək insanları səfərbərliyə çağırırdı.  

Oxucu toplamaq, onları qəzetin ətrafında birləşdirmək üçün müasirləri olan 

uşaq  mətbuat  orqanlarını  da  bu  işə  səfərbər  etməyi  məqsədəuyğun  sayırdı. 

Q.İsabəyli: “Lap yadımdan çıxmışdı. Bu “Cik-Cik” ki var, dünyaya gələndən gözü 

qalıb  qapıda.  Deyirəm:  “Nə  olub,  ay  “Cik-Cik”!  Bəs  deyir  ki,  balam,  mənim  bu 

“Savalan”  qardaşım,  bu  “Göyərçin”  bacım,  bu  “Günəş”  babam  nə  əcəb  mənə 

gözaydınlığı  vermirlər?!  Deyirəm:  “Ay  sağ  olmuş,  bəlkə  xəbərləri  yoxdu?” 

Qayıdıb nə desə yaxşıdı: 

 

 

 



 

“Quzunu alan olmaz

 

 

 

 

Ağıla salan olmaz! 

Deyirlər, yarım gəlir, 

 

 

 

 

Bu boyda yalan olmaz?!” 

“Yəqin olmaz!” 

Q.İsabəyli  yaradıcılığa başlaması haqqında belə yazır: 

“İndiki  kimi  yadımdadaır,  təzə-təzə  dördüncü  sinfə  gedirdim.  Bir  axşam  şam 

yeməyindən sonra evdə hərə bir işlə başını qatmışdı ki, yuxu gəlincə darıxmasın.  

Mən  də  pəncərənin  qarşısındakı  stola  sinəmi  dayayıb,  başımı  əyib,  yazırdım. 

Birdən elə bil məni vurub ayıltdılar. Baxdım ki, yazdığım sətirlərin hamısı altbaalt 

düzülüb,  özü  də  boyca  bir-birindən  fərqlənmir.  Demə  bacım  da  mənə  göz 

qoyurmuş. 

O dəqiqə dəftəri qapıb, evdəkilərə göstərdi: 

-Baxın ey, Qəşəm şeir yazıb! 

Söz ildırım sürətilə sabahı məktəbə də gedib çıxdı. Tərs kimi birinci dərsimiz də 

riyaziyyatdan  idi.  Bibər  kimi  acı  bir  müəllimimiz  vardı.  Kəndin  uşaqlarının 

qorxduğu bir varlıq vardısa o da həmin riyaziyyat müəllimi idi.  

Bəli, riyaziyyat müəllimi sinfə girən kimi, hansısa dili qurtlamış məni “satdı”. 

-Müəllim, Qəşəm şeir yazıb.  

Müəllim  jurnalı  stolun  üstünə  atıb,  çəp-çəp  mənə  baxdı.  Tez  sıçrayıb  ayağa 

durdum.  

-De gəlsin! 

Qıpqırmızı  olmuşdum.  Gözümü  yerə  dikib  qorxuqarışıq  utancaqlıqla 

gülümsünürdüm.  

-Demədim, de gəlsin?  



14 

 

Başımın üstünü alan qara-qorxunu bir-təhər sovuşdura bildim. Şeirin adı “Moskva 



ulduzu”  idi.    Bu  minvalla  yüzlərlə  dəftərin  sinəsini  söküb,  minlərlə  qələm  başı 

yedim...” Bəli, Q.İsabəyli etiraf edir: “Əvvəllər az oxuyub, çox yazardım. Sonralar 

dərk etdim ki, ürək quyu deyil, beli ha dərinə vursan da, faydası olmayacaq. Yaxşı 

yazmaq üçün çox oxumaq lazımdır. İndi çox oxuyub, az yazıram...” İndi isə   kiçik 

yaşlı uşaqlar Q.İsabəylinin “Balaca, bap-balaca” adlı şeirini söyləyirlər.  

Balaca bir toxumdum; 

 

 

 

Balaca, bap-balaca. 

 

 

 

Nəm torpağa toxundum; 

 

 

 

Balaca, bap-balaca. 

 

 

 

Gün çıxdı, yer isindi; 

 

 

 

Balaca, bap-balaca. 

 

 

 

Bir az da yerə sindim; 

 

 

 

Balaca, bap-balaca. 

 

 

 

Yerdən, Günəşdən yedim; 

 

 

 

Balaca, bap-balaca. 

 

 

 

Bir səhər də göyərdim

 

 

 

Balaca, bap-balaca. 

 

 

 

Torpağa  kök salmışam; 

 

 

 

Balaca, bap-balaca. 

 

 

 

Lap göyə ucalmışam; 

 

 

 

Balaca, bap-balaca. 

Yubiley  münasibətilə  təşkil  olunan  tədbirlərdən  biri  də  orta  və  böyük  yaş 

qrup  oxucular  arasında  keçiriləcək  ədəbi-bədii  gecədir.  Ədəbi-bədii  gecəyə 

kitabxanaçı  bir  ay  qabaqcadan  hazırlaşmalıdır.  Bu  tədbirin  keçirilməsində  əsas 

məqsəd  oxucuları  şairin  həyat  və  yaradıcılığı  ilə  yaxından  tanış  etmək,  onun 

şeirlərini,  nağıl  və  povestlərini  təbliğ  etməkdir.  Tədbirə  şairin  qələm  yoldaşları, 

ədəbiyyat  müəllimləri,  məktəblilər  dəvət  olunmalıdır.  Həmçinin  tədbirə  şairin 

özünü  də  dəvət  etmək  olar.  Tədbir  iki  hissədən  ibarət  olmalıdır.  Birinci  hissədə 

şairin  həyat  və  yaradıcılığı  haqqında  çıxışlar  olmalı,  qonaqlara  söz  verilməlidir. 

İkinci  hissədə  Qəşəm  İsabəylinin    uşaqlar  haqqında  yazdığı  şeirlər  səslənməli, 

nağıl  və  povestlərdən  səhnəciklər  göstərilməlidir.  Aşağıda    “Azərbaycanın 

görkəmli  uşaq  yazıçısı  Qəşəm  İsabəyli”  adlı  tədbirin  ssenarisini    nümunə  üçün 

veririk:  

Qəşəm İsabəylinin şeirlərindən bir parça səhnənin divarından  asılır.  

 

 



 

 

 



Yazılıb alnımıza taleyimiz –yaddaş olub, 

 

 

 

 

 

Sənin eşqində, İlahi, gözümüzdə yaş olub, 

 

 

 

 

 

Həcərüləsvədi öpmək bizə məqsəd; baş olub, 

 

 

 

 

 

Allah, Məhəmməd ya Əli!  

15 

 

 



I Aparıcı: 

Qəşəm  İsabəyli  Azərbaycan  uşaq  ədəbiyyatında  bədii  sözün 

qüdrətinə  dəyər  verən,  uşaq  psixologiyasının  ciddi,  həm  də 

dərin  müşahidəçisi  kimi  çox  maraqlı  əsərlər  yazan  və  bütün 

bunların  mayasını  həyat  gerçəkliklərindən  əxz  edən  qələm 

sahibidir.  Yazıçı  bu  sahədə  araya-ərsəyə  gətirdiyi  poeziya  və 

nəsr  nümunələri  ilə  yetmişinci  illərdən  üzü  bəri  yol  gəlir.  Bu 

yollarda  mədəni-mənəvi  yaddaşımızı  “Balaca,  bap-balaca”, 

“Şam  nağılı”,  “Əkil-Bəkil”,  “Ü-ü-ü”,  “Nənəm  təkdi”  kimi 

əsərlərilə  zənginləşdirib.Q.İsabəylinin  yaradıcılığında  həyata 

real  baxış,  mənəvi-əxlaqi  tərbiyə,  humanist  duyğular, 

insanpərvərlik  başlıca  yer  tutur.  Bədii  sözün  ifadə  tərzinə  və 

sanbalına  hər  zaman  həssaslıqla  yanaşan  Q.İsabəylinin  irili-

xırdalı  bütün  əsərlərinin  dəyəri  də  məhz  bundadır.  O,  uzun 

zaman yaradıcı imkanlarını əsasən uşaq ədəbiyyatının inkişafına 

həsr  etmişdir.  Uşaq  aləminə  dərindən  bələd  olan,  o  aləmin  ab-

havasına çox ustalıqla daxil olan yazıçı Qəşəm İsabəylinin  uşaq 

şeirləri  oxucunu  mütaliəyə  həvəsləndirir.  Hətta  uşaqlara  kitab 

oxumaq vərdişini, səbrini, təmkinini aşılayır. 

Qəşəm İsabəylinin uşaqlar və gənclər üçün yaratdığı əsərlər hələ 

bir neçə nəslin ədəbi tərbiyəsi ilə məşğul olacaq, onların milli-

mənəvi  dəyərlər  əsasında  formalaşmasında  layiqli  rolunu 

oynayacaqdır. 

(Oxucular səhnəyə daxil olur Qəşəm İsabəylinin “Anam 

deyir...” adlı şeirini söyləyirlər) 

 

I Oxucu: 

 

Anam deyir “ye”, 

 

 

 

Atam deyir”ye”. 

 

 

 

Niyə yemirsən, 

 

 

 

Ay bala, bir de?! 

 

 

 

   ********* 

 

 

 

Sən dilini vur 

 

 

 

Bir bunacığa... 

 

 

 

Mən də yemirəm 

 

 

 

Düşüb acığa. 

 

 

 

  ******** 

 

 

 

Guya yeməsəm, 

 

 

 

Yeməyəcəklər. 

 

 

 

Yesəm, bir də “ye” 


16 

 

 



 

 

Deməyəcəklər?! 

 

 

 

   ******** 

II Oxucu:     

Bu buyruq nədi, 

 

 

 

Doğrusu bezdim. 

 

 

 

Utanmıram ki, 

 

 

 

Öz evimizdi. 

 

 

 

   ******* 

 

 

 

Nə istəsəm var 

 

 

 

Süfrədə ancaq 

 

 

 

Qoymurlar adam 

 

 

 

Yesin doyunca. 

 

 

 

    ******** 

 

 

 

Anam deyir “ye” 

 

 

 

Atam deyir”ye”. 

 

 

 

Yemirsən, bala, 

 

 

 

Bəs niyə, bir de?! 

I Oxucu: 

Yuxarıda qeyd etdiyimiz kimi, Qəşəm İsabəyli Azərbaycan uşaq 

ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O balacalar 

üçün  həm  gözəl  şeirlər,  həm  də  maraqlı  nəsr  əsərləri 

yaratmışdır.  Yazıçının  böyüklər  üçün  yazdığı  hekayələr  də 

olduqca qiymətlidir.  

Onun  böyüklər  üçün  yazdığı  nəsr  əsərləri    ədəbiyyatımıza 

layiqli töhvədir.  

Yazılarının  birində  Qəşəm  İsabəyli  özü  haqqında  belə  etiraf 

edir:“Hələ  ki  mən  çoxluq  üçün  uşaq  yazıçısıyam.  Hələ  ki 

mənim  sözü  ciddiliyindən  çıxartmaq  bacarığımdan  xəbərsizlər 

var.  Mən  özüm  də  indi-indi  dərk  eləmişəm  ki,  gərək  yazdığın 

elə olsun ki, çap etdirəndə böyük alınsın. Axı indi kimin kitabı 

nə boydadırsa, özü də o boyda yazıçı sayılır.  

İstedadlı  şair  və  nasir  Qəşəm  İsabəylinin    yeni  nəslin 

formalaşmasında əvəzsiz rolu olmuşdır. 

Q.İsabəyli 

“Şirvannəşr”in 

təsisçisi 

olduğu 


vaxtlardan 

cəmiyyətdə,  ədəbi  mühitdə  daha  işıqlı  görünməyə  başlamışdı. 

Qəşəm  İsabəyli    sənətə,  ədəbiyyatımıza  və  mədəniyyətimizə 

açıq-aydın,  təəssübkeş  bir  baxışla  diqqətini  artırmış,    onun  bu 

sahədə  işgüzarlığı,  bacarığı      ağır  zəhmətə  qatlaşan  əkin-biçin 

adamını  xatırlatmışdı.  Qollarını  çirmələyib  nəşriyyatı  qurub-

tikəndə,  iş  mühitini,  yaradıcılıq  mətbəxini  sahmanlayanda,  bir 

sözlə,  iş-gücün  əlindən  macal  tapmayanda  elə  sözün  həqiqi 



17 

 

mənasında  əkinçi  oğlu  əkinçi  olmuşdu.  Hələ  “İşıq”da,  “Şur”da 



işlədiyi  vaxtlarda  kitab  nəşri  sahəsində  qazandığı  təcrübəsini, 

texniki  işlərdən  tutmuş  yaradıcılıq  imkanlarına,  xalqın  dilinin, 

tarixinin,  mədəniyyətinin  inkişafına  xidmət  edən  əsərlərin  üzə 

çıxarılmasınadək  gördüyü  işlərdə  bütün  istəyini,  bacarığını 

burda  daha  da  təkmilləşdirmişdi.  Doğrudur,  bu  gün 

respublikamızda  çoxlu  sayda  yeni  tipli  nəşriyyat-mətbəə 

fəaliyyət  göstərsə  də,  qətiyyətlə  demək  olar  ki,  bu  çoxluğun 

içində  “Şirvannəşr”in  boyu,  çəkisi  və  sanbalı  aydın  görünür. 

Q.İsabəylinin  yaradıcılığında  həyata  real  baxış,  mənəvi-əxlaqi 

tərbiyə,  humanist  duyğular,  insanpərvərlik  başlıca  yer  tutur. 

Bədii  sözün  ifadə  tərzinə  və  sanbalına  hər  zaman  həssaslıqla 

yanaşan  Q.İsabəylinin  irili-xırdalı  bütün  əsərlərinin  dəyəri  də 

məhz bundadır.Bir sözlə qeyd etmək istəyirik ki, Q.İsabəyli bu 

gün respublikamızda barmaq sayına gələn naşirlərdəndi.  

 

(Oxucular Qəşəm İsabəylinin “Salam”  şerini söyləyirlər) 

Bir söz də bəxşiş olsun, 

Sən də qat öz varına; 

Qəşəm İsabəylidən  

Balaca dostlarına... 

 

 

Hə qoçağım durma, ha, 

 

 

Ay əllərin var olsun! 

 

 

Həmişə aldıqların  

 

 

Nübar kitablar olsun! 

İnanmağım gəlməyir, 

Düzü gözümə vallah! 

Bu sənmisən, əlində 

Kitabımdır...Maşallah!? 

Maşallah kamalına, 

 

 

A hünərli, a səyli! 


18 

 

 



 

Bu kitab, bu da ki, sən, 

 

 

Bu da mən-İSABƏYLİ. 

 

 

 

 

 

 

 

 

 

 

 

S O N 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

19 

 

Ədəbiyyat 



 siyahısı: 

 

1.

 

İsabəyli. Q. Ay külək, nə əsirsən : şeirlər. Bakı : Şirvannəşr, 2004. - 52 s. 

 

2.



 

İsabəyli. Q. Avropa dəbi...Dar şalvarlar və qızlarımızın monqol ayaqları. Bakı : 

Şirvannəşr, 2007. – 44 s. 

 

3.

 

İsabəyli.Q. Bir qarıyla bir qoca dingilim-fis oynar gecə : Hekayələr. Bakı 

Şirvannəşr, 2006. - 40 s.  

 

4.

 

İsabəyli. Q. Bir qəlbin məhəbbət etirafları : Hekayət.  Bakı : Şirvannəşr, 2006. - 

52 s.  


5.

 

İsabəyli. Q. Bu şəhər mənə göz dağı olub. Bakı : Şirvannəşr, 2011. - 198 s.

 

6.



 

İsabəyli. Q. Cin : nağıl-povest .Bakı : Şur və Cik-Cik, 1993. - 32 s.

 

7.



 

İsabəyli. Q. Elnur, Əkil və onların başına gələnlər : nağıl.  Bakı : 

 

Şirvannəşr, 2011. - 76 s. 



8.

 

İsabəyli.Q. Əlifba-Krossvord. Bakı: Şirvannəşr, 1999.-8 s.  

9.

 

İsabəyli.Q. Əlli yaşında :  Bakı : Şirvannəşr, 1998. - 31 s.  

 

10.



 

İsabəyli. Q. Göydən üç alma düşdü. Bakı : Şirvannəşr, 1999. - 16 s.  

 

 



11.

 

İsabəyli. Q. Nənəm təkdi.  Bakı : Cik-Cik, 1995. - 48 s. 

12.

 

İsabəyli. Q. Nənəm təkdi : şeirlər .Bakı : Şirvannəşr, 2008. - 84 s. 

 

13.



 

İsabəyli. Q. Ölü bilər, mən bilərəm... : Satirik hekayələr. Bakı : Şirvannəşr, 

2007. - 232 s.  



14.

 

İsabəyli. Q. Samur at minir : Yumor. Bakı : Şirvannəşr, 2006. - 40 s. 

15.

 

İsabəyli. Q. Sehirli tütək. Bakı: Şirvannəşr, 2000.-16 s.  

16.

 

İsabəyli. Q. Şamaxı-Şam nağılı : Poema. Bakı : Şərq-Qərb, 1996. - 16 s.   

 

 



 

 

 

 

 

Haqqında: 



 

1.

 



Xəlilova A. Azərbaycanın görkəmli uşaq yazıçısı Qəşəm İsabəyli. 

Bakı: Şirvannəşr, 2011.-250 s.  

 

 

 



 

 


20 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə