AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ M. F. Axundov adina azərbaycan miLLİ Kİtabxanasi



Yüklə 3.61 Mb.
Pdf просмотр
səhifə1/42
tarix15.12.2016
ölçüsü3.61 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   42

 

1

  



AZƏRBAYCAN RESPUBLİKASI 

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

 

M.F.AXUNDOV ADINA 

AZƏRBAYCAN MİLLİ KİTABXANASI 

 

 

 

 

 

 

 

Əlamətdar və tarixi günlər təqvimi  

2010 

 

 



 

 

 



             

 

 

 

 

  Respublikanın kütləvi və ixtisaslaşdırılmış 

 kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana 

 Sistemləri üçün  

 

 

 

 

BAKI – 2009 

 

 

 



 

 

2

                       REDAKSİYA  HEYƏTİ: 



 

Baş redaktor:  

 

 

 

   K.Tahirov, 

 

  tarix elmləri namizədi  

Baş redaktorun müavini: 

 

 F. Məmmədov, 

 pedoqoji elmlər namizədi 

Redaktor: 

     

D.Bayramov 

Məsul 

katib:    N.Alışova 

   

 

  

 

 

 

 

 

 

 

 

    Əlamətdar və tarixi günlər təqvimi  - 2010 /baş red. K.M.Tahirov; M.F.Axundov 



adına Azərbaycan Milli Kitabxanası.- B.,  2009.- 435 s. 

 

 

 



 

 

 

 

 

 

 

©

 M.F.Axundov adına Milli Kitabxana, 2009 

 

 



 

 


 

3

ghrthrt        



 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

     


 

1 yanvar 

Gün çıxır 

06:26  


Gün batır 

17:25 


31 yanvar     

Gün çıxır 

06:18  

Gün batır 



17:57 

Yanvar 


 

 

22 dekabr- 



20 yanvar 

 

Oğlaq bürcü-



nün ünsürü 

torpaq, planeti 

Saturn, düşərli 

günü çərşənbə 

axşamı,  şənbə, 

düşərsiz günü 

bazar ertəsi, 

cümə  xşamı,

 

C 1 

Ş 2 

B 3 

Be 4 

Ça 5 

Ç 6 

Ca 7 

C 8 

Ş 9 

B 10 

Be 11 

Ça 12 

Ç 13 

Ca 14 

C 15 

Ş 16 

B 17 

Be 18 

Ça 19 

Ç 20 

Ca 21 

C 22 

Ş 23 

B 24 

Be 25 

Ça 26 

Ç 27 

Ca 28 

C 29 

Ş 30 

B 31 

   2010      

 

      Əlamətdar və  



      tarixi günlə

Ümumxalq Hüzn Günü  

 

     1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü 



pozmaq cəhdlərinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc 

əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digə

rayonlarına sovet hərbi hissələri yeridildi. 

    Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində 

heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfə

yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların 

arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet 

rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı 

yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. 

 

 

1-2.  Yeni il bayramı  



20.  Ümumxalq Hüzn Günü  

29.  Gömrük İşçiləri Günü  

 

 

 



 

 

 



 

 

 



 

4

 



  Milli ədəbiyyat  

 

Nasir Mahmudov Emin Qasıməli oğlunun (01.01.1925) anadan 

olmasının 85 illiyi 

Şair Hüseynov Tahir İsmayıl oğlunun  (01.01.1930 – 08.05.1993) 

anadan olmasının 80 illiyi 

Şair, publisist Əlizadə  Əli Vəli oğlunun (01.01.1940) anadan 

olmasının 70 illiyi 

Şair, tərcüməçi  Əlizadə Fazil İbad oğlunun (01.01.1945) anadan 

olmasının 65 illiyi  

Nasir Hacıyev Yusif Məhəmməd oğlunun (05.01.1925) anadan 

olmasının 85 illiyi 

Əməkdar mədəniyyət işçisi,  ədəbiyyatşünas Sultanov Məmmədağa 

Sultan oğlunun  (05.01.1910 – 19.01.1991) anadan olmasının  100 

illiyi 


Nasir, publisist Adil Qüdrət oğlunun (06.01.1950) anadan olmasının 

60 illiyi 

Nasir Dərgahov Faiq Feyruz oğlunun (09.01.1930) anadan olmasının 



80 illiyi 

Şairə  Məmmədova Firuzə Nurəddin qızının (10.01.1940) anadan 

olmasının 70 illiyi 

Şair Ağəliyev  Əlisoltan (Əlisoltan) Camal oğlunun  (12.01.1925 – 

24.11.1982) anadan olmasının 85 illiyi 

Tənqidçi, ədəbiyyatşünas Quliyev Kamil Hətəm oğlunun (17.01.1940) 

anadan olmasının 70 illiyi 

Nasir Zeynalov Eyvaz Mahmud oğlunun (18.01.1950) anadan 

olmasının 60 illiyi 


 

5

Xalq  şairi Yaqubov Zəlimxan Yusif oğlunun (Zəlimxan Yaqub) 



(21.01.1950) anadan olmasının 60 illiyi 

Şair, dramaturq Məmmədov Cahangir Atakişi oğlunun (23.01.1935) 

anadan olmasının 75 illiyi 

Şair, dramaturq Babayev Adil Qafar oğlunun (28.01.1925-

19.08.1977) anadan olmasının 85 illiyi  

 

      Xarici ədəbiyyat    

 

Alman filoloqu Qrimm Yakovun (Qrimm qardaşları) (04.01.1785 – 



20.09.1863)      anadan olmasının 225 illiyi 

Özbək Xalq yazıçısı Musa Daşməhəmmədovun (Aybək) (10.01.1905 

– 01.07.1968) anadan olmasının 105 illiyi 

Rumın  şairi Eminesku Mixayın (15.01.1850 – 15.06.1889) anadan 

olmasının 160 illiyi 

Rus yazışısı, diplomat Qriboyedov Aleksandr Sergeyeviçin 

(15.01.1795 – 11.02.1829) anadan olmasının 215 illiyi 

Rus yazıçısı Çexov Anton Pavloviçin  (29.01.1860 – 2 (15).07.1904) 

anadan olmasının  150 illiyi 

 

    Tarixi günlər  



 

      Yeni il bayramı (01.01.) 

      Azərbaycanın müstəqilliyi Versal konfransının Ali Şurasında   

                       tanınmışdır (01.11.1920) 



                       Ümumxalq Hüzn Günü (20.01. 1990) 

                       Gömrük İşçiləri Günü (29.01.1992) 

 


 

6

    Milli Qəhrəmanlar  



 

       Azərbaycanın Milli Qəhrəmanı Abbasov Mehdi Yusif oğlunun  

       (01.01.1960 - 13.01.1992) anadan olmasının 50 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Yusifov Naiq Nəsir oğlunun 

(05.01.1970 – 24.03.1992) anadan olmasının 40 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Çobanov Şamoy Məhyəddin oğlunun 

(19.01.1965 – 19.08.1990) anadan olmasının 45 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Şahbazov Fəxrəddin İbrahim oğlunun 

(22.01.1950 – 20.11.1991) anadan olmasının 60 illiyi 

Sovet  İttifaqı  Qəhrəmanı, Tank qoşunları qvardiya general mayoru 

Aslanov Həzi  Əhəd oğlunun (22.01.1910 – 24.01.1945) anadan 

olmasının 100 illiyi  

 

       Tarix 

 

           Maarif xadimi, tarixçi Qasımov Qasım Səfər oğlunun (18.01.1925 –    

 02.11.1991) anadan olmasının 85 illiyi  

 

       Mədəniyyət. Maarif. Təhsil   

 

Maarif xadimi, şərqşünas-tərcüməçi Əfəndizadə Muxtar İsmayıl 



oğlunun (01.01.1880 – 17.10.1975) anadan olmasının 130 illiyi 

Pedaqoq, tədqiqatçı, publisist Xəlilov  Əjdər Nəcəfqulu oğlunun 

(Əjdər Xəlili) (10.01.1935) anadan olmasının 75 illiyi 

   Mətnşünas, filoloq Şərifov Kamandar Kazım oğlunun (20.01.1940) 

   anadan olmasının 70 illiyi 


 

7

Respublikanın ali elmi idarəsi Azərbaycan Milli Elmlər       



Akademiyasının  təsis edilməsinin (23.01.1945) 65 illiyi 

 

      Riyaziyyat. Fizika 

       Rus riyaziyyatçısı, yazıçı və publisist Kovalevskaya Sofya  

  Vasilyevnanın (15.01.1850 – 10.02.1891) anadan olmasının 160 illiyi 

 

        Biologiya. Kimya  

           Əməkdar elm xadimi, professor bioloq Qasımov Nemət Abbasəli 

           oğlunun (27.01.1940)  anadan olmasının 70 illiyi 

Kimyaçı alim Zülfüqarlı Cümşüd  İsmayıl oğlunun (30.01.1905) 

anadan olmasının 105 illiyi 

 

    Neft 



 

     Neftçi alim, Əməkdar ixtiraçı Seyid Rza Mirkərim oğlunun   

 (12.01.1925) anadan olmasının 85 illiyi 

 

         Fəlsəfə 



 

Alman filosofu Şellinq Fridrix Vilhelm Yozefin (27.01.1775 – 

20.08.1854) anadan olmasının 235 illiyi 

                         Fransız materialist filosofu Helvetsi Klod Adrianın (31.01.1715–  

                         26.12.1771) anadan olmasının 295  illiyi 

 

   Teatr. Kino   

 

     Aktyor  Rzayev  Səməndər Mənsim oğlunun (02.01.1945-27.03.1986) 



anadan olmasının 65 illiyi 

 

8

Xalq artisti Bədirbəyli Leyla Ağalar qızının (08.01.1920 – 



23.11.1999) anadan olmasının 90 illiyi  

Xalq artisti Şirye Vera Karlovnanın (31.01.1915) anadan   

olmasının 95 illiyi  

 

       Musiqi 

        Azərbaycan və SSRİ-nin Xalq artisti,

   


rus bəstəkarı, dirijor Qliyer  

        Reynqold Moritseviçin (11.01.1875-23.06.1956) anadan  

                        olmasının 135 illiyi 

 

      İdman 



 

         İdman xadimi, Futbol üzrə Ümumittifaq və Beynəlxalq dərəcəli hakim  

                        Bəhramov Tofiq Bəhram oğlunun (29.01.1925-12.10.1993) anadan  

                       olmasının 85  illiyi 

 


 

9

 

2010 

Şərq Təqvimi   (Pələng ili) 



 

 

  



 

 

Çox qədim zamanlar-



dan başlayaraq insanlar 

vaxtı ölçmək üçün təbiət-

dəki ”saatlardan” - dövri  

(periodik) təbiət hadi-

sələrindən istifadə etməyi 

öyrəniblər: Yerin öz oxu 

ətrafında fırlanması  nə-

ticəsində baş verən gecə-

gündüz hadisəsi, Ayın 

Yer  ətrafında fırlanması 

nəticəsində 29,53 günlük 

dövrlə (periodla) təkrar-

lanan Ay fazaları və nəha-

yət, Yer kürəsinin Günə-

şin  ətrafında fırlanması 

nəticəsində 365,24 günlük 

dövrlə təkrarlanan il möv-

sümləri. 

Qədim Çində gün, ay, 

il dövrlərindən başqa, 

uzunluğu 60 ilə bərabər  

 

 



olan dövrdən də istifadə 

etmişlər. İmperator Xuan-

dinin (b.e. əvvəl 26-cı əsr) 

vaxtında ”gançji” (“gövdə 

və budaqlar”) prinsipinə 

əsaslanan dövri il sayma 

sistemi tətbiq olunmuşdu: 

hər ilə növbəylə 12 hey-

vandan - siçan, inək, pə- 

ləng, dovşan, əjdaha, ilan, 

at, qoyun, meymun, to-

yuq, it, donuz və beş əsas 

təbii ünsürdən - od, tor-

paq, metal, su və ağacdan 

birinin adı verilirdi. Nəti-

cədə  hər 60 ildən bir tək-

rarlanan il dövrləri alınır-

dı. 


Dövr daxilində illəri 

heyvan rəngini dəyişmək-

lə də adlandırırdılar: 60 il-

lik dövrün, məsələn,  əj-

daha illəri olan 5-ci, 17-ci, 

29-cu, 41-ci və 53-cü il-

ləri, uyğun olaraq, ağ  əj-

daha, qara əjdaha, göy əj-

daha, qırmızı  əjdaha və 

sarı əjdaha ili adlanırdı. 

Belə dövri təqvim Çin-

də 1911-ci ilədək tətbiq  

 

 

olunurdu və Cin tarixinin 



il hesabı sülalənin dəyiş-

diyi vaxtdan başlayırdı.  

60 illik dövri təqvimin 

istifadə olunmasının təc-

rübi  əsaslara da söykən-

diyini də ehtimal edirlər. 

Belə ki, ağac həlqələrinin 

qalınlığının paylanmasın-

da da 60 illik dövrilik ol- 

ması üzə  çıxarılıb. Bu isə 

təbiətdə belə dövriliyin 

olması deməkdir. Günəş 

aktivliyində 60 illik dövri-

lik yoxdur, amma qeofi-

ziki indekslərdə bu dövri-

lik izlənilib. 

Şərq Çin ulduz falına 

görə 2010-cu il Pələng ili-

dir. 

Pələng-yola getməyən, 



bədrəftardır.  İntizamsız-

dır, tez qızışandır. Həmişə 

rütbəcə özündən böyük 

olana qarşı çıxır. 

Bədbəxtlikdən bütün 

rəislər kimi Pələng də ona 

göstərilən etimada həmişə 

layiq olmur. İşdə  və ya 

məhəbbətdə, habelə mü-

haribədə  Pələng “İrəli!” 



 

10

deyə  qışqırdıqda adamlar 



hərəkət etməzdən  əvvəl 

gərək yaxşı-yaxşı fikirləş-

sinlər və  hətta  ətəyindən 

tutub onu saxlasınlar. Pə-

ləng başqalarını  fəlakətə 

sala bilər. Risqə getməyə, 

hətta sərsəm, dərk edilmə-

miş  hərəkətlər etməyə 

həvəsi vardır. 

Onun cazibəsinə müqa-

vimət göstərmək çətindir. 

Təbii, hakimiyyət ona 

müəyyən  nüfuz qazandır-

mışdır.    O,  itaət etməyi 

xoşlamır, lakin başqala-

rını itaətə vadar edir. Ona 

hörmət bəsləyirlər. Heç 

kim həqiqəti üzünə demə-

yə  cəsarət etmir. Hətta 

onu məhv etməyə  cəsarət 

göstərdikdə  də hörmət və 

pərəstiş edirlər. 

Hərəkət etməzdən  əv-

vəl fikirləşsə, ehtiyatlı 

olmaq haqqında məslə-

hətlərə qulaq assa, böyük 

müvəffəqiyyət qazana bi-

lər. Təbiətən dəyişkən və 

sərt olan, tez qızışan Pə-

ləng işin xatirinə özünü 

qurban verməyə qadirdir. 

İnadcıl və tərsdir, davakar 

və  xırdaçıdır, buna görə 

də tez-tez münaqişədə 

olur. Xırda işlərdə xudpə-

sənddir, böyük işlərdə  tə-

mənnasız ola bilər. Dar 

düşüncəlidir, heç kimə 

ürək qızdırmır. 

Pələng həmişə qabağa 

cumur, mövcud hakimiy-

yətə, tabeçiliyə  və mü-

hafizəkar ağıl sahiblərinə 

nifrət bəsləyir. Nə  qədər 

qəribə olsa da, bəzən mü-

hüm qərar qəbul etməz-

dən  əvvəl o qədər götür- 

qoy edir ki, axırda iş-

işdən keçmiş olur. Pələng 

qoşun başçısı və ya müəs-

sisə  rəhbəri ola bilər. O, 

hətta təhlükəli cani də ola 

bilər. Cəsarət tələb edən 

bütün fəaliyyət növlərini 

sevə bilər. 

 

 



Ədəbiyyat 

 

    Pələng: (güc və qüvvət) 



//Ulduz falları: Ensi-

klopediya lüğəti.-B., 

1991.-S.59. 

 

İnternetdə 

 

www.astro.aznet. org 



www.bakllar. az 

www.xazar. com 

www.gooogle. az 

www.rambler. ru 

 

 

Nailə Alışova 



 

11

 



 

 

 



Mehdi Yusif oğlu 

Abbasov 1960-cı il yan-

var ayının 1-də  Qərbi 

Azərbaycanın Amasiya 

rayonunun Yeniyol kən-

dində anadan olmuşdur. 

1966-cı ildə Yeniyol kənd 

orta məktəbinə getmiş, 

1976-cı ildə oranı bitir-

mişdir. 1977-ci ildə 

Mehdinin ailəsi erməni 

daşnaklarının təzyiqi al-

tında öz doğma yurdla-

rından köçməyə  məcbur 

olmuşdur. Mehdi vali-

deynləri ilə birlikdə Qa-

zaxıstan Respublikası 

Tülkübas rayonunun Ku-

lan kəndinə  gəlmişdir. 

1977-1978-ci illərdə 

kənddəki Kuybışev adına 

sovxozda traktorçu iş-

ləmişdir. Mehdi 1980-ci 

ildə  sənədlərini Çimkənd 

Pedaqoji  İnstitutunun ha-

zırlıq  şöbəsinə vermişdir. 

Bir il burada təhsil al-

dıqdan sonra isə Kara-

qanda Pedaqoji İnstitu-

tuna daxil olmuşdur. O, 

1985-ci ildə  İbtidai-hərbi 

hazırlıq və bədən tərbiyəsi 

müəllimi ixtisasına yiyə-

lənərək, Tülkübas rayo-

nunun Miçurin kəndin-

dəki Qaqarin adına mək-

təbdə müəllim işləməyə 

başlayır. O, elə həmin ildə 

klassik güləş üzrə idman 

normasını yerinə yetirərək 

“SSRİ idman ustası” adını 

alır. Çox keçmir ki, 

Mehdi peşəsini dəyişir. O, 

1989-cu ilin noyabr ayın-

da Qazaxıstan KP 

Tülkübas Rayon Komi-

təsinin qərarı ilə daxili 

işlər orqanlarında işlə-

məyə göndərilmişdir. 

1989-1990-cı illərdə SSRİ 

DİN-nin Stavropol Ali 

Kurslarının müdavimi ol-

muşdur, sonra Enbəyşin  

RDİŞ-də sahə müvəkkili 

vəzifəsində xidmətini da-

vam etdirmişdir.  

 Azərbaycanın başı üs-

tünü qara buludlar alanda 

Mehdi öz soydaşlarının 

harayına çatmağa tələsir. 

15 ildən artıq yaşadığı, ali 

təhsil aldığı, adamlarına, 

adət-ənənələrinə uyğun-

laşdığı Qazaxıstan ona 

qəfəs kimi görünürdü. O, 

Stavropolda təhsil alar-

kən, Yessentuki şəhərində 

təcrübə zamanı Azər-

baycan Daxili İşlər nazi-

rinin müavini Ramiz 

Məmmədovla tanış ol-

muşdu. Nazir müavini 

onun qayğıkeş, qorxmaz 

və  Vətənə sadiq bir oğul 

olduğunu görərək, ona 

Azərbaycanda xidmət et-

məyi təklif etmişdi. Lakin 

Çimkənd vilayətindəki 

 

Yanvar  


 

50 illiyi 

Mehdi Abbasov  

1960-1992 

 

 

 



 

Milli 


Qəhrəman 



 

12

Enbəyşin Rayon DİŞ-də 



Mehdinin getməsinə mane 

olurdular. Nəhayət, uzun 

yazışmalardan sonra 

Mehdi 1991-ci il iyun ayı-

nın 28-də Azərbaycan 

Respublikası  DİN-in sə-

rəncamına göndərildi. Bir 

aydan sonra baş leytenant 

rütbəsində rota komandiri 

kimi DİN-in XTMD-də 

xidmətə başladı. 

       O, ilk günlərdən qay-

nar bölgələrə getmək, 

döyüşlərdə  fəal iştirak et-

mək istəyirdi. Bu fikrin-

dən, inadından dönmürdü. 

Ağdam, Goranboy, Füzuli 

rayonlarında keçirilən dö-

yüş  əməliyyatlarında fəal 

iştirak edərək o, erməni 

silahlı birləşmələrinə sar-

sıdıcı zərbələr vururdu. 

        1991-ci il... Sentyabr 

ayı... Goranboy rayonu... 

O, vertolyotla növbəti 

əməliyyatdan qayıdırdı. 

Ermənilər onları güclü 

atəşə tutdular. Pilot başqa 

çıxış yolu görmədiyi üçün 

vertolyotu düşmən  əha-

təsində yerə endirdi. Bu, 

son dərəcə  təhlükəli idi. 

Mehdi çoxlu erməni qul-

durunu məhv edərək, 

dəstəsini təhlükəsiz yerə 

çatdırdı. 

    “Mixaylo” 

ləqəbli 


Mehdi, döyüşlərdə göstər-

diyi  şücaətə görə 4 dəfə 

DİN-in mükafatına layiq 

görülmüşdü. Onun son 

döyüşü 13 yanvar 1992-ci 

ildə oldu. Məlikcan postu 

ətrafında qızğın döyüşlər 

gedirdi. Mehdi həmişə 

olduğu kimi yenə  də ön 

xəttdə vuruşurdu. Bu 

ölüm-dirim mübarizəsin-

də snayper gülləsi onu 

başından ağır yaraladı. 

Döyüş dostu onu, çətin-

liklə  də olsa, təhlükəli 

zonadan çıxarda bildi. La-

kin güllə öz işini görmüş-

dü. Həmin gün o, əbədi 

olaraq gözlərini yumdu. 

    Subay idi. 

    Azərbaycan Respubli-

kası Prezidentinin 6 iyun 

1992-ci il tarixli 831 saylı 

Fərmanı ilə baş leytenant 

Abbasov Mehdi Yusif oğ-

luna ölümündən sonra 

“Azərbaycanın Milli Qəh-

rəmanı” adı verilmişdir. 

  Bakının  Şəhidlər Xiya-

banında dəfn edilmişdir. 

İs-mayıllı rayonunun keç-

miş Ruşan kəndi indi 

cəsur döyüşçünün şərəfinə 

Mehdikənd adlanır.  İs-

mayıllı rayonunun mər-

kəzi küçələrindən birinə 

onun adı verilmişdir. 

 

 



Ədəbiyyat

   Azərbaycan Respubli-

kası Daxili işlər orqan-

larının bir qrup əmək-

daşına Azərbaycanın Milli 

Qəhrəmanı adı verilməsi 

haqqında: Abbasov Mehdi 

Yusif oğlu-XTMD rota 

komandiri, milis baş ley-

tenantı- [Azərbaycan Res-

publikasının suverenliyi 

və  ərazi bütövlüyünün 

qorunmasında, dinc əha-

linin təhlükəsizliyinin tə-

min edilməsində göstər-

diyi  şəxsi igidlik və  şü-

caətə görə]: Azərbaycan 

Respublikası Prezidenti-

nin Fərmanı, 6 iyun 1992-

ci il //Azərbaycan Res-

publikası Ali Sovetinin 

Məlumatı.-1992.-№13.-

S.24.-(Ölümündən sonra). 

   Əsgərov, V  Abbasov 

Mehdi Yusif oğlu /V.Əs-

gərov //Azərbaycanın 

Milli Qəhrəmanları.-B.: 

Respublika xatirə kitabı 

redaksiyası, 2005.-S.8-9. 

Ənsər, B.Ölməzlik /B.Ən-

sər //Ağrıdağlı  qəhrəman-

lar.-B., 2004.-S.7-11. 



Saqibə Mehrəliyeva 

 

13

 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə