AZƏrbaycan respublikasi prezidentiNİn səRƏncami



Yüklə 5.81 Kb.

tarix10.07.2017
ölçüsü5.81 Kb.

AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ 75 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ 

HAQQINDA 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 

SƏRƏNCAMI 

 

2009-cu  ilin  iyun  ayında  Azərbaycan  Bəstəkarlar  İttifaqının  yaranmasının  75  ili  tamam  olur. 

Fəaliyyət  göstərdiyi  ilk  vaxtlardan  etibarən  Azərbaycan  Bəstəkarlar  İttifaqı  ölkəmizin  musiqi 

ictimaiyyətinin  ən  istedadlı  nümayəndələrini  öz  ətrafında  birləşdirərək  nüfuzlu  təşkilata  çevrilmişdir. 

Bəstəkarlar İttifaqı xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılması işində yaxından 

iştirak etmişdir. Qurumun tarixi milli bəstəkarlıq məktəbimizin Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara 

Qarayev və Tofiq Quliyev kimi görkəmli simalarının adları ilə sıx bağlıdır.  

Azərbaycan  musiqi  mədəniyyətinin  inkişafında  müstəsna  xidmətlərini  nəzərə  alaraq, 

Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi 

ilə qərara alıram:  

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı 

ilə birlikdə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb 

həyata keçirsin.  

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn  məsələləri  həll 

etsin.  

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.  

 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 18 may 2009-cu il. 



 

: docs -> SEREN
docs -> Login faq geydiyyatın 1-ci mərhələsi t ə L ə b olunan m ə lumat ı ə lav ə edin Bu asan və etibarl ıdır ! Adınız
docs -> About usregistergo shoppingnew shipmentfaq
docs -> Daşınma xərclərinin hesablanması
docs -> İSTİfadə qaydalari
docs -> Sıra № dsk-lar
SEREN -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi
SEREN -> Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı
SEREN -> AZƏrbaycan respublikasi prezidentiNİn səRƏncami
SEREN -> “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü IL 22 oktyabr tarixli 776-ivqd nömrəli Qanununun tətbiqi haqqında
SEREN -> “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə