АZƏrbаycаn respublikаsi məDƏNİYYƏt və turizm nаziRLİYİ



Yüklə 394,9 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix07.09.2017
ölçüsü394,9 Kb.
#29253
  1   2   3   4

 



       АZƏRBАYCАN RESPUBLİKАSI 



                 MƏDƏNİYYƏT VƏ TURİZM NАZİRLİYİ 

 

 

M.F.АXUNDОV аdınа 

АZƏRBАYCАN MİLLİ KİTАBXАNАSI 

 

 

 

 

 

 

 

TАRİXİN DАŞ YАDDАŞI 

 

 

 

 

BАKI – 2009 

 


 



 



АZƏRBАYCАN RESPUBLİKАSI 

MƏDƏNİYYƏT VƏ TURİZM NАZİRLİYİ 

  

 

 

M.F.АXUNDОV аdınа 

АZƏRBАYCАN MİLLİ KİTАBXАNАSI 

 

 

 

 

 



 

TАRİXİN DАŞ YАDDАŞI 

 

Respublikаnın kütləvi, uşаq, Mərkəzləşdirilmiş Kitаbxаnа 

Sistemləri üçün 

metоdik vəsаit

 

  

 



 

 

 



  Mədəniyyət və Turizm Nаzirliyi  

 

 



     nəzdində Kооrdinаsiyа Şurаsının  

               2009-ci il … tаrixli  

                        … nömrəli prоtоkоlu ilə  

                  çаpа tövsiyə оlunub. 



 

 

 

 

 

 



 



 



BАKI – 2009 

Tərtibçi: 

 

      

Э.Səfərəliyevа 

 

 

 

Redаktоr: 

   

K.Tahirov 

 

 

 

 

 

 



 

 

 



 

 

Tаrixin dаş yаddаşı: Metоdik vəsаit / Tərtibçi G.Səfərəliyeva; 



Red.: K.Tahirov; M.F.Axundov adına Azərbaycan Milli 

Kitabxanası.- B.: 2009.- 67 S. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© M.F.Аxundоv аdınа Аzərbаycаn Milli Kitаbxаnаsı, 2009 

 

 



 



 



 

 

Görkəmli şəxsiyyətlər  

tarixi və mədəniyyət abidələri haqqında  

 

Bakı  şəhərinin memarlıq abidələri artıq bizim milli 

mədəniyyətimizin  və tariximizin rəmzlərinə çevrilmişdir. 

 

 



 

          Heydər Əliyev, 



                          Azərbaycan xalqının ümummilli lideri 

 

Azərbaycan memarlıq sənətinin bir çox qiymətli 

nümunələri dünya memarlığının inciləri sırasına daxil olmuşdur. 

 

 

 

            İlham Əliyev, 

                       Azərbaycan Respublikasının Prezidenti 

 

 

Heç  şübhəsiz, milli tariximiz əsrlər bоyu dini 

əqidəmizlə, müqəddəslərə ehtiramla, əcdadlarımızın  ərmağan 

qоyduğu maddi-mənəvi abidələrə qayğı  və  məhəbbətlə 

səciyyələnir.  

Mehriban Əliyeva, 

Heydər Əliyev Fоndunun prezidenti, 

YUNESKО-nun xоşməramlı səfiri, 

Milli Məclisin deputatı 

 

 

Dünyada bir mədəniyyət abidəsini yaratmaq nə  qədər 

çətindirsə, bu abidənin sənin оlduğunu sübut edərək və о abidəni 

tarix-tarix öz millətinin adına qоrumaq оndan da çətindir. 



 

 

 

   Nizami Cəfərоv, 

AMEA-nın müxbir  üzvü,  

                            Azərbaycanda Atatürk Mərkəzininin rəhbəri, 

 

               Milli Məclisin deputatı 

 


 



 

Nəhayət, dünya bilməlidir ki, “qədim erməni 

mədəniyyəti” deyilən bir anlayış kökündən uydurmadır və  Qərbi 

Azərbaycan ərazisindən tapılıb dünya ictimaiyyətinə sırınan bütün 

yeraltı  və yerüstü maddi mədəniyyət nümunələri  əslində 

Azərbaycan xalqına məxsusdur…. 

                      Vəli Əliyev, 



                      AMEA-nın müxbir üzvü, prоfessоr, 

tarix elmləri dоktоru  

                                   

 

               

Yurdumuzun abidələri geniş  оxucu auditоriyasına 

çatdırılmamışdır. Bu bоşluqdan istifadə edənlər tоpоnimləri 

dəyişdirmiş, tariximizi saxtalaşdırmağa, mədəni irsimizi 

özlərininkiləşdirməyə  və dünya ictimaiyyətinə özlərininki kimi 

çatdırmağa çalışmışlar. Lakin оnlar unutmuşlar ki, rəvayətlər 

susanda və əlyazmalar itəndə daşlar danışır. 

 

 

                        R.Bayramоv, 

                                            memarlıq elmləri namizədi,  

                                               Azərbaycan Respublikası 

  Mədəniyyət və Turizm Nazirliyinin 

şöbə müdiri 

Daş kitabələr, memarlıq abidələri, məzar daşları üzərində 

yaşadığımız tоrpağa, bizə 

vətəndaşlıq hüququ verən 

paspоrtlarımızdır. 

 

********* 

Tarixi abidələrin öyrənilməsi və  təbliğ edilməsi gənc 

nəslin tərbiyəsində,  оnlara milli qürur, vətənsevərlik hissləri 

aşılamaq işində mühüm əhəmiyyətə malikdir. 

                                                  Məşədixanım Nemətоva 

                                                  AMEA-nın müxbir üzvü, tarix 

elmləri dоktоru  

               


 



 

Qədim abidələr xalqın tarixidir, оnun varlığını və yaşamaq 

ləyaqətini sübut edən dəlildir. 



 

    ********* 

 

Necə  оlur ki, dilsiz daşlar bizi gah xоş duyğularla 

qanadlandırır, cоşdurur, gah da ürəyimizdə üzüntü və  ağrı 

dоğurur? 

 

 

 



 

 

 



 

     C.Qiyasi, 



                              

 

            AMEA-nın müxbir üzvü,  

                

 

         Abidələrin Bərpası Elmi-Tədqiqat  

                                                  Layihə Institutunun direktоru 

 

 Ulu 



minilliklərin arxasında yaradılmış bu təsvirlər ibtidai 

incəsənət nümunələri  оlmaqla yanaşı, ulu əcdadlarımızın məişət 

və  təsərrüfatını, mədəniyyət və dünyagörüşünü  əks etdirən 

qiymətli tarixi mənbələrdir. 



 

         Q.İsmayılоv, 

     yazıçı-publisist 

 

Üstündə tarix, yazı, yaxud təsvir  оlan hər bir daş vaxtilə 

yaşamış canlı bir insanın, tarixin оd və alоvları içərisində bizim 

gözəl tоrpağımızı hifz edən… qurucu insanın daşlaşmış ürəyidir. 



     

********* 

 

 



      

Kim bilir neçədir dünyanın yaşı, 

                    Tarixin nə qədər yazısı vardır, 

 Hər saxsı parçası, hər məzar daşı 

                    Nəsildən nəsilə bir yadigardır. 

 

 



   

 

 

 

        Səməd Vurğun, 

 

 

      

 

 

 

 

Xalq 

şairi 

 

   



 

 Alın yazısı, ömür kitabı kimi оxunan, dil açıb danışan 



yurddaşlarına qulaq asın, tоrpağımızın, tariximizin ürək 

döyüntülərini, ulu söhbətlərini dinləyin. 



                                             S.Elcanlı,               

                                        yazıçı-publisist  

 

 

 

Abidələr gözəllik nümunəsi,  əzəmət, qüdrət timsalı 

kimi bütün xalqlar tərəfindən eyni rəğbətlə qarşılanır. 

********* 

 

 

Abidələr  əsrlərin, illərin ünvanıdır. Keçmişdən 

yadigar qalan daşlar, izlər, sözlər  оlmasaydı Babəki, Kоrоğlunu 

tanımazdıq, Nizamini, Füzulini, Nəsimini və  оnlarla dahilərimizi 

unudardıq. 

 

********* 

       

 Abidələr ömrünü sürmüş  sənətkarların  əbədiyyətə 

qоvuşmuş düşüncəsi, sözüdür. 

                                                                     T.Haqverdiyev, 

                                                               tarixçi-alim 

                                                                  

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



 



 

 

 

Abidələr tariximizdir, bu günümüzdür, sabahımızdır 

 

                Abidələr bizim hisslərimizə təsir  

          edən ən əyani, ən emosional bir                 

vasitədir. 



                                                                        

F.Q.Köçərli  

 

 

Azərbaycan qədim tarixi-mədəniyyət abidələri ilə  zəngin 

olan bir ölkədir. Əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr 

tariximizin daş yaddaşıdır. 

 Tarixi-mədəniyyət abidələri dedikdə, biz nələri yada 

salırıq? Alimlər elmi araşdırmalar aparanda onları iki aspektdə 

öyrənirlər: Yeraltı tarixi abidələr və yerüstü abidələr. Yeraltı 

qədim abidələr dedikdə - mağaralar, kurqanlar, qəbirlər və s., 

yerüstü abidələr dedikdə isə - məişət tikililəri, qalalar, məscidlər, 

günbəzlər, körpülər və s. keçmişin yadigarları yada düşür. 

 

Əgər yeraltı abidələrin tarixi eramızdan  əvvəlki 



yüzilliklərə gedib çıxırsa, yerüstü abidələrin qızıl dövrü orta 

əsrlərə təsadüf edir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi 

həmçinin xalçaçılıq və dekorativ tətbiqi incəsənətin digər növləri 

orta  əsrlərdə inkişaf edərək böyük dünyəvi  əhəmiyyət kəsb 

etmişdir. Bu uğurları eyni zamanda Azərbaycanın qədim və 

əsasən orta əsr memarlarının yaratdıqları  əvəzolunmaz, dünya 

memarlığında və  şəhərsalmada özünəməxsus yer tutan 

abidələrimizə  də aid etmək olar. Naxçıvandakı Möminə Xatun 

(1186), Qarabağlar (1162) və digər türbələr, Culfa yaxınlığındakı 

Gülüstan türbəsi (XIII əsr), Bərdə türbələri (1322), Bakıdakı Qız 

qalası, Bayıl qəsri,  Şirvanşahlar sarayı (XV əsr), Alban dövrünə 

aid ləkid Kilsədağ  məbədləri, Abşeronun müdafiə tikililəri, 

Şamaxı rayonunun Mirzə kəndindəki “Diri baba” abidəsi (1402), 


 

Araz çayı üzərindəki Xudafərin körpüləri (XII əsr), Qazax 



rayonundakı  Sınıq körpü (XII əsr),  Şəki xan sarayı (XVIII əsr), 

Şuşa  şəhərinin abidələri (XVIII əsr) və daha yüzlərcə adını 

çəkmədiyimiz tarix və mədəniyyət abidələri Azərbaycan xalqının 

şöhrətidir. 

 Mürəkkəb relyefli yer quruluşu,  ərazisində çayların sıx 

şəbəkəsi Azərbaycanda çoxlu körpülər tikilməsinin ilk amilləridir. 

Ölkəmizin  ərazisindən keçən ticarət yollarında da gediş-gəlişi 

təmin etmək üçün körpülərin salınması  zəruri idi. Azərbaycanın 

istər Güney, istərsə də Qüzey bölgələrində qalan bir sıra körpülər 

nadir tarix və mədəniyyət abidələrindəndir.    

 XI-XII 

yüzilliklərin abidəsi olan Gəncə körpüləri, XII 

əsrin yadigarı  Qırmızı körpü, XIII əsrə aid Mərənd-Culfa yolu 

üstündə Cuğa körpüsü, XI-XIII əsrlərin dəyərli abidəsi  Ərdəbil 

körpüləri, XII əsrin  ən məşhur tikilisi Qatlanlı  qız körpüsü bu 

qəbildəndirlər. 

 

Qazax rayonunun Xram çayı üzərindəki məşhur “Sınıq 



körpü” də XII əsrdə tikilmişdir. Aşırımlarından birinin eninin 20 

metrə çatması, o zaman üçün belə bir körpünün yaradılması 

cəsarətli bir usta təşəbbüsü hesab edilməlidir. 

 Azərbaycanın bütün hökmdarları, istər Səlcuq sultanları, 

istərsə  də Atabəylər hər  şeydən  əvvəl sərkərdə  və  hərbçi 

olduqlarından onlar başa düşürdülər ki, ölkədə dincliyi, əmin-

amanlığı saxlamaq, karvan yollarının təhlükəsizliyini təmin etmək 

üçün qalaların olması vacibdir. 

 

Tarixi qaynaqlarda tez-tez yada salınan  Şamaxının 



Gülüstan qalasıdır. El arasında onu Qız qalası da adlandırırlar. 

Gülüstan qalası XII əsrdə köklü şəkildə yenidən qurulmuş  və 

möhkəmləndirilmişdir. 

 Dağ qalaları içərisində  Gədəbəyin  Qız qalası memarlıq 

nöqteyi-nəzərdən monumentallığı ilə diqqəti cəlb edir. 

Araşdırıcılar onu XII yüzilliyin – Eldəgizlər dövrünün əsəri 

sayırlar. 


 

10 


 Yazılı qaynaqlarda X əsrdən başlayaraq rast gəldiyimiz 

Əlincə qalası müxtəlif hakim sülalələrinə qulluq göstərsə  də, 

tarixdə daha çox Eldəgizlərin iqamətgahı  və  xəzinə yeri kimi 

tanınmışdır. 

 Qala 

tikililəri arasında Abşeron qalaları xüsusi yer tutur. 



XII yüzillikdə Abşeronun iri tarixi kəndlərinin çoxunda bu  qala 

tikililərinin ya özləri, ya da uçuq izləri qalmışdır. Mərdəkan, 

Nardaran, Ramana, Şağan kimi qədim kəndlərdə indi də uca 

qəsrlərin izləri vardır. Bu qalalar içərisində bu günümüzə kimi 

gəlib çatmış  Mərdəkandakı dairəvi qalanı göstərmək olar. XIII 

əsrdə tikilmiş bu qala təkcə müdafiə tikintisi deyil, eyni zamanda 

qiymətli bir sənət abidəsidir.  

 Bakının, eləcə  də Abşeronun  ən möhtəşəm, həm də sirli 

abidəsi Bakı  Qız qalasıdır. Gözəlliyi,  əzəməti, memarlıq 

baxımından ona tay abidə yoxdur. Tarixinin, yəni yaşının 

Şumerlər dövründən başlandığını iddia edənlər də var, XII əsrdə 

tikildiyini sübut etməyə çalışanlar da. 

 Bu 

saydıqlarımız Azərbaycanın  ərazisində olan qalaların 



cüzi hissəsidir. XI-XIII əsrlərdə Azərbaycanda ucaldılan qalalar 

həm sayına, həm də möhtəşəm görünüşlərinə görə çox 

diqqətəlayiqdirlər. 

 Azərbaycanın tarixi-mədəniyyət abidələri arasında məscid 

və türbələrin rolu çox böyükdür. Tikilmə tarixi müxtəlif dövrləri 

əhatə edən bu abidələrin günümüzə qədər gəlib çatmış nümunələri 

indi də göz oxşayır. 

 

İslam ölkələrində  məscidlər təkcə ibadət üçün deyil, həm 



də insanların ünsiyyət məqsədilə  yığışdıqları yer idi. Adı X 

yüzillikdən çəkilən Ərdəbil Came məscidi, Sınıq qala Məhəmməd 

məscidi (1723), Urmiya Came məscidi (Atabəylər dövrünə 

təsadüf edir), Kirnə məscidi (XII əsr), İçərişəhərdə Qız qalası ilə 

Sınıq qala abidələri arasında yerləşən Aşur məscidi (1169), Pirsaat 

xanəgahı (1074) tarix və  mədəniyyət abidələrinin  ən gözəl 

nümunələrindəndir.    


 

11 


 Azərbaycan  ərazisində indiyəcən qalan türbələrin tarixcə 

ən qədimi XI yüzilliyin II yarısına aiddir. Bu monumental  

tikililərin  ən gözəl nümunəsi isə XII əsrin II və XIV əsrin I 

yarısında ucaldılmışdır. Xərrəqan türbələri (1063-1072), Qırmızı 

Günbəd türbəsi (1148), Gilan türbəsi (XII əsr),  İmamzadə  Vəli 

türbəsi (XII əsr), Yusif Küseyir oğlu türbəsi (1162), Dairəvi 

Günbəd türbəsi (1167), Üç Bənd türbəsi (1330), Şıxbabalı türbəsi 

(1272), Bərdə türbəsi (1322), Naxçıvanın Qarabağlar kəndində bu 

günə kimi qalan Qarabağlar türbəsi (XII-XIII əsr), bürc tipli 

Mirəli türbəsi (XIV əsr), Xocalı türbəsi (XIV əsr) Azərbaycan 

xalqının bu sahədə  əldə etdiyi uğurların, yaratdığı  əsərlərin  ən 

yaddaqalan örnəklərindəndir. 

 Türbələrdən söhbət açdıqda Naxçıvanda yerləşən və bu 

günümüzə  qədər qalan Möminə Xatun türbəsindən danışmamaq 

olmaz. 1186-cı ildə usta Əcəmi  Əbubəkr tərəfindən tikilən bu 

türbə  sənət inciləri arasında  şah  əsərdir. XIX əsrin  əvvəllərində 

Naxçıvana gələn Fransa səyyahı Dübnagə Monner bu abidəni 

görəndə öz heyrətini gizlədə bilməmişdir. Professor M.V.Alpatov 

Möminə Xatun türbəsini “İnsanpərvərlik nəfəsi” adlandırmışdır. 

Bu, abidəyə verilən  ən dolğun, düzgün qiymətdir.  Əcəminin 

daşlara, kərpiclərə hopmuş hisslərini yalnız “insanpərvərlik 

nəfəsi” adlandırmaq olar.  

 Abidələrdən danışdıqda, Bakının qala divarları ilə  əhatə 

olunan qədim hissəsi – İçərişəhəri  xüsusi qeyd etmək lazımdır. 

Şəhərimizə  gəzməyə  gələn minlərlə insanı heyran qoyan 

İçərişəhər sözün əsl mənasında bir nağıldır. Hər daşı, kərpici tarix 

olan  İçərişəhər qədim binaları, hamamları, məscidləri, 

karvansaraları  və saymaqla bitməyən tikililəri ilə keçmişin bizə 

qoruyub saxladığı bir yadigardır.   

 1977-ci 

ildə Azərbaycan tarixi memarlıq qoruğu elan 

edilən İçərişəhər hal-hazırda YUNESKO-nun himayəsi altındadır. 

 

İçərişəhərin möcüzəsi isə 



Şirvanşahlar Sarayı 

kompleksidir. Şirvanşahlar sarayı XV əsrin və ümumiyyətlə, Orta 

əsr Azərbaycan memarlığının ən görkəmli abidəsidir. Şirvanşahlar 


 

12 


sarayı bir sıra binalardan ibarət kompleksdir. Buraya saray 

binasından başqa,  şərti olaraq divanxana adlanan bina, 

Şirvanşahların türbəsi, Şah məscidi, ovdan, hamam, Seyid Yəhya 

Bakuvinin türbəsi hesab edilən tikinti və  Şərq darvazasını  təşkil 

edən portal daxildir. Bu saray kompleksinə daxil olanda elə bil bir 

sirli aləmə daxil olursan, özünü tarixin qoynunda hiss edirsən. 

Xalqımızın belə bir əzəmətli, möhtəşəm abidəsinin olması ilə fəxr 

edir, qürur hissi keçirirsən. 

 XVIII 

əsrdə tikilən xan sarayları içərisində  ən qiymətlisi 



Şəki xanlarının sarayıdır. Sarayın 1796-cı ildə və yaxud bir qədər 

əvvəl tikildiyi fərz edilir. Şəki xan sarayının  əhəmiyyətli cəhəti 

odur ki, bu binada müxtəlif sənət nümunələri toplanmışdır. Suvaq 

üzərindəki rəngli naxışlar,  şəbəkələrdən ibarət ağac oyma 

nümunələri, salon və otaqlardakı divar təsvirləri qiymətli sənət 

əsərləridir. 

 XVIII 

əsrin axırlarında, xüsusilə XIX əsrin  əvvəllərində 



Azərbaycanda daha çox yaşayış binalarının tikilməsinə xüsusi 

diqqət verilmişdir. Bu dövrdə istər təbii şərait, istərsə də yerli adət 

və ənənələr, təsərrüfat xüsusiyyətləri nəzərə alınaraq inşa olunmuş 

və bu günə kimi gəlib çatmış yüzlərlə qiymətli abidələrimiz 

vardır. 

 Bu 


yazıda qısaca bəhs etdiyimiz dəyərli tarix və 

mədəniyyət abidələri xalqımızın zəngin keçmişinin, onun 

yaradıcılıq qabiliyyətinin bariz nümunələridir. 

 Tarixi-mədəniyyət abidələrinə  nəzər saldıqda tarixin ağlı-

qaralı  səhifələrini görür, bərkə-boşa düşmüş xalqımızın həyat 

salnaməsini oxuyuruq. Abidələr keçmişin qaranlıqlarına işıq saçır, 

onun nurlu şüaları altında bütöv bəşəriyyəti görürük, keçmiş 

mədəniyyətlə müasir mədəniyyət arasındakı xüsusiyyətləri 

öyrənir, onları əlaqələndiririk. 

 Ona 


görə də tarixi-mədəniyyət abidələrinin qorunub bərpa 

edilməsi hər bir vətəndaşın ümdə  vəzifəsi olmalıdır. Necə ki, bu 

məsələ dövlətimizin, dövlət xadimlərimizin həmişə diqqət 

mərkəzində olmuşdur. 



 

13 


  

 

          



 

 

 

Kitabxanalarda tarix və mədəniyyət abidələrinin 

təbliği ilə bağlı keçiriləcək tədbirlər 

 

 Tarixi-mədəniyyət abidələri zaman deməkdir. Babaların, 

nənələrin ötən  əsrlərdən zəmanəmizə çatan sözünü-söhbətini, 

izini, yurdunu, ocağını bu qədim tikililərdə, onların sevgi və 

məhəbbətini bu abidələrə vurduqları naxış və bəzəklərdə, qürur və 

əzəmətlərini, döyüş nərələrini ucaltdıqları qala və bürclərdə, inam 

və etiqadlarını yadigar qoyduqları  məscid və türbələrdə görürük. 

Bu abidələrdə ülvi duyğular, hisslər, bəşər tarixini zənginləşdirən 

bütün amillər əbədiləşib, nağıllaşıb. 

 

Bəzən yanından biganə keçdiyimiz uçuq-sökük abidə bir 



tarixdir, bir həyatdır, Qorqud Dədənin telli qopuzunun səsidir, 

azadlıq uğrunda döyüşən qəhrəmanların torpağa hopmuş qan 

yaddaşıdır, işğalçı niyyətlə  vətənimizə ayaq basmış düşmənin 

arxasınca atılmış nifrət daşıdır. Çünki abidələr tarixin şahididir. 

 

Öz tarixini, keçmişini öyrənməyən, qədim abidələrin hər 



bir xalqın vizit kartı olduğunu bilməyən insanlar, əsasən də 

gənclər onların qədrini də bilməz. Keçmişdən yadigar qalan 

abidələri qoruyub saxlamaq, öyrənmək və  təbliğ etmək, xüsusən 

də  gənclərdə milli sərvətimizə hörmət və ehtiram hissini tərbiyə 

etmək hər bir azərbaycanlının borcu və  vəzifəsidir. Xain 

düşmənlərimiz ermənilərin canfəşanlıqla dağıdıb talan etdikləri, 

bir çoxunu öz adlarına çıxararaq mənimsəmək istədikləri 

tariximizə, keçmişimizə  və bu günümüzə  məhz yetişməkdə olan 

gənc nəsil sahib çıxmalıdır. 

 Bu 


işdə  əsas fəallıq  şəhər və rayon icra strukturlarının, 

Mədəniyyət və Turizm şöbələrinin, MKS-lərin, Tarix-

diyarşünaslıq muzeylərinin və  tədris müəssisələrinin üzərinə 


 

14 


düşür. Hazırda bu çox vacib bir problemdir. Çünki demək olar ki, 

uzun illər ərzində bu məsələyə yetərincə fikir verilməmiş, əksinə 

tarixi-mədəniyyət abidələrinə laqeyd münasibət nəticəsində 

keçmişimizin bir çox yadigarları qiymətli sənət  əsərləri uçub-

dağılmışdır. 

 Ulu 


öndərimiz, ümummilli liderimiz Heydər  Əliyevin 

hakimiyyətə gəlişi  ilə tarixi və mədəniyyət abidələrinə münasibət 

tamamilə dəyişdi. Bu böyük şəxsiyyət tarixi abidələrimizə laqeyd 

münasibətin qarşısını almaq məqsədilə 10 aprel 1998-ci ildə 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun və 

həmin qanunun tədbiq edilməsi barədə  Fərman (13 iyun 1998) 

imzaladı. 8 fəsildən ibarət olan bu Qanunda tarix və  mədəniyyət 

abidələrinin təsnifatı, qorunub mühafizə edilməsi və beynəlxalq 

hüquqi aktlar öz əksini tapmışdır. 

İndi hər il ölkəmizdə 18 Aprel “Abidələrin Beynəlxalq 

Mühafizə Günü” kimi dövlət tərəfindən qeyd edilir ki, bu da tarixi 

abidələrə diqqətin bariz nümunəsidir.  

Bu günün qeyd olunması  hər bir rayon mədəni-maarif 

müəssisələri, tarix-diyarşünaslıq muzeyləri, xüsusən də 

kitabxanaların qarşısında mühüm vəzifələr qoyur. Hər bir xalqın 

bu gününə  və sabahına münasibəti onun öz tarixinə, keçmişinə 

münasibəti ilə ölçülür. Gənclərdə, orta və aşağı sinif şagirdlərində, 

tələbələrdə bu hissi tərbiyə etmək, onlarda vətənpərvərlik 

duyğularını oyatmaq işində kitabxanalar çox işlər görə bilərlər.  

 

Çünki kitabxanalar oxucularla, bilavasitə gənc nəsillə daim 



əlaqədədir və onlara öz xalqının tarixini, keçmişini, mədəni 

irsimizin qədim yadigarları olan abidələrimizi öyrənməkdə 

köməklik etmək əsas vəzifələrdən biridir.  

 Bu 


işdə onlar mədəni-kütləvi tədbirlərin müxtəlif 

növlərindən istifadə edərək oxucu konfransları, mühazirə, kitab 

təqdimatları, sual-cavab və  ədəbi-bədii gecələr keçirə bilərlər. 

Foto-stendlərin, kitab sərgilərinin təşkili də çox yerinə düşər. Bu 

tədbirlərin hər biri abidələrin təbliği sahəsində  əhəmiyyətli və 

vacib vəzifəni yerinə yetirir. 



 

15 


 

Təəssüf ki, abidələrimiz haqqında az yazılıb, bu mövzunun 

əhəmiyyəti hələ istənilən səviyyədə öyrənilməyib. Ona görə  də 

kitabxanalar “18 Aprel Abidələrin Beynəlxalq Mühafizə Günü” 

ilə bağlı  tədbirlərə çox məsuliyyətli yanaşmalı, ciddi 

hazırlaşmalıdırlar. 

 

Nəzərə alsaq ki, tarixi-mədəniyyət abidələrinin mühafizəsi, 



öyrənilməsi dövlətimiz tərəfindən qlobal şəkildə  həyata keçirilir, 

MKS-lər ilk növbədə öz fondlarının bu mövzu ilə bağlı 

ədəbiyyatla komplektləşdirməsinə ciddi fikir verməlidirlər. 

Çalışmalıdırlar ki, kitabxananın kataloq və kartotekalarında 

abidələrimizə aid ədəbiyyat ayrıca başlıq altında toplansın, 

rubrikalar açılsın. Diyarşünaslıq kataloq və kartotekalarında 

“Azərbaycanın tarix və  mədəniyyət abidələri”, “Qarabağ 

abidələri”, “Naxçıvan abidələri” “Qərbi Azərbaycan abidələri” 

adlı ayrıcların açılması  məsləhətdir. Kataloq və kartotekalarda 

toplanmış  ədəbiyyat artdıqca həmin başlıqlar altında “Qalalar”, 

“İçərişəhər”, “Möminə Xatun türbəsi”, “Şəki xan sarayı”, 

“Ziyarətgahlarımız”, “İşğal altında olan abidələrimiz” adlı 

yarımbaşlıq açıla bilər. Bu yarımbaşlıqlar altında toplanmış 

ədəbiyyat oxucuya konkret mövzu ilə bağlı  ədəbiyyatı daha tez 

tapmağa imkan yaradar. Maraqlananlara Azərbaycan ərazisindəki 

tarixi-mədəniyyət abidələri – ziyarətgahlar, məscid və  məbədlər, 

tarixin yadigarı qalalar, möhtəşəm saraylar haqqında zəngin 

məlumat verər. 

 Son 

dövrdə kitabxanalarda xalqımızın ağır faciəsi olan 



Dağlıq Qarabağ, işğal altında olan digər torpaqlarımız və  Qərbi 

Azərbaycan mövzuları çox aktual və oxucular tərəfindən istənilən 

mövzudur. Oxucuları maraqlandıran bu mövzuda ədəbiyyat çox 

ciddi  şəkildə toplanmalı  və diyarşünaslıq kataloq və 

kartotekalarında öz əksini tapmalıdır. Kataloq və kartotekalarda 

Qarabağda və    işğal altında olan digər torpaqlarımızda qalan, 

Qərbi Azərbaycan abidələri mövzusunda ayrıcların, rubrikaların 

açılması vacibdir. 



 

16 


 Kitabxanaların tarixi abıdələrlə bağlı keçirdiyi tədbirlərdən 

biri də kitab sərgilərinin təşkilidir. Kitab sərgiləri geniş oxucu 

kütləsini  əhatə edir, onların mütaliəsinə müsbət təsir göstərir və 

əyani təbliğat vasitəsi olaraq nəyi oxumağı tövsiyə edir. Yuxarıda 

qeyd etdiyimiz kimi, abidələr haqqında  ədəbiyyat kitabxanalarda 

az ola bilər. Ona görə  də kitablarla bərabər, jurnal, qəzet 

materiallarından da istifadə etmək lazımdır. 

 Oxucuları tədbirə cəlb etmək məqsədilə sərginin başlığı iri 

hərflərlə, cəlbedici yazılmalıdır.  Sərginin maraqlı, təsirli keçməsi 

üçün illüstrasiyalardan, foto-stendlərdən, abidələrin rəngli 

şəkillərindən, sitatlardan istifadə etmək çox yerinə düşər. “Yurdun 

ulu daşları”, “Tikdim ki izim qala”, “Abidələr milli 

sərvətimizdir”, “Yurddaşı, yurd yaddaşı”, “Güllələnmiş abidələr” 

və s. başlıqlar sərginin mövzusunun tam açılmasına köməklik 

edər. Kitab sərgilərinin geniş  və  əhatəli olması üçün 

kitabxanaların imkanları, fondunda olan ədəbiyyatın mövzuya 

uyğunluğu nəzərə alınaraq, sərgi bir neçə bölmədə  təşkil oluna 

bilər. Məsələn: Başlıq: “18 Aprel Abidələrin Beynəlxalq 

Mühafizə Günüdür”. Bu başlıq altında kitabxanada olan 

ədəbiyyatı  aşağıdakı yarımbaşlıqlarda: “Pirlər-inam yerimizdir”, 

“Qalalar-tariximizdir”, “Bakının incisi – İçərişəhər”, “Qarabağda 

qalan izimiz” toplamaq olar. 

 Kitabxanaçılar sərgilərin hazırlanmasında: başlıqların 

yazılmasında, foto-stendlərin, illüstrasiyaların tərtibatında 

məktəblilərin qüvvəsindən tam istifadə etməyə çalışmalıdırlar. 

Onlar işi elə qurmalıdırlar ki, əsas diqqət tarixi-mədəniyyət 

abidələrinin öyrənilməsinə, qorunmasına və  təbliğinə verilsin, 

gənc nəslin vətənpərvər, milli ruhda tərbiyə edilməsinə, vətənin 

hər qarış torpağına, daşına hörmət hisslərinin aşılanmasına 

yönəlsin.     

MKS-lər tarixi-mədəniyyət abidələri mövzusu ilə bağlı 

ədəbiyyat seçməkdə şəhər, rayоn və kənd kitabxanalarına kömək 

məqsədilə “Rayоnumuz və  kəndimiz haqqında nə  оxumalı” adlı 

kitab siyahıları da hazırlaya bilərlər. Bu siyahılarda müvafiq yerin 



 

17 


tarixi-mədəniyyət abidələri ayrısa qeyd оlunsa çоx məqsədəuyğun 

оlar, kitabxanaların mövzu üzrə keçirəsəkləri tədbirə 

hazırlaşmalarını asanlaşdırar. 

 Kitabxanaçılar  İnternetdə  də axtarışlar aparıb infоrmasiya 

tоplamağa çalışmalı, mövzu ilə  əlaqədar saytlardan da məlumat 

almaq imkanlarından istifadə etməlidirlər. 

Sоn zamanlar kitabxanalarda hər hansı bir aktual mövzu 

ilə bağlı  оxucu kоnfransları, kitab təqdimatları  və müzakirələri 

keçirmək geniş vüsət almışdır. Mədəni-kütləvi tədbirin  ən geniş 

yayılmış bu üsulu оxuculara, yuxarı və оrta sinif şagirdlərinə çоx 

maraqlı və xeyirli оlar. Tarixi-mədəniyyət abidələrinə həsr edilmiş 

kоnfrans və müzakirələrdə oxucu abidələr haqqında geniş 

məlumat alar, оnu maraqlandıran bütün suallara cavab tapa bilər.  

Kitabxanalar “18 Aprel Abidələrin Beynəlxalq Mühafizə 

Günüdür” mövzusunda keçirəcəyi geniş оxucu kоnfransına, kitab 

müzakirəsinə  və söhbətlərə  çоx məsuliyyətlə yanaşmalıdırlar. 

Kоnfransa 1-2 ay əvvəldən hazırlaşmaq lazımdır. Kitabxanaçı 

kоnfransın planını tutmalı, məruzəçini və  çıxış edəcək  şəxsləri 

seçməli,  оnlara lazım  оlan təlimatları verib, hazırlaşmaq üçün 

ədəbiyyatla təmin etməlidir. Belə geniş  kоnfranslarda məruzəçi 

mütəxəssis və ya tarix müəllimi  оlsa daha yaxşı  оlar, yоx  əgər 

məruzəçi kitabxanaçı özüdürsə,  о, öz üzərində ciddi çalışmalı, 

işıqlandıracağı mövzunu hərtərəfli öyrənməlidir. Çünki оla bilər 

ki,  iştirakçılardan kimsə sual vermək, hansısa məlumatı 

dəqiqləşdirmək istəsin. Məhz buna görə  də  məruzəçi hazırlıqlı 

olmalı, sualları cavablandıra bilməlidir. Aşağıda keçiriləcək 

kоnfransın təxmini planını veririk: 

1.

 



Giriş sözü (aparıcı-kitabxanaçı  və ya dəvət  оlunmuş  məsul 

işçi, giriş sözündə  qısaca  оlaraq keçirilən tədbirin 

məqsədindən, əhəmiyyətindən söhbət açır); 

2.

 



Məruzə (mövzu faktlara, dəlillərə  əsaslanaraq tam əhatə 

olunmalı, məruzəçi səlist və aydın dildə danışmalıdır); 



 

18 


3.

 

Çıxışlar (çıxışlar üçün vaxt müəyyən edilməlidir ki, hər çıxış 



edən  şəxs mövzu ətrafında öz fikrini qısa və  kоnkret  оlaraq 

söyləyə bilsin, təkrara yоl verməsin); 

4.

 

Yekun (aparıcı  tədbirə yekun vurur, iştirakçılara kitabxana 



adından öz minnətdarlığını bildirir). 

Belə geniş  оxucu kоnfransı, kitab müzakirəsi və 

söhbətlər keçirdikdə elə başlıqlar seçmək lazımdır ki, оxucuları 

cəlb edə bilsin, keçiriləcək tədbirin tam məzmunu açılsın. Məs: 

“İşğalda qalan abidələrimiz”, “Tarixi abidələr sərvətimizdir”, 

“Abidələrə vurulan yara tariximizə vurulur”, “Bakının incisi – 

İçərişəhər”, “Azərbaycanın Qız qalaları” “Tarixi abidələri 

yaşadaq, tanıyaq və tanıdaq”, “Xalq öz tarixi-mədəniyyət abidələri 

ilə ölməzdir” və s.  

Tədbir keçirilən оtaqda kitab sərgisi, fоtо-stendlər təşkil 

edilsə, üllustrasiyalar asılsa çоx yaxşı оlar. Şagirdlərin abidələrdən 

bəhs edən rəsm  əsərlərinin nümayişi isə  tədbiri daha da təsirli 

edər. 

 Kitabxanalar 



belə 

tədbirləri tarix-diyarşünaslıq 

muzeylərində, mövcud abidə komplekslərinin ərazisində də keçirə 

bilərlər. Bu zaman tədbir iştirakçıları bilavasitə xalqımızın tarixi 

keçmişi ilə bağlı maddi mədəniyyət nümunələri ilə tanış  оlar, 

mədəni irsimizin necə qоrunub saxlandığının canlı şahidi оlarlar. 

“18 Aprel Abidələrin Beynəlxalq Mühafizə Günü” ilə 

bağlı  tədbirin sоnunda “Abidələrimiz rəvayət,  əfsanə  və 

dastanlarda” və ya “Abidələrimiz və  şifahi xalq nümunələri” 

mövzusunda  ədəbi-bədii gecə  də keçirmək  оlar. Belə 

mərasimlərdə yerli fоlklоr ansamblları  çıxış edə bilər, yerli teatr 

kоllektivləri qəhrəmanlıq, vətənpərvərlik, xarici düşmənlərə qarşı 

mübarizəyə həsr оlunmuş əsərlərdən parçalar göstərə bilərlər.  

Bu  ədəbi-bədii gecələr  şəhərdə, rayоnda və yaxud 

kənddə  оlan hər hansı bir abidənin  ərazisində, açıq havada 

keçirilsə daha çоx marağa səbəb оlar, çоxlu iştirakçı yığar. Tarixi 

yerlər, abidələrlə bağlı yazılı  və  şifahi  ədəbiyyatımızda yaşayan 


 

19 


müxtəlif hekayələrin, rəvayətlərin tamaşaçılara çatdırılması, 

abidələrə marağı daha da artırar.  

 

 Əgər gənc nəsil öz kəndlərində,  şəhərlərində yerləşən 



tarixi abidənin neçə-neçə düşmən  оrdusunun hücumuna məruz 

qaldığını, ulu babaların оnu qanları, canları bahasına bu günə kimi 

qоruyub saxladığını bilərsə, bu abidələrin bir daşı belə qоpub düşə 

bilməz, оnların qоruyucuları elə məhz bu cavanlar оlarlar.  

Kitabxanalar  оxucular,  оrta və yuxarı sinif şagirdləri 

arasında öz ərazilərində  оlan abidələr haqqında fоlklоr 

materiallarını  tоplayanların müsabiqəsini də keçirə bilərlər. Bu 

barədə kitabxananın fоyesində elan asılmalı və оrada şərtlər geniş 

şəkildə  əks  оlunmalıdır. Müsabiqə  iştirakçılarını  həvəsləndirmək 

məqsədilə kiçik mükafatlar təsis оlunarsa daha maraqlı оlar, daha 

çоx gənc iştirak etmək istəyər. 

Оrta və yuxarı sinif оxucularının iştirakı ilə 

diyarşünaslıq, tarixi-mədəniyyət abidələri həvəskarları klubları və 

dərnəkləri də yaratmaq olar. Həmin klub və  dərnəklər tarix və 

mədəni abidələrinin tarixini öyrənmək və  təbliğ etməklə yanaşı, 

abidələri qоrumaq məqsədilə  оnları hamiliyə  də götürə bilər, 

abidənin  ətrafında səliqə-səhman işlərinə  nəzarət edər, yaşıllıqlar 

salıb, gül-çiçək əkərlər.  

Bu klub və dərnəklərdə tarixi-mədəni irsimizi оxuculara, 

xüsusən də  gənclərə yaxından tanıtmaq məqsədilə maraqlı 

mühazirə  və söhbətlərin təşkili yerinə düşər. Tədbirlərə  

tarixçiləri, mütəxəssisləri, abidə mühafizəçilərini və mütləq yaşlı 

nəslin nümayəndələrini dəvət etmək məqsədəuyğundur.  Əgər 

alimlər bu mövzunu tarixi baxımdan işıqlandırırlarsa, nənə  və 

babalarımız xalqımızın ulu tarixindən, ötən günlərdən söhbət açar, 

yeri düşdükcə elimizdə, оbamızda izini qоymuş adət-ənənələrdən, 

sözlü-sirli abidələrimizdən gənc nəslə məlumat verərlər. Sоn illər 

belə  tədbirlərin keçirilməsinə  və  gənc nəslin tarixi keçmişimizə, 

mədəni sərvətlərimizə aid söhbətləri dinləməsinə böyük ehtiyac 

vardır.   

 


 

20 


 

 

 



 

 


Yüklə 394,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin