Müvəqqəti və könüllü əməkdaşlar. Adından göründüyü kimi, bunlar
ayrı-ayrı hallarda administrasiyaya könüllü olaraq, haqq almadan
köməklik göstərən şəxslərdir. Daimi qulluqçulara şamil edilən konsepsiya
rejimi belə şəxslərə şamil olunmamışdır. Bununla belə, idarəetmə
funksiyalarının həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə
Dövlət Şurasının risk üçün cərimə ödənilməsini nəzərdə tutduğu zərərə
onlar da məruz qaldılar,
Belə işlər üzrə məhkəmə praktikasında əsas xətt ondan ibarətdir
ki, administrasiyaya ya öz təşəbbüsü yaxud da onun xahişi ilə könüllü
olaraq kömək göstərən şəxslər qabaqcadan nəzərə alma bilməyən hallarda
meydana
çıxan,
təəssüf
doğuran
nəticələrdən
əzab-əziyyət
çəkməməlidirlər. Məhkəmə praktikasında, ilk baxışda aralannda heç bir
ümumi sərhəd olmayan iki halda bayramlarla bağlı və təbii fəlakətlər
zamanı - müvəqqəti və könüllü əməkdaşlıq tətbiq edilir.
Milli bayramların keçirilməsi zamanı, adətən, atəşfəşanlıq təşkil
edilir. Kiçik kommunalarda atəşfəşanlığın təşkili üzrə daimi mütəxəssis
olmadığına görə, onlar bu işin təşkili zamanı ixtisaslaşdırılmış
müəssisənin köməyindən deyil, bir neçə kənd sakinlərindən istifadə
edirlər. Lakin təcrübə göstərir ki, səlahiyyətsizlikdən və ya bacarıqsız-
lıqdan raketlərlə atəş açan zaman onlar özlərini yaralayırlar və bəzi
hallarda isə bu iş ölümlə nəticələnir. Belə hallarda hesab edirlər ki, onlar
özləri-özlərinə vurmuş olduqları zərərə görə ödənc almaq hüququna
malikdirlər və onlar öldükləri təqdirdə isə bu hüququ ailələri əldə edirlər.
Belə hallar adətən təbii fəlakətlərə, yanğınlara da aiddir. Kənd
yerlərində yanğınla mübarizədə əhali fəal iştirak edir. Belə hallarda