AZƏrbaycan respublikasi təhs L naz rl y azərbaycan döVLƏt qtisad un vers tet magistratura m



Yüklə 0.67 Mb.
PDF просмотр
səhifə5/7
tarix07.12.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7

  

Müqavilələr və hüquqi baza 

1 yanvar 2010-cu il tarixdən imzalanmış sazişlər: 



  

1. Stavropol  vilayəti  Hökuməti  və  Azərbaycan  Respublikası  Hökuməti 

arasında  imzalanmış  ticari-iqtisadi,  elmi-texniki  və  mədəni  əmədaşlıq  haqqında 

Saziş (28 aprel 2010-cu il). 

2. Rusiya  Federasiyası  və  Azərbaycan  Respublikası  arasında  imzalanmış 

dövlət sərhəddi haqqında Saziş (3 sentyabr 2010-cu il). 



3. Rusiya  Federasiyası  Hökuməti  və  Azərbaycan  Respublikası  Hökuməti 

arasında imzalanmış transsərhəd Samur çayının rasional istifadəsi, su ehtiyatlarının 

mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş (3 sentyabr 2010-cu il). 

4. Rusiya Federasiyası narkotik vasitələrin dövriyyəsinə nəzarət üzrə Federal 

xitmətləri  və  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyi  arasında 

bağlanmış  narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  prekurslarının 

qeyri qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş (13 yanar 2011-

ci il) 

5.   Rusiya  Federasiyası  Daxili  şlər  Nazirliyi  və  Azərbaycan  Respublikası 

Daxili  şlər Nazirliyi  arasında əməkdaşlıq haqqında müqavilə (28 iyun 2011-ci il) 



6. Həştərxan  vilayəti  hökuməti  (Rusiya  Federasiyası)  və  Azərbaycan 

Respublikası Hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq 

haqqında saziş (8 sentyabr 2011-ci il).  

7. Dağıstan  Respublikası  Hökuməti  (Rusiya  Federasiyası)  və  Azərbaycan 

Respublikası  Hökuməti  arasında  ticari-siyasi,  elmi-texniki,  mədəni  və  hümanitar 

ə

məkdaşlıq haqqında imzalanmış müqavilə (4 oktyabr 2011-ci il) 



52 

 

 



52

8.  nquşetiya  Respublikası  Hökuməti  (Rusiya  Federasiyası)  və  Azərbaycan 

Respublikası  Hökuməti  arasında  ticari-siyasi,  elmi-texniki,  mədəni  və  hümanitar 

ə

məkdaşlıq haqqında imzalanmış müqavilə (4 oktyabr 2011-ci il) 



9. Qaraçay-Çərkəz   Respublikası  Hökuməti  (Rusiya  Federasiyası)  və 

Azərbaycan Respublikası Hökuməti arasında ticari-siyasi, elmi-texniki, mədəni və 

hümanitar əməkdaşlıq haqqında imzalanmış müqavilə (4 oktyabr 2011-ci il) 

10. Stavropol  vilayəti  Nevinnomısk  şəhəri  Administrasiyası  (Rusiya 

Federasiyası)  və  Sumqayıt  şəhəri  cra  Hakimiyyəti  (Azərbaycan  Respublikası) 

arasında əməkdaşlıq və qardaş əlaqələrin qurulması haqqında imzalanmış müqavilə 

(4 oktyabr 2011-ci il) 

2011-ci ilin mart ayında Tatarstanın Prezidenti R.N.Minnixanov Bakıya işçi 

səfər etmişdir. Görüşlər zamanı qeyd olunmuşdu ki, Azərbaycan və Tatarstan neft-

kimya  və  neft  emalı  sahələrində  faydalı  əməkdaşlıq  yarada  bilərlər.  Bu  sahədə 

Tatarstan  böyük  təcrübəyə  malikdir:  neftqazkimya  kompleksinin  inkişafının 

üçüncü  mərhələsi  müvəffəqiyyətlə  reallaşır,  Nijnekamsk  şəhərində  iri  neftayırma 

kompleksi inşa olunur.        

2011-ci ildə Həştərxan vilayəti ilə əlaqələr canlanmağa başladı. 2011-ci ilin 

may  ayında  Həştərxan  şəhərində  ikinci  Rusiya-Azərbaycan  regionlararası  forum 

keçirildi.  2011-ci  ilin  sentyabr  ayında  Bakıya  Həştərxan  vilayətinin  gubernatoru 

A.A.Jilkinin  səfəri  oldu.  Səfər  zamanı  ticari-iqtisadi,  elmi-texniki,  mədəni  

sahələrdə əməkdaşlıq haqqında yeni Saziş imzalandı, vilayətin iqtisadi və sərməyə 

potensialının təqdimatı olmaqla biznes-forum keçirildi. 

Azərbaycanda  Tatarstanın  və  Dağıstanın  nümayəndəlikləri,  “Torgovıy  dom 

Ural”  QSC,  “Torgovıy  dom  Tatarstan”  MMC,  Rusiyanın  reqional  aviaşitkətlərin 

(“Başkirskiye  avialinii”,  “Permskiye  avialinii”,  “Pulkovskie  avialinii”, 

“Samarskiye avialinii”, “Uralskiye avialinii” v. s)  fəaliyyət göstərirlər. 

VTB  qrupu  Azərbaycan  bazarında  fəaliyyətə  başlamışdır.  2012-ci  iln

 

noyabrin  23-də  Bakıda  VTB  Bankı  ASC-nin  törəmə  şirkəti  olan  VTB  Bank 



Azərbaycan ASC-nin ofisi fəaliyyətə başlamışdır.

 


53 

 

 



53

2009-cu  ilin  noyabrın  1-nə  olan  məlumata  görə,  VTB  Bank  Azərbaycan 

ASC-nin  aktivləri  16,06  milyon  manat  (20,0  milyon  ABŞ  dolları),  nizamnamə 

kapitalı isə - 7,815 milyon manat (9,7 milyon ABŞ dolları) təşkil edib. 

VTB Bank Azərbaycan ASC-nin səhm kapitalı Bank VTB ASC (səhmlərin 

51%-i),  «AtaHoldinq»  ASC  (48,99%)  və  bir  fiziki  şəxs  (0,01%)  arasında 

bölüşdürülüb. 

VTB  Bank  Azərbaycan  ASC  geniş  spektr  bank  xidmətləri  təklif  edən 

universal bank kimi inkişaf etmək niyyətindədir. 

lkin mərhələdə Bank işini korporativ müştərilərə xidmət göstərilməsinə və xarici 

ticarət əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində quracaq. 

2003-cü ildə fəaliyyətə başlamış «AtaHoldinq» ASC iqtisadiyyatın müxtəlif 

sahələrinə,  maliyyə  və  intellektual  resurslara,  o  cümlədən  investisiyalar  hesabına 

ə

mələ  gəlmiş  qeyri-rezidentlərin  resurslarına  sərmayə  qoyuluşu  həyata  keçirir  və 



fəaliyyəti  əsasən  maliyyə,  sənaye,  telekommunikasiya  və  T,  xidmətlərinin, 

tikintinin  və  turizm  sahələrinin  inkişafına  yönəlib.  «AtaHoldinq»  ASC  sosial 

proqramlarda, xeyriyyə tədbirlərində iştirak edir, habelə mədəniyyət və incəsənətin 

inkişafı,  təhsil  səviyyəsinin  yüksəldilməsi  layihələrini  dəstəkləyir.  2009-cu  ilin 

sentyabrın  30-na  olan  məlumata  görə  «AtaHoldinq»  ASC-nin  aktivlərinin  həcmi 

308,8  milyon  manat  təşkil  edib  ki,  bu  da  ilin  əvvəli  ilə  müqayisədə  39,0  milyon 

manat və ya 39% çoxdur. 

Həmin  tarixdə  «AtaHoldinq»  ASC-nin  maliyyə  yatırımlarının  həcmi  116,1 

milyon  manat  bərabər  olub.  «AtaHoldinq»  ASC-nin  ödənilmiş  kapitalının  həcmi 

isə 69,8 milyon manat təşkil edir. 

Gələcəkdə VTB qrupu Azərbaycanda biznesin pərakəndə, sərmayə qoyuluşu 

və digər istiqamətlərini də inkişaf etdirmək niyyətindədir. 

Bank  VTB  ASC-nin  darə  Heyətinin  Prezident-Sədri  Andrey  Kostin  acılış 

mərasimdə  xüsusi  olaraq  bəyan  emişdir  ki,  «Azərbaycanın  çox  böyük  sənaye  və 

ticarət  potensialına  malikdir  və  bu,  regionu  investisiyalar  üçün  cəlbedici  edir. 

MDB  ölkələri  VTB  qrupu  üçün  prioritet  bazardır.  Azərbaycan  bazarına  çıxış  – 



54 

 

 



54

məntiqi  addımdır  və  bu  addım  VTB  qrupuna  MDB  ölkələrinin  inkişaf  nöqteyi-

nəzərindən daha perspektivli bazarlarını əhatə etməyə imkan verəcək». 

VTB qrupu Rusiyanın aparıcı maliyyə qruplarından biridir. Qrup Rusiya və 

MDB  ölkələrində  zəngin  iş  təcrübəsinə  və  20-dən  artıq  ölkədə  nümayəndəliklərə 

malikdir.  VTB-nin  əsas  səhmdarı  85,5%-lik  payla  –  RF  Hökumətidi.  Digər 

səhmdarların  nizamnamə  kapitalında  payı  7,01%-lik  qlobal  depozit  təqsimlərinin 

sahiblər də daxil olmaqla, cəmi 14,5%-dir [50]. 

 

 

 



Şə

kil 6. MDB və Gürcüstanda qarşılıqlı birbaşa investisiyaların xəritəsi 

Qeyd  etmək  lazımdır  ki,  VTB  qrupu  Azərbaycanın  bank  bazarına  2008-ci 

ilin sonunda, daha sonra isə 2009-cu ilin martın 11-də çıxıb [23].  

VTB  Rusiyada,  bəzi  MDB  ölkələrində,  Qərbi  Avropa,  Asiya  və  Afrika 

ölkələrində  geniş  spektr  korporativ,  pərakəndə  və  sərmayə  bank  xidmətləri  təklif 

edir. 


55 

 

 



55

2009-cu ilin iyunun 30-na olan məlumata görə, VTB qrupu aktivlər (3 637,3 

mlrd.  rubl)  və  müştəri  vəsaitləri  üzrə  (1  561,8  mlrd.  rubl)  Rusiyanın  ikinci  iri 

maliyyə qrupu olub [50]. 

VTB-nin  Rusiyada,  MDB  və  Avropada  regional  şəbəkəsi  966  satış 

nöqtəsindən  ibarətdir  ki,  bunun  sayəsində  də  qrup  Rusiyanın  Ən  iri  pərakəndə 

banklar üçlüyünə daxildir. 

VTB-nin  2008-ci  ildə  əsası  qoyulmuş  nvestisiya  biznesi  çərçivəsində 

Moskva, London, Sinqapur və Dubayda əməliyyatlar həyata keçirilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



56 

 

 



56

III FƏS L. AZƏRBAYCAN IN MDB REGIONU DÖVLƏTLƏR   LƏ 

INVESTISIYA ƏMƏKDAŞLIGININ PERSPEKT VLƏR  

 

 

 

3.1.  Azərbaycanın  iqtisadi inkişaf strategiyasi və birbaşa investisiya 

ə

laqələri 

 

 

 



Azərbaycanda  müasir  iqtisadi  inkişaf  modeli  və  investisiya  siyasəti. 

Beynəlxalq  reytinq  agentlikləri  tərəfindən  Azərbaycan  davamlı  iqtisadi  artıma 

malik  ölkə  kimi  qiymətləndirilir.  Son  8  il  ərzində  orta  illik  artım  tempi  15,2  % 

təşkil  edir.  Azərbaycanda diversifikasiya  problemlərinə  müasir  mərhələdə  yüksək 

diqqət  yetirilməsi və həllının aktuallıgı tam bir sıra səbəblrlə baglıdır: 

-  Azərbaycan iqtisadiyyatının xammal yönümlüyu;  

-  Ixracın monostrukturunun aradan galdırılmasına imkan verə biləcək işlək vasitə 

və mexanızmlərin axtarışı;  

-  Qlobal iqtisadi məkanın rəqabətqabiliyyətli iştirakçısına çevrilməyə imkan verə 

biləcək Milli Innovasiya Sisteminin formalaşdırılması zəruriliyi;  

-  Iqtisadi artımın yeni amillərin, xüsusilə  investisiya-innovasiya  və elmtutumlu   

mənbələrin üstunluyü  hesabına təmin olunması.  

-  Yeni «Bilik iqtisadiyyatı» modeli quruculuğu.  

Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar dinamik bir meyllər kəsb edir 

ki,  müasir  dövrün  realliqları  baxımından  yeni  üstünlüklər  əldə  etmək  imkanları 

yaradir (cədvəl 11). 

 

Cədvəl 11  



Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar (mln. ABŞ dolları) 

57 

 

 



57

 

2005 



2006 

2007 

2008 

2009 

2010  

2011 

2012 

1995-

2012  

Cəmi 

investisiyalar 

7118.5  8300.4  12066.1  16222.0  13033.6  17591.4  21588.9  25777.3  144421.0 



Daxili 

investisiyalar 

2225.3  3247.6 

5391.8 

9374.6 


7565 

9343.6 


12915.0  15463.3 

71182.8 


Neft sektoru

 

577.8 



695.6 

1114.7 


1234.7 

1048.8 


1342.5 

1489.0 


1782.8 

10855.0 


Qeyri-neft 

sektoru

 

1647.5  2552.0 



4277.1 

8139.9 


6516.2 

8001.1 


11426.0  13680.5 

60327.8 


Xarici 

investisiyalar  4893,2  5052,8 

6674,3 


6847,4 

5468,6 


8247,8 

8673,9 


10314 

73238,2 


Neft sektoru

1

 

4088.8  3714.0 



4231.9 

3359.0 


2490.7 

3624.9 


4124.6 

4584.8 


43464.6 

Qeyri-neft 

sektoru

2

 

804.4 



1338.8 

2442.4 


3488.4 

2977.9 


4622.9 

4549.3 


5729.2 

29773.6 


Azərbaycan Respublikası DSK 

1

Neft  sektoruna  daxildir:  Birbaşa  nvestisiyalar  (Neft  Sektoru),  Neft  Bonusu,  Neft  sektoruna 



kreditlər. 

2

Qeyri-neft sektoruna daxildir: Birbaşa  nvestisiyalar (Qeyri-neft Sektoru), Portfel  nvestisiyalar, 



Maliyyə Kreditləri  (Neft sektoruna kreditləri çıxmaq şərti ilə), Digər  nvestiyalar  

Azərbaycanda diversifikasiya modelinin reallaşması aşagıdakı yanaşmalar əsasında 

nəzərdən keçirilə bilər:   

A. Diversifikasiya məqsəd kimi -  davamlı inkişaf, risklərin azaldılmasıdir. 

B. Diversifikasiya  çoxölçülü  proses  kimi  –  bir  neçə  istehsal  növünün  inkişafı, 

istehsal olunan mal və xidmətlərin çeşidinin genişlənməsidir.  

C. Diversifikasiya siyasət kımı - iqtisadi fəaliyyətin universal “inkisaf” formasıdır.  

D. Diversifikasiya strategiya kimi – yeni biznes sferalarına cıxış strategiyasıdır.    

Qlobal  iqtisadi  inkişafın  müasir  mənzərəsi  baxımından,  Azərbaycanın 

diversifikasiya  modelinin  reallaşdirilması  və  onun  perspektivliyi  regionda  yeni 

geoiqtisadi  münasibətin  üç  elementinin  qarşılıqlı  əlaqəsı,  təsiri  və  dialektik 

vəhtədində mümkündür. 



58 

 

 



58

  nvestisiyalar  MDB-də  diversifikasiya  siyasətinin  əsas  amili  kimi  rolu 

böyükdür.    Dövlət  strategiyası  konteksində  bir  sıra  MDB  ölkələri  Rusiya, 

Qazaxstan,  Belarus,  Azərbaycan,  Qırğızstan  öz  modelini  reallaşdırmaqdadır. 

Məsələn,  Azərbaycanda  milli  inkişafın  strateji  hədəfləri    vahid  konsepsiya  və  bir 

sıra dövlət proqramlarında öz əksini tapmışdir: 

-  «AZƏRBAYCAN-2020: Gələcəyə baxış konsepsiyası»; 

-  Regionların inkişaf programı;  

-  Insan  kapitalinin  rolundan  istifadə  -    Azərbaycanlı  gənclərin  dunyanın 

qabaqcıl universitetlərində təhsilə yönləndirilməsi üzrə Dövlət Programları;  

-  Ayrı-ayrı sektorların inkişafının  stimullaşdırılması üzrə tədbirlər paketi. 

qtisadi  diversifikasiya  siyasətinin    həyata  keçirilməsi  prosesi  institutların 

rolunun  genişləndirilməsini  tələb  edir.  Bu  baxımdan  Azərbayçanda  aşagıdakı  

institutsional mexanizmlərin fəaliyyətini  və rolunu qeyd etmək olar:      

-  Azəbaycan  nvestisiya Şirkəti  (A Ş); 

-  Sahibkarlıga dəstək Milli Fondu; 

-  Aqrar sahədə “Aqrolizinq” kompaniyası və s. 

nnovasiya  inkişafının  hərtərəfli  stimullaşdırilması,  iqtisadiyyatın  texnoloji 

səviyyəsinin  yüksəldilməsı,  ixracyönlü  məhsul  istehsalı,  aqrar,  turizm  və  KT 

sahələrinin  inkişafı  üzrə  zəruri  tədbirlər  qeyri-neft  sektorunun  inkişafı  üçün 

ə

lverişli şərait yaratmışdir. Bunlar igtisadi artımın keyfiyyəti üçün əsas amillərdən 



hesab olunur.  Son 8 ildə DSK –nin məlumatlarına əsasən, Azərbaycanda ÜDM 3 

dəfə, qeyri-neft ÜDM 2,2 dəfə, sənaye 2,7 dəfə, k-t 1,3 dəfə, tikinti 3,2 dəfə,  KT 

6,4 dəfə artmışdır.  

Azərbaycanda  diversifikasiya  prosesləri  neftlə  zəngin  ölkələrlə  müqayisədə 

bir sira cəhətlərə malikdir. Azərbaycan dünyanın bir sira neft hasil edən ölkələri ilə 

müqayisədə  neft  maşıngayırma  sənayesinə  malikdir.  Lakin  getdikcə  hasilatın 

qurudan  dəniz  şelfinə  çəkilməsi  və  yeni  texnoloji  tələblərin  qarşıya  qoyulması 

getdikcə müasir qabaqçıl texnologiyalara tələbi artirmışdir. Həmçinin, qeyd etmək 



59 

 

 



59

lazımdir  ki,  müasir  dünya  iqtisadiyyatında  neft  hasilatcı  ölkələrin  diversifikasiya 

modeli və neft qiymətlərindən asılılıq səviyyəsi kifayət qədər fərqlidir.  

 

 



 

 

Şə

kil 7. 2003-2012-çi illəərzində Azərbaycan iqtisadiyyatına yönəldilmış 



daxili və xarıcı investisiyaların müqayisəlı inkişafı 

 


60 

 

 



60

Dünya  neft  bazarında  2005-ci  ildən  sonra  qərarlaşan  konyuktur  meyllər  və 

dünya  neft  qiymətlərinin  «tarixi  maksimumu»nun  böyük  təsiri  altında  baş  verən 

2008-ci il qlobal iqtisadi böhranı bu fərqləri daha qabariq surətdə göstərdi. Dünya 

neft  qiymətləri  ilə  qlobal  iqtisadi  artım  arasında  əlaqə  baxımından  dunyada  əsas 

neft istehlakcıları və neft ixracatçılarının iqtisai vəziyyəti artan qiymətlərin mənfi 

təsirlərinə  məruz  qalır.  Belə  bir  təsir  əlaqəsi  iqtisadi  diversifikasiya  siyasətinin 

ə

həmiyyətini dünyada və regionda  bir daha göstərir.    



Azərbaycanda  iqtisadi  siyasət  ilk  növbədə  neft  sektorundan  asılılıgın 

azalmasına  və  qeyri-neft  sektorunun  dinamik  inkişafına  yönəlmişdir  [1].  Belə  bir 

siyasət  çərçivəsində  müasir  kimya,  neft-kimya,  metallurgiya,  maşıngayırma 

kompleksləri, hərbi sənaye kompleksləri,  tikinti sahələrinə geniş diqqət verilir. 

Azərbaycanın  beynəxalq  ticarət  mövqeyində  bir  sira  məhsullar  üzrə  ixrac 

imkanları  yaranmaqdadır.  Son  illərdə  bəzi  Avropa  ttifaqı  ölkələri  də  daxil 

olmaqla, Azərbaycanın iki tərəfli təşəbbüsləri genişlənməkdədir. Lakin hələlik neft 

məhsullarının  ixracınin  birmənalı  üstünlüyü  şəraitində  beynəlxalq  ticarət 

mövqeyinin  yaxşılaşdırılması  rəqabətqabilliyyətli  məhsul  istehsalına  nail  olmanı 

və  ixracın  strukturca  diversifikasiyası  ilə  yanaşı  ixrac  bazarlarının 

genişləndirilmasini tələb edir.  


61 

 

 



61

 

 



Diaqram 3. Azərbaycan iqtisadiyyatina yönəldilmiş xarici 

investisiyaların strukturu % 

 

Hələlik  xarici  fəaliyyətin  cöğrafi  genişlənməsi  istigamətində  Azərbaycanda 

daha  miqyaslı  fəaliyyət  Dövlət  Neft  Şirkəti  tərəfindən  həyata  keçirilir.  ARDNŞ 

xarici  investisiyaları  və  investisiyalaşdırılan  obyektləri  yaxın  qonşu  ölkələri  və 

üzaq region ölkələrini əhatə edir.  

Bü  göstəricilər  ARDNŞ  beynəlxalq  əhəmiyyətli  transmilli  sirkətə  cevrilmə 

prosesini  xarakterizə  edir.  ARDNŞ-in  belə  bir  fəaliyyət  miqyası  daha  yeni 

Azərbaycan  şirkətlərinin  xaricı  iqtisadi  fəaliyyəti  ücün  yeni  potensial  kimi 

qiymətləndirilə  bilər.  Burada  söhbət  hər  şeydən  əvvəl  Azərbaycan 

mütəxəssislərinin,  ölkənin  elmi  və  iqtisadi  resurslarının  cəlb  edilməsi  ilə  yeni 

innovasiya firmalarının yaradılmasına nail olmaqdan gedə bilər.   

 

 



62 

 

 



62

 

 



Diaqram 4. Azərbaycanın investisiya siyasətində neft və qeyri-neft 

sekroru üzrə inkişaf meylləri 

 

Azərbaycanın diversifikasiya siyasətində yeni prioritetlər : Texnoloji parklar, 

kosmik  məkanın mənimsənılməsi, müasir turizm kompleksləri, beynəlxalq tranzit 

koridorlar.    

Qeyri-neft sənayesində innovasiyalı məhsul istehsalının artırılması məqsədilə 

Sumqayıt Texnoloji Parkı yaradılmışdır. Burada 15 müasir zavod fəaliyyət göstərir 

və  yeni  bir  necə  müəssisənin  tikintisi  aparılır.  stehsal  məhsulları  yüksək 

keyfiyyətə  malikdir  və  xarici  bazarlara  ixrac  edilir:    günəş  panelləri, 

transformatorlar,  LED-  lampalar  və  alternativ  energetikada  istifadə  olunan  digər 

məhsullar. 

Sənaye  Parkları  həmçinin  Balaxanı,  Qaradağ  və  Gəncədə  planlaşdırılır. 

Burada  əsas  məqsəd  qeyri-neft  sektorunun  inkişafı  üçün  ölkəyə  investisiyalar  və 

texnologiyalar  cəlb  etmək,  innovativ  lahiyələri  stimullaşdırmagdır.  Yaradılan 

müəssisələr energetik resurslara tələbatı artırır. Bu tələbatın ödənılməsi məqsədilə 

ölkədə 11 yeni elektik stansiyası tikilmişdir. Həmçinin alternativ və bərpa olunan 

energi  mənbələri  üzrə  də  geniş  miqyaslı  işlər  həyata  keçirilməkdədir.  Günəş 



63 

 

 



63

batareyalarının  istehsalına  başlanılmışdır.  qtisadiyyatın  diversifikasiyasında  əsas 

üstünlük    KT  sektoruna  verilmişdir.  Bu  istigamətdə  əsas  tədbirlər  kimi  e-

hökümətin  formalaşdırılması;  2013-çü  ildə  sputnikin  orbitə  buraxılması;  IKT 

sektorunun  yaxın  on  illik  ərzində  neft  sektorundan  sonra  ikinci  gəlir  mənbəyinə 

cevrilməsi və s. qeyd etmək olar.  



  Azərbaycan  Respublikasının  tədiyə  balansı.  2013-cü  ildən  başlayaraq 

tədiyə  balansı  Beynəlxalq  Valyuta  Fondunun  Yeni  (6-cı  nəşr)  Təlimatının 

tələblərinə  uyğun  formatda  tərtib  edilmişdir.  Yeni  Təlimatda  dəyişikliklər  əsasən 

tədiyə  balansının  struktur  komponentlərini  əhatə  edir.  Belə  ki,  balansın 

strukturunda  Kapital  və  Maliyyə  hesabında  əməliyyatların  əvvəlki  kimi 

kredit/debet  formatında  deyil,  “xalis  maliyyə  aktivləri”  və  “xalis  maliyyə 

öhdəlikləri”  kimi  qeyd  edilməsi  tövsiyə  olunur.  Bundan  əlavə  yeni  Təlimatda bir 

sıra digər dəyişikliklər də əksini tapmışdır. 

 2013-cü  ildə  ölkənin  əlverişli  xarici  mövqeyi  qorunmuş,  tədiyə  balansı 

müsbət  saldoya  malik  olmuşdur.  l  ərzində  xarici  iqtisadi  əməliyyatların  müsbət 

saldosunun  əldə  olunmasında  neft-qaz  sektoru  mühüm  rol  oynamışdır.  Neft-qaz 

sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora 

cəlb edilən xarici kapitalın hesabına formalaşır. 

Bu  sektor  üzrə  ödənişlər  isə  mənfəətin  və  investisiyaların  repatriasiyasını, 

avadanlıqların  və  xidmətlərin  idxalını  əks  etdirir.  2013-cü  ildə  neft-qaz  sektoru 

üzrə yaranmış ümumi müsbət saldo 22.4 mlrd. $ olmuşdur. 

Kapitalın  və  maliyyənin  hərəkəti  hesabının  kəsiri  cari  hesabın  profisiti  ilə 

tam  örtülür  və  hazırda  ümumi  balansda  ÜDM-in  1/6  hissəsi  qədər  profisit 

mövcuddur  

2013-cü  ildə  ilkin  gəlirlər  üzrə  daxilolmaların  və  ödənişlərin  ümumi 

dövriyyəsi 6.2 mlrd. $-a çatmışdır. Bunun 83.3%-ni (5.1 mlrd. $) Azərbaycandan 

ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (4.1 mlrd. $) beynəlxalq neft-

qaz  konsorsiumları  üzrə  xarici  investorların  payına  düşən  gəlirlərin  repatriasiyası 


64 

 

 



64

(əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqqları (222.9 mln. 

$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (419.3 mln. $) təşkil edir. 

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 3.3 

mlrd.  $  məbləğində  qiymətləndirilmişdir.  Bu  məbləğin  50.1%-ni  ölkəyə 

daxilolmalar təşkil edir. 

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 95.8%-ni xarici ölkələrdən fiziki 

şə

xslərin pul baratları, 1.9%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 



2.3%-ni isə digər daxilolmalar təşkil edir. 

Bütövlükdə,  təkrar  gəlirlər  üzrə  əməliyyatların  saldosu  müsbət  6.7  mln.  $ 

təşkil  etmişdir.  l  ərzində  xalis  maliyyə  aktivlərimiz  11.8  mlrd.  $  təşkil  etmişdir. 

Bu  göstərici  əsasən  xaricə  yönəldilmiş  birbaşa  investisiyalar  (1477.9  mln.  $), 

portfel  investisiyaları  (322.8  mln.  $)  və  digər  investisiyalar  (9958.6  mln.  $) 

hesabına formalaşmışdır. 

Birbaşa  investisiyalar  formasında  xaricdən  cəlb  olunmuş  sərmayələrin 

ümumi  məbləği  6.3  mlrd.$  olmuşdur.  Bu  investisiyaların  strukturunda  neftqaz 

sektorunun xüsusi çəkisi 82.4% təşkil etmişdir. 

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə