AZƏrbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qtisad un vers tet magistratura m



Yüklə 0.67 Mb.
PDF просмотр
səhifə1/7
tarix07.12.2016
ölçüsü0.67 Mb.
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLIKASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QTISAD UN VERS TET   

MAGISTRATURA MƏRKƏZI  

 

Ə

lyazması hüququnda  

Ə

M ROV VÜQAR ŞAH N OĞLUNUN 

 

« MDB REGIONUNDA BEYNƏLXALQ  NVEST S YA 

Ə

MƏKDAŞLIĞININ  NK ŞAF MEY LLƏR  » MÖVZUSUNDA  



 

MAG STR D SSERTAS YASI  

 

stiqamətin şifri və adı:                          Beynəlxalq iqtisadi münasibətlə

 

xtisasın şifri və adı:                   060401                   Dünya  qtisadiyyatı   

 

Elmi rəhbər:                                                 Magistr proqramının rəhbəri: 

dos. Quliyev M.Y                                               dos. Cəmilov M.R. 

 

Kafedra müdiri:                                                   prof. Hacıyev Ş.H.  

 BAKI  - 2014 

 

 

 



3

Referat  

Mövzunun  aktuallıgı.    Müasir  dövrdə  beynəlxalq  investisiya  əməkdaşlığı 

sferası  yeni  inkişaf  meylləri  kəsb  edir,  rəqabət  və  innovasiya  amillərinin  rolunun 

atması  ilə  xarakterizə  olunur.  Bu  baxımdan  MDB  regionu  dövlətlərinin  müasir 

inkişafı  və  iqtisadi  münasibətləri    beynəlxalq  investisiya  əlaqələrinin  rolundan 

daha  yüksək    dərəcədə  asılıdır.  Regionun    təbii  resurslarla 

ə

həmiyyətli  dərəcədə 



zəngin ölkələri eyni zamanda geoiqtisadi cəhətdən mühüm mövgeyə malikdir. Belə 

bir üstünlüklər və yeni geosiyasi konfliktlər və sanksiyalar kontekstində qarşılıqlı 

ə

məkdaşlıq  münasibətlərinin  genişləndirilməsi  və  yeni  investisiya  lahiyələrinin 



həyata  keçirilməsi    cətin,  lakin  əhəmiyyətli  dərəcədə  aktualdır.  Region  ölkələri 

üçün beynəlxalq investisiya əlaqələri müasir dövrdə infrastruktur inkişafın əsasını 

təşkil  edır.  A   və  Rusiya  ilə  investisiya  əlaqələrinin  genişləndirilməsi  region 

cərcivəsində əməkdaşlığın mühüm prioritetidir.   



Dissertasiya  işində  məqsəd  və  vəzifələr.  Regional  və  qlobal  səviyyədə 

birbaşa  xarici  investisiyalar  sahəsində 

iqtisadi  əməkdaşlıgının  inkişaf 

istiqamətlərinin 

müəyyənləşdirilməsi, 

sanksiyalar 

şə

raitində 



investisiya 

ə

laqələrinin  problemlərinin  və  potensiallarının  araşdırılması  və  istifadə 



imkanlarının  qiymətləndirilməsi,  investisiya  əlaqələri  hesabına  energi  və  iqtisadi 

təhlükəsizliyinin  təmin  olunmasında  qarşılıqlı  maraqların  təminatı,  eləcə  də 

qabaqcıl  texnologiyaları  tətbiq  etməyə  imkan  verən  əlaqələrin  genişləndirilməsi 

yollarının  müəyyənləşdirilməsi,    infrastruktur  sistemlərin  müasir  tələblər 

səviyyəsində inkişaf etdirilməsi və s. magistr dissertasiyası işində əsas məqsədlər 

kimi müəyyənləşdirilmişdir.  

Tədqiqatda  xüsusilə,  Azərbaycanın  bu  sahədə  əməkdaşlıq  potensiallarının 

qiymətləndirilməsi qarşısıyaa qoyulan başlıca məqsədlərdən biridir. Tədqiqatın bu 

kimi 

məqsədlərınə 



müvafiq 

olaraq 


 

bir 


sıra 

konkret 


vəzifələr 

müəyyənləşdirilmisdir: 



 

 



4

o

 



MDB  regionu  dövlətlərində  yeni  geosiyasi  situasiyanın  doğurduğu 

amilləri təhlil etmək; 

o

  Regionda beynəlxalq birbaşa xarici investisiya qoyuluşlarının dinamikası 



və meyllərinin araşdırılması;

 

o



  Region ölkələri ilə Azərbaycanın investisiya  əlaqələrinin təhlili;

 

o



  Investisiya  əlaqələrinin  müasir  durumunun  və  sahəvı  vəziyyətinin 

öyrənilməsi; 

 

o

  Inkisaf  etmiş  investor  ölkələrlə  beynəlxalq  birbaşa  xarici  investisiya 



qoyuluşları sahəsində əlaqələrin müqayisəli təhlili;

 

o



   Regional  və  beynəlxalq  lahiyə  və  proqramlar  çərçivəsində  investisiya 

fəaliyyəti göstəricilərinin giymətləndirilməsi;

 

o

  Qarşılıqli  ticarət  və  infrastruktur    əlaqələrinin  təkmilləşdirilməsi 



kontekstində investisiya proseslərinin araşdırılması;

 

o



  Beynəlxalq  investisiya  əməkdaşlığı  proseslərinin  regional  əhəmiyyətinin 

və rolunun qiymətləndirilməsi;

 

o

  Beynəlxalq  şirkətlərin    birbaşa  investisiyalarının  və  iqtisadi  siyasətinin 



region miqyasında müqayisəlı təhlılı və s.      

 

Dissertasiya tədgigatının elmi yeniliyi. Dissertasiya işində  tədgigatın əsas 

elmi yeniliyini aşagıdakılar təşkil edir:  

  Trans  milli  kapitalın  MDB  regionunda  beynəlxalq  inteqrasiya  proseslərinə 

təsiri qiymətləndirilmişdir; 

  Rusiyaya  qarşı  iqtisadi  sanksiyaların  beynəlxalq  investisiya  mühitinə  təsiri 

təhlil edilmişdir 

  Beynəlxalq    ınvestisiyaların  «Rekonstruksiya»,    «iqtisadi  genişlənmə»  tipli 

ə

məkdaşlıq modelləri tənlil edilmişdir;  



  Elm,  informasiya,  təhsil  istiqamətləri    əhatə  edən  investisiya  lahiyələrinin 

perspektivləri əsaslandırılmışdır; 



 

 



5

  Sanksiyalara  qədərki  dövr  ərzində  Rusiyanın  Ukraynada  neft-qaz    nəqli  və 

polad  istehsalı  sahəsində  investisiya  resursları  və  üstünlükləri  struktur 

cəhətdən qiymətləndirilmışdir; 

   Müasir  xidmət  sahələrinin  yaradılmasında  A ,  Rusiya  və  digər  ölkələrin 

investisiya fəaliyyətinin MDB çərcivəsində effektləri təhlil edilmışdir; 

 

qtisadi və geosiyasi cəhətdən investisiya əlaqələrinin potensial imkanları və 



təmayüulləri araşdırılmışdır; 

  Bank  və  maliyyə  sektorunun  MDB  çərçivəsində  iqtisadi  əlaqələrin  ivtensiv 

inkişafi baxımından investisiya əməkdaşlıöında rolu qiymətləndirilmişdir; 

  Birbaşa  xarıcı  ınvestisiyaların  perspspektivlərinin  təmin  edilməsində 

regionda investisiya mühitinin yaxşılaşdırılması yolları göstərilmişdir; 

  Azərbaycanın  müasir  iqtisadi  üstünlükləri  əsasında  Rusiya  ilə  və  MDB 

regionunda yeni ınvestisiya əməkdaşlığı istiqamətləri təklıf olumuşdur.    

Dissertasiya  isinin  informasiya  bazası.  Dissertasiya  işinin  informasiya 

bazasını  Rusiya  FSK  VƏ  Azərbaycan  Respublikası  DSK-nın  məlumatları, 

Avrostatın  və  MDB  Hökümətlərarası  Statistika  Komitəsinin,  BMT  nkisaf  

Proqramının və Dünya Bankının hesabat materialları, Avrasiya  nkişaf Bankının və 

Asiya  inkişaf  Bankının  məlumatları,  Azər

baycan  Respublikası  Xarici  şlər 

Nazirliyinin normativ- hüquqi müqavilə münasibətləri üzrə vəlumatları və s. təşkil 

edir. 


 

Dissertasiya isinin nəzəri və praktiki əhəmiyyəti.

 Dissertasiya tədqiqatinin 

nəticələri  nəzəri  və  praktiki  əhəmiyyətə  malikdir.  MDB  regionu  dövlətlərinin 

birbaşa  xarici  investisiyalar  sahəsində 

iqtisadi  əməkdaşlıgının

  sistemli  təhlilinin 

nəticələrinin  ümümiləşdirilməsi  və  beynəlxalq  institutların  analitik  informasiya 

mənbləriidən geniş istifadə əsasında alınan nəticələrin əsaslandırılması baxımından  

dissertasiya tədgigatı

 nəzəri və praktiki əhəmiyyət daşıyır. 

 Azərbaycanın və MDB 

regionu  dövlətlərinin  birbaşa  xarici  investisiya  əlaqələrinin  inkişaf  proseslərinin 

təmayülləri  ilə  bilavasitə  əlagədar  magistr  tədgigatlarında,    elmi  məruzələrin 

hazırlanmasında istifadə dissertasiya işinin praktiki əhəmiyyətını təşkil edə bilər. 



 

 



6

Dissertasiya işinin strukturu.

 Dissertasiya işi üç fəsildən ibarətdir:  

Dissertasiya  işinin  birinci  fəslində  MDB  regionu  dövlətlərinin  beynəlxalq 

iqtisadi  münasibətlərində investisiya amilinin rolu tədqiq edilmişdir.     

Dissertasiya işinin ikinci fəslində  MDB regionunda birbaşa xarici investisiya 

ə

laqələrinin inkişafinin muasir vəziyyəti və meylləri sistemli təhlil edilmişdir.  



Dissertasiya  işinin  ücüncü  fəslində  Azərbaycanın  region  dövlətləri  ilə 

investisiya əməkdaşliginin  perspektivləri tədqiq edilmişdir.  



Dissertasiya  işinin  həcmi.  Dissertasiya  işi  90  kompyuter  capı  vərəgi 

həcmində yerinə yetirilmişdir (Times New Roman 14).  



 

 

                   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



7

M Ü N D Ə R   C A T 

Referat  

Giriş..........................................................................................................................8 

I FƏSIL. MDB REGIONU DÖVLƏTLƏRININ BEYNƏLXALQ IQTISADI 

MÜNASIBƏTLƏRINDƏ INVESTISIYA AMILI  

1.1.  Birbaşa xarici investisiyaların iqtisadi inkişafda rolu və nəzəri əsasları.......11   

1.2.  Birbaşa investisiyalar MDB regionu dövlətlərinin  beynəlxalq ticarət və 

inteqrasiya əlaqələrinin inkişaf amili kimi ...................................................25 



1.3.  Ukraynada geoiqtisadi proseslər  və Rusiyaya qarşı sanksiyalar şəraitində 

beynəlxalq investisiya əməkadaşlıgı mühiti .................................................32 

 

II FƏS L. MDB REG ONUNDA B RBAŞA XAR C   NVEST S YA 

Ə

LAQƏLƏR N N  NK ŞAFININ MUAS R VƏZ YYƏTI 



2.1. MDB regionunda birbaşa xarici investisiyaların dinamikasının  təhlili...........37 

2.2. Rusiyanın xarici siyasəti və  MDB məkanında əsas investor ölkə kimi  

        mövqeyi...........................................................................................................43 



2.3. Rusiya və Azərbaycan arasında investisiya əməkdaşlığının prioritet sahələri və  

inkişaf    prosesləri...........................................................................................48 



III FƏS L. AZƏRBAYCAN IN MDB REGIONU DÖVLƏTLƏR   LƏ 

INVESTISIYA ƏMƏKDAŞLIGININ  PERSPEKT VLƏR  

3.1. Azərbaycanın iqtisadi inkişaf  strategiyası və birbaşa investisiya əlaqələri.....56 

3.2. Azərbaycanın MDB regionu ölkələri ilə investisiya əməkdaşlığının inkişaf 

perspektivlərı ..................................................................................................69 



3.3. Beynəlxalq və regional əməkdaşlıq proqramları cərcivəsində investisiya  

ə

laqələrinin inkişafı ........................................................................................75 



Nəticə və təkliflə..................................................................................................82 

Ə

dəbiyyat siyahısı .................................................................................................87 



Annotasiya .............................................................................................................90 

 

 

 



8

Giriş 

 

   

MDB regionunda birbaşa xarici investisiyalar və əməkdaşlıq prosesləri 

perspektivləri yeni inkişaf təmayülləri ilə  xarakterizə olunur. 

Müstəqil  Dövlətlər  Birliyi  Belarus  SSR,  Rusiya  SFSR  və  Ukrayna  SSR 

rəhbərləri  tərəfindən  1991-ci  il  8  dekabr  tarixində  "Müstəqil  Dövlətlər  Birliyinin 

yaradılması  haqqında  Saziş"in  imzalanması  vasitəsilə  təsis  edilmişdir.  Preambula 

və  14  maddədən  ibarət  sənəd  SSR -nin  beynəlxalq  hüquq  və  geosiyasi  reallığın 

subyekti  kimi  ləğv  olunmasını  bəyan  edirdi.  Lakin  millətlərin  tarixi  birliyini, 

onların  arasında  əlaqələri,  ikitərəfli  sazişləri  nəzərə  alaraq  tərəflər  Müstəqil 

Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr 

tarixində  Azərbaycan,  Ermənistan,  Belarus,  Qazaxıstan,  Qırğızıstan,  Moldova, 

Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata 

deklarasiyasını  imzalamışdır.  Deklarasiya  SSR -nin  ləğv  olunaraq,  MDB-nin 

yaradılmasını  qeyd  edir,  həmçinin  MDB-nin  məqsəd  və  prinsiplərini  özündə  əks 

etdirirdi.  Təşkilati  mərhələ  1993-cü  ilin  22  yanvar  tarixində  Minsk  şəhərində 

təşkilatın  başlıca  sənədi  olan  Müstəqil  Dövlətlər  Birliyinin  Əsasnaməsinin  qəbul 

edilməsi ilə başa çatdırılmışdır. 

Üzv  ölkələr.  Azərbaycan,  Özbəkistan,  Türkmənistan,  Tacikistan,  Rusiya, 

Moldova, Qırğızıstan, Qazaxıstan, Belorus, Ermənistan, Ukrayna. 



Məqsədi.  Keçmiş  SSR   ölkələri  arasında  dövlətlərarası  münasibətlərin 

qorunub  saxlanılması  məqsədi  ilə  yaradılmış  bu  təşkilat  çərçivəsində  əməkdaşlıq 

daha  çox  üzv  ölkələr  arasında  iqtisadi  inteqrasiyanın  istiqamətlərinin 

müəyyənləşdirilməsinə yönəlmişdir. 



Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan Respublikası bütün MDB ölkələri 

(Ermənistandan  başqa)  ilə  azad  ticarət  rejimini  yaratmış,  sərbəst  sərmayə  üçün 

hüquqi  baza  tərtib  olunmuşdur.  Ötən  il  MDB  çərçivəsində  "Azad  ticarət  zonası 

haqqında  Saziş"  imzalanmışdır,  hal-hazırda  Azərbaycan  Respublikasının  Sazişə 

qoşulması  ilə  bağlı  danışıqlar  aparılmaqdadır.  Bununla  yanaşı,  MDB-nin  2020-ci 


 

 



9

ilədək  qtisadi  nkişaf  Strategiyasının  ikinci  mərhələsinin  (2012-2015-ci  illər) 

həyata  keçirilməsi  üzrə  Tədbirlər  Planı  layihəsi  işlənib  hazırlanmış,  MDB 

Hökumət  Başçıları  Şurasının  18  oktyabr  2011-ci  il  tarixli  Qərarı  ilə  sözügedən 

Tədbirlər 

Planı 


təsdiq 

olunmuşdur. 

2011-ci ilin 28 iyun – 3 iyul tarixində Moskvada Ümumrusiya Sərgi Mərkəzində 

Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyinə həsr olunan Dövlətlərarası Sərgidə 

MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, Azərbaycanda müxtəlif sahələrdə 

fəaliyyət  göstərən  iş  adamları  iştirak  etmişdir.  Sərgidə  40-a  yaxın  Azərbaycan 

ş

irkətinin  250  çeşiddən  çox  məhsulları  nümayiş  olunmuşdur.  Azərbaycanın  milli 



pavilyonunda  sənaye,  kənd  təsərrüfatı,  yanacaq-energetika,  informasiya 

texnologiyaları,  mədəniyyət,  turizm  və  digər  sahələrə  dair  stendlər  təşkil 

edilmişdir. 

           28  sentyabr  2012-ci  il  tarixində  Yalta  şəhərində  MDB-nin  Hökumət 

Başçıları Şurasının növbəti iclası keçirilmişdir.  

5 dekabr 2012-ci il tarixində Aşqabad şəhərində MDB-nin Dövlət Başçıları 

Ş

urasının növbəti iclası keçirilmişdir.  



Bakıda 16-17 aprel 2013-cü il tarixində  

"MDB müsəlmanları sülh və stabil inkişaf 

tərəfdarıdırlar" mövzusunda Beynəlxalq Konfrans

 keçirilmişdir.

 

MDB məkanında milyonlarla müsəlman yaşayır, onlar cəmiyyətin inkişafına 



mühüm töhfə verir və aktiv dialoq aparır. Digər konfesiyaların nümayəndələri ilə 

tələb  olunmuş  humanitar,  maarifləndirici  layihələri  həyata  keçirirlər.  Bu  cür 

fəaliyyət  ölkələrimizin  inkişaf  maraqlarına  tam  şəkildə  cavab  verir,  cəmiyyətin 

konsolidasiyasına  xidmət  edir,  MDB  məkanında  inteqrasiya  prosesləri  üçün 

mühüm əsas rolunu oynayır.

 

Qeyd  edək    ki,  konfransın  gündəliyində  mənəvi  və  mədəni  dəyərlərin, 



vətəndaşların  dini  hisslərinin  qorunması,  dövlət  və  müsəlmən  təşkilatlarının 

ekstremizmə və radikalizmə qarşı mübarizədə qarşılıqlı əlaqələr kimi məsələlər yer 

alıb.  Ardıcıl  şəkildə  dini  fanatizmin  inkar  edilməsi  atmosferi  formalaşdırmaq 


10 

 

 



10

zəruridir.  Çünki  dini  fanatizm  mərhəmət,  qarşılıqlı  yardım  və  dözümlülük 

prinsiplərinə əsaslanan islamın mənəvi tarixini təhrif etməyə çalışır.

 

Bu baxımdan konfransın Bakıda keçirilməsi  praktiki və məzmunlu danışıq 



avrasiya  məkanında  əsrlərlə  ənənəyə  çevrilmiş  dostluq  və  əməkdaşlıq 

münasibətlərin  inkişafına,  MDB  və  uzaq  xaricin  islam  cəmiyyətlərinin  arasında 

mənəvi əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər. 

MDB  çərçivəsində  qarşılıqlı  əlaqələrin  inkişafının  humanıtar  aspektləri 

kifayət qədər əhəmiyyət kəsb edir.  nsan resurslarının inkişafı baxımından regional 

ə

məkdaşlıq dil, mədəniyyət və iqtisadi cəhətdən öz rolunu saxlamaqdadır.



 

Müasir  mərhələdə  MDB  regionunda    əlaqələrin    tarixən  yaranan 

münasibətlət kontekstində əhəmiyyətini insan resurslarının istiqamətlənməsi amili 

ə

sasında  nəzərdən  keçirmək  olar.  MDB  amilinin  rolunu    MDB-  də  insan 



resurslarının,  iqtisadı  və  investisiya    əlaqələrinin  postsovet  məkanına,  Qərbə  və 

Şə

rgə  istigamətlənməsinın müqayisəsində daha aydın görmək mümkündür.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



11 

 

 



11

I FƏSIL. MDB REGIONU DÖVLƏTLƏRININ BEYNƏLXALQ IQTISADI 

MÜNASIBƏTLƏRINDƏ INVESTISIYA AMILI 

 

 



1.1.  Birbaşa xarici investisiyaların iqtisadi inkişafda rolu və nəzəri əsasları   

 

 

Birbaşa xarici investisiyalar kapitalın beynəlxalq hərəkəti formaları arasında 

xüsusiyer  tutur.  Əmtəənin  beynəlxalq  hərəkəti  ilə  yanaşı,  tarixi  inkişafda  istehsal 

amilləri,  ilk  növbədə  isə  birbaşa  investisiyalar  formasında  kapitalın  hərəkəti 

meydana gəlmişdir. 

Birbaşa  xarici  investisiyaların  əsas  əlamətlərindən  biri  ondan  ibarətdir  ki, 

onların  əsasında  müəssisələr  arasında  uzunmüddətli  işgüzar  əlaqələr  yaranır, 

investor  vəsaitini  qoyduğu  müəssisədə  qərarların  qəbul  edilməsində  əhəmiyyətli 

rol oynamağa başlayır. 

Birbaşa xarici investisiyaların ixracı və idxalının səbəbləri kifayət qədər 

müxtəlifdir.  Əsas  səbəblər  kimi  kapitalı  maksimum  gəlir  gətirəcək  ölkədə 

yerləşdirməyə,  vergi  ödəmələrinin  səviyyəsinin  azaldılmasına  və  risqlərin 

diversifikasiyasına  göstərilən  səylər  çıxış  edir.  BMT-nin  iqtisadi  qurumlarının 

rəhbərliyi altında keçirilən çoxsaylı tədqiqatlar göstərir ki, birbaşa investisiyaların 

ixracı  və  idxalının  spesifik  səbəbləri  əhəmiyyətli  dərəcədə  üst-üstə  düşür,  lakin 

onların nisbi rolu müxtəlifdir [2]. 

Birbaşa investisiyaların ixracının səbəbləri kimi aşağıdakıları göstərmək olar: 

  Texnoloji  liderlik.  Şirkətin  satış  həcmində  elmi  tədqiqatlara  çəkilən  xərclər  nə 



qədər yüksəkdirsə onun birbaşa xarici investisiyalarının həcmi bir o qədər çox olur. 

Ə

ksinə çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların həcmi də 



bir o qədər az olacaq. Xaricə birbaşa investisiya ixrac etməklə müəssisələr onlara 

məxsus olan və onların rəqabətli üstünlüyünü təmin edən texnologiya üzərində 

nəzarəti əldə saxlamağa çalışırlar. 


12 

 

 



12

  şçi  qüvvəsinin  ixtisas  səviyyəsində  olan  üstünlük.  xtisas  səviyyəsi  adətən 



işçilərin  əməyinin  ödənilməsinin  orta  səviyyəsi  ilə  ölçülür.  Şirkətdə  əməyin 

ödənilməsi  səviyyəsi  nə  qədər  yüksəkdirsə  (aşağıdırsa),  onun  birbaşa  investisiya 

ixracı bir o qədər çox (az) olacaq . 

  Reklamda  olan  üstünlük.  Bu  üstünlük  beynəlxalq  marketinq  üzrə  toplanmış 



təcrübəni  əks  etdirir.  Şirkətin  satış  həcmində  reklama  çəkilən  xərclərin  payı  nə 

qədər  yüksək  (aşağı)  olarsa,  onun  birbaşa  investisiya  ixracı  bir  o  qədər  çox  (az) 

olar. 



 Miqyas effekti . Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər 



çoxdursa  (azdırsa),  birbaşa  investisiyaların  ixrac  həcmi  də  bir  o  qədər  çox  (az) 

olur.Şirkətlərin əksəriyyəti ölkə xaricinə investisiya qoymazdan əvvəl daxili bazar 

çərçivəsində masştab iqtisadiyyatının imkanlarından tam istifadə edirlər. 

 Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların da 



həcmi çox olur. 

 Istehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı 



üzrə  təmərküzləşmə  səviyyəsi  yüksək  olduqca  şirkətin  birbaşa  xarici 

investisiyalarının həcmi də artır. 

 Təbii resurslara çıxışla təmin edilmə. Şirkətin müəyyən təbii resursa ehtiyacı nə 



qədər çox (az) olarsa şirkətin bu resursun olduğu ölkəyə birbaşa investisiyası bir o 

qədər çox (az) olar. 

  Digər  səbəblər:  istehlakçının  bilavasitə  yaxınlığında  müəssisə  yaradılması 



iləəmtəənin  istehlakçıya  çatdırılması  üçün  çəkilən  nəqliyyat  xərclərinin  aşağı 

salınması;  ölkə  ərazisində  müəssisə  yaradılması  ilə  ölkə  tərəfindən  tətbiq  edilən 

idxal maneələrinin aradan qaldırılması. 

Birbaşa investisiyaların idxalının səbəbləri kimi isə aşağıdakıları göstərmək olar: 

  Texnoloji  liderlik.  Şirkətin  satış  həcmində  elmi  tədqiqatlara  çəkilən  xərclər  nə 



qədəryüksəkdirsə onun xaricdən birbaşa investisiyalar idxalı bir o qədər çox olur. 

Ə

ksinə çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların idxalı da 



13 

 

 



13

bir  o  qədər  az  olacaq.  Birbaşa  investisiyalar  adətən  ən  yeni  xarici  texnologiyalar 

idxalı ilə əlaqədardır. 

  şçi qüvvəsinin ixtisas səviyyəsi. Şirkətdə əməyin ödənilməsi səviyyəsi nə qədər 



yüksəkdirsə  (aşağıdırsa),  onun  birbaşa  investisiya  idxalı  bir  o  qədər  çox  (az) 

olacaq. 


Reklamda olan üstünlük. Şirkətin satış həcmində reklama çəkilən xərclərin payı 

nəqədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) 

olar. 


 Miqyas effekti. Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər 

çoxdursa  (azdırsa),  adətən  birbaşa  investisiyaların  idxal  həcmi  də  bir  o  qədər  az 

(çox) olur. 

  Şirkətin  ölçüsü.  Şirkətin  ölçüsü  böyük  olduqca  birbaşa  xarici  investisiyaların 



idxal həcmi də çox olur. 

 Istehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı 



üzrə  təmərküzləşmə  səviyyəsi  yüksək  olduqca  şirkətin  birbaşa  xarici  investisiya 

idxalının həcmi azalır. 

  Kapitala  olan  ehtiyac.  Şirkətin  kapitala  olan  ehtiyacı  nə  qədər  böyük  (kiçik) 



olursa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olar. 

 Milli filialların sayı. Şirkət ölkə daxilində nə qədər çox (az) filiala malikdirsə, 



onun investisiya idxalı bir o qədər çoxdur (azdır). 

  stehsal xərcləri. Kapitalı qəbul edən ölkədə istehsal xərcləri nə qədər aşağıdırsa 



(yüksəkdirsə), onun investisiya idxalının həcmi bir o qədər çoxdur (azdır). 

  Daxili  əmtəə  bazarının  müdafiə  səviyyəsi.  Kapital  idxalı  əmtəə  idxalının 



alternative  kimi  çıxış  etdiyindən  ölkənin  daxili  əmtəə  bazarının  gömrük  və  digər 

müdafiə səviyyəsi nə qədər yüksəkdirsə (aşağıdırsa), birbaşa investisiya idxalı bir 

o qədər çoxdur (azdır). 

 Bazarın ölçüsü. Ölkənin daxili bazarının ölçüsü böyül olduqca investisiya idxalı 



da çox olur. 

 Digər amillər: xarici birbaşa investisiyalar hesabına yaradılan sənayenin 



14 

 

 



14

ixracyönümlülüyü; hökumətin iqtisadi inkişaf proqramlarının mövcudluğu. 

Göründüyü kimi, birbaşa investisiyaların ixracını və idxalını müəyyən edən amillər 

bir çox hallarda üst-üstə düşür ki, bu da kəsişən investisiyalara gətirib çıxarır.  

Texnoloji liderlik, işçi qüvvəsinin ixtisas səviyyəsi, beynəlxalq marketinqdə 

yığılmış təcrübəni əks etdirən reklamda üstünlük və şirkətin ölçüsü eyni zamanda 

həm ixrac, həm də idxal amilləri kimi çıxış edirlər. Masştab iqtisadiyyatı, istehsalın 

təmərküzləşməsinin  yüksək  dərəcəsi  və  təbii  resurslara  olan  ehtiyac  birbaşa 

investisiyaların  ancaq  ixrac  amilləridir.  Kapitala  olan  ehtiyac,  çoxsaylı  milli 

filiallar,  daha  aşağı  istehsal  xərcləri,  daxili  bazarın  yüksək  müdafiə  səviyyəsi  və 

daxili bazarın böyük ölçüsü birbaşa xarici investisiyaların ancaq idxal səbəbləridir. 

Ümumilikdə isə birbaşa xarici investisiyaların yerləşdirilməsinin əsas motivi 

kimi  satış  bazarının  genişlənməsini,  ucuz  resurslara  çıxış  imkanının  yaranmasını, 

mülkiyyətin əldə edilməsini göstərmək olar. 

Bazarın genişləndirilməsi məqsədilə birbaşa xarici investisiyaların həyata 

keçirilməsini aşağıdakılar şərtləndirir: 

 milli istehsal gücünün olmaması; 



 əmtəələrin nəqliyyat xərclərinin yüksək olması və bunun da onların ixracının 

qeyri-mənfəətli olmasına gətirib çıxarması; 

 idxalatçı-ölkədə ticarət məhdudiyyətləri; 



 miqyas  effektiǁndən istifadəyə can atma; 

 

müştərilərin 



arxasınca 

getməǁ 


(avtomobil 

ş

inlərinin 



istehsalçıları 

avtomobilistehsalçılarının arxasınca hərəkət edirlər); 

 rəqibləri “təqib etmə” getməǁ; 



 yerli istehsalçıların məhsullarına üstünlük verən xarici alıcıların əldə edilməsi; 

 müqayisəli xərclərdə gözlənilən dəyişikliklər və s. 



Ucuz istehsal amilləri mənbələri əldə etmək baxımından birbaşa xarici 

investisiyaların həyata keçirilməsinə aşağıdakılar təkan verir: 

xərclərin aşağı salınması məqsədilə istehsalın ölkələrarası rasionallaşdırılması; 


15 

 

 



15

  kapitalı  qəbul  edən  ölkədə  xarici  investisiyaların  dövlət  tərəfindən 



stimullaşdırılması; 

 kapitalı ixrac edən ölkənin özünü strateji resurslara təmin etməyi qarşısına 



məqsəd kimi qoyması. 

Xaricdə mülkiyyətin əldə edilməsi və ya yeni tikintinin həyata keçirilməsi 

aşağıdakılarla izah edilir: 

 ayrı-ayrı resursların xarici müəssisəyə ötürülməsi çətinlikləri;208 



 tanınmış firmanın reputasiyasını, ticarət markasını öz mülkiyyətinə keçirmək 

imkanı (françayzinq müəssisəsinin alınması zamanı); 

 risqlərin, xərclərin aşağı salınması və s. 



Çox zaman birbaşa xarici investisiyalar yuxarıda sadalanan səbəblərdən biri 

ilə  əlahiddə  surətdə  deyil,  həmin  səbəblərin  müəyyən  dərəcədə  əlaqəlı  istifadə 

etməklə izah edilir. 

BMT-nin  transmilli  şirkətlər  üzrə  Mərkəzi  xarici  ölkədə  əmtəə  və  xidmət 

istehsalının  təşkil  edilməsi  ilə  birbaşa  kapital  qoyuluşlarının  dörd  əsas  səbəbdən 

baş verdiyini göstərir: 

1)  birbaşa  xarici  investisiyalar  ona  görə  həyata  keçirilir  ki,  bir  sıra  əmtəə  və 

xidmətlərin xarici ölkəyə idxalı müxtəlif məhdudiyyətlər və ya əmtəələrin, xüsusilə 

də  xidmətlərin  özünəməxsus  cəhətləri  səbəbindən  qeyri-mümkündür  və  ya  çox 

çətindir; 

2) əmtəə və xidmətlərin yerində istehsalı həmin xarici bazara xidmət göstərilməsi 

üçün  daha  ucuz  və  səmərəli  üsuldur  (məsələn,  nəqliyyat  xərclərinə  qənaət 

etməklə); 

3)  sahibkar  kapitalını  qəbul  edən  ölkə,  əmtəə  və  xidmətlərin  sonradan  onların 

dünya  bazarlarına  (kapitalı  ixrac  edən  ölkələrin  bazarları  da  daxil  olmaqla) 

çıxarılması şərti ilə istehsalı üçün daha ucuz yer kimi çıxış edir; 

4) bir sıra məhsullar, xüsusilə də texniki cəhətdən mürəkkəb olanlar üçün satışdan 

sonra xidmət, məsləhət və digər xidmətlər tələb edir ki, bu da istehsalçının bazarda 

olmasını zəruri edir; bu halda xarici ölkədə istehsalı təşkil etmək orada ancaq satış 


16 

 

 



16

firmasını təşkil etməkdən daha faydalı olur. 



Birbaşa xarici investisiyalar üzrə işlənmiş nəzəriyyələrin icmalı

  (cədvəl 1.) 

göstərir ki, iki əsas yanaşmadan istifadə edilmişdir [2]: 

•  transmilli  şirkətlərin  digər  firmala  qarşısında  rəqabət  üstünlüklərini  təmin 

edən  xarakteristikaları  müəyyən  edən  və  birbaşa  xarici  investisiyaların  nə 

üçün həyata keçirildiyi sualına cavab verən  nəzəriyyələr; 

•  kapitalın beynəlxalq axın istiqamətlərini izah edən nəzəriyyəsi. 

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə