Torpağın münbitliyi- torpağın bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə və məhsulvermə qabiliyyəti. [1] Torpaqşünaslıq elminin klassik tərifinə görə, münbitlik torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi mühitlə təmin etmək qabiliyyətidir.[2]
Hələ qədim dövrlərdən insanlar torpaqlardan istifadə edərkən onları bitkilərin məhsul vermək qabiliyyəti nöqteyi-nəzərdən qiymətləndirməyə cəhd etmişlər. Ona görə də münbitlik anlayışı torpaqşünaslığın bir elm kimi yaramasından çox əvvəl insanlara məlum idi və istehsal vasitəsi kimi torpağın ən əhəmiyyətli xassəsi hesab olunurdu.
Münbitlik haqqında müasir təlimin inkişafı V.R.Vilyamsın adı ilə bağlıdır. O, təbii torpaqəmələgəlmə prosesinin gedişatında torpaq münbitliyinin formalaşmasını və inkişafını hərtərəfli öyrənmiş, torpağın bir sıra xassələrindən asılı olaraq münbitliyin təzahür formalarını nəzərdən keçirmiş, həmçinin menbitliyin artırılmasının əsas prinsiplərini işləmişdir.
Münbitlik-torpağı dağ süxurlarından fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir. Torpaq və onun münbitlik anlayışları bir-birindən ayrılmazdır. Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesinin inkişafının, həmçinin kənd təsərrüfatı istifadəsi zamanı mədəniləşmə prosesininnəticəsidir.
Azərbaycan torpaqlarında eroziyanın tipləri
Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə geniş tədqiqat işləri aparılmış və tədqiqatların nəticələri cəmləşdirərək Azərbaycan Respublikasının torpaq eroziyası xəritəsi tərtib edilmişdir. Azərbaycanda eroziya prosesinin əmələ gəlməsinə və inkiaşfına təbii-tarixi amillərdən – relyef, iqlim, ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də ciddi təsir göstərir. Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan suyun miqdarı düşən yağıntıların miqdarı və formasından asılıdır. Respublikanın dağlıq hissəsində müşahidə edilən leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun da nəticəsində sel hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında müsahidə edilir
Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən respublika ərazisinin 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6%-i şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Respublikanın ayrı-ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq eroziya prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib. Belə ki, Mil-Qarabağ zonasında ərazinin 30,8%-i, QubaXaçmaz zonasında 48,2%-i, Abşeronda 40,3%-i, Naxçıvan MR-də 70,7%-i. DQMV-də 59,3%-i, Şirvanda 27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziyaya məruz qalıb. Düzən rayonlarında isə eroziya prosesi olduqca zəif gedir. Qeyd edildiyi kimi, eroziya hadisəsi su eroziyası və külək eroziyası şəklində baş verir. Dağlıq şəraitində yamaclarda əsasən su eroziyası daha geniş yayılıb. Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır.
Respublikamızda SSRİ-nin dağılması nəticəsində ətraf mühiti kirləndirən sənaye müəssisələrinin əksəriyyəti dayandıqdan sonra atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin azaldı. 1987-ci ildə respublikanın hava hövzəsinə 2,05 mln.t zərərli tullantılar atılmışdır. Bunun 0,25 mln. tonu bərk maddələr (toz), 0,15 mln. tonu kükürd qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən SSRİ-nin dağıldığı 1991-ji ildə atmosfer havasına atılan zərərli tullantıların ümumi miqdarı artaraq 2,6 mln. tona çatmışdır. Bunların 0,11 mln. tonu bərk toz hissəciklər, 0,09 mln. tonu kükürd 2-oksid, 0,64 mln. tonu karbon oksidi, 0,08 mln. tonu azot oksidi, 1,67 mln. tonu karbon qazı, 0,04 mln. tonu buxarlanan kimyəvi maddələr təşkil edirdi. Həmin dövrdə Azərbaycan Respublikasında zərərli tullantıların xüsusi təzyiqi 24 t/km² olmuşdur ki, bu da SSRİ üzrə olan orta göstəricidən 10 dəfə çox idi.
Stasionar mənbələrdən atılan tullantıların əsas hissəsi tikinti materialları 26,6%, neft-kimya sənayesi 16,9%, energetika 16,9%, qaz sənayesi 15,7%, neft sənayesi 7,3%, əlvan metallurgiya 4,7%, elektrotexnika sənayesi 1,8% müəssisələrinin payına düşür. Əsas sənaye şəhərlərindəki vəziyyət sözün əsl mənasında təşviş doğururdu. Sumqayıtda zərərli tullantıların xüsusi təzyiqi 1200 t/km² (ümum respublika göstəricisindən 50 dəfə, ümumittifaq göstəricisindən 500 dəfə çox), Şirvan şəhərində 1000 t/km², Gəncədə 550 t/km², Mingəçevirdə 480 t/km², Bakıda 400 t/km² olmuşdur. Respublikada atmosferə buraxılan tullantıların miqdarının 80%-dən çoxu bu 5 şəhərin payına düşür: o cümlədən Bakı şəhərinin payına (66,1%), Sumqayıtın (4,5%), Gəncənin (3%), Mingəçevirin (2,5%), Şirvanın (5%) zərərli tullantı düşür. Bakı ilə yanaşı digər sənaye şəhərlərinin atmosferinin çirklənməsi nəticəsində də yaranan ekocoğrafi şəraitin əlverişli olmadığını söyləmək olar. Misal üçün, Gəncədə alüminium zavodu yenidən işə salındıqdan sonra təkə Gəncə şəhərində deyil, həmçinin ətrafdakı Samux, Xanlar, Şəmkir, Goranboy rayonlarında da havada olan zəhərli maddələrin miqdarı artmış və qəbul olunmuş həddən xeyli çox olmuşdur. Belə bir vəziyyət Şirvan şəhəri və ona bitişik rayonlarda da müşahidə edilir.
Halhazırdayer kürəsi əhalisinin sayı artır. Getgedə insanlara daha çox ərzaq lazım olur. Çox ərzağı isə torpağın məhsuldarlığını artırmaqla almaq olar. Ona görə də insanlar torpağa gübrə verir ki, ondan alınan məhsul çoxalsın. Əgər 1 hektar təmiz torpaq 2 ton buğda verirsə, gübrə verilmiş torpaq 5 - 6 ton buğda verir. Torpağa gübrəni çox vermək olmaz. Gübrənin tərkibində çoxlu zərərli maddələr də var.Bu maddələr torpağın məhsuldarlığını çoxaltsa da, onu çirkləndirir. Çox gübrə verilmiş torpaqda bitən meyvə - tərəvəzi yemək təhlükəlidir. Bu, insanlar arasında çoxlu xəstəlik yaradır.
Torpağı çirkləndirən təkcə gübrələr deyil. İri zavodların ətrafında da torpaqlar çox çirklənir. Gəncə aliminium zavodunun ətrafında çoxlu çirklənmiş torpaq var. Zavodun borularından çıxan zəhərli maddələr yavaş-yavaş ətrafa çökür. Bu torpaqlarda heç nə bitmir. Bakının neft mədənlərində isə torpaqlar neftlə çirklənir. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.
İstehsalat sektorunun, nəqliyyatın, energetika, kənd təsərrüfatında sənayeləşmənin inkişafı antropogen təsirin kəskin artmasına səbəb olub. Hər il milyonlarla ton bərk və qaz halında olan tullantılar təbiətə atılır, milyard kubmetrlərlə çirkab sular su hövzələrinə axıdılır.
İnsanların məskunlaşdığı yerlər səslə, elektromaqnit sahələrlə və radioaktiv şüalanma ilə "çirkləndirilir", oksigen ehtiyatları tükənir, Yer kürəsinin ozon təbəqəsi dağılır.
Təbii mühitin çirklənməsi nəticəsində insanların sağlamlığı pisləşir, bitki və heyvanat aləmi məhv olur, materialların, bina və tikililərin dağılması sürətlənir. Ekoloji böhran təhlükəsi getdikcə reallaşır.
Ekoloji böhran - təbiət və ictimaiyyət arasında dinamik tarazlığın pozulması olub, təbii mühitin, həyatın varlığı və inkişafı üçün vacib olan şəraiti qoruması, maddələr və enerji mübadiləsi funksiyasının pozulması ilə təzahür edir.
Ətraf mühitin çirklənməsi riskinin aşağı salınmasında əsas vəzifələrdən biri əmtəə istehsalında, xidmətlərdə, texniki sistemlərin istismarında yeni, tullantısız texnoloji proseslərin yaradılıb tətbiq edilməsidir. Bununla yanaşı yaranan ekoloji böhran vəziyyətində insanların dəyişilmiş və çirklənmiş mühitin təsirindən qorunması qarşıda dayanan problemlərdən biridir. Bizim sağlamlığımız tənəffüs etdiyimiz havadan, qidalardan, işləyib yaşadığımız şəraitdən çox asılıdır.
Dostları ilə paylaş: |