AZƏrbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qtisad un vers tet magistratura m



Yüklə 0.67 Mb.
PDF просмотр
səhifə2/7
tarix07.12.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7

Cədvəl 1. 

Beynəlxalq investisiya münasibətlərinin nəzəri-konseptual əsasları 

əllif 

BX -nin əsas 

stimulları 

Nəzəri nəticələ

Müasir tətbiq sahəsi 

Makroiqtisadi yanaşma

 

R.Aliber 

Kapital və valyuta 

bazarlarının qeyri-

təkmil olması 

Sabit valyutaya malik 

ölkələrdə firmalar 

daha yüksək 

kapitallaşmaya 

malikdirlər və bunun 

da hesabına zəif 

valyutaya malik 

ölkələrə BX  risqi 

kompensasiya edilir 

Sənayecə inkişaf 

etmiş ölkələrdən 

inkişaf etməkdə olan 

ölkələrə BX  axınları 

və onların valyuta 

məzənnələrinin 

dinamikasından asılı 

olaraq dəyişməsi 

K.Kodzima 

Müəyyən resurslara 

malik olmadan irəli 

gələn müqayisəli 

üstünlüklər və 

firmaların fəaliyyət 

göstərdikləri bazar 

strukturunun 

xüsusiyyətləri 

BX  ticarətə əlavədir 

və müqayisəli 

üstünlükləri 

gücləndirir. BX  

ticarətə yönələn 

(Yaponiya) və 

yönəlməyən (ABŞ) 

hissələrə bölünür 

Yaponiya BX -nin 

xüsusiyyətləri 

T.Ozava 


Yaponiya 

iqtisadiyyatının 

spesifikası: xarici 

bazarlardan güclü 

asılılıq, milli istehsal 

amillərinin 

BX  sadalanan 

faktorların mənfi 

təsirlərini aradan 

qaldırmağa imkan 

verir 

Yaponiya BX -nin 



xüsusiyyətləri 

17 

 

 



17

qiymətlərinin artımı, 

ölkənin əmtəələrinə 

qarşı güclənən 

proteksionizm və s. 

R.Mandell 

Gömrük tariflərinin 

səviyyəsi 

Kapitalın hərəkəti 

idxalın 


ə

vəzedilməsinə 

yönəlib 

dxaləvəzetməsinə 

yönəlmiş BX  

Mikroiqtisadi yanaşma

 

T.Horst 


Mənfəətin və ixracın 

maksimallaşdırılması 

Bu iki məqsədin əldə 

edilməsi eyni bir 

strategiyanın, yəni 

BX -nin həyata 

keçirilməsini tələb 

edir 


Tələb üzrə 

qiymətlərin elastikliyi 

nəzərə alındığı 

hallarda 

S.Haymer 

Portfel investisiyaları 

üçün – faiz dərəcələri; 

birbaşa investisiyalar 

üçün – investisiya 

qoyan firmalar üçün 

differensiaıllaşmış 

məhsullar, masştab 

ə

sasında qənaət, 



ticarət markası, patent 

edilmiş texnologiya, 

yüksək menecment 

səviyyəsi formalarında 

spesifik üstünlüklər 

Birbaşa investisiyalar 

və beynəlxalq ticarət 

bir-birlərini qarşılıqlı 

tamamlayan 

strategiyalardır ki, 

onlar da investorlara 

yerli firmalar 

tərəfindən rəqabətə 

maneə yaratmağa 

imkan verir 

Firmaların portfel 

investisiyaları; 

differensiallaşmış və 

ş

aquli surətdə inteqrə 



olunmuş istehsala 

malik firmalar üçün 

BX  

R.Vernon 



L.Uells 

Məhsulun həyat dövrü 

nəzəriyyəsi: ticarət və 

investisiyalar xarici 

bazarlardan istifadə 

edilmənin vahid 

prosesinin 

elementləridir (bu 

prosesin zamana görə 

dəyişməsini nəzərə 

almaqla)  

BX  istehsalı idxal 

ölkələrinə köçürməyə 

imkan verir ki, bu 

zaman da masştab 

ə

sasında qənaət 



məhsulla nəinki yerli 

bazarı təmin etməyə 

imkan verir, həm də 

məhsulu üçüncü 

ölkələrə ixrac 

etnməyə şərait yaradır 

Yaponiya və Qərbi 

Avropa BX -nin 

inkişaf etməkdə olan 

ölkələrə axını 



18 

 

 



18

S.Hirş 


Firmaların spesifik 

üstünlükləri (texnoloji 

və idarəetmə nou-

hauları, məhsulun 

differensiallaşdırılması 

imkanları və s.) və 

informasiyanın əldə 

edilməsinə, sazişlərin 

həyata keçirilməsinə, 

xaricdə 


kommunikasiyanın 

təşkil edilməsinə 

çəkilən xərclər 

Firma BX  

strategiyasını seçir: 

1) spesifik nou-hauya 

və öz ölkəsində və 

xaric ölkədə 

çəkdiyi satış 

xərclərində böyük 

fərqə malikdirsə; 

2) aşağı istehsal 

xərclərinə mailk 

olan ölkələrə 

Nou-hauya malik olan 

firmaların BX -si; 

aşağı istehsal 

xərclərinə malik 

ölkələrə BX  

D.Penrouz 

O.Uilyamson 

K.Errou və b. 

Bazarın iqtisadi 

institut kimi müstəqil 

alıcılar və satıcılar 

arasında aktivlərlə, 

ə

mtəələrlə və 



informasiya ilə 

mübadiləni səmərəli 

həyata keçirmək 

qabiliyyətində 

olmamasını aradan 

qaldırmağa cəhd 

Firmanını danışıqlara 

və sazişlərin həyata 

keçirilməsinə, 

mülkiyyət 

hüquqlarının 

qorunmasına çəkdiyi 

xərclər nə qədər 

yüksəkdirsə, alıcının 

məlumatlı olmaması 

səbəbindən əmtəəyə 

görə maksimal 

qiymətin alınması 

qeyri-mümkündürsə 

və s., onda firma BX -

nin həyata 

keçirilməsində bir o 

qədər aktiv olur 

Firmaların bazarın 

qeyri-təkmilliyinin 

aradan qaldırılmasına 

çəkdikləri xərclərin 

yüksək olması 

hallarında 

C.Danninq 

Firma BX -ni üç şərtin 

olması halında həyata 

keçirir: 

1) göprünməyən 

aktivlərə sahib 

olmadan irəli gələn 

üstünlüklərə 

malikdir; 

2) onun üçün 

aktivlərdən özünün 

istifadə etməsi daha 

faydalıdır; 

3) birinci iki səbəbin 

Ancaq birinci 

üstünlüyə malik firma 

patent və lisenziyalar 

satır; birinci və ikinci 

və ya hər üç üstünlüyə 

malik firmalar BX  

həyata keçirirlər 

Qeyd olunan şərtlərə 

malik firmaların BX -

si 


19 

 

 



19

mövcud olması 

halında firma üçün 

xaricdə hər hansı bir 

istehsal amilindən 

istifadə etməklə 

üstünlükləri 

reallaşdırmaq 

faydalıdır 

 

Iqtisadi  ədəbiyyatlarda  kapitalın  beynəlxalq  miqrasiyasını  nəzəri  cəhətdən 



izah  edən  ən’ənəvi  və  müasir  nəzəriyyələr  mövcuddur.  Ən’ənəvi  adlanan 

nəzəriyyələrə  əsas  e’tibarilə  neoklassik,  neokeyns  və  marksist  konsepsiyaları, 

müasir  nəzəriyyələrə  isə  TMK  konsepsiyası,  portfel  investisiyalar  nəzəriyyəsi, 

kapital qaçışı nəzəriyyəsi və s. aiddir [2]. 

Kapital  ixracının  neoklassik  nəzəriyyəsi  beynəlxalq  ticarətin  klassik 

nəzəriyyəsi  əsasında  inkişaf  etmişdir.  Belə  ki,  onun  əsasını  D.  Rikardonun 

beynəlxalq ticarətin müqayisəli üstünlüklər prinsipi təşkil edir. Bu prinsipə istinad 

edərək  klassik  ingilis  iqtisadçısı  C.S.  Nill  XIX  əsrdə  ilk  dəfə  olaraq  kapitalın 

ölkələrarası hərəkəti məsələləri ilə məşğul olmağa başladı. Rikardonun ardınca o, 

göstərdi  ki,  kapital  ölkələr  arasında  gəlirlərinin  qeyri-bərabərliyi  səbəbindən 

hərəkət  edir,  hansı  ki,  bə’zi  kapital  cəhətdən  zəngin  olan  ölkələrdə  bu  gəlirlərin 

enmə meylləri baş verir.  

XIX əsrin sonu XX əsrin əvvəllərində ingilis iqtisadcıları, xüsusən də C.A. 

Hobson və C.Keyrns. C.B. Seyin istehsal amilləri konsepsiyasını BIM sisteminə və 

kapitalın beynəlxalq hərəkəti sferasına da aid etdilər. Keyrns neoklassik nəzəriyyə 

üçün beynəlxalq ticarət və kapitalın beynəlxalq hərəkətinin alternativliyi haqqında 

mühüm  bir  postulat ifadə  etmişdir:  müəyyən  şərtlər daxilində  istehsal amillərinin 

miqrasiyası  beynəlxalq  ticarəti  əvəz  edə  bilər.  Bu  nəzəriyyə  tərəfdarlarının, 

marjinalizmin  əsasını  qoyan  K.Manqer,  U.Cevons,  E.Bem-Baverka  tərəfindən 

ə

sası qoyulmuş son səmərəlilik amillərinə maraqları da buradan yaranmışdır. 



20 

 

 



20

Ingilis  iqtisadcıları  göstərdilər  ki,  istehsal  amilləri  BIM  sistemində  az 

mütəhərrikdilər  (ölkədaxili  mobillik  səviyyəsindən  fərqli  olaraq)  və  bu  səbəbdən 

də onların bu münasibətlər sistemində iştirakı çox da böyük deyil. 

Neoklassik  nəzəriyyə  XX-ci  əsrin  I  onilliyində  E.Hekşer  və  B.Olin,  R. 

Nurkse  və  K.Iverson  tərəfindən  təkmilləşdirilmişdir  [2].  Belə  ki,  Hekşer  son 

fəydalılıq  nəzəriyyəsinə  əsasən  istehsal  amilləri  qiymətlərinin  beynəlxalq 

tarazlığının tendensiyasını formalaşdırmışdır. Bu tendensiya özünə həm beynəlxalq 

ticarət,  həm  də  istehsal  amillərinin  beynəlxalq  hərəkəti  üzərindən  yol  açır  ki,  bu 

amillərin dəyər və miqdarları müxtəlif ölkələrdə bərabər deyil.  

B.Olin  isə  beynəlxalq  ticarət  konsepsiyasında  göstərirdi  ki,  istehsal 

amillərinin  hərəkəti  müxtəlif  ölkələrdə  onlara  olan  müxtəlif  tələbatlarla  bağlıdır: 

onlar  səmərəliliyi  aşağı  olan  ölkələrdən  daha  yüksək  olan  ölkələrə  doğru  hərəkət 

edir.  Kapital  üçün  son  səmərəlilik  isə  əsasən  faiz  stavkaları  ilə  müəyyən  olunur. 

Olin həmçinin kapitalın beynəlxalq hərəkətinə tə’sir edən tamamlayıcı momentləri 

də  göstərmişdir.  Bunlara  o,  gömrük  baryerlərini  (əmtəə  idxalına  mane  olur  və 

xarici  kapitalın  ölkədaxili  bazara  girməsinə  şərait  yaradır),  filialların  kapital 

yatırımları  coğrafi  diversifikasiyasına  can  atması,  xarici  investisiya  riskləri  və 

onların bu əsasda təhlükəsiz və riskli tiplərə ayrılmasını aid etmişdir.  

R.Nurkse kapitalın beynəlxalq hərəkətinin müxtəlif modellərini yaratmış və 

belə bir nəticəyə gəlmişdir ki, əmtəə eksportu sür’ətlə artan ölkədə əlavə kapitala 

tələbat  yaranır  və  ölkə bu kapitalı  idxal edir.  Nurkse bu  mütənasibliyin  əksini də 

məqbul  sayır.  K.  Iverson  neoklassik  nəzəriyyəyə  yeniliklər  gətirərək  kapitalın 

beynəlxalq  hərəkətinin  iki  səviyyəsini-real  və  tədiyyə  balansının  idarə  edilməsi 

üçün  tənzimedici  səviyyələri  fərqləndirir.  O,  həmçinin  qeyd  edirdi  ki,  kapitalın 

müxtəlif  tipləri  əsasən  kapitalın  köçürülməsi  səbəbindən  müxtəlif  beynəlxalq 

mütəhərrikliyə malikdir. Hər bir ölkənin aktiv kapital ixrac və idxal edə bilməsi də 

məhz bu faktla izah olunur. 

Neokeyns  nəzəriyyəsi-bu  nəzəriyyənin  tərəfdarları  kapitalın  hərəkəti  ilə 

ölkənin tədiyyə balansı arasında olan əlaqəni plana çəkirlər. Keyns özü göstərirdi 



21 

 

 



21

ki, kapitalın hərəkəti tədiyyə balansında tarazlığın pozulması ilə əlaqədardır. Belə 

ki, ölkədə əmtəələrin ixracı onların idxalından artıq olduqda kapital ölkədən ixrac 

olunur  və  bu  zaman  dövlət  müdaxiləsi  labüddür.  R.Harrod  özünün  «iqtisadi 

dinamika»  modelində  göstərir  ki,  kapital  baxımından  zəngin  olan  bir  ölkədə 

iqtisadi artım tempi nə qədər aşağı olarsa, həmin ölkədən kapital axını tendensiyası 

bir o qədər yüksək olar. E.Domor ölkənin ticarət balansı və məşğulluq səviyyəsini 

təhlil edərək göstərirdi ki, ölkənin kapital ixracı onun xaricdəki investisiyalarından 

gələn gəlirlə daxili investisiyalardan gələn gəlirin münasibətindən asılıdır. 

Ə

gər  olkədə  investisiyaların  həcmi  investisiya  gəlirlərindən  daha  çox 



artırsa bu zaman ticarət balansı aktivdir. Əks halda ticarət balansı passivdir. 

Neokeyns nəzəriyyəsi IEO-in Afrika, Asiya və Latın Amerikası ölkələrinin 

inkişafına  etdikləri kömək  siyasətinin  əsasına  çevrilmişdir.  Çünki  bu nəzəriyyəyə 

görə IEOÖ-ə kapital ixracı eyni zamanda onun həm ixracatçı ölkələrinin, həm də 

idxalçı  ölkələrinin  iqtisadi  aktivliyinə  təkan  verir.  Lakin  onu  da  qeyd  etmək 

lazımdır ki, IEOÖ-ə kapital axını böyük risk və digər maneələrlə qarşılaşır. 

Umumilikdə 

goturdukdə 

neokeyns 

nəzəriyyəsinin 

bir 

sıra 


çatışmamazlıqları  mövcuddur.  Bu  nəzəriyyə  də  neoklassik  nəzəriyyə  kimi 

makroiqtisadi təhlilə əsaslanaraq fərdi investorların fəaliyyətini nəzərə almır.  

Marksist konsepsiya – bu konsepsiyanın banisi K. Marks kapital ixracının 

səbəbini onun ölkədə nisbi artıqlığını görür. Nisbi artıq kapital məvhumu altında o, 

elə  kapital  nəzərdə  tuturdu  ki,  bu  kapitalın  ölkə  daxilində  istifadəsi  gəlir 

normasının  aşağı  düşməsinə  səbəb  olur.  Nisbi  artıq  kapital  üç  formada  təzahür 

edir: mal, istehsal (artıq istehsal gücü və işçi qüvvəsi) və pul formasında. Ölkənin 

dünya kapitalizm sisteminə cəlb olunması və ilkin şərtlərin yaranmasının (istehsal 

infrastrukturu)  ilə  kapital  ixracı  baş  verir.  XIX  əsrin  sonunda  monopoliyaların 

güclənməsi  kapital  ixracına  təkan  verdikdə  V.I.  Lenin  bu  prosesi  kapitalizmin 

müasir mərhələsi, onun tipik əlaməti saymışdır. 

Yeni  marksist  nəzəriyyə  numayəndələri  yuxarıda  göstərilənlərlə  yanaşı 

kapital ixracının daha bir neçə səbəbini göstərmişlər: istehsalın beynəlmilləşməsi, 


22 

 

 



22

inhisarlar arasında rəqabətin güclənməsi, inkişaf templərinin artması (həm IEÖ-in, 

həm də IEOÖ-in xarici kapitala tələbatının artmasına səbəb olur). 

Muasir  TMK  nəzəriyyələri:    TMK-ların  XX  əsrin  ikinci  yarısında 

fəaliyyətlərinin  sür’ətlə  artması  nəticəsində  onlar iqtisadi  nəzəriyyədə  əsas diqqət 

mərkəzinə  keçmişdir.  Ilk  dövrlərdə  TMK-lar  ancaq  firma  nəzəriyyəsi  çərçivəsi 

daxilində öyrinilirdi, sonralar isə onlar üçün ayrıca müstəqil konsepsiyalar işlənib 

hazırlanmağa  başlandı  ki,  onların  da  əsasında  əsasən  amerikan  iqtisadçılarının 

ideyaları  üstün  mövqe  tutur:  S.Haymerin  birbaşa  investisiyaların  xaricdə  həyata 

keçirilməsi  baxımından  firmaların  yerli  rəqiblər  arasında  üstünlüyə  malik  olma 

zəruriliyi  nəzəriyyəsi,  R.Kouzun  iri  korparasiya  daxilində  spesifik  bazarın 

mövcudluğu  və  R.  Vernonun  «əmtəənin  həyat  dövrü»  konsepsiyası  (bu 

konsepsiyayada o, TMK anlayışını xarici rəqiblərinə «zərbə» vurmağa çalışan milli 

inhisar kimi izah edir) [2].  

C.Helbreyt  hesab  edirdi  ki,  TMK-ların  genezisi  texnoloji  səbəblərlə 

şə

rtlənir.  Müasir  istehsal  XIX  əsrə  nisbətən  daha  mürəkkəb  olduğundan  onun 



reallaşması  və  xidmət  firmalarından  xaricdə  mal-xidmət  şəbəkəsi  yaradılmasını 

tələb edir. 

Marksist  nəzəriyyəyə  gorə  TMK  -  istehsal  beynəlmilləşməsi  prosesində 

kapitalın  təmərküzləşməsi  və  mərkəzləşməsinin  nəticəsidir.  TMK-ların  əsas 

xüsusiyyəti - əmtəə və xidmətlərin xaricdə istehsalı, yə’ni birbaşa investisiyaların 

mövcudluğudur.  Bu  səbəbədən  də  TMK    konsepsiyası  çərçivəsində  bir  neçə 

birbaşa investisiya modelləri hazırlanmışdır: 

1.  Inhisarcı  üstünlüklər  modeli  –  bu  model  S.Haymer  tərəfindən 

hazırlanmış  və  sonralar  Ç.P.  Kindleberqer,  R.E.  Keyvz,  Y.C.  Conson,  R.  Lakru 

tərəfindən  inkişaf  etdirilmişdir.  Bu  modelə  görə  xarici  investor  yerli  investora 

nisbətən  daha  az  əlverişli  şəraitdə  mövcud  olur.  O,  ölkənin  bazarını  və 

konyunkturunu zəif bilir, geniş əlaqələri yoxdur, əlavə nəqliyyat xərcləri çəkir və 

risklə üzləşir. Bu səbəbdən də ona yerli rəqiblərə nisbətən əlavə inhisarçı üstünlük 

lazımdır  ki,  o,  daha  yüksək  gəlir  götürə  bilsin.  Bu  gəlir  inhisarçı  rəqabət  (bu 



23 

 

 



23

nəzəriyyə  E.Çembellin  tərəfindən  hazırlanıb)  fəaliyyətində  mövcud  üstünlüklər 

hesabına investisiya riskinə görə əldə edilən mükafatdır. 

Xarici  investor  ucun  inhisarcı  üstünlüklər  məfhumuna  -yerli  əmtəə 

bazarlarında qeyri-mükəmməl rəqabət (əmtəə orijinal olduqda), resurslar bazarında 

qeyri-mükəmməl  rəqabət  (xarici  firma  mükəmməl  texnologiyaya,  böyük 

sahibkarlıq  təcrübəsinə  malik  olduqda),  xarici  investisiyanın  əlverişli  dövlət 

tənzimlənməsi (xarici kapitala güzəştlər) və s. aiddir. 

Inhisarcı  üstünlüklər  modeli  inhisarçı  rəqabət  nəzəriyyəsinə  uyğun  olaraq 

birbaşa investisiyaların sür’ətli artım tempini – firmanın istehsalının kifayət qədər 

gəlirli  səviyyədə  saxlanılmasının  yeni  bazarlar  sayəsində  mümkünlüyü  və 

ə

mtəələrin ixracında müxtəlif baryerlərin mövcudluğu ilə izah edir. 



2.  Əmtəənin  həyat  dovru  modeli.  Bu  model  amerika  iqtisadcısı  R.  Verno 

tərəfindən  firmanın  artım  nəzəriyyəsi  əsasında  hazırlanmışdır:  yeni  əmtəə  4 

mərhələdə  mövcud  olur:  Bazara  çıxma,  satışın  artımı,  yetkinlik,  enmə  dövrləri. 

Istehsalı  yeni  təşkil  olunmuş  firmaya  aid  əmtəələrin  beynəlxalq  həyat  dövrü  isə 

fərqlidir:  I  –  yeni  əmtəənin  inhisarçı  istehsalı  və  ixracı,  II  xarici  rəqib  firmalar 

tərəfindən analoji məhsulların istehsalı və bazara çıxarılması (ilk olaraq öz daxili 

bazarına), III Rəqiblərin üçüncü ölkələrin bazarlarına çıxması və məhsulun pioner 

ölkədən eksportunun azalması ( IV – Rəqiblərin pioner-ölkə bazarlarına çıxması). 

Beynəlxalq  bazarda  yeni  rəqiblərin  meydana  cıxması  ilə  firma  yeni 

məhsulların  istehsalına  başlaya  bilər.  Ixrac  təhlükəsi  artdıqca  firma  həmçinin 

ə

mtəənin həyat dövrünün uzanması üçün xaricdə onun istehsalını təşkil edə bilər. 



Qeyd etmək lazımdır ki, artım və yetkinlik dövründə istehsal xərcləri aşağı düşür 

və  bununla  qiymətlərin  enməsi  və  ixracın  artması  imkanları,  həmçinin  xarici 

istehsalın təşkili imkanları artır. Əmtəələrin eksportuna nisbətən istehsalın xaricdə 

təşkili  nisbətən  az  dəyişən  xərclər,  gömrük  baryerlərinin  dəf  edilməsi,  xarici 

kompaniyalara asan rəqabət və s. səbəblərdən daha sərfəlidir. 

3.  Beynəlmilləşmə  modeli.    R.  Kouzun  iri  korporasiyalarının  daxilində 

onun  bölmələri  arasında  olan  və  korporasiyanın  filiallarının  rəhbərləri  tərəfindən 


24 

 

 



24

idarəedilən  daxili  bazarların  mövcudluğu  haqqında  nəzəriyyəsinə  əsaslanır.  Bu 

modelin yaradıcıları P. Bakli, M. Kesson, C. Makmanus, C. Danninq və s. hesab 

edirdilər  ki,  formal  beynəlxalq  əməliyyatların  əksər  hissəsini  iri  təsərrüfat- 

firmadaxili əməliyyatları təşkil edir. 

4. Marksist model.  Bu model də butov marksist konsepsiya kimi nisbi artıq 

kapital ideyasına əsaslanır. 

5. Eklektik model. Birbaşa investisiyaların yuxarıdakı məhdud modelləri C. 

Danninqin eklektik modelinin yaranmasına gətirib çıxardı. Bu modelə görə firma 3 

ilkin  şərtin  eyni  vaxtda  uyğun  gəlməsi  səbəbindən  xaricdə  məhsul  və  xidmət 

istehsalına başlayır (birbaşa investisiyalar həyata keçirilir): 1) Firma xarici ölkədə 

digər  firmalara  nisbətən  spesifik  üstünlüklərə  malikdir.  2)  Firma  üçün  bu 

üstünlüklərdən yerindəcə istifadə etmək daha sərfəlidir.(beynəlmilləşmə üstünlüyü) 

3) Bəzi istehsal resurslarının öz ölkələrdə olduğuna nisbətən daha effektiv istifadə 

olunması (yerdəyişmə üstünlüyü). 

Muasir dovrdə eklektik model daha cox populyardır.  

Portfel  investisiyalar  nəzəriyyəsi.  Portfel  investorları  xaricdəki  əsas  üç 

moment  maraqlandırır:  1)  Xarici  qiymətli  kağızların  gəlirlilik  səviyyəsi.    2)  Bu 

sahədə  risklərin  səviyyəsi.        3)  Xarici  qiymətli  kağızlar  hesabına  öz  qiymətli 

kağızlar portfelini diversifikasiya etmək marağı. 

Bu  3  aspektin  kombinasiyası  portfel  investisiyaların  iqtisadi  və  siyasi 

strukturunun tərəddüdlərinə daha çox meylli olmasını əsaslandırır. 

Kapital  qacışı  nəzəriyyəsi.    Digərlərinə  nisbətən  bu  nəzəriyyə  daha  az 

inkişaf edib. D. Kaddinqton kapital qaçışının qısa müddətli kapitalın gizli idxal və 

ixracına  aid  edir.  Digər  iqtisadçıların  fikrincə  kapital  qaçışı  yerli  kapital 

sahiblərinin kapitalının qeyri əlverişli investisiya iqlimi şəraitində hərəkətidir.  Bu 

nəzəriyyəyə  görə  kapital  ölkədən  həm  də  ona  görə  «qaçır»  ki,  o  həm  də  qeyri- 

qanuni yolla əldə edilir. 

Kapital  ixracının  əsas  səbəbi  və  ilkin  şərti  ölkədə  kapital  nisbi  artıqlılığı, 

onun  yığımıdır.  Və  o,  sahibkar  mənfəəti  və  ya  faiz  əldə  etmək  məqsədilə  xaricə 



25 

 

 



25

çıxarılır. Qeyd etmək lazımdır ki, daxili investisiya defisiti zamanı da kapital ixracı 

həyata  keçirilə  bilər.  Bu  amil  hazırki  şəraitdə  də  mövcud  olsa  da  dünya 

təsərrüfatının  beynəlmilləşməsi  və  qloballaşması,  dövlət  və  təsərrüfat 

subyektlərinin  milli  və  beynəlxalq  maraqlarının  çulğaması  nəticəsində 

mürəkkəbləşmişdir. 

Dünyada  sığorta  şirkətlərində,  pensiya  investisiya  və  digər  fondlarda 

akumlyasiya  olunmuş,  gəlir  gətirmək  üçün  tətbiq  sahəsi  axtaran  külli  miqdarda 

rezerv  kapitalı  yaranmışdır.  IEÖ-in  kapital  ixracı  XX  əsrin  II  yarısından  intensiv 

surətdə artır. Onun köməyilə təkrar istehsalın ziddiyyətləri aradan qaldırılır, ixrac 

artırılır,  nəticədə  avadanlıqlara  ölkə  daxilində  tələbat  artır,  həmçinin  xidmət 

çoxalır, nəticədə gəlirlərin azalma tendensiyası neytrallaşdırılır, dünya iqtisadiyyatı 

problemləri həll olunur.     

  Dünya təsərrüfatında kapitalın beynəlxalq hərəkətinə bir çox amillər tə’sir 

edir:  Milli  iqtisadiyyatda  baş  verən  proseslər  –  əsasən  istehsalın  xüsusi  çəkisinin 

azalması  və  xidmət  sahələrinin  xüsusi  çəkisinin  artması.  Kapital  ixracının 

yuxarıdakı sürətli artımı fonunda onun beynəlxalq miqrasiyası da sürətlənir. 

 

 



1.2.  Birbaşa investisiyalar MDB regionu dövlətlərinin  beynəlxalq 

ticarət və inteqrasiya əlaqələrinin inkişaf amili kimi  

 

 



 

MDB  regionu  dövlətləri  iqtisadi  resurs  potensialı  ilə  dunya  iqtisadiyyatının 

ə

həmiyyətli dərəcədə zəngin dövlətləridir. Belə bir potensialın dunya təsərrüfatına 



inteqrasiyası geosiyasi cəhətdən mürəkkəb proseslərlə baglıdır.  

Neft  və  gaz  resursları  sahəsində  regonda    dünya  iqtisadiyyatında  muasir 

tələbatları  ödəyə  biləcək    zənginlik  mövcuddur.  Lakin  onların  hasilatı  və  emalı 

getdikcə  igtisadi  cəhətdən  çətinləşir.  Keyfiyyətli  məhsullar  əldə  edilməsi  daha 



26 

 

 



26

effektli  emal  texnologiyalarının  tətbigini  tələb  edir.  Emal  texnologiyalarının 

təkmilləşdirilməsı öz növbəsində  irimiqyaslı investisiya qoyuluşlarını və geosiyasi 

stabilliyin gərarlaşmasını tələb edir. Xüsusilə, Fars körfəzi, Yaxın Şərq və Mərkəzi 

Asiya  regionu  ölkələrində  vəziyyət  yeni  geoiqtisadi  situasiya  yaratmaqla    zəruri 

investisiya qoyuluşlarının perspektivləri üçün qeyri-müəyyənliyə səbəb olmuşdur. 

Bütün  dünyada  əsas  təmayül  giymətlərin  bahalaşması  istigamətində  getməkdədir. 

qtisadiyyatda enerji effektliyi və «enerji qənaətliliyi» ümumdunya prioritetidir.  

Müasir dövrdə MDB regionu dunyada və qonsu regionlarda  yaranmış siyasi 

və iqtisadi situasiyanın əhatəsindədir (cədvəl 2).  


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə