AZƏrbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 323.9 Kb.

səhifə1/5
tarix29.05.2017
ölçüsü323.9 Kb.
  1   2   3   4   5

 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 



B U R A X I L I Ş   I Ş I 

 

Mövzu:

 

Йапышганларын истещлак хассяляринин гиймятляндирилмяси 



Işin rəhbəri: dos. Səidov R.Ə. 

Tələbə: Hüseynov Nicat Qabil 

Bölmə: azərbaycan  

Qrup:314 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

 

B A K I   2015 



 

 

 

 



MÜNDƏRICAT 

 

 

GIRIŞ  

I.  Adgeziya nəzəriyyəsi və yapışqanların keyfiyyət göstəriciləri 

II.  Yapışqanların təsnifatı və çeşidinin xarakteristikası 



11 

III.  Yapışqanların keyfiyyətini formalaşdıran amillərin ekspertizası 

27 

IV.  Yapışqanların istehlak xassələrinin qruplaşdırılması 



34 

V.  Yapışqanların keyfiyyət göstəricilərinin ekspertizası 

39 

VI.  Yapışqanların keyfiyyətinin qorunub saxlanmasına kömək edən 



amillər 

42 


NƏTICƏ VƏ TƏKLIFLƏR 

45 

ƏDƏBIYYAT  

47 

 

 

 

 

 

 GIRIŞ 

 

 

Yapışdırıcı  materiallar  dedikdə  plyonka  əmələ  gətirmə  qabiliyyətinə  malik 



olan  məhlul  toz  və  ya  ərinti  halında  olan  yüksək  molekulalı  üzvi  və  bəzi  hallarda 

qeyri-üzvi  maddələr  başa  düşülür.  Bu  növ  materiallar  bərk  cisimlərin  üzərinə 

çəkildikdə  quruma  xassələrinə  malik  olmaqla  bu  cisimləri  bir-birinə  yarışdıra 

bilirlər.  

Yapışdırma  davamlılığı  adgeziyanın  intensivliyi  ilə  habelə  yapışdırıcı 

birləşmələrinin kogeziya davamlılığı ilə xarakterizə olunur. 

Adgeziya  qüvvəsi  nə  qədər  yuxarı  olarsa,  yapışdırma  davamlılığı  da  bir  o 

qədər yuxarı olar. 

Hal-hazırda  yapışqanlı  materiallardan  məişətdə  və  texnikada  geniş  istifadə 

olunur.  Hər  il  yapışqanların  istehsalı  və  tətbiqi  sahəsi  daha  da  genişlənir. 

Yapışqanlardan  poliqrafiya  ağac  emalı,  tikili,  ayaqqabı  və  sair  sənaye  sahələrində 

istehsal  olunan  məmulatların  müxtəlif  hissələrinin  bir-birinə  birləşməsindən  və 

məişətdə müxtəlif hissələrin bir-birinə yapışdırılmasında istifadə olunur. 

Müxtəlif  yapışqan  növlərindən  yapışqanlı  boyaqların  hazırlanmasında  və 

rəngsazlıq boyaqlarında istifadə olunur. 

 

 

 


 

I. ADGEZIYA NƏZƏRIYYƏSI VƏ YAPIŞQANLARIN  



KEYFIYYƏT GÖSTƏRICILƏRI 

 

Yapışqanlar  yüksək  molekullu  üzvi  və  bəzi  qeyri-üzvi  maddələrin  məhlulu, 



dispersiyası yaxud ərintisi olub, pərdə əmələgətirmə qabiliyyətinə malik olmalıdır. 

Yapışqanlar  bərk  cisimlərin  səthində  bərkiyərək  əlaqədə  olan  səthləri  biri-birinə 

yapışdırmaq (birləşdirmək) qabiliyyətinə malikdir. 

Yapışma  xassəsi  yapışqan  ilə  yapışdırılan  səth  arasındakı  adgeziya 

qabiliyyətinə əsaslanır. Yapışmanın davamlılığı adgeziyanın intensivliyi, həmçinin 

koogeziya  ilə  –  yeni  yapışqan  pərdəsinin  öz  möhkəmliyi  ilə  təyin  edilir. 

Adgeziyanı  müəyyən edən qüvvə böyük olduqca, yapışmanın davamlılığı da bir o 

qədər yüksək olur.  

Yapışqanlardan məişətdə və texnikada müvəffəqiyyətlə istifadə edilir. Ildən-

ilə  yapışqan  materiallarının  istehsalı  artırılır  və  tətbiq  sahələri  genişləndirilir. 

Yapışqanlar sənayenin bir çox sahələrində (poliqrafiya, ağac emalı, tikiş, ayaqqabı 

və  s.)  məmulatların  hissəsini  yapışdırmaq  üçün  və  məişətdə  müxtəlif  əşyaların 

yapışdırılması üçün geniş istifadə edilir. 

Bir 


çox 

yapışqanlar 

müxtəlif 

boyaqların 

(yapışqanlı 

boyaqlar) 

hazırlanmasında istifadə edilir. Bu halda yapışqan boyağın tərkibində olan mineral 

piqment  hissəciklərini  biri-birinə  yapışdırmaq  üçün  pərdə  əmələgətirici  maddə 

vəzifəsini yerinə yetirir. 

Yapışqanların  tərkibi.  Yapışqanın  əsasını  adətən  yüksəkmolekullu  təbii 

yaxud  sintetik  yapışdırıcı  mürəkkəb  üzvi  maddələr  təşkil  edir.  Təbii  qeyri-üzvi 

yapışqanlara silikat mineral yapışqanları və asfalt-bitum yapışqanları aiddir. 

Yapışqanların  tərkibinə  yapışdırıcı  maddədən  başqa,  həmçinin  həlledicilər, 

doldurucular,  plastifikatorlar  və  bərkidicilər  də  aiddir.  Zülali  tərkibli  yapışqanlara 

adətən  çürümə  və  kiflənmənin  qarşısını  almaq  üçün  antiseptik  maddələr  əlavə 

edilir.  

Həlledicilər (su  və  üzvi  mayelər)  yapışqanın  istifadəsinin rahat olması  üçün 

özlülü  məhlul  halına  salınması  üçün  istifadə  edilir.  Dispersiyalı  yapışqanlarda 


 

(latekslərdə)  su  adətən  dispersiyalı  mühit  hesab  edilir.  Yalnız  polimerlərin 



ərintilərindən alınan yapışqanlarda (qatranlarda) həlledicilərdən istifadə edilmir. 

Doldurucular  ovuntu  halında  olub  (kvars  qumu,  ağac,  ovuntusu  və  s.), 

başlıca  olaraq  yapışqan  pərdəsinin  quruması  zamanı  qısalmasını  azaltmaq  və 

yapışma  möhkəmliyini  azalda  bilən  daxili  gərginliyi  aşağı  salmaq  üçün  istifadə 

edilir. 

Plastifikatorlardan  elastiki  yapışqan  birləşmə  almaq  və  yapışqan  pərdəsinin 

kövrəkliyini azaltmaq üçün istifadə edilir.  

Bərkidicilər,  müxtəlif  yapışqanların  yapışqanlı  pərdəsinin  tez  bərkiməsini 

təmin  etmək  üçün  və  onun  suya,  neft  məhsullarının,  üzvi  həlledicilərin  təsirinə 

davamlılığını  artırmaq  üçün  istifadə  edilir.  Epoksid  yapışqanlarda  bərkidici 

məqsədilə  diamindən,  karbominoformaldehid  yapışqanlarında  isə  turşulardan 

istifadə edilir. 



Yapışqanların  əsas  keyfiyyət  göstəriciləri  –  yapışqanın  keyfiyyəti,  hər 

şeydən  əvvəl,  onların  yapışdırma  (adgeziya)  qabiliyyəti  ilə  müəyyən  edilir. 

Yapışqanın  mühüm  keyfiyyət  göstəricilərinə  onun  özlülüyü,  həmçinin  ayrı-ayrı 

növləri  üçün  yapışqanın  suya,  istiyə,  kimyəvi  mühitə  və  digər  amillərə  qarşı 

davamlılığı aiddir. 

Yapışdırma  qabiliyyəti.  Yapışqanın  yapışdırma  qabiliyyəti  iki  standart 

ölçülü  lövhənin  yapışma  möhkəmliyi  ilə  təyin  edilir.  Bu  zaman  yapışdırılmış  iki 

lövhəcik  biri-birinə  nisbətən  sürüşdürülür,  yaxud  qopardılır  və  möhkəmlik 

kq.q/sm


2

 vahidi ilə ifadə olunur.  

Yapışdırma möhkəmliyi, həmçinin yapışdırılmış iki zolağın ayrılmasına sərf 

edilən  qüvvə  ilə  də  təyin  edilir.  Bu  halda  zolaqları  ayırmaq  üçün  sərf  edilən 

qüvvənin,  zolağın  eninə  nisbəti  yapışdırma  qabiliyyətini  xarakterizə  edir  və 

kq.q/sm vahidi ilə ifadə olunur. 



Yapışqanın özlülüyü onun yapışdırma qabiliyyəti ilə bilavasitə əlaqədardır. 

Əgər  bir  neçə  eyni  tipli,  lakin  yalnız  makromolekul  ədədinin  ölçüsünə  görə 

(molekul  kütləsi)  fərqlənən  yapışqan  maddələrini  nəzərdən  keçirsək  görərik  ki, 

ölçülüyü  yüksək  olduqca,  onun  yapışdırma  qabiliyyəti  də  yüksək  olur  (eyni 



 

qatılıqda),  kollogen  yapışqanlarında  (mezdra,  sümük)  yapışqan  məhlulunun 



özlülüyü  yapışdırma  qabiliyyəti  ilə  düz  mütənasibdir.  Buna  görə  də  kollogen 

yapışqanlarının sortları bilavasitə onun özlülüyünə əsasən təyin edilir. 

Yapışqanın dözümlülük qabiliyyəti onun istifadəsi mümkün olan müddətlə 

xarakterizə edilir. Yapışqanın istifadəsi mümkün olmayan özlülük vəziyyətə çatana 

qədərki vaxtı dözümlülük müddəti hesab edirlər. 

Yapışqan  qatılaşdıqca  öz  yapışdırma  qabiliyyətini  itirir.  Yapışqan 

məhlulunun  tərkibində  bərkidicinin  miqdarı  artdıqca  və  saxlanma  zamanı 

temperatur  yüksəldikcə,  onun  dözümlülük  qabiliyyəti  azalır.  Çoxkomponentli 

yapışqanların dözümlülük qabiliyyəti 1,5-2 saatdan az olmamalıdır. 

Müasir  adgeziya  nəzəriyyəsi.    Müasir  adgeziya  nəzəriyyəsi  ilə  tanış 

olduqdan  sonra  yapışqanların  və  lak-boyaq  materialların  yapışma  və  örtük 

əmələgətirmə qabiliyyətinə təsir edən əsas amilləri öyrənmək mümkündür. 

Ümumiyyətlə,  yapışdırma  və  yapışmanın  bu  və  ya  digər  dərəcədə 

mahiyyətini izah edən adgeziya haqqında bir neçə nəzəriyyə vardır. Bu sahədə ilk 

nəzəriyyələrdən  biri  hesab  ediləni  «Mexaniki  bərkimə  nəzəriyyəsi»dir.  Bundan 

sonra  adsorbsiya  nəzəriyyəsi,  daha  sonralar  elektrik,  kimyəvi  və  diffuziya 

nəzəriyyələri təklif edilmişdir.  

Bütün  bu  nəzəriyyələr,  diffuziya  nəzəriyyəsi  müstəsna  olmaqla  yapışdırma 

və yapışma qüvvəsinin təbiətini izah edir. 

Diffuziya  nəzəriyyəsi  isə  yapışma  və  yapışdırma  prosesinin  mexanizmini 

izah etməyə imkan verir. 



Mexaniki bərkitmə nəzəriyyəsi (pərçimləmə). Bu nəzəriyyəyə əsasən duru 

yapışqanla  yapışdırılan  materialın  məsamələri  arasındakı  qarşılıqlı  əlaqə  izah 

edilir.  Belə  ki,  bu  zaman  yapışqan  yapışdırılan  materialın  məsamələri  ilə  onun 

daxilinə  keçir,  orada  bərkiyir  və  bu  məsamələr  bərkidici  mıx  vəzifəsini  yerinə 

yetirir. 

Bu  nəzəriyyəni  təsdiq  etmək  üçün  eyni  materialdan  olan,  lakin  səthinin 

məsaməliliyi  çox  olan  materialın  yüksək  yapışma  qabiliyyətinə  malik  olduğunu 

misal göstərirlər.  



 

Deməli, məsaməli və səthi kələ-kötür (cod) olan materialların səthi yapışma 



qabiliyyəti daha yüksəkdir. 

Mexaniki pərçimləmə parçaların yapışılması zamanı mümkündür, bu zaman 

adgeziv  (yapışqan)  onun  məsamələri  arasına  axır  və  ayrı-ayrı  liflərin  saplarını 

tutur.  Beləliklə,  bu  təsəvvür  məsaməsi  olmayan  materialların,  səthi,  hamar 

pardaqlanmış səthlərin yapışma mahiyyətini izah edə bilmir. 

Adsorbsiya  nəzəriyyəsi  yapışdırılan  səth  ilə,  yapışqan  maddəsi  arasındakı 

əlaqəni  molekulyar qüvvənin  təsirinin  nəticəsi kimi  izah edir. Yapışdırıcı  material 

ilə  yapışdırılan  material  arasındakı  əlaqəni  yaratmaq  üçün  yapışqan  yapışdırılan 

səthi yaxşı islatmalı və onunla adsorbsiya edilməlidir. 

Adgezivlə (yapışqan, yaxud lak-boyaq pərdəsi) substratın (yapışdırılan səth) 

molekulları  arasındakı  rabitə  5  A°-dən  az  olduqda  molekullararası  qüvvə 

(dispersion, induksion və elektrostatik) fəaliyyət göstərməyə başlayır. 

Dispersiya  qüvvəsi  cismin  səthinə  təsir  edən  molekulların  polyarlığından 

asılı  olmayaraq  fəaliyyət  göstərir.  Bu  qüvvə  qonşu  hissəciklərin  polyarizasiyası 

nəticəsində onların elektronlarının qanunauyğun hərəkəti zamanı əmələ gəlir. 

Daimi  dipol  momentinə  malik  olan  başqa  bir  (polyar)  molekulun  hesabına 

dipolun əmələ gəlməsi nəticəsində induksiya qüvvələri baş verir. 

Elektrostatik  qüvvələr  polyar  qrupların  varlığı  hesabına  (-OH,  -COOH,      -

CH və s.) elektrik yükləri qarışıq olan polyar molekullar arasında fəaliyyət göstərir. 

Elektrostatik qarşılıqlı təsir qüvvəsi hidrogenlə iki əks yüklü atomlar (O, N, 

F,  Cl  və  S)  arasında  hidrogen  rabitələrinin  əmələ  gəlməsi  nəticəsində  güclənir. 

Adsorbsiya  nəzəriyyəsi  lazımi  səviyyədə  yaxşı  əsaslandırılmış  və  əksər  alimlər 

tərəfindən bəyənilmişdir. 



Elektrik  nəzəriyyəsi  adgeziya  rabitəsinin  əmələ  gəlməsini  yapışdırılan 

səthdə  yapışqan pərdəsi arasında  ikiqat elektrik təbəqəsinin əmələ  gəlməsi  imkanı 

ilə  izah  edir.  Bu  isə  kondensatorun  çərçivəsi  ilə  müqayisə  edilərək  nəzərdən 

keçirilir.  Lakin  bu  təsəvvür  bir  çox  etirazlarla  qarşılaşır.  Bu  nəzəriyyəyə  görə 

polimerlərin  yapışması  zamanı  adgeziya  zəifləməlidir.  Lakin  həqiqətdə  bu 

güclənir.  Elektrik  nəzəriyyəsi  nöqteyi-nəzərindən  cərəyan  keçirən  materialların 



 

(məsələn,  qurumla-doldurulmuş  plastik  kütlələrin  və  s.)  möhkəm  yapışması 



qabiliyyətini izah etmək mümkün deyildir. 

Kimyəvi  nəzəriyyə  möhkəm  yapışma  və  birləşmə  xassəsini  yapışqan 

pərdəsi  ilə  yapışan  cisimlərin  səthlərindəki  molekullar  arası  kimyəvi  qarşılıqlı 

təsirin mümkün olması ilə izah edir. 

Diffuziya nəzəriyyəsi yapışma və birləşməni diffuziya prosesi kimi nəzərdən 

keçirir.  Bu,  bir  daha  onunla  təsdiq  edilir  ki,  polimer  yapışqanının  adgeziya 

qabiliyyəti  müəyyən  müddət  keçdikdən  sonra  və  temperaturun  yüksəldilməsi  ilə 

əlaqədar  olaraq  güclənir.  Bu  nəzəriyyəyə  görə  adgeziya  yapışqan  polimerlərində 

olan  ayrı-ayrı  həlqə  və  zəncirlərin  digər  maddələrin  tərkibinə  diffuziyaetmə  və 

qarşılıqlı əlaqəyaratma qabiliyyəti ilə əlaqədardır. 

Adgeziya  haqqında  nəzəri  təsəvvürləri  nəzərdən  keçirməklə  belə  nəticəyə 

gəlmək olar ki, elektrik nəzəriyyəsi müstəsna olmaqla bütün nəzəriyyələr universal 

olmasalar da, lazımi dərəcədə inandırıcıdır.  

Bizim  fikrimizcə,  bu  nəzəriyyələr  adgeziyanın  varlığının  yalnız  müxtəlif 

cəhətlərini əks etdirirlər və buna görə də yapışdırma və birləşməni izah etmək üçün 

bu və ya digər nəzəriyyədən birini əsas götürməyə heç bir ehtiyac yoxdur. 

Yapışqan  pərdəsinin  bərk  cismin  səthinə  yapışması  prosesini  üç  mərhələyə 

bölmək olar. 

1.  Yapışqan  maddəsinin  səthdə  qeyri-hamar  yerlərə  və  məsamələrə  daxil 

olması; 

2. Yapışqan maddəsi molekullarının adsorbsiyası (fiziki); 

3.  Yapışqan  maddəsinin  molekulları  ilə  bərk  cismin  səthindəki  molekullar 

arası qarşılıqlı əlaqə nəticəsində hidrogen və kimyəvi rabitələrin əmələ gəlməsi. 

Bu  mərhələlər  əvvəlcə  ardıcıl,  sonra  isə  paralel  gedirlər.  Yapışqan 

maddəsinin  molekulları  yapışdırılan  bərk  cismin  səthindəki  bütün  qeyri-hamar 

yerlərə  təmas  edərək  orada  olan  buxar  və  qazları  sıxışdırıb  çıxarır  və 

molekullararası  qüvvə  həddinə  çataraq  səthə  adsorbsiya  edir,  sonra  isə  hidrogen 

rabitəsi və kimyəvi qarşılıqlı  təsir  nəticəsində  yapışdırılan səthlə nisbətən davamlı 

əlaqə yaradırlar. 



 

Əgər hidrogen və kimyəvi rabitələrin əmələ gəlməsi baş verməzsə, bu zaman 



adgeziya prosesi molekullararası rabitənin əmələ gəlməsi ilə yekunlaşır. 

Adgeziya  prosesinin  mərhələli  öyrənilməsi  yapışma  və  birləşmənin 

mahiyyətinin izah edilməsi üçün, adsorbsiya, kimyəvi və diffuziya nəzəriyyələrinin 

xüsusən  daha  qiymətli  olduğunu  bizə  başa  düşməyə  imkan  verir.  Yapışqanın 

cisimdə  məsamə  və  çökək  yerlərinə  təmas  etməsi  həqiqi  səthi  yapışmanın 

böyüməsinə və qarşılıqlı təsir qüvvəsinin artmasına gətirib çıxarır. 

Təklif  edilən  ümumiləşdirmələr  yapışma  və  birləşmə  mahiyyəti  haqqında 

bizdə  əvvəldən  yaranmış  təsəvvürləri  zənginləşdirir.  Yapışma  və  birləşmə 

haqqında bu təsəvvürlərə əsaslanaraq, birinci növbədə yapışqan pərdəsi ilə yapışan 

cisimlər arasında sıx (molekulyar) əlaqəyə nail olmaq vacibdir.  

Makromolekulların yüksək elastiki olması, xüsusən polimer yapışqanlarında, 

yapışqan  maddəsinin  pərdəsi  ilə  cismin  səthi  arasında  sıx  əlaqənin  yaranmasına 

səbəb olur, lakin bu yalnız molekulların istənilən mikroqeyri-hamarlığı dəf edərək 

əyilmə  qabiliyyətinə  malik  olması  hesabına  deyil,  həmçinin  onların  cismin 

səthində müəyyən dərinliyə diffuziya etmə qabiliyyətinə malik olması hesabına baş 

verir.  


Bununla  əlaqədar  olaraq  yapışqan  pərdəsi  ilə  yapışan  cismin  əlaqəsini 

molekullararası  məsafədə (yəni  molekulyar rabitə)  yapışdırılan cismin ölçüsündən 

müəyyən qədər artıq olduğunu təsəvvür etmək olar. 

Məlumdur  ki,  adgeziya  qüvvəsinin  miqdarı  çox  böyük  ola  bilər.  Yapışqan 

pərdəsi  ilə  yapışan  cisim  arasındakı  molekulyar  əlaqə  onların  arasında 

molekullararası  cazibə  qüvvəsinin  və  hidrogen  rabitəsinin  iştirakı  hesabına, 

həmçinin kimyəvi rabitənin əmələ gəlməsi hesabına təmin olunur. Qarşılıqlı təsirin 

xarakteri  və  yapışma  möhkəmliyi,  şübhəsiz  ki,  yapışqan  maddəsinin  və  yapışan 

cismin kimyəvi tərkibindən və quruluşundan asılıdır.  

Qarşılıqlı  təsir  intensiv  olduqca  yapışma  möhkəmliyi  bir  o  qədər  çox  olur. 

Yapışqanın  və  yapışdırılan  cismin  molekullarında  polyar,  reaksiya  qabiliyyətli 

qruplar,  məlum  olduğu  kimi,  yapışma  möhkəmliyini  yüksəldir,  bu  isə  müxtəlif 

rabitələrin enerji həcmini müqayisə etməklə aşkar edilir.  


10 

 

Molekullararası (dispersiya, induksiya, elektrostatik) və hidrogen rabitələrin 



enerjisi  10-12  kkal/mol-dan  artıq  olmur.  Lakin  kimyəvi  rabitənin  (ion,  kovalent), 

enerjisi 250 kkal/mol-la qədər yüksəlir. 

Yapışdırılan  cisimləri  press  altında  saxladıqdan  sonra  yapışma  möhkəmliyi 

yüksəlir,  bu  isə  aydındır  ki,  səthlər  ilə  yapışqan  pərdəsi  arasında  əlaqəni 

yaxşılaşdırır,  molekulyar  əlaqə  sahəsini,  həmçinin  qarşılıqlı  təsir  qüvvəsinin 

miqdarını böyüdür. 



 

 

11 

 

II. YAPIŞQANLARIN TƏSNIFATI VƏ ÇEŞIDININ 



XARAKTERISTIKASI 

 

Yapışqanlar  aşağıdakı  xüsusiyyətlərinə  görə  iki  qrupa  bölünür:  yapışqan 



maddəsinin mənşəyinə görə təbii və sintetik yapışqanlar. Bu yapışqanlar içərisində 

xüsusi  yeri  efirsellüloz  yapışqanları  tutur  ki,  bunun  da  kimyəvi  tərkibinin  əsasını 

yapışdırıcı xassəyə malik təbii polimer maddəsi təşkil edir. 

Təbii  yapışqanlar  heyvanat,  bitki  və  mineral  yapışqanlara  bölünür. 

Heyvanatdan  alınan  yapışqanlar  içərisində  ən  çox  yayılanları  mezdra,  sümük, 

kazein  yapışqanlarıdır.  Bu  tip  yapışqanlardan  az  əhəmiyyətlisi  isə  albumin  və 

keratin  yapışqanlarıdır.  Bitki  mənşəli  yapışqanlardan  ən  çox  yayılmışı  nişasta  və 

dekstrindir. Mineral yapışqanlara silikat və asfalt-bitum yapışqanları aiddir. 

Təbii  yapışqanların  çoxu  rütubətə  davamsız  olur  və  çürüyür.  Bu 

xüsusiyyətinə görə də onlar sintetik yapışqanlardan fərqlənirlər. 



Yapışdırma  xüsusiyyətlərinə  görə  yapışqanlar  və  yapışqan  birləşmələri 

dönən  və  dönməyənlərə  bölünürlər.  Yapışqan  pərdəsinin  müxtəlif  materialları 

yapışdırma  zamanı  bərkiməsi  onun  tərkibindən  həlledicinin  (su,  üzvi  həlledicilər) 

buxarlanması  ilə  izah  edilir.  Bu  zaman  pərdənin  bərkimə  prosesi  dönən  fiziki 

proses  hesab  edilir.  Dönməyən  birləşmə  isə  yapışqanın  tərkibində  gedən  kimyəvi 

reaksiya hesabına alınır ki, sonradan yapışqan pərdəsi bərk vəziyyətə düşür. Bu cür 

bölünmə  yapışqanlı  tikişin  qızdırılmaya,  suya  yaxud  üzvi  həlledicilərə 

münasibətinə əsaslanır. 

Qızdırmaya  münasibətinə  görə  sintetik  yapışqanlar  termoplastik  və 

termoreaktiv  olmaqla  dönmə  xarakterinə  görə  (yapışdırma  xarakterinə)  kəskin 

fərqlənirlər. 

Termoplastik  yapışqanlar  tipik  dönən  yapışqanlardır.  Onlar  termoplastik 

qatranların,  məsələn,  perxlorvinil  poliamid,  poliakril,  polivinilasetat  və  s. 

qatranlarının  məhlulu  və  yaxud  qarışığıdır.  Bu  yapışqan  pərdəsinin  bərkiməsi 

prosesi  yapışqanın  soyuması  yaxud  üzvi  həlledicinin  ondan  uçub  getməsi  ilə 

əlaqədardır.  Lakin  yapışqan  pərdəsi  qızdırıldıqda  yumşalır  və  həlledicilərin 



12 

 

təsirindən şişir, yaxud həll olur. Buna görə də dönən yapışqanların yapışqanlı tikişi 



istinin və yaxud müvafiq həlledicinin təsirindən parçalana bilər. Bununla əlaqədar 

olaraq  çox  vaxt  məmulatların  bəzi  detallarını  müvəqqəti  yapışdırmaq  üçün  dönən 

yapışqanlardan istifadə edirlər. 

Termoreaktiv 

yapışqanlar 

termoreaktiv 

qatranlar 

(fenol- 


və 

aminoformaldehid,  epoksid  və  s.)  əsasında  alınan  dönməyən  yapışqanlardır.  Bu 

yapışqan  pərdəsinin  bərkiməsi  prosesi  kimyəvi  proses  olub,  əriməyən  və  həll 

olmayan yapışqan tikişi əmələ gətirir. Buna görə də termoreaktiv yapışqanlar daimi 

yapışdırma işləri üçün tətbiq edilir. 

Dönməyən  yapışqanlar  qızdırmaqla  (rezol  qatranları  əsasında  alınanlar) 

yaxud tərkibinə  xüsusi qatışıqlar  – bərkidicilər əlavə etməklə bərkiyir. Dönməyən 

sintetik yapışqanların bəziləri bərkimə zamanı  istilik tələb etmir, ona görə də belə 

yapışqanlar  soyuqda  bərkiyən  yapışqanlar  adlanır.  Istilik  tələb  etməklə  bərkiyən 

yapışqanlar isə istidə bərkiyən yapışqanlar adlanır. 

Bütün  yapışqanlar  suyun  təsirinə  münasibətinə  görə  üç  qrupa  bölünür:  su 

təsirinə qarşı yüksək davamlı, orta davamlı və davamsız. 

Su  təsirinə  qarşı  yüksək  davamlı  yapışqanlar  nəinki  soyuq,  hətta  qaynayan 

suyun  təsirinə  məruz  qaldıqda  belə,  onda  heç  bir  dəyişiklik  baş  vermir.  Belə 

yapışqanlara  fenolformaldehid  və  epoksid  qatranları  əsasında  alınan  yapışqanlar 

aiddir. 


Su  təsirinə  qarşı  orta  davamlı  yapışqanların  tikişi  suyun  təsirindən  öz 

möhkəmliyini 

az 

hiss 


olunan 

dərəcədə 

itirir. 

Belə 


yapışqanlara 

karboaminformaldehid qatranları əsasında alınan yapışqanlar aiddir. 

Suya  davamsız  yapışqanlar  isə  suyun  təsirindən  yapışdırma  qabiliyyətini 

itirir. Bu yapışqanlara mezdra, sümük, nişasta və digər yapışqanlar aiddir. 



Təyinatına görə yapışqanlar idarə, yaxud dəftərxana üçün (məsələn, kazein 

və dekstrin yapışqanı), divar kağızını yapışdırmaq üçün (nişasta), ağac yapışdırmaq 

üçün  (dülgərlik  –  mezdra  və  sintetik),  parça  üçün  (məsələn,  BF-6),  universal 

təyinatlı (BF), epoksid yapışqanlara bölünürlər. 



13 

 

Yapışqan maddələri fiziki quruluşuna görə də fərqlənir. Belə ki, yapışqanlar 



ticarətə  bərk  parça,  plitə,  pulcuq,  yaxud  toz  halında,  həmçinin  pasta  halında  daxil 

olur. Xüsusi məqsədlər üçün yapışqanlar həmçinin pərdə halında da buraxılır. 



: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə