AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 1,82 Mb.
səhifə15/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

2-HƏDİS

Təfsirlər kimi hədislər də, ilk dövrlərdə yazıya köçürülməmişdi. Səhabələr hədisləri əzbərləməyə xüsusi diqqət yetirərək, hər hansı bir mövzuda Qur’an ilə həll edilməsi lazım gələn məsələləri hədislər ilə həll edirdilər. Fəthlər nəticəsində, səhabələrin hər biri bir tərəfə yayıldılar. Hər səhabənin yadında başqa-başqa hədislər olduğu üçün, onları öyrənmək istəyən hər kəs, müxtəlif İslam mərkəzlərinə gedərək, onları bilavasitə əhlindən eşidib öyrənməyə məcbur olurdular.

Hz. Osmanın (ra) şəhid edilməsindən sonra baş verən ictimai qarışıqlıq dövründə müxtəlif qruplar zühur etdi. Xüsusilə xəlifəlik kimi siyasi məsələlərdə, etiqad və əməllə əlaqəli bir çox sahədə, müxtəlif səbəblərlə çeşidli hədislər uyduruldu.

Hədisləri bilmək, Müsəlmanlar üçün böyük əhəmiyyətə malik təbii bir ehtiyac idi. Ona görə də fətrət dövrləri keçib həqiqəti axtarma və tənqid etmə dövrləri başlayanda, sonradan qoyulan və doğru olmayan (Mövzu) hədislərin çoxluğu diqqəti cəlb etmiş, bu barədə bir çox dərin tədqiqatlar aparılaraq, rəvayət edənlərin və rəvayət edilənlərin doğruluğunu təmin etmək üçün mümkün qədər möhkəm və dəqiq bir üsul meydana gətirilmişdir.

Həmin üsula görə, hədislər müxtəlif dərəcələrə bölünərək səhih, həsən, zəif, mürsəl, münqəti kimi adlanırdı. Eyni zamanda ravilərin (rəvayət edənlər) kitabət, qiraət, icazət etibarilə bir-birindən necə rəvayət edəcəkləri də təyin edilmişdi.

Yenə adı çəkilən üsula görə, hədisləri rəvayət edənlərin doğruluq səviyyəsi haqqında tədqiqatlar aparılaraq, həmin hədis alimləri də əshab, tabiun, təbəüt-tabiin, müctəhid imamlar, hədisləri toplayanlar, hifz edənlər, nəql edənlər, şərh edənlər kimi bir sıra təbəqələrə ayrılmış və onlar haqqında ayrı-ayrı əsərlər yazılmışdı.

İlk dəfə olaraq Mədinəli İmam Malik (vəfatı: H. 179-M. 795-96), Hicaz hədis alimlərinin, doğruluqları haqqında müvafiq olan hədislərin şər’i hökmlərə dair olanlarını fiqh bölümləri üzrə tərtib etdi. Bununla birlikdə Hədisə aid ilk əsəri İbn Cüreycin yazdığına dair də ayrı bir rəvayət vardır. Ondan sonra yavaş-yavaş bu tərzdə əsərlər yazılmağa başlanıldı.

Nəhayət Məhəmməd ibn İsmail Buxari (vəfatı: H. 256-M. 869-870), Hicaz, İraq, Şam mühəddislərinin (hədis alimlərinin) ən çox etimad edilən rəvayətlərini “Camii-səhih”ində fiqh bölümləri üzərə tərtib etdi.

Həmin əsər, İmam Müslim ibn Həccac Qüşeyrinin (vəfatı: H. 261-M. 874-875) Müsnədi səhihi ilə birlikdə ən çox hörmət qazanan hədis məcmualarıdır ki, bu iki imamın kitabları Səhiheyn adı ilə yadda qaldı.

Hədis tədqiqləri bunlardan sonra da davam edərək, əsas dörd hədis alimi daha yetişdi ki, onlar da Əbu Davud Sicistani (vəfatı: H.275-M-888-89), Əbu İsa Tirmizi (vəfatı: H.279-M. 892-93), Abdurrəhman Nəsai, Darı-Qutnidir (vəfatı: H.385-M.995-96).

Bu altı böyük hədis aliminin əsərləri, alimlər arasında Kütübi-sittə (altı kitab) adı ilə məşhur olub bu gündə də istifadə edilməkdədir. Bununla birlikdə, bəzi müəlliflər, Altı kitabın axırıncısı olmaq üzrə İbn Macə deyə məşhur olan Əbu Abdullah Məhəmməd ibn Yezid Qəzvininnin (M.824-887) məşhur əsərini göstərirlər ki, ən çox yayılmış olan fikir də budur.
3-FİQH (İSLAM HÜQUQU)
İslam mədəniyyətinin ən diqqətə layiq səmərələrindən biri də Fiqh dediyimiz İslam hüququdur.320 Qur’an və sünnədən əldə edilən məlumatların adı olan fiqh, iman və ibadətdən ictimai nizama və əxlaqa qədər bir çox elm sahəsini əhatə edir. Cəmiyyəti nizamlayan və dövlət müəyyidəsinə isnad edilən qaydaları incələmə və araşdırma mövzusuna daxil edən hüquq elmi, İslami elmlər içində Fiqh çərçivəsində yer tutur.321

Fiqhin, yəni İslam hüququnun ilk mənbələrini, Qur’anHədis, başqa sözlə desək KitabSünnə təşkil edirdi. Bundan ötrü İslamiyyətin ilk illərində, “fiqh, qiraət, təfsir, hədis” hamısı bir elmdən ibarət ikən, yavaş-yavaş fiqhdə də xüsusiləşmə və fəqihlər (fiqh alimləri) yetişməyə başladı. İctimai həyatın bütün sahələrini tənzimləmək vəzifəsini öhdəsinə götürən fəqihlərin, kitab və sünnədən məna və hökm çıxarmaq surətilə verdikləri fitvaların ümumi həyatda böyük əhəmiyyəti var idi. Əməvilər, bir çox mühüm xüsuslarda Mədinə alimlərinə müraciət edərək fitva istəyərdilər.



Abbasilər dövründə, İslam mədəniyətinin ümumi axımına uyğun olaraq, fiqhdə də böyük bir inkişaf və təkmilləşmə göründü. Abbasi səltənətinin yaranması ilə, İraq alimləri Qur’an və hədisdən şər’i hökmlər çıxarmağa başladılar. Halbuki Mədinə alimləri və xüsusən onların ən tanınmış olanı İmam Malik, təqlid ilə kifayətlənərək qiyasa etibar etmirdi. Abbasi xəlifəsi Mənsur, qiyas tərəfini tutan İraq alimlərinə dəstək oldu. O dövrdə Kufədə olan İraqın ən məşhur fəqihi İmam Əbu Hənifəni Bağdada gətirdərək, ona lütflər bəxş edəcəyini və məzhəbini (fiqhi fikirlərini) himayə edəcəyini vəd etdi. Bunun nəticəsi olaraq fəqihlər iki hissəyə bölünürlər.

Birinci hissənin fəqihləri Əhli hədis olub, bir xəbər və ya əsər mövcud olduqda gizli və ya açıq qiyasa (müqayisə) müraciət etməyənlər idilər ki, İmam Maliki təqib edən Hicaz alimləri ilə, İmam ŞafiiƏhməd İbn Hənbələ bağlı olan hədis alimlərindən ibarət idi. Əhli rey və qiyas adı ilə məşhur olan ikinci qrup isə İmam Əzəm (ən böyük imam) deyə adlandırılan Əbu Hənifəyə tabe olan İraq alimlərindən təşəkkül edirdi ki, onlardan da adı başda çəkilənləri İmam Məhəmməd ibn əl-Hasən və Qazı (hakim) Əbu Yusuf idi. Bunlar hökmlər arasındakı minasibət və oxşarlıqlara isnad edərək, müqayisə yolu ilə, nəss olmayan hökmü nəss (qəti sübut və dəlil olan ayə-hədis) olan hökmə calamaqla aparılan müqayisəni caiz (yolverilən) sayırdılar.



İmam Malikdən sonra onun başlıca tərəfdarlarından İmam Şafii yetişərək, İraq alimlərindən və xüsusən İmam Əzəmin tələbəsindən dərs aldı və bu iki məzhəbin əsaslarını bir-biri ilə qarşılaşdıraraq, yeni bir məzhəb-Şafii Məzhəbi yaratdı. Daha sonralar İmam Əhməd ibn Hənbəl də, yeni bir məzhəb təsis etdi; ancaq xüsusi məzhəblər seçən digər bir sıra müctəhid imamların tərəfini tutanlar, yavaş-yavaş ortadan qalxanda, bütün İslam məmləkətlərində təqlid və tabeçilik bu dörd məzhəblə məhdudlaşdı. Bununla da hədis və qiyasa uyğun olaraq dini məsələlərdə hökm təyininə cəhd etmə qapısı bağlanmış oldu.

Bir çox alim həmin məzhəblərin əsasları daxilində müxtəlif tətqiqatlar apararaq, çox böyük və mühüm əsərlər meydana gətirdilər. Beləcə İslam hüququ, çox böyük əhəmiyyət kəsb edərək, möhtəşəm bir inkişaf əldə etdi. Adı çəkilən məzhəblərdən başqa, əhli şiənin və xüsusən on iki imamı qəbul edənlərin inkişaf

etmiş fiqhləri də vardı. Qədim bir şiə qolu olan Zeydilərin fiqhi də olduqca inkişaf etmişdi.322
4-İSLAM HÜQUQUNUN

DÜNYA MİLLƏTLƏRİNƏ TƏSİRİ
İslam hüququnun müstəqil, təkmilləşməyə uyğun mənşəyi, onu araşdıran bitərəf elm adamı üçün təqdir mövzusudur. Çünki, Avropa hüququ, İslam fiqhindən və xüsusən Əndəlus və Afrikada yayılmasına görə Maliki fiqhindən çox yüksək səviyyədə istifadə etmişdir. Bu barədə Maliki fəqihlərindən Mənyəvi Şeyx Məxluf yazdığı Qərbin Maliki Məzhəbindən Aldıqları**adlı əsərində geniş təfsilat vardır.323

İslamiyyət dövlət şəklini aldığı zaman dövlət və hükumət başçıları, şəxsi hallar və ictimai münasibətlərdə camaat arasında baş verən ixtilafları həll etmək və məmləkət asayişini təmin etmək üçün qayda-qanunlar qoymağa məcbur qalaraq Qur’ani-Kərim və Hədisi-şəriflərə müraciət etmiş, onlardan çıxan hökmlərin meydana gətirdiyi qanunlar ilə məmləkəti idarə etmişdilər.



Yunanlılar, qısa bir müddət istisna olmaqla, digər zamanlarda böyük bir dövlət təşkil edə bilmədiklərindən, qanun və dövlət nizamlarına və eyni zamanda ədli və idari qanunlara çox az əhəmiyyət vermişlər. Bu səbəblə də fikri fəaliyyətlərini fəlsəfə və digər təfərrüata təxsis etmişlər.

Romalılara gələndə, onlar da Ərəblər (müsəlmanlar) kimi məmləkətlərini genişləndirib hakimiyyətlərini yayaraq şan və şərəf sahibi oldular. Bu səbəblə onlar da qanun və nizamlar qoymağa məcbur olmuşdular.

Ancaq Romalılar, qanun və nizamlarını dövlət qurduqdan bir neçə əsr sonra, 533-cü ildə, məşhur qanun qoyucu “Jüstinyen” zamanında təkmilləşdirmişdilər.



Müsəlmanlar isə, qanun və nizamlarını Qur’ni-Kərim və Hədisi-şəriflərdən iqtibas etmiş o dövrdən etibarən iki-üç əsr keçmədən həmin qanunları təkmilləşdirib inkişaf etdirmiş və fiqhi (İslam hüququnu) meydana gətirmişdirlər.

Fiqh dünyanın ən yüksək qanun hökmlərini özündə cəm etmişdir. Müsəlmanlar necə bir sürətlə dinlərini təsis edib yaymışlarsa, buna da elə bir sürətlə müvəffəq olmuşdular.324

Avropalı bəzi hüquqşünasların qəbul etdikləri kimi, Müsəlman hüququ hərəkətsiz, qarışıq, tərəqqidən uzaq deyildir. Əksinə, o, hər mənzərəyə girişməyə qabil müdhiş dərəcədə canlı və hüquqi realitetə sağlam bir şəkildə isnad edilən məhkəmələrin tətbiq etdikləri bir müsəlman hüququ vardır.325

Orta Əsr İspaniyasında, İslam hakimiyyəti çökdükdən sonra yaranan Xristian dövlətlərində, Kastil Araqon krallıqlarında, demək olar ki, bütün idari, hərbi, ədli və digər milli müəssisələrin, hətta eyni adlar daşıyaraq davam etdiyi, bütün mütəxəssislər tərəfindən qəbul edilmişdir.326

Sicilyada, IX əsrdən XI əsr axırına kimi davam edən İslam hakimiyyətindən sonra da, İslam mədəniyyəti nüfuzunun qüvvətlə davam etdiyi, hüquq sahəsində də yalnız vətəndaş hüququnda deyil, müasir hüquqda da, bu təsirin hiss edildiyi araşdırmalar sayəsində məlum olmuşdur.327

Uzun əsrlər, İslam hakimiyyəti altında ayrı və müstəqil bir həyat sürən, yaxud İslam dövlətləri ilə sıx mədəni və siyasi münasibətlərdə olan kiçik Xristian dövlətlərinin vətəndaş hüququ üzərində də, müxtəlif islam dövlətlərinin təsirlərinə şahid olmaq mümkündür.

Ümumiyyətlə Gürcü hüququ üzərində İslam hüququnun (fiqhin), Böyük Səlcuqlulardan İlhanlılara və Səfəvilərə qədər, İran və Cənubi Qafqazda, hakim olmuş Türk dövlətləri hüquqi müəssisələrinin çox dərin və geniş təsiri vardır. 328


XIV F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNDƏ

DÜNYƏVİ ELMLƏRİN İNKİŞAFI




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin