610
|
Hz. Mühəmmədə (səs) peyğəmbərlik verilməsi.
|
633
|
Hz. Əbu Bəkir (ra) dövründə Qur’ani-Kərimin kitab halına salınması.
|
665
|
Hz. Osman (ra) dövründə Qur’ani-Kərimin əsas nüsxəsinin çoxaldılıb yayılması. (H. 30)
|
687
|
Qədim əsərlərin Ərəbcəyə tərcümə edilməsinə başlanılması.
|
699-766
|
Şiə inancına görə 12 İmamından altıncısı olan Cəfər Sadiq. (H.83-128)
|
699-767
|
Hənəfi məzhəbinin qurucusu İmam Əzəm Əbu Hənifə Numan ibn Sabit. (H. 80-150)
|
707
|
İlk xəstəxananın Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlik dövründə təşkili.
|
711-795
|
Maliki məzhəbinin qurucusu İmam Malik ibn Ənəs. (H. 93-179)
|
767-819
|
Şafi məzhəbinin qurucusu İmam Şafii -Abdullah ibn Məhəmməd. (H.150-204)
|
...?..-944
|
E’tiqadi məzhəblərdən “Maturudiyyə” məzhəbinin İmam Əbu Mənsur Məhəmməd ibn Məhəmməd əl- Maturidi. (280-332)
|
721-815
|
Atomun daxilində böyük enerji ehtiyatı olduğunu, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə malik olduğunu ilk dəfə söyləyən “kimyanın atası” ləqəbli Cabir ibn Həyyan (bununla da atom bombası fikrinin banisi) olmuşdur. Cabir əsrlərlə bundan əvvəl qurduğu xüsusi laboratoriyada apardığı tədqiqatlar nəticəsində bir çox kimyəvi turşuları kəşf etmişdir.
|
739-805
|
12 əsr əvvəl ilk Kağız fabrikini təsis edən Abbasi vəziri (nazir) İbn Fəzl.
|
751
|
Kağız sənətinin, onu çinlilərdən öyrənmiş türklərdən ərəblərə keçməsi.
|
776-869
|
Daha çox ədəbiyyat və kəlam sahəsində tanınan Cahiz, eyni zamanda zoologiya və antropologiyanın da əsasını qoyanlardan sayılır.
|
776
|
Kordova məscidinin inşasına başlanılması.
|
780-850
|
Cəbr elminin təməlini qoymuş Xarəzmi ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O, “əl-Cəbr vəl-Müqabilə” adlı ilk cəbr kitabını yazmışdır. (Kitabın adındakı “Əl-Cəbr” sözü qərblilər tərəfində təhrif olunaraq “Alqebra” şəklinə düşmüşdür.)
|
780-855
|
Hanbəli məzhəbəinin qurucusu İmam Əhməd ibn Hanbəl. (H. 164-241)
|
785-886
|
Mədd-Cəzir hadisəsini ilk dəfə kəşf edən, Avropalıların Albumasar adı ilə tanıdığı məşhur astronom Əbu Mə’şər. (Cəfər ibn Məhəmməd əl-Bəlxidir).
|
789
|
Rəmlədə sivri kəmərlərin işlədilməsi.
|
786-809
|
Ərəb şe’rinin inkişafı. (Harun ər-Rəşid dövrü)
|
794
|
Bağdadda ilk kağız fabrikinin təsis edilməsi.
|
796-866
|
Qərbdə Alxindus və Alxandrinus adı ilə məşhur olan ilk İslam filosofu əl-Kindi.
|
800
|
Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən Frenk İmparatoru “Şarlman”a hədiyyə olaraq 12 qapaqlı bir saatın göndərilməsi. (Həmin saat qərb aləmində saatların əsasını qoydu)
|
803-873
|
Astronom Məhəmməd ibn Musa.
|
813
|
Abbasi xəlifələrindən “Mə’mun” dövründə Mosul vilayətində Musa qardaşlar elmi təcrübə ilə dünyanın kürəvi olduğunu sübut etmiş və onun çevrəsinin uzunluğunun 39 milyon 759 min 600 metr olduğunu göstərmişlər.
|
813-833
|
Ərəb şerinin inkişafı. (Xəlifə Əl-Mə’mun dövrü)
|
...?...-815
|
Üstürlabla (astrolyabiya) ilə əlaqəli ilk əsəri görkəmli astronomiya alimi Maşallah yazmışdır.
|
815-895
|
Dinavəri
|
800
|
Misirdə kağız fabrikinin qurulması.
|
872-936
|
E’tiqadi məzhəblərdən “Əş’ariyyə” məzhəbinin qurucusu İmam Əbul-Həsən əl-Əş’ari (H. 260-324)
|
829-889
|
Filoloq, tarixçi və hədisçi kimi tanınan Bağdad lüğət elmi məktəbinin ilk təmsilçisi İbn Küteybə. (Əbu Muhamməd Abdullah İbn Mudin İbn Kuteybə əd-Dinavari)
|
830
|
Bağdadda “Darül-Hikmə”nin təşkil edilib istifadəyə verilməsi.
|
836-901
|
Differensial hesab Nyutondan əvvəl böyük İslam riyaziyyatçısı və mexanikaçısı Sabit ibn Qürra tərəfindən kəşf edilmişdir. Həndəsi cəbrdən də ilk dəfə istifadə edən şəxs Dekart (1596-1650) deyil, Sabit ibn Qürra olmuşdur. (O, müsəlmanların Evklidi hesab edilir.)
|
850-925
|
, Həkimliyi qədər böyük kimyagər olmuş filosof Ər-Razi sulfit turşusunu, saf spirti kəşf etmişdir.
|
858-929
|
Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesablayan, dünyanın ən məşhur 20 astronomundan biri qəbul edilən, hazırladığı “Sabi cədvəlləri” adlı astronomik cədvəllər Kopernik (1473-1543) dövrünə qədər Avropada əsas mənbə hesab edilən, öz dövrünün ən böyük astronomiyaçı və riyaziyyatçısı Əl-Bəttani olmuşdur. (Latınlar tərəfindən ona Albategnius, Albatenius deyilir.)
|
865-925
|
Şərq və qərblilər tərəfindən tanınan İslam tibb elmində İbn Sinadan sonra ikinci loğman sayılan Zəkəriyyə ər-Razi çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır. (O, Latınlar tərəfindən Rhazes adı ilə çağrılır)
|
..?..-970
|
Hədis elmində mühəddislərin imamı, hafizlərin şeyxi, Qur’andan sonra ən mötəbər olan “Səhihi-Buxari” hədis toplusunun müəllifi İmam Buxari. (H.256)
|
..?..-863
|
Dünyada məşhur ilk islam riyaziyyatçısı və cəbr elminin də atası Musa Havarizmi.
|
850-888
|
Rayt qardaşlarından 1000 il əvvəl (880-ci il) ilk uçan cihazı kəşf edib, uçmağı gerçəkləşdirən; mexanika, ədəbiyyat, astronomiya və musiqi sahələrində tanınmış Əndəluslu böyük islam alimi İbn Firnas. O, quş tükü və qumaş parçadan istifadə etməklə hazırladığı təyyarədə uzun müddət havada qaldı və süzərək yerə endi. (Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər).
|
872-936
|
E’tiqadi məzhəblərdən “Əş’ariyyə” məzhəbinin qurucusu İmam Əbul-Həsən əl-Əş’ari (H. 260-324)
|
888-912
|
Əl-Qəbrinin kuplet şəklini şerə daxil etməsi.
|
IX əsr
|
Astronomiya sahəsindəki əsərləri Avropada 700 il ərzində dərs vəsaiti kimi tədris edilmiş Fərqani, eyni zamanda günəşdəki ləkələri də kəşf etmiş və Ekliptika müstəvisi meylinin əyrilərinin qiymətini düzgün hesablamış ilk alimdir.
|
IX əsr
|
Cəbr elmində kvadrat tənliklərin bütün nümunələrinin həlli təməlini qoyan İslam alimlərindən İbn Türk. (Əbülfəz Əbdülhəmid İbn Vasidir).
|
IX-X əsrlər
|
Əhməd ibn Musa “Qəribə sistemlər” adlı əsərində 1000-ə qədər avtamatik nəzarət sistemli cihazın planını vermişdir.
|
931
|
Bağdadda həkimlərin rəsmi imtahana cəlb edilməsi.
|
931
|
Əndəlus Əməvi dövlətində “Mədinətüz Zəhra”sarayının tikilməsi (H. 319).
|
940-998
|
Tangens, kotengens, kosinus anlayışını triqonometriyaya və ümumiyyyətlə elmə gətirən riyaziyyatçı Əbül-Vəfa olmuşdur.
|
950
|
Əndəlusda (İspaniya) kağız fabrikininin qurulması.
|
965-1039
|
Optika elminin qurucusu, fotoapparatın kəşfinə səbəb olan əsasların banisi böyük fizik İbn Heysəm. “Görüntülər” kitabı ilə R. Bekon (1214-1294), Keplar (1571-1630) və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm aləmində əsas əsər sayıldı. İşığın sferik güzgülərdə əks olunması mexanizmi də onun adı ilə “Əl-Xazin problemi” (İbn Heysəmin Avropadakı adı) adlandırılır.
|
XV əsr
|
Vasko Da Qamaya (1450-1554) dünya səyahətində İbn Macid yol göstərmişdir. O xəritəçiliyi ilə də məşhur olan coğrafiyaçı və dənizçi bir alimdir.
|
..?..-1100
|
9 əsr əvvəl ilk torna dəzgahını İbn Kərakə qurmuşdur.
|
870-950
|
Böyük Türk-İslam filosofofu və elm adamı olan Fərabi səsin ilk dəfə fiziki izahını vermişdir. (O, Latınlar tərəfindən Alpharabius adı ilə tanınır.)
|
972
|
Fatimilər tərəfindən Misirdə (Qahirə) əl-Əzhər camisinin inşa edilməsi (H. 362).
|
..?..-951
|
Avropaya riyaziyyatı öyrədən Misirli İslam alimi Əbu Kamil. ( O, Riyaziyyatçılar arasında İbn Əsləm əl-Hasibi adı ilə çağrılır)
|
980-1037
|
Əsərləri Avropa universitetlərində 600 il əsas kitab olaraq oxudulan dahi həkim, filosof, fizikaçı, astronom və geologiyanın qurucusu olan İbn Sina. (qərblilər tərəfindən Avisenna adı ilə məşhur olmuşdur).
|
988
|
İbn Nədim, “əl-Fihrist = Elmlərin kataloqu” adlı əsərini nəşr etdirmişdir.
|
..?..-994
|
1000 il əvvəl kanser (xərçəng) əməliyyatı aparan müsəlman cərrah və günümüz üçün də öz aktuallığını qoruyub-saxlayan ilk müfəssəl tibb ensiklopediyasını (Kitabül-məliki) tərtib edən Əli ibn Abbas olmuşdur.
|
955
|
Qahirədə “Darül-Hikmə”nin təsis edilməsi.
|
973-1051
|
Yer planetinin həm öz oxu ətrafında fırlandığı, həm də Günəşin ətrafında dolandığını ilk dəfə sübuta yetirən, yer kürəsi səthinin sahəsini hesablayan və elmin müxtəlif sahələrində əsərlər yazan böyük dahi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni) olmuşdur. Yenə O, 18 növ maddənin xüsusi çəkisini hesablamış, suyun qatılığını tapmışdır. Biruni indiki Amerikanın yerində torpaq olduğunu Avropadan əsrlərlə öncə xəbər vermişdir.
|
998-1067
|
Qərb dünyasına müalicə üsullarını öyrədən İslam alimi Əli ibn Rizvan ibn Əli ibn Cafər əl-Misri.
|
994-1064
|
Allah eşqinin tərbiyə edilməsinə dair ilk nəzəriyyənin banisi və din tarixçisi, böyük dilçi, kəlamçı, tarixçi və faqih İbn Həzm.
|
X əsr |
1000 il əvvəl miniatürlü coğrafiya kitabı yazan İlk müsəlman coğrafiya alimi İstəxri. (Əbu İshaq İbrahim ibn Muhamməd əl Farisi əl-İstəxridir).
|
X əsr |
Müxtəlif elm sahələrinə aid 52 kitabdan ibarət bir ensiklopediya yazmış böyük alim İxvanüs-Səfa.
|
1000
|
İlk dəfə göz xəstəlikləri haqqında kitab yazan müsəlman tibb alimi, orta əsrin ən məşhur göz həkimlərindən olan Əli ibn İsa. (İslam dünyasında “Kəhhal”, Avropada isə “Holy Jezu” adı ilə məşhur olmuşdur).
|
XI əsr
|
İlk dəfə katarakt əməliyyatını gerçəkləşdirən, XI əsrin ən tanınmış və orijinal göz həkimlərindən biri sayılan Əmmar..
|
..?..-1009
|
Qalileydən əvvəl saatın sarğacını ilk kəşf edən, dəyərli müsəlman riyaziyyatçı, astronomiyaçı olan və Triqonometriyadakı dəyişən formulları kəşf edən İbn Yunus. (Elm dünyasında İbn Yunus, Avropada isə Aben Jonis adı ilə tanınır
|
..?..-1009
|
İbn Cəssar, min (1000) il bundan əvvəl cüzam xəstəliyinin yaranma səbəblərini və müalicəsini göstərmişdir.
|
1023
|
Avropa cərrahiyyəsinin ustadı Əbül-Qasımın vəfatı.
|
1019-1129
|
Daha çox Bağdadda məşhur olan, müsəlman riyaziyyatçılarının ən böyüklərindən biri Əl-Kərhi.
|
1029
|
Türk əmirlərindən “Səbüktəkin oğlu Nasr” tərəfindən ilk “Nasiriyyə” mədrəsələrinin təsis edilməsi.
|
1029-1087
|
Dövrünün ən dəqiq və əlverişli üstülab növünü kəşf edən İspaniyalı astronomiyaçı və riyaziyyatçı böyük alim əz-Zərkalidir. (O, Latınlar tərəfindən Arzaşel kimi tanınır.)
|
1038-1123
|
Nyutona aid edilən binom formulunu cəbrə gətirən alim, şair və riyaziyyatçı Ömər Xəyyam.
|
1065
|
Böyük Səlcuqi vəziri “Nizamülmülk” tərəindən Bağdadda “Nizamiyyə”
mədrəsələrinin təsis edilməsi (H. 458)
|
1074
|
Böyük Səlcuqi padşahı “Cəlalüddövlə Məlikşah” dövründə Bağdadda rəsədxana təsis edilməsi. Burada Padşah adına ilbaşının ilk günü baharın başlanğıcı olan 22 Mart qəbul edilmiş, “Cəlali Təqvimi”adında Türk təqviminin tərtib edilib istifadəyə verilməsi.
|
1095-1188
|
Əmir Üsamə ibn Münqiz
|
1091-1162
|
Əsrlərcə əsərləri Avropada dərslik olaraq oxudulan Əndəluslu həkim İbni Zühr ən böyük müsəlman həkimlərdəndir. (Avropada Avenzoar deyə adlanmışdır).
|
1100-1166
|
850 il əvvəl bu günkünə çox bənzər dünya xəritəsi tərtib etmiş coğrafiyaçı İdrisi (Əbu Abdullah ibn Məhəmməd ibn Abdullah ibn İdris əl Həmmudi əl Həsənidir.) əczaçılıq sahəsində uzun müddət elmi araşdırmalar aparmışdır.
|
1058-1111
|
Gənc yaşda elm adamı adını qazanan İslam dünyasının əvəzolunmaz görkəmli mütəfəkkiri Qəzzali. (Latın dünyasının Alqazel adı ilə tanınır.)
|
1078-1116
|
Bağdadda “Qədiri” təriqətini quran Əbdülqadir Geylani.
|
1118-1182
|
Böyük sufi Əhməd ər-Rifai.
|
1126-1198
|
Gözdəki retina təbəqəsinin funksiyası barədə ilk dəfə mə’lumat verən və əsərləri Avropada əsrlərlə oxudulan, (qərb dünyasının Averroes deyə tanıdığı) məşhur mütəfəkkir, filosof İbn Rüşd.
|
1136-1206
|
Hər kəsi heyrətdə qoyan mexanik cihazlar düzəldən (Öz-özünə oxuyan tovuz quşları, avtomat saatlar, robot fillər və s.) və 8 əsr əvvəl kibernetikanın (avtomatik sistemin) təməlini qoyan Əbül-İzz İsmayıl əl-Cəzəri olmuşdur.
|
1141-1214
|
Tövhid, münaciat, nə’t və mədhiyyələrə geniş yer verdiyi məsnəvilərində məcaz və təşbih kimi ədəbi sənətləri çox zəngin olan ədəbi əsərlərin müəllifi böyük müsəlman şairi Nizami Gəncəvi
|
..?..-1145
|
“əl-Kəşşaf” adlı Qur’an təfsirinin sahibi Quranşünas alim Zəməxşəri. (H. 538)
|
1162-1231
|
Böyük filosof və elm adamı Əbdüllətif əl-Bağdadi.
|
1165-1240
|
Dantenin ilham mənbəyi olan, görkəmli sufi alim İbn Ərabi.
|
..?.. -1166
|
Buxarada Şeyx Yusif Həmədaninin yanında təlim-tərbiyə aldıqdan sonra Daşkənd bölgəsində İslamiyyəti yayan Əhməd Yəsəvi, müridləri (Xorasan ərləri) vasitəsilə Xorasan, Xəzər ətrafı, Azərbaycan və Anadolu xalqının müsəlman olmasında rol oynamış böyük İslam dəvətçisidir.
|
1190-1248
|
Orta əsrin ən böyük botaniki və əczaçısı olmuş İbn Baytar. O, öz kitabında 1400-ə yaxın bitki və dərman növünün təsvirini vermiş və həmin əsər XVI əsrə qədər bu sahədə əsas elm mənbəyi olmuşdur.
|
XI-XII əsr
|
Yerin cazibə qüvvəsi haqqında izahları ilə diqqəti cəlb edən Xazini, havanın sıxlığını hesablamış, küləyin sürəti ilə hava sıxlığı arasındakı əlaqəni Toriçellidən (1608-1647) əvvəl kəşf etmiş, suyun və müxtəlif maddələrin xalis çəkilərini müəyyən etmiş və tərəzilərlə ciddi mənada məşğul olmuşdur. (Əsl adı Əbül-Fəth Abdurrəhman əl-Mənsur əl-Xazini)
|
XII əsr
|
İbn Əvvamın kənd təsərrufatına aid kitabları orta əsrdə çox məşhur olmuşdur.
|
1201-1274
|
Riyaziyyatçı, astronom, fizik, məntiqçi, kəlamçı və əxlaq təliminə dair qüdrətli alim və filosof olan Nəsrəddin Tusi İslam aləminin son dövr ensiklopedik alimlərindən biridir. (Triqonometriya sahəsində ilk ciddi əsərin müəllifi də O olmuşdur.)
|
1202-1270
|
Tibb tarixinə aid misilsiz əsər yazan məşhur tibb tarixçisi İbn Əbi Üseybi’ə. (Müvəffəq əl-Din Əbul-Abbas Əhməd ibn Qasim əs-Saadi əl-Xəzrəci)
|
1203-1283
|
Orta əsrin Herodotu müsəlmanların Pliniusu astronom və coğrafiyaçı alim Zəkəriyyə əl-Qəzvini. (Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud Əbu Yəhya)
|
1207-1273
|
Böyük türk mütəfəkir və sufisi Mövlana Cəlaləddin Rumi.
|
...?...-1209
|
“Təfsiri Kəbir”in sahibi İmam Fəxrəddin Razi. (H. 606)
|
1210-1288
|
Kiçik qan dövranını avropalılardan üç əsr əvvəl (ilk dəfə) kəşf etmiş tibb sahəsində böyük nüfuz sahibi, islam dünyasının ən məşhur həkimlərindən biri olmuş İbnun-Nəfs.
|
1213-1291
|
Bustan” və “Gülüstan”ın müəllifi böyük İslam tərbiyəçisi şeyx Sədi Şirazi.
|
...?...-1232
|
Məşhur İslam tarixçilərindən “İbn Əsir” (H. 630)
|
1232-1492
|
Nasirilərin, Qırnatada “Əl-Həmra”sarayını inşa etməsi.
|
1236-1311
|
Tibb və sufilik təhsili almış İslam aləminin böyük mütəfəkkirlərindən biri olmuş Qutbiddin Şirazi.
|
1240-1320
|
Həm mədrəsə təlimi görən, həm də təkyə tərbiyəsi alan bir çox dini şerlər (ilahi) deyən, həyatı boyu İsalm qardaşlığını müdafiə edən Haqq aşiqi Dərviş Yunis Əmrə.
|
1256-1321
|
Mərakeşli məşhur müsəlman riyaziyyatçısı və sufi alim İbnül-Bənna
|
1271-1331
|
Qələmi qılıncından güclü bir dövlət adamı, tarixçi və coğrafiyaçı Əbül-Fida.
|
...?...-1285
|
Fiqh və kəlama aid əsərləri olsa da daha çox Maliki fiqhi ilə məşğul olan əl-Qərafinin həm də optikaya aid yazdığı elmi əsəri “Kitabul-İstibsar fi ma Tudrikuhu əl Əbsar” xüsusilə məşhurdur.
|
XII əsr
|
Cabir ibn Əflah, ulduzların yerini və parlaqlıq dərəcələrini ölçən azimut bucağını avropalılardan xeyli əvvəl tapmış müsəlman alimi. Alman astronomu Rejintan isə yalnız 300 ildən sonra eyni metodla buna uyğun nəticəni əldə etdi. Kəfkirli günəş saatını icad edən orta əsrin ən böyük astronom və riyaziyyatçılarından olan da Odur. (Avropada “Geber filius Affle” adı ilə məşhur olmuşdur.)
|
1270
|
Ərəblərin (müsəlmanların) Qubilay Xana top emal etməsi
|
1304-1369
|
İbn Bəttutə 29 il ərzində ölkələri, qitələri gəzmiş və misilsiz əsərlər yazmışdır. Onun tarix və coğrafiya səyahətnamələrinin hər bir vərəqi bir elm xəzinəsidir.
|
1304-1376
|
Bir çox astronomiya alətləri düzəldən və bir çox əsərlərin sahibi olan böyük müsəlman astronomu İbn Şatir.
|
1313-1374
|
Vəbanın yoluxucu xəstəlik olması barədə ilk dəfə elmi yolla fikir söyləyən İbn Xətib, vəzir, şair və böyük həkimlərdən biri olmuşdur.
|
...?...-1320
|
İbn Heysəm kimi böyük bir riyaziyyatçı, fizika və astronomiya alimi Kəmaləddin Farisi. (Məhəmməd ibn əl-Həsən əbul Həsən.
|
1332-1406
|
Tarixşünaslığın ən görkəmli simalarından olmuş İbn Xəldun sosiologiya elminin də təməlini qoyan hesab edilir. O, öz əsərləri ilə bir çox Qərb alimi üçün yol açmışdır. İctimaiyyətçi, mütəfəkkir və filosof olan İbn Xəldun tarix fəlsəfəsini kəşf etmişdir. İbn Xaldun İslam aləminin yetişdirdiyi ən böyük tarix fəlsəfəçisi və keçmiş gələcək bütün dövr və ölkələrdəki bənzərlərinin hamısına örnəkdir.
|
1325
|
İbn Bəttutə, dünya səyahətinə başlamışdır.
|
1337-1430
|
Məşhur türk riyaziyyatçısı və astronomiya alimi olan Qazızadə Rumi dini və dünyəvi elmlərlə bərabər fəlsəfə dərsləri alır.
|
1344-1405
|
Avropalılardan 400 il əvvəl zoologiya ensiklopediyası yazan islam alimi Damiri (i) Şafi məzhəbinə mənsub olub kəlamçı və sufi bir şəxsiyyət, Kəlam və fiqh mövzusunda müxtəlif əsərlər tərtib etmiş alim.
|
XIII əsr
|
Bitruci (Nurəddin Əbu İshaq) planetlərin eyni zamanda epitsikl və deterent üzrə hərəkətinin yalnışlığını sübut edərək xarici mərkəzli dairələr boyunca hərəkəti barədə nəzəriyyəni alt-üst edərək Kopernikə yol açan Əndəlusun yetişdirdiyi böyük astronomlardandır. (Avropada “Alperaqius” adı ilə çağrılır)
|
...?...-1348
|
Vəba xəstəliyinin mahiyyətini və yoluxma səbəbini izah edən alim İbn Xətib.
|
...?...-1429
|
Onluq kəsr sistemini tapan, bu mövzuda əsər yazmış ilk riyaziyyat və astronomiya alimi Qiyasəddin Cəmşiddir. Riyazi hesabatlarda ilk dəfə vergüldən istifadə edən də o olmuşdur.
|
1349-1405
|
Dəmiri Heyvanlar aləminin incəlikləri barədə yazdığı “Həyatül-həyəvan” əsəri ilə zoologiya elminə zənginlik gətirmişdir.
|
1389-1459
|
Fateh Sultan Məhmədin tərbiyəçisi və müəllimi Ağşəmsəddin Pasterdən 400 il əvvəl mikrobu kəşf edən, “Bədən və ruhların həkimi” kimi məşhur olan böyük müsəlman türk həkim və sufisi.
|
1394-1449
|
Hökmdar olmasına baxmayaraq, özünü elmə həsr etmiş Uluqbəy məşhur Səmərqənd rəsədxanasını tikdirib orada geniş elmi işlər apararaq (1422-ci ildə), öz dövrünün ən böyük astronomu oldu.
|
1498-1556
|
Öz fəlsəfi baxışları və müstəsna duyum incəliyi ilə dünyada seçilən, məhəbbət şairi kimi tanınmış, əslində öz əsərlərindəki təkzibedilməz dəlillərlə eşqin, məhəbbətin şəxsi münasibət çərçivəsinə əsal sığışmayan, ölçü və əhatə etdiyi sahə etibarı ilə ən geniş mənalı bir mənəvi anlayış olduğunu sübuta yetirmiş qlobal məhəbbət araşdırıcısı, şair Məhəmməd Füzuli
|
...?...-1436
|
Qiyasəddin Cəmşid əl-Kaşi və ya əl-Kəşani, türk əslli riyaziyyatçı, tibb və riyaziyyatçı alimdir.
|
...?...-1474
|
“Öz əsrinin Ptolomeyi” adını qazanmış Əli Quşçu, ekliptika müstəvisinin bugünkünə çox yaxın olan meylini hesabladı (23o, 30ı, 13ıı; müasir nəticə 23o 27ı-dir).
|
1432-1481
|
Havan artileriya topunu ilk dəfə düzəldib işlədən böyük dövlət adamı Fateh Sultan Məhməd olmuşdur.
|
1465-1553
|
Böyük türk dənizçisi, admiralı və coğrafiya alimi olan Piri Reis, 400 il əvvəl bugünkünə çox yaxın olan bir dünya xəritəsi çəkmişdir. Onun öz “Kitabı Bəhriyyə”sində Amerikanın varlığından bəhs etmişdir.
|
1489-1588
|
Me’mar Sinan səviyyəsinə bu gün belə çatmaq mümkün olmayan dahi bir mə’mar olmuşdur. Onun öz kitabı “Təzkirətül-Əbniyyə”yə görə 364 əsəri mövcuddur.
|
1543-1628
|
Şeyx M. Muhyiddin Üftadəyə intisab etdi, canı-dildən bağlandı, daha sonra özü də şeyx olan Əziz Mahmud Hüdayi həzrətləri özündən sonra minlərlə mürid, zəngin vəqflər qoyaraq bu dünyadan köçdü. (Qəbri İstanbul Üsküdardakı məscid kompleksi daxilində ziyarətgahdır).
|
1564-1624
|
Əhli-Sünnə yolundakı təsəvvüfün böyük şəxsiyyətlərindən olan İmam Rəbbani (Əhməd ibn Abdullah ibn Zeynalabidin əs-Sərhəndi əl-Faruqi) həyatı boyu İsalmın saflığını müdafiə etmiş, xurafata qarşı qəti mübariz olmuşdur.
|
1564-1642
|
Qalileydən də əvvəl kəfkirli saatdan İbn Yunus istifadə etmişdir.
|
1609-1657
|
Osmanlılarda intibahın (Renesansın) müjdəçisi, çoğrafiyaçı və təfəkkür adamı olan Katib Çələbi.
|
1611-1682
|
Dünyanı qarış-qarış dolaşmış böyük səyyah Övliya Çələbi coğrafiyanın bir elm kimi ortaya çıxmasına güclü təkan vermişdir.
|
1703-1780
|
Böyük Türk elm adamı və mütəfəkkiri, Allah aşiqi, sosiolog, psixolog, astronom və şair olan Ərzururmlu İbrahim Həqqi.
|
1730-1791
|
Son dövrlərin ən böyük türk riyaziyyatçılarından biri olan İsmayıl Gələnbəvi loqorifmanın ortaya çıxması və istifadə etmə qaydalarını izah edən ilk elm adamıdır.
|
...?...-1761
|
Vərəm mikrobunu R. Koşdan 150 il əvvəl kəşf edən, XVIII əsrin ikinci yarısında tibb sahəsində məşhur doktor Kambur Vesim (Abbas Vəsim ibn Abdurrəhman).
|
XVII əsr
|
İlk uçmağa nail olan müsəlman türk kimi tarixə düşən Həzərfən Əhməd Çələbi,qalxdığı qartal qanadları ilə İstanbuldakı Qalata qülləsindən Üsküdardakı Doğançılara qədər uçmuşdur. (Uçma layihəsini ilk gerçəkləşdirən bir alim olaraq aviasiya tarixində öz yerini alırkən, Planerçiliyin də öncülü olmuşdur).
|
XVIII əsr
|
Osmanlılarda ilk sualtı nəqliyyatı həyata keçirən (III Əhməd dövründə yaşamış) mühəndis İbrahim Əfəndi.
|
1926-1979
|
Eynşteynin (1879-1955) tədqiqat apardığı, amma 35 ildə heç nə edə bilmədiyi 4 qarşılıqlı təsirdən eyni təbiətə malik olanlarının mövcudluğunu sübut edən Pakistanlı fizika alimi prof. Əbdüssəlam 1979-cu ildə “Nobel Fizika Mükafatı”na layiq görüldü. O, bu işində zəif və elektromaqnit qarşılıqlı təsrinin bir əsasa gəldiyini göstgərə bilmiş və onların bu əsasda birləşdirilməsinə nail olmuşdur.
|