AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ M. F. Axundov adina azərbaycan



Yüklə 431.62 Kb.
səhifə1/5
tarix10.06.2017
ölçüsü431.62 Kb.
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN

MİLLİ KİTABXANASI

Mədəniyyət, incəsənət və

turizm haqqında yeni

ədəbiyyat


2011 - Dekabr



BAKI - 2012

AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN

MİLLİ KİTABXANASI
Mədəniyyət, incəsənət və

turizm haqqında yeni

ədəbiyyat
Cari biblioqrafik informasiya göstəricisi

Dekabr- 2011


BAKI - 2012


Я19:Ч

М45


Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat: Cari biblioqrafik informasiya göstəricisi. Dekabr-2011 /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.-

74 s.




© M.F.Axundov ad. Milli Kitabxana, 2011.




ÖN SÖZ
MF.Axundov adına Milli Kitabxananın Mədəniyyət üzrə İnformasiya şöbəsinin 2006-cı ilin aprеl ayından tərtib etdiyi «Mədəniyyət, incəsənət və turizm haqqında yеni ədəbiyyat» adlı cari biblioqrafik informasiya göstəricisi 2009-cu ilin fevral ayından yeni təşkil olunmuş Analitik Elektron Məlumat Bazasının Təşkili şöbəsi tərəfindən hazırlanır. Bu vəsaiti nəşr еtməkdə məqsəd Mədəniyyət və Turizm Nazirliyinin rəhbər işçilərinə və aparıcı mütəxəssislərinə müvafiq mövzu üzrə Azərbaycan və rus dillərində kitabxanaya daxil olan bəzi yeni kitablar, jurnal və qəzet səhifələrində dərc еdilən məqalələr haqqında opеrativ məlumat vеrməkdir.

Vəsaitdə kitabxananın fonduna daxil olan mövzu üzrə kitabların şifrələri də verilmişdir. Bu da мütəxəssislərin istifadəsini asanlaşdırmaq məqsədi daşıyır.



Qarşısında ulduz işarəsi qoyulmuş məqalələrin tam elektron mətnini Milli Kitabxananın saytı (www.anl.az) və elektron kataloqu vasitəsilə açıb oxumaq mümkündür.

Digər materialların isə kserosurətlərini və elektron variantını əks əlaqə vasitəsilə istifadəçilərə çatdıra bilərik.

Nəşrlə bağlı arzu, təklif və iradlarını Milli Kitabxanaya göndərən mütəxəssislərə əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ünvan: AZ 1000. Bakı şəh., Xaqani küç., 29

Е-mail: contact@anl.az

Tel.: 493 98 96

M.F.Axundov adına Milli

Kitabxananın Analitik Elektron Məlumat Bazasının Təşkili şöbəsi
MƏDƏNİYYƏT


  1. *Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 7 dekabr 2011-ci il //Azərbaycan.- 2011.- 8 dekabr.- S. 1.

____________




  1. *Abdullayev, İ. Mədəniyyət fədaisi: [N.Nərimanov adına Mədəniyyət evinin direktoru Felman Lazımov haqqında] //Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 15.

  2. *Abdullayeva, F. Əfsanəvi şəhərdən səfər qeydləri: [Şabran rayonunun mədəni həyatı haqqında] //Mədəniyyət.- 2011.- 21 dekabr.- S. 9.

  3. Aslanova, R. "Multikulturizmin Azərbaycan modeli öz mövqeyini diktə etməyə iddialı deyil": [millət vəkili Rəbiyyət Aslanova ilə müsahibə] //Olaylar.- 2011.- 10-12 dekabr.- S. 4.

  4. *Aslanova, R. Mədəniyyətlərin birgəyaşayışının Azərbaycan təcrübəsi: Nəzəriyyə məsələləri //Azərbaycan.- 2011.- 2 dekabr.- S. 5.

  5. *“Azərbaycan nağılları”nı ingilisdillilər də oxuyacaqlar: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Türkiyədə ingilis dilində nəşr olunan eyni adlı nağılın və diskin təqdimolunma mərasimi keçirilib] //Azərbaycan.- 2011.- 2 dekabr.- S. 8.

  6. *Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət Nazirlərinin VII Konfransında iştirak edir: [konfransda Azərbaycanı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir] //Azərbaycan.- 2011.- 20 dekabr.- S.9.

  7. Bayramqızı, Ə. "Əfsanələr Paytaxtı"ndan təəssüratlar [Şabran rayonunun mədəni həyatı haqqında] //Xalq qəzeti.- 2011.- 18 dekabr.- S. 7.

  8. Behbud, E. "Mədəniyyətlə bağlı kütləvi maariflənməyə hesablanmış nəşrlərə QHT-lər daha çox üstünlük verirlər": [Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud ilə söhbət] //Palitra.- 2011.- 20 dekabr.- S. 6.

  9. Əliyev, A. Qloballaşma dövründə milli-mədəni dəyərlərin və adət-ənənələrin yad təsirlərdən qorunması zərurəti //Həftə içi.- 2011.-14 dekabr.- S. 4.

  10. *Həmidə. Fəal mədəniyyət müəssisələri və əməkdaşları mükafatlandırıldılar: Təltif olunanlar arasında "Mədəniyyət" qəzeti də var: [Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında] //Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 5.

  11. Həsənli, V. "Müasir dünyada sözlü və yazılı mədəniyyətlə yanaşı elektron mədəniyyət qavramı da ortaya çıxıb": [Türkiyədə doktorantura təhsili alan Vurğun Həsənli ilə mədəniyyətimizin təbliğində diasporun fəaliyyəti haqqında söhbət] //Palitra.- 2011.- 23 dekabr.- S. 6.

  12. *Həsənov, S. Bərdənin mədəni həyatı çox zəngindir: [Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Soltan Həsənovla müsahibə] //Palitra.- 2011.- 13 dekabr.- S. 6.

  13. *İbişova, R. Mədəniyyətimiz tarixilik və müasirlik kontekstində: [Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" kitabı haqqında] //Xalq qəzeti.- 2011.- 18 dekabr.- S. 7; Mövqe.- 2011.- 16 dekabr.- S.11.

  14. *Kamilova, M. "Şamaxının Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu olub": [Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova ilə müsahibə] //Palitra.- 2011.- 14 dekabr.- S. 6.

  15. Qasımov, E. Mədəniyyətin inkişafı dövlət siyasətinin mühüm istiqamətidir //Respublika.- 2011.- 17 dekabr.- S. 1.

  16. Quliyev, K. İstedadın nümayişi üçün şərait yaradılıb: [Cəbrayıl rayonunun mədəniyyəti haqqında] //Respublika.- 2011.- 20 dekabr.- S. 9.

  17. *Mehparə. 2011-ci il: uğurlar, nəticələr: Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi: [Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında] //Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 3; 4.

  18. Mədəniyyətlərarası dialoq məkanına çevrilən Azərbaycanda mədəniyyətin, incəsənətin inkişaf etdirilməsi sahəsində davamlı addımlar atılır //Yeni Azərbaycan.- 2011.- 21 dekabr.- S. 4.

  19. Məhərrəmova, T. Azərbaycan mədəniyyəti dünyanı fəth edir: [mədəniyyətə dövlət qayğısı haqqında] //Kaspi.- 2011.- 17-19 dekabr.- S.5.; 24 dekabr.- S. 14-15.

  20. Məmmədli, H. Şərəfli ömrün akkordları... [Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin direktoru Hacı Əliyev haqqında] //İki Sahil.- 2011.- 22 dekabr.- S. 12.

  21. Məmmədov, M. Mədəniyyət işçiləri mükafatlandırılıb: [Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında] //Azad Azərbaycan.- 2011.- 25 dekabr. - S. 5.

  22. *Məmmədov, V. «Mədəniyyətlə bağlı dərsliklər çox zəifdir»: [Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının baş müəllimi Vüsalə Məmmədova ilə müsahibə] //Palitra.- 2011.-2 dekabr.- S.7.

  23. *Milli mədəniyyətin yeni üfüqləri: [Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğı haqqında] //Azərbaycan.- 2011.- 24 dekabr.- S. 15.

  24. *Muxtarov, A. Mədəni dəyərlərimizi yaradanlar: onları unutmağa haqqımız yoxdur! //525-ci qəzet.- 2011.- 16 dekabr.- S. 8.

  25. *Nəsirli, T. Ağdaş mədəni intibah yolunda: [rayonun mədəniyyət müəssisələri haqqında] //Mövqe.- 2011.- 13 dekabr.- S. 10.

  26. *Ömərov, V. Hüquqi dövlət və mədəniyyət hüququ //Səs.- 2011.- 3 dekabr.- S. 10.

  27. Ömərov, V. Hüquqi dövlətdə ekoloji mədəniyyət //Səs.- 2011.- 23 dekabr.- S. 15.

  28. Ömərov, V. Hüquqi dövlətdə estetik mədəniyyət //Səs.-2011.- 22 dekabr.- S. 10.

  29. Ömərov, V. Vətəndaş cəmiyyətində mədəniyyətin yayılma vasitələri //Səs.- 2011.- 20 dekabr.- S. 11.

  30. *Rüstəmova, H.Gördüyümüz işlərin cəmiyyətə çatdırılmasında mətbuatın müstəsna rolu var”: [Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin nazirliyin mətbu orqanlarının kollektivləri ilə görüşü haqqında] //Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 4.

  31. *Səlimqızı, C. Avropanı heyran qoyduğumuz il: [2011-ci ildə mədəniyyət və incəsənət sahəsində qazanılan uğurlar haqqında] //Mərkəz.- 2011.- 31 dekabr.- S. 13.

  32. Səlimqızı, C. İlin mədəniyyət yekunları məhz 2011-ci ildə Azərbaycan tarixi bir qələbəyə nail oldu: [I və II yazı] //Mərkəz.- 2011.- 23 dekabr.- S. 11.; 22 dekabr.- S. 11.

  33. *Sultanova, M. “Mədəniyyət haqqında” yeni qanunun qəbulu gələn ilə qaldı: Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov muğam və aşıq sənəti haqqında qanun layihələrinin də hazırlandığını deyib //Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 4.

  34. *Şirinova, A. Sözün ağası, Sözünün ağası: Xalq yazıçısı Əli Vəliyevin 110 illiyinə xatirə yazısı: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında keçirilən yubiley tədbiri haqqında] //Olaylar.- 2011.- 29 dekabr.- S. 15.



MƏDƏNİ ƏLAQƏLƏR


  1. *Azərbaycan Respublikası Hökuməti ilə Dağıstan Respublikası, Qaraçay-Çərkəs Respublikası və İnquşetiya Respublikası (Rusiya Federasiyası) hökumətləri arasında 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış sazişlər haqqında: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 dekabr 2011-ci il [mədəni və humanitar əməkdaşlıq haqqında] //Azərbaycan.- 2011.- 29 dekabr.- S.5.

  2. *2011-ci il sentyabrın 8-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 dekabr 2011-ci il //Azərbaycan.- 2011.- 29 dekabr.- S.4.

____________




  1. *Ağazadə, Z. Ukraynalı mahir rəssamlar görkəmli siyasi xadim Heydər Əliyevin kəhrəbadan portretini hazırlamışlar: [Ukrayna kəhrəba dünyası Assosiasiyası Şurasının mahir rəssamları tərəfindən] //Azərbaycan.- 2011.- 18 dekabr.- S.8.

  2. *Azərbaycan gəncləri Parisdə keçirilən “Fəaliyyətdə incəsənət!” adlı beynəlxalq tədbirdə iştirak edirlər //Azərbaycan.- 2011.- 8 dekabr.- S. 7.

  3. *Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət Nazirlərinin VII Konfransında iştirak edir: [konfransda Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir] //Azərbaycan.- 2011.- 20 dekabr.- S.9.

  4. *Bakıda Latviya rəssamlarının sərgisi açılmışdır: [Azərbaycanda Latviya Mədəniyyəti günləri çərçivəsində] //Azərbaycan.- 2011.- 8 dekabr.- S.5.

  5. *Brüsseldə türk dünyası rəssamlarının əsərləri nümayiş olunub: [dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə] //Mədəniyyət. - 2011.- 2 dekabr.- S. 2.

  6. *Ceyhun. “Abşeron” aşıqlar qrupu Əlcəzairdə çıxış edib //Mədəniyyət.- 2011.- 2 dekabr.- S. 7.

  7. *Əbülfəz Fərəcoğlu İstanbulda növbəti fərdi sərgisini açıb: [rəssamın Türkiyədə açılmış 20-ci fərdi sərgisi haqqında] //Ayna.- 2011.- 10 dekabr.- S. 20; 525-ci qəzet.- 2011.- 7 dekabr.- S. 7.

  8. *Əliyev, İ. Gürcüstan telekanallarında «İlham Əliyev və Gürcüstan» sənədli filmi nümayiş etdirilmişdir: [Georgi Taradze və Tengiz Txilavanın quruluşunda] //Azərbaycan.- 2011.- 25 dekabr.- S.5.

  9. F.Məhərrəmov: Sevinirəm ki, bu, mənim qismətimə düşdü: [ABŞ-ın Nyu-York Azərbaycan Teatrında səhnələşdirilmiş "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşasının quruluşçu rejissorunun səfər təəssüratları] //Kaspi.- 2011.- 17-19 dekabr.- S. 23.

  10. *Gənc Azərbaycan musiqiçiləri Bolqarıstanda beynəlxalq müsabiqənin qalibi olmuşlar //Azərbaycan.- 2011.- 2 dekabr.- S. 6.

  11. *Gülər. "Rauf Avşar adına kukla teatrı" yubiley tamaşası hazırlayır: [Estoniyada həmyerlimiz Rauf Avşar tərəfindən yaradılan eyni adlı teatrın 15 illik yubileyi haqqında] //Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 12.

  12. İsmayıloğlu, A. "Şekspir" "Xəstə könül" adıyla səhnədə: Teatr: [Krım-Tatar Akademik Musiqili Dram teatrının eyni adlı tamaşası akademik Milli Dram Teatrının səhnəsində] //Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.2.

  13. *Mehparə. Koreyalı sənətçilərin sərgi və konserti [Koreyanın Azərbaycandakı səfirliyi Azərbaycan Milli İncəsənət Muzeyində "Təbiət, Ekologiya və Yaşıl İnkişaf" adlı foto-incəsənət sərgisi keçirdi] //Mədəniyyət. - 2011.- 23 dekabr.- S. 4. Respublika. - 2011.- 23 dekabr.- S. 11.

  14. Mədəniyyətlərarası dialoq məkanına çevrilən Azərbaycanda mədəniyyətin, incəsənətin inkişaf etdirilməsi sahəsində davamlı addımlar atılır //Yeni Azərbaycan.- 2011.- 21 dekabr.- S. 4.

  15. *Məhərrəmov, F. "Müsyo Jordan və Dərviş Məstəlişah”a müraciətimin özəl səbəbləri də vardı” [Nyu-York şəhərində Firudin Məhərrəmovun quruluşunda nümayiş etdirilən eyni adlı tamaşa ilə əlaqədar rejissor ilə söhbət] //Zaman.- 2011.- 22-23 dekabr.- S. 8.

  16. *Nizamiqızı, H. Macəralar Amerikasında Azərbaycan teatrı: Sərhəd tanımayan sənət xalqları birləşdirir: [H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun səfər təəssüratları] //Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 5.

  17. *Parisdə azərbaycanlı gənc rəssamın fərdi sərgisi: [Parisin Vivyen İncəsənət Qalereyasında gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi təşkil edilib] //Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 8.

  18. Paşayev, İ. "Qran-Pri" nin qalibləri: [Rusiyanın Rostov şəhərində "Millətlərin inciləri" adlı beynəlxalq musiqi müsabiqəsində musiqi məktəbləri şagirdlərinin uğurları] //Respublika.- 2011.- 22 dekabr.- S. 6.

  19. *Sadıqov, R. Tələbələrimiz beynəlxalq müsabiqədə "Qran-pri" mükafatına layiq görüldülər: [tələbə tamaşaları festivalında] //Azərbaycan müəllimi.- 2011.- 2 dekabr.- S.19.

  20. *Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır //Azərbaycan.- 2011.- 10 dekabr.- S. 5.

  21. *Strasburqda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun növbəti iclası keçirilir: [Fransada keçirilən forumda Azərbaycanın nümayəndə heyəti iştirak etmişdir] //Azərbaycan.- 2011.- 22 dekabr.- S.11; Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 2.

  22. *Tiflisdə Azərbaycandilli məktəb şagirdlərinin rəsmlərinin sərgisi açılıb //525-ci qəzet.- 2011.- 24 dekabr.- S. 21.



KLUB VƏ İSTİRAHƏT PARKLARI


  1. *Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 27 dekabr 2011-ci il //Azərbaycan.- 2011.- 28 dekabr.- S.2.

____________




  1. *Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyi Departamentinin inzibati binasının qarşısında salınan yeni parkda görülən işlərlə maraqlanmışdır //Azərbaycan.- 2011.- 30 dekabr.- S. 1.

  2. *Mənsimov, E. Milli Parkın “döşəmə”si dəyişdirilir: [Dənizkənarı Milli parkın aparılan yeni quruculuq işləri haqqında] //Kaspi.- 2011.- 14 dekabr.- S. 8.

  3. *Prezident İlham Əliyev Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur //Azərbaycan.- 2011.- 20 dekabr.- S. 2.

  4. *Zərbəliyev, C. Şirvan Milli Parkında fərqli bir gün: [Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şirvan Milli Parkına infotur keçirildi] //Xalq qəzeti.- 2011.-14 dekabr.- S. 10.



İNFORMASİYA VƏ REKLAM İŞİ


  1. *Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 1 dekabr 2011-ci il //Azərbaycan.- 2011.- 3 dekabr.- S.1.

  2. *Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 1 dekabr 2011-ci il //Azərbaycan.- 2011.- 3 dekabr.- S.1.

____________




  1. *AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun nəzdində Gənc Proqramçılar Məktəbi fəaliyyətə başlamışdır //Azərbaycan.- 2011.- 20 dekabr.- S.9.

  2. *Rzayeva, Ü. "Gənc Proqramçılar Məktəbi" yenidən fəaliyyətə başladı: [AMEA-nın İnformasiya Texnalogiyaları İnstitutunun nəzdində] //Azərbaycan müəllimi.- 2011.- 30 dekabr.- S. 9.

  3. Şərif, G. Küçədəki reklam...: Niyə xarici dildədir? //Olaylar.- 2011.- 29 dekabr.- S. 12.


KİTABXANA İŞİ


  1. *Abdulla Tukayın 125 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib: [M.F.Axundov adına Milli Kitabxanada] //Mədəniyyət.- 2011.- 14 dekabr.- S. 3; Respublika. - 2011.- 15 dekabr.- S. 6.

  2. *Bakıda tatar şairi Abdulla Tukayla bağlı beynəlxalq konfrans keçirilir: [M.F.Axundov adına Milli Kitabxanada ] //525-ci qəzet.- 2011.- 14 dekabr.- S.7.

  3. Cavadov, Z. Milli Kitabxana yüksək səviyyədə xidmət göstərir //Respublika.- 2011.- 16 dekabr.- S. 5.

  4. *Cəfərov, İ. Zəhmətin bəhrəsi: [AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli "Milli kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə" diplomuna layiq görülüb] //Azərbaycan.- 2011.- 4 dekabr.- S. 5.

  5. *Elçin Hüseynbəylinin sumqayıtlı oxucularla görüşü olub: [Sumqayıt şəhərində S.Vurğun adına Mərkəzi Kitabxanada yazıçı ilə keçirilən görüş haqqında] //525-ci qəzet.- 2011.- 21 dekabr.- S. 7.

  6. *Elektron kitabxanalar: mahiyyəti və əhəmiyyəti: [uğurlu fəaliyyətin 8 ili Prezident Kitabxanasının elektron resurslarında] //Xalq qəzeti.- 2011.- 24 dekabr.- S. 15.

  7. *Gülər. Kitabxanada yubiley tədbirləri keçirilib [Səbail rayon MKS-in 1 saylı filialı (M.Ə.Sabir adına Mərkəzi Kitabxana) Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə tədbir keçirib] //Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 12.

  8. *Hacıbabayev, A. "Sevgi xiyabanı": Yeni nəşrlər: [Firudin bəy Köçərli adına Mərkəzi Uşaq Kitabxanasında Nüşabə Məmmədlinin yeni kitabının təqdimatı haqqında] //Ədəbiyyat qəzeti.- 2011.- 9 dekabr.- S. 6.

  9. *Xələfov, Ə. "Şamaxıda kitabın təbliği məsələsinə xüsusi diqqət veririk": [Şamaxı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ərəstun Xələfovla müsahibə] //Palitra.- 2011.- 16 dekabr.- S. 6.

  10. *Kəngərli, A. Elmin inkişafına mühüm töhfə [AME-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının inşası haqqında] //Azərbaycan.- 2011.- 24 dekabr.- S. 14.

  11. *Kitabxanalarda dahi rəhbərə həsr olunmuş tədbirlər: [Səbail və Nərimanov rayonlarının MKS-lərində ümummilli lider Heydər Əliyevin anım günü keçirilmişdir] //Mədəniyyət. - 2011.- 14 dekabr.- S. 3.

  12. *“Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin “Bakı” – “Baku”nun təcrübəsi” mövzusunda elmi konfrans keçirilmişdir: [M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında professor Nəsir İmanquliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş sərgi açılmış və eyni adlı mövzuda elmi konfrans keçirilmişdir] //Azərbaycan.- 2011.- 21 dekabr.- S.9.

  13. Məmmədov, Ə. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə dəyərli hədiyyə: [Prezident Kitabxanası tərəfindən hazırlanan "Azərbaycan Respublikası - 20" adlı elektron layihə haqqında] //Xalq qəzeti.-2011.- 29 dekabr.- S. 8.

  14. *Mirzəyeva, H. “Biz çalışmalıyıq ki, gənclərimiz daha çox kitab oxusunlar”: [Bərdə rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Havva Mirzəyeva ilə müsahibə] //Palitra.- 2011.- 9 dekabr.- S. 7

  15. Sarıyeva, İ. Nərimanov rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər: [rayonda fəaliyyət göstərən kitabxanalar haqqında] //Bakı xəbər.-2011.- 12 dekabr.- S. 10.

  16. Seyidzadə, H. Milli Kitabxanada beynəlxalq elmi konfrans keçirilib: [tatar şairi Abdulla Tukaya həsr edilən konfrans haqqında] //Azad Azərbaycan.- 2011.- 16 dekabr.- S. 5.

  17. Türk, T. Elektron kitablar lazımdırmı?: [yazarların fikirləri] //Mərkəz.- 2011.- 9 dekabr.- S. 13.

  18. *Vəfalı, T. Elektron kitabxanaların sayı artıb //Həftə içi.- 2011.- 16 dekabr.- S. 6.

  19. Zümrüd. "Zirvədən-zirvəyə və əbədiyyətə" adlı konfrans-sərgi keçirildi: [AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir] //Səs.- 2011.- 10 dekabr.- S. 16.

  20. Zümrüd. Nəsrulla İmanquliyevin 100 illiyinə həsr olunmuş sərgi və elmi konfrans: [M.F.Axundov adına Milli Kitabxanada görkəmli jurnalist, ictimai xadimə həsr olunmuş tədbir haqqında] //Səs.- 2011.- 20 dekabr.- S.12.


Abuzər Xələfov- 80


  1. *AMEA Mərkəzi Elmi Kitabxanasında professor Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir //Xalq qəzeti.- 2011.- 14 dekabr.- S. 6.

  2. *Aslan, K. Milli kitabxanaşünaslıq elminin banisir //Azərbaycan. -2011.- 23 dekabr.- S. 10.

  3. Azərbaycan kitabxanaşünaslıq elminin banisi: Professor Abuzər Xələfovun 80 yaşı tamam oldu //Yeni Azərbaycan.- 2011.- 24 dekabr.- S. 11.

  4. *Gülər. Müəllimlər müəllimi Abuzər Xələfov: Görkəmli alimin yubileyinə həsr olunmuş konfrans: [M.F.Axundzadə adına Milli Kitabxanada] //Mədəniyyət.- 2011.- 16 dekabr.- S. 4; Respublika.- 2011.- 18 dekabr.- S. 4.

  5. İsmayılov, X. Milli kitabxanaşünaslığımızın yaradıcısı //Respublika.- 2011.- 22 dekabr.- S. 7.

  6. Quliyeva. O. Azərbaycan kitabxanaşünaslıq elminin banisi: Professor Abuzər Xələfovun 80 yaşı tamam oldu //Yeni Azərbaycan.- 2011.- 24 dekabr.- S. 11.

  7. *Prezident Kitabxanasında professor Abuzər Xələfovun 80 illik yubileyi qeyd edilmişdir //Xalq qəzeti.- 2011.- 8 dekabr.- S. 6.
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə