Azərbaycan respublikasi təHSİl naziLRİYİ naxçivan döVLƏt universiteti



Yüklə 1,95 Mb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü1,95 Mb.
#35142
1   2   3   4
Mirəli

Rekultivasiya (lat. re-yenidən başlama, təzədən təkrar edilmə; cultivo-becərirəm)- torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen relyef əmələgəlir və s. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir.

Torpağın rekultivasiyası adətən iki mərhələdə aparılır:

texniki (səthin planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ qurğuların tikilməsi)

bioloji (rekultivasiya aparılan sahədə aqrotexniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək, münbitliyi bərpa etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və faunanın bərpasına şərait yaratmaq)

Torpaqların elektron uçotu işləri nəticəsində Şəki rayonunun ərazisi ilə bağlı bir çox xəritələr tərtib olunub. Belə ki, ərazinin meyllik xəritəsi (3D formatında), dəniz səviyyəsindən mütləq yüksəkliyə görə rayon ərazisinin bölgü xəritəsi hazırlanıb. Bitkilərin məhsuldarlığında mühüm rol oynayan 10 dərəcədən yüksək fəal temperaturların cəmi xəritəsi və həmçinin rayonun ərazisinin yağıntıların miqdarına görə bölgüsünü əks etdirən xəritə də tərtib edilib. Habelə torpaqların eroziyaya uğrama xəritəsi, torpaq xəritəsi, eləcə də Şəki rayonunun torpaqlarının şorlaşma və şorakətləşmə xəritələri də tərtib olunub. Torpaqların kəmiyyət, keyfiyyət uçotuna dair göstəricilər, habelə aqroiqlim və relyef göstəriciləri əsasında müvafiq alqoritm cədvəli də tərtib edilib. CİS-in tətbiqi ilə aparılmış təhlillər nəticəsində Azərbaycanda aparıcı kənd təsərrüfatı bitkiləri – çoxillik əkmələr və çərəz, dənli, dənli-paxlalı, texniki, tərəvəz, bostan bitkilərinin becərilmə imkanlarını özündə əks etdirən areal xəritələri də hazırlanıb. Xəritələrdə ayrı-ayrı bitkilər üçün qeyri-məqbul, məqbul, yaxşı və əla hesab edilən areallar göstərilib.

Belə vəzifələrə ölkədə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, bununla da mükəmməl əmlak/torpaq idarəçiliyini formalaşdırmaq aiddir. Dövlət başçısının tapşırıqlarına əsasən torpaqların faktiki istifadə vəziyyətini əks etdirən kadastr göstəriciləri ilə sənəd göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır. Torpaq ehtiyatlarından daha səmərəli istifadəni təmin etmək məqsədi ilə mühüm tədbirlər həyata keçirilir.

Belə ki, tapşırığın icrası olaraq torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, İnzibati Ərazi Vahidləri, İnzibati Ərazi Dairələri və rayonlar üzrə torpaq ehtiyatları haqqında dəqiq elektron kadastr məlumat bazasının yaradılması işinə başlanılıb.Respublikamızda aparılmış torpaq islahatından sonra torpaqların kadastr uçotu sahəsində ilkin layihələr reallaşdırılıb.

Torpağın kadastrı

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir.

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir.

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir.

Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır:

torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat;

torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə);

torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar;

torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar;

torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar;

torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar.



Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayılan torpaq sahəsinin planı olduqda həyata keçirilir.

DİQQƏTİNİZƏ GÖRƏ

TƏŞƏKKÜR EDİRƏM
Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin