AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ


XVII F Ə S İ L İSLAM MƏDƏNİYYƏTİNİN



Yüklə 1,82 Mb.
səhifə21/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

XVII F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNİN

AVROPAYA TƏ’SİRLƏRİ


1-İSLAM MƏDƏNİYYƏTİNİN

AVROPA MƏDƏNİYYƏTİNƏ TƏ’SİR SAHƏLƏRi

Xristian Qərbin bəzi məşhur müəllifləri, Hicri 114Miladi 732 il tarixdə Fransadakı Poitiers müharibəsində İslam ordusuna başçılıq edən Əndəlus Valisi Abdurrəhman əl-Qafikiyə qarşı Xristian ordusunun başında olan Charles Martelin müzəffər olmasını cəhlin elmə qarşı zəfəri şəklində qəbul ediblər. Həmin fəlakət olmasaydı İslam fütuhatının o qaranlıq Qərbi hələ o zamandan etibarən möhtəşəm mədəniyyətilə aydınlatmış olacağını duyan Avropa üçün bunun böyük bir müsibət olduğunu, təəssüflənərək qeyd edirdilər.

Eyni şəkildə, ilk İslam ordularının Bizansı fəth edib Avropaya keçə bilməmiş olamsından elm və mədəniyyət naminə təəssüflənən Qərb müəllifləri də mövcuddur. Bunlar Hicri 34-165 və Miladi 655-782 il tarixləri arasında Əməvilərlə Abbasilərin İstanbula qarşı girişdikləri beş yürüşün (müharibənin) nəticəsiz qalması Qərbin bir an əvvəl aydınlanmasına maneçilik törətdiyi kimi təsvir edilir. Məsələn, Emmanuel Berl, belə deyir:

“Ərəb rəqəmləriylə Qərbin bilmədiyi və İslamiyyətdən öyrəndiyi Cəbr elmi, Məscidi Ömərin və ondan sonra da Fars məscidinin inşası İslam mədəniyyətinin ehtişamını göstərmək üçün kifayət idi. O dövrdə İslamiyyət sadəcə güc deyil, eyni zamanda fikir demək idi. Əgər müsəlmanlıq, Bizansda qalib gəlsəydi, (Tunay), (Rehin), (Meuse) və (Oise) yolu ilə bütün Avropaya möhtəşəm bir siyasi sistemlə birlikdə kainatın ən parlaq vəziyyətini qoruyacaq bir mədəniyyət yeritmiş olacaqdı.”404

İslamiyyətin o ilk əsrlərdə bütün Avropanı fəth edə bilməməsi Qərbin mədəni inkişafını bir müddət gecikdirmiş olmaqla birlikdə, müsəlman ordularının kifayətsizlikdən təmin edə bilmədikləri fəthləri, nəhayət, islam elm və sənətlərinin təmin etmiş olduğunda bu günün Qərb alimləri həmfikirdirlər.405

Müsəlmanları və onların bütün Orta əsrlər boyunca yeni mədəniyyət üzrə icra etdikləri təsisi unudulmağa məhkum etməklə hər halda xüsusi bir qəsd həyata keçirilmişdir.”406

Qərb nankorluğunun səbəblərindən biri də İslam mədəmiyyətinin zəifləməsi və qədim möhtəşəm dövrlərimizi unutduracaq səviyyədə geri getmiş olmasından gəlir. Əl-Cəzair Universitetinin Professorlarından Gautier belə deyir:

Gözlərimizin önündə İslamın bu günkü halı olduğu üçün, biz onu mədəniyyətin ən əsaslı amili olaraq təsəvvür etməkdə çətinlik çəkirik.”407

Eyni müəllif, həmin əsərində Qərb nankorluğunun irqi cəbhəsini belə izah edir:

Bizim intibah dövrümüz İslam mədəniyətinin xatirəsini çox tez unutdu, halbuki, ona qarşı çox böyük minnətdarlığı vardı. Buna baxmayaraq klassik əski əsrlərə həddindən artıq möhkəm bir şəkildə bağlandıq. Bu üstün tutma, nankorluqdan başqa bir şey olmasa da üzürlü hesab edilə bilər. Çünki bunun dərin səbəbləri tamamilə aydındır. Yunan ilə Romanın Qərb mədəniyyəti öz mənasıyla biz Qərblilər üçün Müsəlmanların Şərq mədəniyyətindən daha asan başa düşüləcək bir şeydi.”408

Xristian Qərbin bu tarixi nankorluğu xüsusən XIX əsrdən bəri, tədricən azalır və bir çox böyük müəlliflər bu günkü Qərb mədəniyyətinin həqiqətən Yunan və Roma mədəniyyətlərindən

deyil, bilavasitə İslam mədəniyyətindən yaranmış olduğunda həmfikirdirlər.409

Ərəb (Müsəlman) fatehlər, demək olar ki, hər elmin və sənətin hamisi oldular. Beləliklə döyüş ordularını, elm orduları əvəz etdi. Bu möhtəşəm mənəvi və siyasi irəliləmə, əski mədəniyyətlərlə təmas nəticəsində, fəth edilən məmləkətlərdə, yeni bir mədəniyyət olaraq, İslam mədəniyyətini inkişaf etdirdi. Onu da qeyd edək ki, Müsəlmanların yaratdığı hər şey, daha əvvəlki mədəniyyətlərdən fərqli bir orijinallıq nümayiş etdirirdi.

VIII əsrdən XIII əsrə kimi davam edən beş əsrlik dünya mədəniyyəti tarixi, İslam mədəniyyətindən ibarətdir. İslam alimlərinin, müxtəlif irq və millətlərə mənsub olmalarına baxmayaraq, istisnasız bütün əsərləri Ərəb dilində yazıldığından, Ərəb ünsürü bu mədəniyyətdə hakim olmuş və beləliklə də bu mədəniyyət İslam mədəniyyəti əvəzinə Ərəb mədəniyyəti deyilmişdir.

İslam mədəniyyətinin Avropaya təsir cəhətlərini belə sadalamaq olar:
1-Elm sahəsində:

XIII əsrin sonu ilə IX əsrin əvvəli arasında şərqdən olduğu kimi qərbdən də qısa bir zaman ərzində Ərəblərə bilgi nəql edilərək, təqdirə layiq bir zehni hərəkət meydana gəldi. SuriyaMesopotamiyada yenidən təsisinə başlanılan, İranda Sasanilər dövründə genişləndirilən qədim Yunan elmi, müsəlmanlar tərəfindən gözlənilməz səviyyədə təkmilləşdirildi.

Bağdad məktəbi, yeni dövrlərlə İsgəndəriyyə yunan məktəbi arasındakı boşluğu doldurmaq və Avropanı oyandırmaqla qalmadı, eyni zamanda öz nuru ilə bütün Asiyanı işıqlandırdı. İslam elmi 1016 illərində Qəznəli Mahmudun hökmdarlığı zamanında və əl-Biruni vasitəsilə Hindistana, 1076-cı ildə Ömər Xəyyam vasitəsilə Səlcuqilərə, 1260-cı ildə Marağa rəsədxanasının qurucusu olan Nəsrəddin Tusi ilə Monqollara,

1337-ci ildə Osmanlılara, 1280-ci illəri ərəfəsində Yuen sülaləsi hökmdarlarından Qubiley xan dövründə Ko-Şiu-King əliylə Çinə nüfuz etdi. 1437-ci ildə Uluğ bəy, Səmərqənddə Qubiley adına böyük və əbədi bir abidəni ucaltdırdı.410

Xristianlıq təəsübüylə Əhli-Salib (xaçlılar) zehniyyətinin davamından və eyni zamanda millətçilik hisslərin təsirindən Qərb millətləri İslam mədəniyyətindən götürdükləri, elmlərin mənşəyi və mənbəyini etiraf etməyə əsrlərcə yaxın durmaq istəməmişlər. Hətta onunla da kifayətlənməyib İslamiyyəti mütəmadi təhqir etmişlər. Elə bu səbəbdən elm sahəsində o böyük həqiqətin etirafı xüsusən XIX əsrdən etibarən mümkün oldu.

İslam elmlərinin Qərb mədəniyyətinin təşəkkülündə necə bir amil olduğunu tədqiq etmiş Sedillot, İslam mədəniyyətinin əzəmətindən bəhs edərkən, qaranlıq Qərb xristianlığının ona göstərdiyi etinasızlığa da toxunmaqdadır:

“IX əsrdən XIII əsrə kimi dünyanın ən geniş ədəbiyyat məktəblərindən birinin təşəkkül etdiyi görünməkdədir. Bir çox mədəniyyət məhsulları ilə dəyərli ixtiralar, fikri fəaliyyətlərin necə mükəmməl olduğunu sübut edir. O, Xristian-Avropa üzərindəki təsirlərini də hiss etdirməklə birgə Müsəlmanların hər mövzuda bizim müəllimlərimiz olduğu haqqındakı təsəvvürü haqlı sayıla bilər. Bir tərəfdən orta əsrlər tarixi haqqında həddindən artıq dəyərli vəsiqələr, səyahətnamələr və xeyirli bir ixtira olan görkəmli şəxslər ensiklopediyası, digər tərəfdən misli görünməmiş sənaye ilə böyük bir inşanın şah əsəri olan binalar və incəsənətlər sahəsində də çox mühüm kəşfləri göstərmək olar. Çox uzun zamanlar kiçik gördüyümüz bu ictimaiyyəti artıq gözlərimizdə böyütməmiz təəccübləndirici həqiqətdir.”411

Ərəb təbabəti qərbdə böyük bir etibar qazanmışdır. Böyük İslam həkimlərinin tibbi əsərləri, Avropanın bir çox universitetlərində tibb tədrisinin təməlini təşkil etmişdir. XI əsrə qədər qərb təbabətində hər hansı bir müvəffəqiyyət axtarmaq

əbəsdir. İlk tibb məlumatları İspaniya Ərəblərindən öyrənildikdən sonra ancaq XII əsrdə elm olaraq ortaya çıxmışdır.

Yeni universitetlərin ilk alim və müəllimləri, Ərəb alimlərinin sabiq tələbələri idilər. III Henrix Fransada tibbin inkişafını asanlaşdırmaq üçün 1587-ci ildə Parisdə Kollec Royalda, Ərəb dili kursu təsis etdi. Orta əsr boyunca İtalyada tibb təhsilinin mərkəzi olan Salermo, böyük Ərəb universitetləri örnəyinə görə təsis və dizayn edilmişdi. Həqiqi adı Ər-Razi olan Rhazes, ən böyük İslam klinikaçısı idi. O, 220-dən çox əsər yazdı. Bunlar arasında bir neçə tibb ensiklopediyası Ərəbcədən Latıncaya tərcümə və XVII əsrin sonlarına qədər qərbdə çap edildi. Çiçək və qızılcaya dair ilk tibbi çalışma ona aiddir. Tibb tarixçisi Maks Neuberger “Bu orijinal monoqrafiyanı hər yerdə haqlı olaraq tibb ədəbiyyatının bir şah əsəri olaraq qəbul edilmişdir.”-demişdir. Karl Sudhof, Razinin tibb tarixində bütün dövrlərin ən böyük həkimlərindən biri olduğunu qəbul edir. Sigrid Hunke də eyni fikirdədir.

Orta əsrin ən məşhur həkimi “Avicenna”nın Ərəbcə adı İbni Sina idi. Ona “həkimlər sultanı” adı verilmişdi. O möhtəşəm ensiklopedik məlumatları ilə bir dahi idi. Ən böyük əsərləri olan “Əl- Qanun”, “Tibbin Qanunları” altı əsr boyunca, Avropanın bütün tibb fakultələrində oxuduldu. İrisin tam izahını, ensertionu, göz evindəki əzələlərin vəziyyətini ona borcluyuq. Gerrison, ona “geologiyanın atası” adını verir.

Cərrahiyyə sahəsində də vəziyyət eynidir. Həqiqi adı Əbul Qasım olan Kordova yanındakı Azzahralı Əbdülqasis, ən böyük müsəlman cərrahıdır. Əsəri cərrahiyənin Avropada inkişafının təməlini təşkilini qoymuşdur. Arterial damarların bağlanmasını izah edən Katgut (Catgut) tikişini tapıb inkişaf etdirən odur.

Orta əsr Avropası, diş müalicəsinə görə də, tamamilə islam təbabətinə borcludur. Müsəlmanlar Ərəb protezini, orta əsrdə ən gözəl şəkildə inkişaf etdirmişdilər.

Terapo kimyanı və hər şeydən artıq antimon, civə və dəmirin əldə edilməsinin o zamana qədər gözlənilməyən mənalarını, avropa müsəlmanlardan öyrənmişdi. İslam həkimləri əczaçılığı saysız yeni dərmanlarla zənginləşdirdilər. Şəkərdən ilk

dəfə dərman olaraq onlar istifadə etdilər. İslam dərman kolleksiyasının bu gün hələ də böyük bir qismi işlədilməkdə olan 200-dən çox dərmanı əhatə edir.

Müsəlman kimyaçıları da diqqətə layiq kəşflər, ixtiralar etdilər. Sülfat turşusu, nitrat turşusu, gümüş nitrat, aqoaragiya, sublima, qırmızı civə oksidi, alkali, amonyak duzu və şəkər onlar tərəfindən kəşf olunub istehsal edildi.

Müsəlman okulistlər, göz xəstəlikləri elminin də tərəqqisinə xidmət etdilər. Daha sonra Rogir, Bekon ve Kepler kimi qərb fizikaçıların araşdırmalarını, təşviq edən Qahirəli İbn Heysəm “İşıq-optik” adlı məşhur əsərində gözü linzalı optik sistem kimi izah etmiş və dahiyanə bir şəkildə şüaların sınma hadisəsini və bu sınmanın görünüşünü təcrübə ilə ilk dəfə o sübut etmişdir. Fotoaparatın əsasını təşkil edən “qaranlıq otağı” da o kəşf etmişdir.

Müsəlmanların İslam mədəniyyətinin Avropaya təsir cəhətlərini belə sadalamaq olar: ən gözəl uğurlarından biri də xəstəxanaların tərtib-təşkilidir. Tibb tarixçisi Neuburger, İslam məmləkətlərində ağıl xəstəliklərinin etina və sevgi ilə müalicə edildiklərini, qərbdə isə onların uzun zaman bir cani kimi qəbul edildiklərini söyləmişdir. Avropada ilk ruhi xəstəxanasının 1410-cu il tarixdə İspaniyada bir dini cəmiyyətin təsis etməsindən tam 700 il əvvəl 765-ci il tarixdə Bağdadda dövlət tərəfindən meydana gətirildiyini burada qeyd etmək lazımdır.

Riyaziyyat elmlərində də müsəlmanlar böyük dəyərə malik tərəqqilər əldə etdilər. Say sistemi ilə rəqəmlərin, Avropaya ümumiyyətlə müsəlmanlar tanıtdılar. Karre De Voxun ifadəsinə görə müsəlmanlar sıfırı 776-cı ildə hindlilərdən qərb isə 1200-cü ildə pizzalı Leonardo vasitəsilə onlardan öyrənmişdir.

Müsəlmanların ən böyük riyaziyyatçısı Muhamməd əl-Xarzəmidir. Əl-Xarzəmi qərblilərə ən çox təsir edən alimlərdən biridir. Riyaziyyat və Cəbrə aid əsəri “Əl-Cəbr”, latıncaya tərcümə edildikdən sonra o, yalnız riyaziyyatda bir cığır açmaqla kifayətlənməmiş, xüsusən astronomiyanın sonsuz inkişafını mümkün hala gətirmişdir.

Təcrübi fizikada, dahi Əl-Biruni, izafi skeleti müəyyən etmiş və bunu bilavasitə özü kəşf etmişdir.

Müsəlman astronomlar da çox mühüm tərəqqilər əldə etdilər. Biz bunlar arasında sadəcə əl-Bəttanini Nallinonun ifadəsiylə göstərəcəyik. Əl-Bəttani, böyük bir doğruluqla ekliptik meyli, tropik ilin müddətini, mövsümləri, günəş, ay və peyklərin fırlanma oxlarını isbat etdi. Ptolemey nəzəriyyəsini alt-üst etdi. Ptolemeyin əksinə olaraq günəş sisteminin dəyişməsini, illik günəş və ay tutulma imkanlarını isbat etdi.


2-Fikir sahəsində:

Bu sahədə ən qüvvətli amil, xarici mədəniyyətlərin fikir məhsullarını nəzərə alan xəlifələrin idarə və ehtirasları idi. Bütün elm sahələrini əhatə edən sistematik tərcümə fəaliyyəti bu səbəblə böyük ölçüdə inkişaf etdi. Xarici əsərləri toplama fəaliyyəti Abbasilər tərəfindən irəli aparıldı. Yunan, fars və Hind ədəbiyyatına da əhəmiyyət verdilər. Tibb, riyaziyyat, astronomiya və coğrafiyaya aid əsərləri təkmilləşdirdilər.

Daha sonra da fəlsəfə və təbii elmlər inkişaf etdi. İslam mədəniyyəti, qədim Yunan mədəniyyət xəzinəsini məhv olmaqdan xilas etdi. Bağdada əlavə olaraq, Cindişapur, Qahirə, Keyrəvan Fez, islam mədəniyyətinin nümunəvi mərkəzləri idilər.

Əməvi hökümdarları (755-1031) da ulu babalarını nümunə alaraq təqdirəlayiq ən yüksək əzmlə (xüsusilə, III Abdurrəhman -912-961-dövründə) həqiqi bir qızıl dövrü açdılar. Kordova, qərbin Bağdadı, bir xəlifələr şəhəri ən yüksək təhsil və gözəl sənətlərə ən çox səy göstərən yüksək bir məktəb oldu. Kordovanın arxasınca onun yaxınında yerləşən Sevil Qırnata, Tuleytula, Valansiya Murcia İslam mədəniyyətinin məşhur mərkəzləri halına gəldi.


3-İnkişaf sahəsində:

İslam mədəniyyətinin inkişaf nəticələri böyükdür. Mədəniyyətin heç bir sahəsində nöqsan qalmamışdır. Kordova, SevillaToledodaki məşhur Ərəb universitetləri bir çox qərb millətlərinin tələbələrini cəzb etdilər. Ərəb (İslam) elminin mərkəzi və eyni zamanda içində Avropanın ən böyük kitabxanası olan Toledoda 1130-cu ildə bir tərcümə məktəbi təsis edilmişdi. Orada başpiskopos Raymondun himayədarlığında ən məşhur Müsəlman müəlliflərin əsərləri ilə, bunların əvvəlcə Yunancadan Ərəbcəyə etdikləri tərcümələr, Ərəb dilindən Latın dilinə tərcümə edilməyə başlandı. Həmin çalışmalar, XII, XIII və XIV əsrlərdə də davam etdi.

Bu dövrdə Qərbin bütün mütəfəkkirləri, o cümlədən daha sonra Patrik II Silvestr adını alan Gerbert, avropalı Adelard, avropada riyaziyyatın banisi Pisalı Leonard, böyük Albert, Roger Beykon, Mişel Skot, Daniyel Murley, X Alfonse Sante Tomas, Hermann der Doçşi, Don Skot, Occamlı Vilhelm və Villeneuvlu Arnold, bu mədəniyyət mərkəzində təhsil aldılar.

Sremonalı Gerhard, tək başına, Toledoda 71 elmi əsəri tərcümə etdi. Məşhur mədəniyyət tarixçisi Sigrid Hunke, “Qərbin üstündə Allahın günəşi” adlı əsərində, Cremonalı Gerhardın Toledoda qaldığı 20 il ərzində 80-dən artıq mühüm əsəri tərcümə etdiyini söyləyir.

Beləliklə Avropa millətləri, İsalm mədəniyyəti ilə ünsiyyəti nəticəsində, əsrlərcə təsiri altında qaldıqları bir yeniləşmə əldə etdilər.

4-Sənaye sahəsində:

Avropa, sənaye sahəsində həddindən artıq mühüm olan kağız işlərində müsəlmanlara borcludur. Çinlilərin metodlarını almazdan əvvəl kağız istehsalında işlədilən kətan yerinə müsəlmanlar daha çox əkilən və daha ucuz istehsal edilən pambığı qoymuşdular. İspaniyanın Javita şəhərində karton və ipək kağızı fabrikləri mövcuddur.

Qərb aləmi, ipək, qətifə və muslin istehsalı, boyaçılığı, dəri emalatını və silah istehsalını xüsusən müsəlmanlardan öyrənmişdir.
5-Kənd Təsərrüfatı sahəsində:

Müsəlmanlar, əkinçilik məhsulları baxımından Avropaya İspaniya və Sicilya üzərindən keçərək əvvəl qarğıdalı, quşqonmaz, susam, yemiş və qarpız yetişdirilməsini, daha sonra zeytun, portağal, şaftalı və əriyi gətirdilər.


6-Baytarlıq sahəsində:

Baytarlıq təbabətinin, VIII əsrdən XIII əsrə qədər tarixinin ən parlaq dövrlərini yaşaması müsəlmanların sayəsində olmuşdur. Böyük müsəlman nəbatatçısı İbn Baytar yüzlərlə nəbati dərmanla dərmanların zənginləşməsini təmin etdi. İbn Baytar, eyni zamanda avropa botanikaçılığının qurucusudur. 1400 bitki dərmanının adlarını işlənmə sahələrini, və reseptlərini göstərmişdir.


7-İncəsənət sahəsində:

Müsəlmanların sənət sahəsində memarlığın inkişafına da təsir etdiyi görünməkdədir.

Qırnatada “Əl-Həmra” sarayı, Kordovada - Böyük Cami, Sevildə – Al Kazar, İslam memarlığının ən qədim möhtəşəm inşa sənətini hələ bu gün belə təyid etməkdədir. İslam sənəti qərb dünyasını səmərəli hala gətirdi. Qaston Migeona görə, islam memarlıq tərzi, Qərbi Roma inşa sənətininin özündən çox dəyərli ilhamlar aldığı, əsaslı bir mənbə idi. Sənaye əsərləri, bütün islam dövlətində qüvvətlə inkişaf etmiş yüksək bir səviyyəyə çatmışdır. Xüsusən bunların qərbdə zərgərlik, keramika, şüşə, kafel, xalçaçılıq, fil dişi, ağac və dəri işləri üzərində həmişə və qəti təsirləri olmuşdur.

IX əsrdə Bağdadda meydana gələn dekorasiya xüsusi bir islam sənəti olaraq özünü göstərdi. Bu sənətin inkişaf etməsi islam mədəniyyətinin insanlığın metal sənətinə etdiyi ən mühüm xidmətdir.

XIII əsrdə Avropada ərəb musiqi sənətindən həyəcanla bəhs edilirdi. Bəzi musiqi alətləri müsəlmanlar tərəfindən Avropaya çatdırılmışdır. Orta əsr musiqisində mühüm bir rol oynayan ud bir ərəb alətidir. Rübab, gitar və davul da ərəb mənşəlidir. İspaniya yarımadasında xalq musiqisi ərəb sənətkarlarıyla təmas nəticəsində böyük inkişafa nail oldu.
8-Ədəbiyyat sahəsində:

Şer və ədəbiyyatda ərəb xalq şerinin böyük təsiri hər şeydən çox İspaniyada eşq şerinin inkişafına səbəb oldu. Ərəb ədəbiyyatı şovinizm romanlarına da təsir etdi. Servantes “Donkixot” adlı əsərini yazanda Əndəlus ərəb ədəbiyyatından ilham almışdır. Dante “İlahi komediya” adlı kitabını ərəb ədəbiyyatından-XIII əsrdə yaşayan ispaniyalı müsəlman böyük mistik İbn Ərəbidən təsirlənərək yazmışdır. “Robinzon Kruzo”nun müəllifi Daniel Defo da bu məşhur romanı bir müsəlman yazıçı olan İbn Tüfeylin “Həyy ibn Yəqzan” adlı fəlsəfi romanından bəhrələnərək yazmışdır.



9-Fəlsəfə sahəsində:

İslam filosoflarının əsərləri qərb aləmində çox böyük hərarətlə qarşılandı. Bir çox mütəfəkkir XV əsr humanistlərinin qədim dövr fəlsəfəsinə olan məftunluğuna bənzər şəkildə islam fəlsəfəsinə də məftun olmuşdurlar. İslam təfəkkürünün əsas ünsürü, Avropaya ilk dəfə ərəblər vasitəsilə gəldi. Ərəb fəlsəfəsinin mümtaz bir şəxsiyyəti olan İbn Rüşd (d.1126) (Averroş) Dante tərəfindən Aristotelin böyük şərhçisi şəklində vəsfləndirilən bir əsər yazdı. İbni Rüşdün həmin əsəri, Avropaya sürətlə yayıldı. O, XIV əsrin tibb və fəlsəfə sahəsində ən maraqlı hadisəsi olaraq özünügöstərən böyük bir intellektual hərəkət meydana gətirdi. Əl-Kindi, əl-Fərabi, İbn Sina, əl-Qəzzali, İbn-Tüfeyl, ibn Həzm, Avropada orta əsrin sonlarında yetişən böyük şəxsiyyətlərə təsir etdilər.

İslam fəlsəfəsi, tezliklə yəhudi və xristian məktəblərinə daxil oldu və beləcə islam fəlsəfəsinin insan fikrinin təsiri qərbdə tam 4 əsr davam etdi. 412
10-İctimai sahədə:

Avropanın hər tərəfindən gələn xaçlılar, İslam mədəniyyətinin öz mədəniyyətlərindən fərqli, daha mütərəqqi və daha əhatəli olduğunu gördülər. Şərqdəki müxtəlif sosial, iqtisadi və rəsmi həyat ilə müsəlmanların zərif adət-ənənə və zənginliyini bəyəndilər. Avropalının yaddaşında yeni bir dünya görüşü yarandı. Avropalıların müsəlmanlarla təmasları nəticəsində Avropada fikir azadlığı, fəlsəfənin yayılması, şəxsiyyət azadlığı, bütün sənətlərin daha geniş bir sahəyə yayılması, sosial rifahın inkişafı, nəhayət həyatın inkişafı və cəmiyyət həyatının təşəkkülü mövzusunda böyük bir addım atdırdı. Beləliklə də dünya tarixinin bu qarşılıqlı əlaqəsi Avropanın daha sonrakı tərəqqisinin əsas amili oldu.


11-Ticarət sahəsində:

Avropalılar, müsəlmanlardan ticari incəlikləri öyrəndilər. Qərbin iqtisadi inkişafında mühüm rol oynayan nəqliyyatın birləşdirilməsi və mal mübadiləsi fikrinə görə Avropa ölkələri müsəlmanlara borcludurlar.


12-Dilçilik sahəsində:

Avropalı millətlərin islam mədəniyyətindən təsirlənmələrini göstərən ərəbcə kəlimələr, yalnız astronomiya, riyaziyyat, kimya, əczaçılıq, dənizçilik və ya ticarətlə əlaqədar saysız məfhumları deyil, gündəlik həyatın bir çox tələbat malları ilə qumaş, paltar parçaları və istehlak əşyalarını da əhatə edir. Biz burada sadəcə alman dilində ümumiyyətlə işlədilməkdə olan sözlərdən bir neçəsini zikr etməklə kifayətlənirik. Sirup (şurup), Zucker (şəkər), Reis (düyü), safran (zəfəran), admiral (əmirəl) algebro (cəbr), gitarre (gitar) kimi sözləri misal göstərə bilərik.

İslam mədəniyyəti dövrünün insanlığın istiqbalına etdiyi təsirlərin bu günə qədər saysız izləri dəyişmədən mühafizə edilməkdədir.413
13-Dini sahədə:

İslam mədəniyyətinin möhtəşəm ruh və motivləri ilə ortaya çıxması Hz. Mühəmmədin (səs) Hicrətin ilk əsrində İslam dövlətinin varlığını elan etməsi, əxlaq və dinlər tarixində yeni dövr, siyasi və ictimai sahədə də yeni bir doğuş oldu. Bu yeni mədəniyyətlə, mədəniyyətin axarı dəyişdi. Dünya onunla yeni bir istiqamət aldı.

Bütün dinlərin mənsubları, dini nizamlarındakı şirk əlamət və ənənələrini, islamın işığı altında nizamlayıb tənzim etməyə və lisanlarını onunla bəzəməyə başladılar. Dini prinsip və əsasları islam tövhidinə uyğun şəkildə izah və ifadə etməyə çalışdılar.

Xristianlar arasında yaranan bir çox narazılıqlarda, islamiyyətin təsiri açıqca müşahidə olunur. Məsələn, XIII əsrdə Fransanın Septimina bölgəsində Papanın günah çıxarmasını (bağışlamasını) qəbul etməmək kimi maraqlı bir hadisə baş verdi. Papanın belə bir haqqı olmadığı; insanların işlətdikləri günahları bilavasitə Allahın bağışlaya biləcəyi iddia edildi. Halbuki, islamda ruhbanlıq yoxdur. Orada nə patrik, nə papa, nə də rahib vardır. Ona görə də İsalmda günahı bağışlamaq, qul haqqının da yaddan çıxarılmamasilə bərabər, yalnız və yalnız Rəbbül-aləmin olan Allaha məxsusdur.


2-İSLAM MƏDƏNİYYƏTİNİN

AVROPAYA ÇIXIŞ YOLLARI

Bir nöqtəyi-nəzərdən mədəniyyət, torpaq və ruhun birləşməsi, torpaq qaynaqlarının insanın istək və sisteminə uyğun olaraq dəyişməsidir şəklində tərif edilə bilər. Sarayların, məbədlərin, təhsil qurumlarının (məktəb, universitet), sənətin, ədəbiyyatın və sənayenin təməlində ancaq insan vardır.

Bu insana ruh və məna verən, onu müəyyən bəzi davranışlara məcbur edən xüsusiyyət, mənsubu olduğu dinin əmrləridir. Meşədən ov gətirən ovçu, ağac kəsən odunçu, sürüsünü güdən çoban, tarlanı sürən, əkən, biçən, beləliklə məhsul əldə edən əkinçi, heyvan yetişdirən kəndli, ev işlərini görən qadın, torpağı qazan mədənçi, ev, gəmi, maşın düzəldən emalçı... bunların hamısı, zəif kürəklərində mədəniyyətimizi daşıyan səbrli, fəqət hərəkətli ünsürlərdi. İslam dünyasında fəal olan bütün bu insanlar414 Qərb mədəniyyətinin rəhbərlik işini aparmışdılar.

İslam mədəniyyətinin sərhədləri, Qərb dünyasının (Əməvilərdən sonra) həmişə qapılarını kəsmişlər, Türklərin İslamı qəbul etməsindən sonra isə bu vəziyyət daha da genişlənmişdir. Anadolunun fəthinə müvəffəq olunduqdan sonra istər Xaçlı yürüşləri ilə olsun, istərsə də Müsəlman Türk axınları ilə İslam Mədəniyyəti ilə Qərb Mədəniyyəti qarşı-qarşıya gəlmişdir.



Fərabi, İbn Sina, Qəzzali kimi İslam filosoflarının əsərləri ilə Aristotelin Ərəb dilinə tərcümə edilmiş əsərlərinin Latıncaya tərcümə fəaliyyətləri yanında, Qərb dünyası digər elmlərlə də məşğul olma məcburiyyətini hiss etmişdir. Hətta universitetlərində XII. əsrin axırlarından etibarən tibb dərsləri mövzularını, İbn Sinanın “Qanun” adlı əsəri ilə İbn Rüşdün tibbi risalələri altında təsnif etmişlər.415

Romalılar və onların mirasçısı Bizanslılar, şərq və qərb dünyasını Aralıq dənizi ətrafında cəmləyərək meydana gətirdikləri ‘Aralıq dənizi mədəniyyyəti’ ilə şərq mədəniyyətinin qərbə keçməsinə vasitəçi olmuşlar. İslamın zühuru ilə qərb dünyası şərq mədəniyyətini İslam mədəniyyəti vasitəçiliyi ilə almaq və nəql etmək vəziyyətini aldı. Qədim qərb mədəniyyətinin və qədim dövr elmlərinin qərbə nəql edilməsində müsəlmanlar, vasitəçi olaraq mühüm rol oynamışlar. Uzaq şərq mənşəli elmləri yerində öyrənən müsəlmanlar, bu elmlərə mühüm səmərələr əlavə edərək qərbə nəql etmişlər.416

Orta əsr Avropasının, türklərin müsəlmanlaşma dövründəki vəziyyətlərini ifadə etmək çox çətindir.

İslam mədəniyyətinin qərbə giriş yollarını beş incələyə bilərik:




  1. İspaniya:

İslam mədəniyyəti Avropaya ilk dəfə İspaniya yolu ilə ilk addımını atdı. İqtisadi və mədəni inkişaf qısa müddətdə Avropanın bu bölgəsində həyat tərzinə də təsir etdi.

711-ci ildə İspaniyanın Müsəlmanlar tərəfindən fəthindən sonra, 755-ci ilə qədər Suriyadakı xəlifəlik mərkəzi tərəfindən idarə edildi. 715-ci ildə Xəlifə Abdurrəhman, Kordovada istiqlaliyyəti elan etdi. Kordova III. Abdurrəhman dövrünün sonuna qədər (912-961) İslami təlim və sənət elmləri ilə Avropanı bəslədi. Hətta o dövrdə Avropa professorlarının Kordovada imtahan edilmələri adəti var idi.417

İspaniya, şərq ilə qərb arasında yerləşdirdiyi üçün, Avropanın ən çox istifadə etdiyi bir bölgə olmuşdur. Əndəlusda İslam mədəniyyəti IX əsrin ortalarından etibarən bütün İspaniyaya hakim olmuşdu. Əndəlus ispanları, Ərəb dilini, elm və ədəbiyyat dili olaraq yəganə dil kimi qəbul edirdilər. Ərəb dili, İspaniyada o qədər inkişaf etmişdi ki, xristian kilsə məqamları, İspaniya kilsələrindəki dini mətnləri, Ərəbcəyə tərcümə etdirməyə məcbur olmuşdular. Hətta Sevil’li Jean, İncilin Ərəbcə təfsirini də yazmışdı.

İspan tarixçilərinin yazdığına görə Avstriya krallarından Alphonse vəliəhdi olan öz oğlunu yetişdirmək üçün Kordovadan iki müsəlman alimi sarayına gətirtmişdi.

VII Alphonse dövründə Xristianlarla Müsəlmanlar arasında fikri yaxınlaşma davam etmiş və Toledoda yepiskopu Raymond ilə Segovi baş papazı Gondislavi, Toledodaki məşhur “Tərcümanlar məktəbi”ni 1130-cu ildə təsis etmişdilər.

Burada İslam alimlərinin məşğul olduqları elm sahələrindən, astronomiya, kimya, riyaziyyat, fəlsəfə, tibb, hüquq, ilahiyyat başda olmaqla müxtəlif əsərləri latın dilinə tərcümə edilib Avropa ziyalılarının istifadəsinə verilirdi.

Müsəlmanların bu elmi şöhrəti İspaniya sərhədlərini çox aşmış və qərbin diqqətini özünə cəlb etmişdir. Əndəlus, təhsil almaq üçün xaricdən gələn tələbələrin axınına məruz qalmışdı.418


  1. Sicilya:

İslam mədəniyyətinin qərbə ikinci təsir qapısı da Sicilya idi. Müsəlmanlar, açdıqları mədrəsələrdə Xristian ziyalıların yetişdirilməsinə kömək etdilər. Burada Xristianlar, Müsəlmanlardan qalma saray və mərasimlərlə yanaşı adət və ənənələri də davam etdirirdilər. Rəsmi dil olaraq Ərəb dilini işlədirdilər. Hətta diplomlarının bir hissəsi belə, Ərəbcə yazılırdı. Qısaca olaraq, X əsrdə Sicilyada, Norman hakimiyyəti İslami bir xarakter daşıyırdı.419

Müsəlmanlar Sicilyanı IX əsrdən XI əsrin sonlarına qədər idarə etmişdilər. Xristian əhaliyə geniş muxtariyyat haqqı tanıdılmışdı. Vergilər, adanın Yunan idarəsində olduğu dövrlərdəkindən çox az idi.

Yeni kənd təsərüfatı üsulları tətbiq edilərək mükəmməl sulama kanalları, zeytun, pambıq, şəkər qamışı kimi o zamana qədər bilinməyən bitkilər gətirilərək adada yetişdirilməsi, qısa zamanda Sicilyanı mütərəqqi bir məmləkət halına gətirdi. Gümüş, sim, kükürt mədənləriylə mərmər və qranit ocaqlarının işlədilməsi sistemli bir nizama gətirilmişdi. İpək sənayesi inkişaf etmişdi.

Sicilyada Müsəlmanların yerini alan Norman xanədanı, XIII əsrə kimi, tamamilə islamlaşmış bir məmləkət üzərində hökm sürdü. Norman xanədanının, ən parlaq dövrünü təşkil edən II Roqerin (1101-1154) səltənət illərində Müsəlmanlar və Xristianlar birgə yaşayırdılar. Saray adamlarının bildikləri dillər arasında, başda gələni Ərəb və Yunan dilləri idi.

Kral özü, Şərq dəbinə uyğun paltarlar geyinərdi. Mərasimlərdə geyindiyi əbasının üstündə Ərəb hərfləri işlənmişdi. Onun vəzirləri, mühafizləri, həkimləri, münəccimləri, aşbazları müsəlman idilər.

Elm və ədəbiyyat akademiyası bütün millətlərə açıq idi. Bu səbəblə müxtəlif millətlərə mənsub alimlər bir araya gəlmişdilər.

Müsəlmanların yaratdığı mədəni hüquq, məmləkətin ehtiyaclarını o dərəcə ödəmişdi ki, Normanlar, onları heç dəyişdirmədən eyni ilə tətbiq etməyə davam etmişdilər.

Norman xanədanının hakimiyyətdən getməsi, Müsəlmanların təsirinə son qoymadı. Sicilya kralı və eyni zamanda Almanya İmperatoru olan II Fridrixin (1194-1250) səltənət illərində Palermo sarayı, daha çox Müsəlman sarayına bənzəyirdi.

Bu geniş düşüncəli və cəsarətli imperator, 1224-cü ildə öz əliylə yaratdığı Napoli Universitetinə bir çox Ərəbcə əlyazma kitabları toplamış, Aristotelin İbn Rüşdün əsərlərinin tərcümələr\n\n cəm ed\lməs\n\ əmr etmişdi. Həmin əsərlərin bir nüsxəs\n\ də Parisə və Polşaya göndərmişdi.

Dövlət idarələrində işləyən Müsəlman nazir, hüquqşünas və zabitlərin himayədarı olan bu hökmdar, Müsəlman dünyasının ən məşhur alimləri ilə daim ünsiyyətdə idi. Əndəlus alimlərindən İbn Səb’in ilə qarşılıqlı yazışma məktubları müasir dövrümüzə qədər gəlib çatmışdır.

II Fridrix Xristian şairləri qədər Müsəlman şairlərini də himayə edirdi. Palermo sarayının xalq şairləri, Müsəlman xalq şairlərindən götürdükləri nümunələrlə, İtalyan şerinin əsasını təşkil edən Sicilya şerini meydana gətirdilər.420

Palermo şəhərinin parlaqlığı nə qədər olursa-olsun, onu, İslam mədəniyyətinin ehtişamı ilə müqayisə etmək qeyri-mümkündür.421




  1. Xaçlı yürüşləri:

İslam Mədəniyyətinin Avropaya girən üçüncü və ən mühüm yolu Xaçlı yürüşləridir. Həmin yürüşlər, kilsə tərəfindən İslamın təsir qüvvəsini sındırmaq və Xristianlıq şüurunu hakim qılmaq üçün tərtib edilmişdir. Müsəlman Türk və Ərəblərin qarşı durması ilə bunların qarşısı alınırdı. Dəfələrlə təkrarlanan Xaçlı yürüşləri Avropalalıların İslam ölkələri ilə təmasda olmalarını təmin etmişdir. Həmin yürüşlərdən qurtarıb geri qayıda bilənlər, Müsəlman türkün imanını, hökmdarlarına hörmətini, təmizlik, mərdlik və düzgünlüklərini saymaqla bitirə bilmirdilər. Xaçlı yürüşləri əsnasında Avropada dövlət, bir təşkilat olaraq mövcud deyildi. Qərb dünyası bu səfərlər sayəsində müsəlmanlardan dövlət təşkilat quruluşunu öyrəndi.

Qüdsdə ancaq yarım əsr qala bilən Avropalılar, minlərlə Müsəlmanı şəhid etdilər. Ancaq vaxt keçdikçə Müsəlmanları təqlid etməyə başladılar. Əsərlər tərcümə edib, İslam dünyasından bəhs edən əsərlər yazdılar. Konstantin və Adler bunlardandır. İbn Sinanın “Kütabün-Nəfs vəş-Şifa” adlı əsəri İohannes tərəfindən Avropa dillərinə gətirildi. Fərabi Qəzzali kimi filosof və elm adamları Avropa tərəfindən araşdırıldı.422





  1. İtalyan Liman Şəhərləri:

Dördüncü yol İtalyan liman şəhərləridir. Aralıq Dənizi ticarəti, Orta və Şimali Avropaya Venesiya, Pizz, Lucca və Ceneva kimi liman şəhərləri vasitəsilə çatdırılırdı. Bu yolla daha çox mədəniyyət mübadiləsi olmuşdur, demək olar. Şərq ilə Qərb arasındakı mədəniyyət mübadiləsində Yəhudi elm adamlarının da rolu olmuşdur.423


  1. Elmi İnkişaf:

Elmi sahədə müsəlman türk aləmi XII əsrdən etibarən Qərbə təsir etmişdir. Mövzunu izah etmək üçün bir neçə misalla kifayət etmək istəyirik.

  • Qəzzali, İbn Sina Fərabidən başqa Həkim Razinin müxtəlif xəstəliklərin müalicəsində işlətdiyi müxtəlif dərmanlar, tibb tarixinin kəşfləri arasındadır.

  • Dünyanın çevrəsinin ölçüsü üçün edilən çalışmaları, Şakir oğulları deyilən üç qardaşla Əhməd ibn Fərzaninin fəaliyyətləri ilə qeyd etməyə dəyər.

  • Yəhya əl-Bərməkinin qurduğu “Beytül-Hikmə”“””””””””””””dən başqa Uluq Bəyin qurduğu rəsədxanaları yanında, kimya və riyaziyyat elmlərində Avropa elm dilinə daxil olmuş bir çox Müsəlman Türk elm alimlərinin adlarını çəkmək olar.424

Bunlardan başqa Osmanlı Dövlətinin yüksəlmə dövrünün sonlarına qədər (XVI əsr sonları) Türklər, Avropanın içərilərinə qədər irəliləmişdilər. Buralardakı Osmanlı hakimiyyəti uzun müddət davam etdi. Həmin hakimiyyətin ən açıq dəlili Balkan dillərindəki Türkçə sözlər və Türkçədəki Slav əslli söz və ifadələrdir.425


XVIII F Ə S İ L

AZƏRBAYCANDA



İSLAM MƏDƏNİYYƏTİ


1-İSLAMIN QƏBULU
Azərbaycanın islamlaşmasının başlanğıcı hicrətin 21-ci ilindən (642-ci il) qoyulmuşdur. Ərdəbil, Təbriz, Muğan, Arran bölgələri fəth edildikdən sonra ərəb müsəlmanlar Süraqə ibn Ömərin başçılığı altında beş minlik ordu ilə Xəzər sahilləri ilə irəliləyərək Dərbəndə kimi gəldilər.Uzun müddət gah Bizansın, gah da Sasanilərin zülmü altında inləyən, iki böyük dövlət arasındakı müharibələrin yükünü çəkən Azərbaycan siyasi sabitlik ümidi ilə ərəblərə o qədər də ciddi müqavimət göstərmədi.

2-İSLAM VƏ İQTİSADİYYAT
Xilafət fəth edilmiş ərazilərdə ticarətə himayədarlıq edir, karvan yolları salır, yolların üstündə poçt məntəqələri yaradırdı. Azərbaycan sürətlə yaxın şərq ölkələrlə qarşılıqlı ticarət və mədəniyyət əlaqələri orbitinə cəlb edilirdi. Ticarətdə Xəzər dənizi mühüm rol oynayırdı.

Təbriz, Ərdəbil, Beyləqan və Bərdə böyük şəhərlərə çevrilmişdilər. Onların öz sikkəxanaları var idi. Təbriz paytaxt şəhəri olmuşdu. Onun əhalisi 100 min nəfərdən artıq idi. Bərdənin bazarları yaxın şərqdə ən məşhur bazarlardan sayılırdı. Bərdə Xilafətin bölgədə ən əhəmiyyətli şəhəri idi. Şəhərdə pambıq, ipək və digər parçalar, müxtəlif əmək alətləri, silahlar istehsal olunurdu. Artıq X əsrdə Azərbaycan şəhərlərində orta əsrlərə xas olan sənətkarlığın hər növünə rast gəlmək mümkün idi. Azərbaycan islam dünyasının tərkibinə daxil olmaqla böyük bir mədəni-iqtisadi bölgəyə inteqrasiya olmuşdu.


3- E L M
VII əsrin axırlarında bir sıra Azərbaycan şəhərlərində məscidlər fəaliyyət göstərir, mədrəsələr açılırdı. Azərbaycan ərazisində ilk islam mədrəsəsi Ərdəbildə açılmışdır.

Orta əsr elm və mədəniyyətinin inkişafında başqa müsəlman xalqları ilə yanaşı Azərbaycan xalqı da fəal iştirak edirdi.Bu dövrdə Azərbaycanda elm dili ərəb dili, ədəbiyyat və şer dili isə fars dili idi. Hər yerdə yazı ərəb qrafikasına görə aparılırdı. Danışıq dili, ailədə və evlərdə adi ünsiyyət vasitəsi kimi yerli dillər işlədilirdi.Məsələn, Bərdə əhli Arranca danışırdılar.

Dilçilik və ədəbiyyat sahəsində tədqiqatlar ərəb və fars dillərində aparılır, kitablar da bu dillərdə yazılırdı. XI əsrdə Qətran Təbrizi, Əsədi Tusi kimi Azərbaycan alimləri fars dilində tərtib etdikləri izahlı lüğətləri ilə məşhur idilər. Elə həmin dövrdə ədəbi tənqid və dilçilik sahəsində aparıcı alim sayılan Xətib Təbrizi (vəfatı- 1109) Əbu Təmmamın ‘əl- Həmasə’, Məərrinin ‘Səqt üz-zənd’, Müfəzzəl Zəbinin ‘əl- Müfəzzəliyyat’ divanlarına, Mütənəbbinin şerlərinə, ərəb müəlləqələrinə yazdığı şərhləri, Quranın sintaksisinə dair əsərləri ilə geniş tanınmışdır.

XII əsrdə ərəbcə-farsca lüğətlərin tərtibinə təşəbbüs göstərilmişdir. Bu lüğətlərin yaranmasında Azərbaycan alimlərinin də xidmətləri böyük olmuşdur. Bu dördə yaşamış astronom, astroloq, təbib, ədib, leksikoqraf, riyaziyyatçı və mühəndis Əbulfəzl Hübeyş Tiflisi özündən sonra 30-dan artıq zəngin elmi- əsər, o cümlədən ‘Qanune- ərəb’, ‘Loğatə- qəvali’, ‘Kamilüt- təbir’ lüğətlərini qoyub getmişdir.

Səlcuqlar dövründə belə Azərbaycanda ədəbiyyat fars dilində idi, çünki Səlcuqlar farscanı rəsmi dil kimi qəbul etmişdilər. Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi fars dilində yazıb yaradırdılar. Təbriz, Ərdəbil, Şamaxı, Naxçıvan, Gəncə, Bakı kimi Azərbaycan şəhərlərindən çıxmış alimlər İslam mədəniyyəti və elminin ən gözəl nümayəndələri kimi tanınmışdılar. Mahmud İbn İlyas, Hübeyş Tiflisi, İsa Raqı Tiflisi, Müzhəbəddin Təbrizi, tibb sahəsində, Nəsirəddin Tusi riyaziyyat, coğrafiya və astronomiya, Abdurrəşid Bakuvi tarix elmləri sahəsində məşhur olmuşlar. Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanası bütün Yaxın Şərqdə məşhur olmuşdur.

4-MEMARLIQ
Orta əsrlərdə Azərbaycanda İslam memarlığı və İslam sənəti sürətlə inkişaf edir, gözəl sənət əsərləri yaradılırdı. İslam memarlığı İslamın əsas məqsədlərinə, hər şeydən əvvəl isə insanın nəzərlərini öz Xaliqi Allaha cəlb etmək məqsədinə xidmətə yönəlmişdir.

Bu gün də Azərbaycanda İslam memarlığı, təsviri və tətbiqi incəsənət abidələri öz etik və estetik əhəmiyyətini qoruyub saxlamaqdadır. Müxtəlif nəbati ornamentlər və həndəsi fiqurlarla bəzədilmiş əzəmətli məscidləri, xanəgahları, türbə və məqbərələri görəndə İslam cəmiyyətlərində din ilə mədəniyyətin ecazkar sintezi, ayrılmaz vəhdətini duyur, dərk edirsən.

Belə bir fikir vardır ki, monumental tikinti daha çox hakim sülalənin siyasi sabitliyinin, əzəmət və möhtəşəmliyinin rəmzidir. Xüsusilə, X-XII əsrlərdə Azərbaycan memarları qarşısında bu baxımdan olduqca mühüm vəzifələr dururdu. Xilafətin bölgədə siyasi hakimiyyəti zəiflədikcə, yeni-yeni feodal dövlətləri yarandıqca memarlar zamanla ayaqlaşmağa çalışır, yerli tikinti materiallarını təkmilləşdirir, yeni dekor növləri tətbiq edir, xüsusilə üsul və konstruksiyalar ixtira edirdilər.

Azərbaycanın Bakı, Şamaxı, Beyləqan, Gəncə, Marağa, Təbriz kimi iri şəhərləri istedadlı memarların yorulmaq bilməyən əməyi sayəsində çiçəklənir, onların ətrafında müdafiə divarları və qalalar tikilir idi. Mərdəkan, Nardaran, Ramana kimi bakı kəndlərində tikilmiş qalalar, məscidlər və digər memarlıq abidələri bu gün də öz gözəlliyi və əzəməti ilə nəzərləri cəlb edir.

Bakıdakı Sınıqqala (Məhəmməd) məscidi, Şirvanşahlar sarayının məscidi, Təbrizdəki Göy məscid İslam memarlığının ən gözəl nümunələrindən sayılır.

Azərbaycanda islam memarlığı abidələrinin bir çoxunu məqbərə, türbə və xanəgahlar təşkil edir. Bu abidələrin əksəriyyəti salamat qalmışdır. Onların salamat qalmasını əgər bir yandan ölkədə bir-birini əvəz edən hakim sülalələr arasında kəskin əqidə ixtilaflarının olmaması ilə əlaqələndirmək mümkündürsə, digər tərəfdən bu, yəqin ki, Azərbaycanda tikinti sənətinin yüksək inkişafı, memarlığın ustalığı və yerli tikinti materialllarının xüsusiyyətləri ilə izah edilə bilər.

Bu, məşhur Azərbaycan memarı Əcəminin işlərində özünü daha bariz şəkildə nümayiş etdirir. Onun Naxçıvanda inşa etdiyi Yusif ibni Küseyir türbəsi (1162-ci il) və Möminə xatun türbəsi (1186-cı il) monumentallığı, memarlıq bölgülərinin həlli, həndəsi ornamentlərinin düzümü baxımından orijinal islam memarlığı abidələridir. Bu gün də o, 800 il bundan öncə olduğu kimi göz oxşayır, ruha qida verir.

Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycanda islam ayinçiliyi ilə bağlı memarlıq həm də atəşpərəslik dövrü memarlığının bir sıra xüsusiyyətlərini, o cümlədən atəşgah memarlığı xüsusiyyətlərini özündə əks etdirir və başqa müsəlman ölkələrinin islam dövrü memarlığından bu xüsusiyyətlərinə görə fərqlənirdi.

Bundan əlavə, yerli tikinti materialı Apşeron, Ağdam Qazax daşı islam memarlığı ilə bağlı nəbati və həndəsi ornament bəzəklərinin daha çox oyma şəklində həkkinə imkan verirdi.

Bakıda Xızır məscidində (XIV əsr) və Şirvanşahlar sara­yının məscidində (XV əsr) bu oymalar xüsusilə diqqəti cəlb edir.


NƏTİCƏ
Bütün bunlar orta əsr Azərbaycanında mədəniyyətin yüksək inkişaf səviyyəsinə çatdığına dəlalət edir.Ən başlıcası isə İslamı qəbul etməklə Azərbaycan Yaxın və Orta Şərqin bir çox ölkələri ilə beynəlxalq əlaqələrini inkişaf etdirə bilmiş, başqa xalqların mədəniyyət sahəsindəki nailiyyətlərindən bəhrələnmək imkanı əldə etdiyi kimi, özünün də bu sahədəki uğurlarını digər xalqlara ötürmək imkanı qazanmışdı.426

ƏLAVƏLƏR

İSLAM

XRONOLOGİYALARI

1-HZ. PEYĞƏMBƏRİN (SƏS) TƏBLİĞ XRONOLOGİYASI


571

-Əbrəhə və ordusunun Məkkəyə yürüşü və məğlub olması. (Fil hadisəsi)

-Hz. Peyğəmbərin (səs) atası Abdullahın vəfatı.

571-575

-Hz. Mühəmmədin (səs) doğulması.

-Hz. Mühəmmədin (səs) Hz. Halimə tərəfindən böyüdülməsi və “Bəni Sə’d”ə verilməsi.

-Yəmənin İranlılar tərəfindən fəthi.

-Xristian Həbəşlərin sürülməsi.

575

-Yəhudi kralı “Zu Nuvas”ın Yəməndəki

-Xristianları öldürməsi.



575-597

-Yəməndə İran hakimiyyəti.

576

-Hz Peyğəmbərin (səs) anası Əminənin vəfatı.

578

-Hz Peyğəmbərin (səs) babası Əbdülmüttəlibin vəfatı.

-Hz Peyğəmbərin (səs) himayəsinin əmisi Əbu Talibin üstünə keçməsi.

585

-“Ficar” müharibəsi.

582

-Hz Peyğəmbərin (səs) Suriyaya ilk səyahəti, Bahira ilə görüşü.

586

-Hz Peyğəmbərin (səs) Hz. Xədicə tərəfindən işə alınması.

595

-Suriyaya ikinci səyahat.

-Hz Mühəmmədin (səs) Hz. Xədicə ilə evlənməsi.

605

-Kəbənin yenidən inşasına yardım etməsi.

610

-Peyğəmbərliyin verilməsi (İyun). Qur’an vəhyinin başlaması.

-Hz. Xədicə, Hz. Əli və Hz. Əbu Bəkirin İslamı qəbul etmələri.

-Hz. Fatimənin dünyaya gəlməsi.

613

-İslamın aşkar şəkildə təbliğ edilməyə başlamışdır

-Məkkəlilərlə ixtilaf.

615

-Hz. Həmzənin (ra) İslamı qəbul etməsi.

-Həbəşə ilk müsəlman hicrəti.

-Hz. Ömərin (ra) İslamı qəbul etməsi.

616

-Həşim oğullarının ümumi baykotu.

-İlk muhacirlərin qayıdışı.

617

-Müsəlmanların “Həbəşistan”a ikinci hicrəti.

619

-Əbu Talibin ölümü.

-Hz. Xədicənin vəfatı

-Taifdə qəbilə himayəsi axtarması və İslamı təbliğ etməsi.

620

-Hz. Mühəmmədin (səs) Əbu Bəkrin (ra) qızı Aişə (r.anha) ilə nışanlanması.

-Yəsribdəki (Mədinə) “Övs” və “Xəzrəc”dən ilk müsəlmanlar.

621

-İlk “Əqəbə” beyəti .

-“İsra” və “Merac” hadisələri.

622

-İkinci “Əqəbə” beyəti.

-Hz. Peyğəmbərə (səs) Məkkəlilər tərəfindən ilk süi-qəsd təşəbbüsü.

-Miladi 16 İyul, “Hicrət” (Hz Peyğəmbərin (səs) Peyğəmbər şəhəri adlandırılan “Yəsrib”ə köçməsi. (Hicri: 1/1/1)

1/622

-Hz Peyğəmbərin (səs) bir məscid və ev inşa etməsi.

-İslam qardaşlığının yeni bir sosial nizam olaraq təsis edilməsi.

-İlk İslam “Mədinə Şəhər Dövləti”ni təsis etməsi.

-Mədinə müqaviləsi, Mədinə konstitusiyasının hazırlanması.

-Hz. Mühəmmədin (səs) Hz. Aişə ilə evliliyi.

-İlk əzan.

-Abdullah ibn Səlam İslamı qəbul edir.

-Yəhudilər “Övs” və “Xəzrəc” birliyini pozmağa çalışırlar.

1/623

-Hz. Həmzənin “Yenbu” yaxınlarındakı Məkkəlilərə yürüşü.

-“Hərrar” yürüşü.

2/623

-“Vəddan” yürüşü.

-“Finhas” hadisəsi.

-“Buvat” yürüşü.

-“Zül-Üşeyrə” səfəri.

2/624

-Kə’bənin (namazda) qiblə təyin edilməsi.

-“Bədir” müharibəsi. (Müsəlmanların ilk zəfəri)

-“Bəni Kaynuka” yürüşü.

3/624

-“Bəni Süleym” yürüşü.

-“Zu-Əmər” yürüşü.

-“Kirədə” yürüşü.

3/625

-Hz Peyğəmbərin (səs), Hz. Ömərin qızı Hafsa ilə evlənməsi.

4/625

-“Həmratül-Əsəd” yürüşü.

-Hz. Əlinin (ra) Hz Mühəmmədin (səs) qızı Fatimə (r.anha) ilə evlənməsi.

-“Rəci” yürüşü.

-“Bi’ru Mauna”da İslama xəyanət.

-“Bəni Nadir” yürüşü.

4/626

“Ühüd” Müharibəsi.

-Hz. Həmzənin (ra) şəhid edilməsi.

5/626

-İlk “Dumətül-Cəndəl” yürüşü.

5/627

-“Müreysi” yürüşü.

-Hz. Aişəyə şər atma-“ifk” hadisəsi.

-“Xəndək” müharibəsi.

-“Bəni Qüreyzə” yürüşü.

6/628

-İkinci “Dumətül-Cəndəl” yürüşü.

-“Fədək” yürüşü.

-“Xeybər” yürüşü.

-Məkkə ilə “Hüdeybiyə”sülhü.

-Digər ölkələrə islamı təbliğ etmək üçün elçilər göndərilməsi.

7/629

-İlk İslami Həcc.

-Xəlid ibn Vəlid və Amr ibn As İslamı qəbul edirlər.

8/629

-“Zatül-Ətləh”də Müsəlman elçilərin şəhid edilməsi.

8/630

-“Məkkə” yürüşü.

-Məkkəlilərin İslamı qəbul etməsi.

-Bütlərin sındırılması, Kəbənin bütlərdən təmizlənməsi.

-Hicazdakı Ərəb qəbilələrinin İslamı qəbul etməsi.

-Hüneyndə “Həvazin” yürüşü.

9/631

-Hz. Əbu Bəkir rəhbərliyində ikinci həcc.

-“Təbük” müharibəsi.

10/631

-“Nəcran” (Yemən)-dan gələn Xristian elçilərin Mədinəni ziyarət və İslam dövlətini “ümmət” olaraq qəbul etmələri.

-Elçilər ili: Ərəb qəbilələri İslama girdilər və sədaqətlərini bildirdilər.

-Vida Həcci.

10/632

-Hz. Mühəmmədin oğlu İbrahimin vəfatı.

-Hz. Peyğəmbərin son həcci ziyarəti.

-Qur’an vəhyinin tamamlanması.

11/632

-“Mutə” yürüşü.

-Hz. Peyğəmbərin vəfatı 427

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin