Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


III FƏSİL. İSTEHLAK BAZARINA DAXİL OLAN POLİMER



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   40   41   42   43   44   45   46   47   ...   61
S-f-rov-H-mid

III FƏSİL. İSTEHLAK BAZARINA DAXİL OLAN POLİMER 

QABLAŞDIRICI MATERİALLARIN TƏSNİFATI, ÇEŞİDİ VƏ 

EKSPERTİZASI 

3.1. İstehlak bazarına daxil olan qablaşdırıcı materiallarının əsas növləri, 

xarakteristikası və istehsalı 

 

Məişətdə  geniş  istifadə  edilən  ərzaq  və  qeyri-ərzaq  mallarının  qablaşdırılması 

üçün bir çox daxili və xarici qablaşdırıcı materiallardan istifadə edilir. Bu materiallar 

onların  istehsalı  üçün  istifadə  edilən  xammaterialın  növünə  görə  təbii  və  kimyəvi 

materiallara  bölünür.  Təbii  materiallara  selliloz  əsaslı  kağız  və  karton  materialları, 

parça və trikotaj  polotnoları, şüşə və  metal tərkibli qablaşdırıcı  materiallar daxildir. 

Bu materiallar təbii və süni yolla istehsal edilərək geniş çeşiddə ərzaq və qeyri-ərzaq 

mallarının  qablaşdırılması  üçün  onların  funksional  təyinatından  asılı  olaraq  istifadə 

edilir.  Müasir  dövrdə  bizi  əhatə  edən  geniş  çeşiddə  istehlak  mallarının  keyfiyyətli 

şəkildə  istehlakçılara  çatdırılması  üçün  təbii  qablaşdırıcı  materialla  ödəmək  qeyri-

mümkündür.  Buna  görə  də  müasir  dövrdə  sənayedə  və  məişətdə  yüksəkmolekullu 

sintetik  qatranlar  əsasında  alınan  polietilen  və  polipropilen  qatranlarından  geniş 

istifadə  edilir.  Bütün  qablaşdırıcı  materiallar  içərisində  polimerlər  əsasında 

hazırlanmış  qablaşdırıcı  plyonka  materialları  xüsusi  yer  tutur.  Onlar  həm  istifadə 

üçün rahat və etibarlı olmaqla yanaşı, istifadə üçün çox əlverişlidir. Belə qablaşdırıcı 

materiallar  universal  materiallar  olmaqla  həm  ərzaq  məhsullarının,  həm  də  qeyri-

ərzaq mallarının etibarlı qablaşdırılmaslı üçün tətbiq edilir. 

Müasir dövrdə universal xassəli polimer  qablaşdırıcı materialları geniş çeşiddə 

istehsal  edilir.  Bu  qablaşdırıcı  materialların  hər  birinin  özünəməxsus  xassələri  və 

tətbiq  sahələri  vardır.  Növlərinə  görə  müasir  qablaşdırıcı  polimer  plyonkaları 

aşağıdakı kimi üç qrupa bölmək olar: 

1) Streyç plyonkalar

2) Hava qabarcıqlı plyonkalar. 

3) Yeyinti məhsulları üçün olan plyonkalar. 




47 

 

Streyç  plyonkalar  müasir  dövrdə  geniş  tətbiq  edilən  qablaşdırıcı  polimer 



materiallardır.  Bu  qablaşdırıcı  materiallar  şəffaf  olmaqla  asanlıqla  dartılır  və 

qablaşdırılan  malın  üzərini  asanlıqla  örtərək  onun  səthində  parlaq  elastik  plyonka 

əmələ gətirir. Streyç plyonkaların qablaşdırıcı material kimi istifadəsi çox asandır və 

əsasən aşağıdakı üsullarla həyata keçirilir. 

1. Qabaqcadan rulon şəklinə salınmış streyç plyonka əl üsulu ilə qablaşdırılması 

nəzərdə  tutulan  malı  və  ya  əşyanın  üzərinə  qablaşdırılan  malın  növündən,  forma-

sından, konstruksiyasından və s. asılı olaraq müəyyən qüvvə ilə dartılaraq çəkilir. Bu 

da  qablaşdırılan  malın  şəffaf  polimer  örtüklə  örtülərək  təhlükəsiz  və  etibarlı 

daşınmasını və saxlanmasını təmin edir. 

2.  Streyç  plyonkanın  xüsusi  avadanlıq  vasitəsilə  qablaşdırılan  səthə  çəkilməsi. 

Bu üsulla qablaşdırma aparmaq üçün xüsusi qablaşdırıcı masadan istifadə edilir. Bu 

məqsədlə  qablaşdırılan  materialdan  asılı  olaraq  müxtəlif  endə  streyç  plyonkalardan 

istifadə edilir. 

Müasir  dövrdə  qablaşdırıcı  material  kimi  streyç  plyonkalardan  istifadə 

edilməsinin  bir  çox  üstün  xüsusiyyətləri  vardır.  Bu  xüsusiyyətləri  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

  Yüksək  möhkəmlik və  bərklik:  qablaşdırıcı  material  xarici  təsirlər  nəticə-

sində  malın  etibarlı  qorunmasını  təmin  edir.  Qablaşdırıcı  streyç  plyonka  örtüyü 

yüksək elastikliyə və dartılma qabiliyyətinə malik olduğundan hazırda geniş istifadə 

edilir. 


  Streyç  plyonkaların  yüksək  adgeziya  qabiliyyətinə  malik  olması  qab-

laşdırma zamanı plyonka təbəqələrinin asanlıqla biri-birinə yapışaraq monolit, bütöv 

örtük təbəqəsinin əmələ gəlməsinə səbəb olur

  Streyç  plyonka təbəqəsinin  şəffaf olması qablaşdırılan  malın nə  olduğunu 

görməyə imkan verir. 

  Qablaşdırıcı  streyç  plyonka  suya,  rütubəyə  və  istiliyə  davamlı  örtük 

təbəqəsinin yaranmasına imkan verir. 



48 

 

  Streyç  plyonkalar  ədədi  və  dəst  halında  olan  malların  etibarlı  qablaş-



dırılmasına imkan verir. 

  Streyç plyonka ilə qablaşdırılmış mal, məmulat, əşya qablaşdırmadan azad 

edildikdən sonra onun orqanoleptik göstəricilərində, dadında, iyində, rəngində, xüsusi 

görünüşündə heç bir dəyişiklik baş vermir. 

Müasir  dövrdə  məişətdə,  istehsal  və  xidmət  sahələrində  polimer  qablaşdırıcı 

material  kimi  geniş  tətbiq  edilən  streyç  plyonkalar  məqsədli  təyinatından,  yəni 

qablaşdırılan  malın  növündən,  tərkibindən,  əsas  xarakterik  xassələrindən,  forma-

sından,  ölçü  və  konstruksiyasından  asılı  olaraq  müxtəlif  qalınlıqda,  ölçülərdə  və 

müxtəlif şəffaflıq, möhkəmlik və elastiklik xassələrinə malik istehsal edilir. Bütün bu 

spesifik xüsusiyyətlərə malik olmasına baxmayaraq qablaşdırıcı material kimi istifadə 

olunan  streyç  plyonkalar  rahat  və  maksimal  dərəcədə  etibarlı  və  istifadə  üçün 

yararlıdır. 

2) Hava qabarcıqlı plyonkalar. Müasir dövrdə məişətdə, sənayedə xidmət sahə-

lərində  geniş  tətbiq  edilən  polimer  əsaslı  qablaşdırıcı  materiallar  içərisində  istifadə 

sahəsinin  genişliyinə  görə  polietilen  əsaslı  hava  qabarcıqlı  plyonkalar  xüsusi  yer 

tutur. Bu qablaşdırıcı materiallar polietilen qatranının xüsusi texnoloji əməliyyatdan 

keçirilməsi  yolu  ilə  əldə  edilir.  Bu  materiallar  çoxqatlı  polietilen  plyonkasından 

hazırlanır.  İstehsal  zamanı  plyonka  qatlarının  arasında  hava  ilə  doldurulmuş  xüsusi 

kameralar  yaradılır.  Hava  ilə  doldurulmuş  bu  kameralar  qablaşdırıcı  materialın 

yüksək amartizasiya xassəsinə malik olmasını təmin edir. Məqsədli təyinatından asılı 

olaraq  hava  qabarcıqlı  plyonkaların  xarakterik  xüsusiyyətləri,  növləri  müxtəlif  ola 

bilir. Bu xüsusiyyətlər aşağıdakı amillərdən asılıdır: 

-  qablaşdırıcı  materialın  istehsalı  üçün  istifadə  edilən  polietilenin  sıxlığından, 

möhkəmliyindən və bərkliyindən. Çünki bu parametrlər qablaşdırıcı hava qabarcıqlı 

plyonkaların  ümumi  möhkəmliyini,  onların  fiziki  təsirlərə  qarşı  möhkəmliyini, 

sürtünməyə qarşı davamlığını xarakterizə edir; 

-  materialda  olan  hava  qabarcıqlarının  sayından  və  ölçüsündən.  Qablaşdırıcı 

plyonkada olan hava qabarcıqları bütün səth boyu eyni bərabər səviyyədə yerləşdirilir 




49 

 

ki, bu da bütün materialı əhatə edir. Hava qabarcıqlarının olan xammalların ölçüləri 



qablaşdırıcı  materialın  təyinatından  asılı  olaraq  6  mm-dən  25-mm-dək  ola  bilir. 

Burada hava kamerasının ölçüsü böyük olduqca amortizasiya qatının qalınlığı yüksək 

olur. 

-  amortizasiya  qatının  sayı. Qeyd  etmək  lazımdır  ki, ümumiyyətlə  istehsal olu-



nan  hava  qabarcıqlı  plyonkalar  iki  və  üçqatlı  buraxılır.  İkiqatlı  qablaşdırıcı  mate-

riallarda bir qat hava qabarcıqları olan təbəqəni təşkil edir. Bu hava qabarcıqlı qat iki 

polietilen plyonka qatının arasında yerləşir. Bundan fərqli olaraq üçqatlı materiallarda 

isə  iki  hava  qabarcıqlı  plyonka  təbəqəsi  iki  polietilen  plyonka  qatının  arasında 

yerləşir.  Belə  qablaşdırıcı  materiallar  daha  yüksək  amortizasiya  qabiliyyətinə  malik 

olmaları ilə fərqlənir. 

Hava  qabarcıqlı  polietilendən  hazırlanmış  qablaşdırıcı  materiallar  iri  ölçülü 

malların  qablaşdırılması  üçün  daha  çox  tətbiq  edilir.  Belə  materiallara  daşınma 

zamanı  xüsusi  diqqət  və  ehtiyatlılıq  tələb  olunan  müxtəlif  cihaz  və  avadanlıqlar, 

mədəni məişət təyinatlı mallar, şüşə və keramika mallarını aid etmək olar. İki və üç 

qat  hava  qabarcıqları  olan  polietilen  qablaşdırıcı  plyonkalar  çox  etibarlı  şəkildə 

daşınma  və  saxlanma  zamanı  müxtəlif  təyinatlı  malların  keyfiyyətli  və  tam  yararlı 

şəkildə  istehlakçılara  çatdırılmasını  təmin  edir.  Qablaşdırıcı  material  kimi  hava 

qabarcıqlı plyonkalar aşağıdakı kimi iki üsulla istifadə edilir: 

a) Qablaşdırılan malın tam bükülərək qablaşdırılması. Bu zaman hava qabarcıqlı 

material qablaşdırılan malı xarici təsirlərdən, cızılmadan, zərbədən və s. qoruyur. 

b)  Karton  və  ya  fanerdən  hazırlanmış  qutularda  yerləşdirilmiş  malların  (şüşə, 

keramika  mallarının,  məişət  texnikası  və  s.  bu  kimi  kövrək  məişət  əşyaların)  xarici 

qablaşdırıcı materialdan və biri-birinə sürtünməkdən qorunmaq üçün onların aralarına 

və boşluqlara doldurulur. 

Hava  qabarcıqlı  polietilen  plyonkalar  istifadə  üçün  çox  rahat  və  etibarlıdır. 

Qablaşdırma  zamanı  qablaşdırılan  mal  sadəcə  materiala  bükülür,  üz  qatı  yapışqanlı 

lent vasitəsilə bərkidilir. Qablaşdırıcı material yumşaq və elastikdir, asanlıqla kəsilir, 



50 

 

istənilən ölçülü, forma və konstruksiyalı malın qablaşdırılması çox asan və tez başa 



gəlir. 

3. Yeyinti məhsulları üçün qablaşdırıcı plyonkalar. Adından məlum olduğu kimi 

bu qablaşdırıcı plyonkalar müxtəlif çeşidli ərzaq məhsullarının qablaşdırılması üçün 

işlədilir.  

Bu  qablaşdırıcı  materiallar  xüsusi  xarakterik  göstəricilərə  malik  olan  nazik 

streyç  plyonkalardan  ibarətdir.  Bu  qablaşdırıcı  materialların  istehsalında  xətti 

quruluşlu polietilendən (LLDPE) istifadə edilir. İstehsal prosesinin və istifadə olunan 

xammaterialların  spesifik  xüsusiyyətlərə  malik  olması  bu  plyonkalara  aşağıdakı 

xarakterik xassələri verir: 

  yüksək  elastikliki  istifadə  zamanı  material  maksimum  dərəcədə  dartılır, 

buraxıldığı  zaman  isə  öz  əvvəlki  vəziyyətini  alır.  Məhz  bu  xüsusiyyət 

yeyinti məhsulunun sıx və möhkəm qablaşdırılmasını təmin edir; 

  qablaşdırıcı  materialın  yüksək  şəffaflığı.  Yüksək  şəffaflıq  qablaşdırılan 

meyvə,  tərəvəz  və  s.  ərzaq  məhsullarının  aydın  görünməsinə  şərait 

yaradır; 

  yüksək adgeziya qabiliyyətli olması. Bunun nəticəsində məhsul asanlıqla 

qablaşdırılır  və  qablaşdırmanın  möhkəmliyini  təmin  etmək  üçün  əlavə 

yapışdırıcı lentdən istifadə etmək lazım gəlmir; 

  qablaşdırıcı  materialın  qismən  qaz  və  havakeçirmə  qabiliyyətinə  malik 

olması.  Bu  göstərici yeyinti  məhsullarının  qablaşdırılması üçün  istənilən 

materiallarda  ən  böyük  nailiyyət  hesab  edilir.  Qablaşdırıcı  material 

qablaşdırılan  məhsulun  tez  köhnəlməsinin,  məhsulun  iyinin,  qoxusunun 

ətrafa  yayılmasının,  kiflənməsinin,  xarici  təsirlər  nəticəsində  çirklən-

məsinin və s. qarşısını alır; 

  polietilendən  olan  qablaşdırıcı  materialların  müxtəlif  aqressiv  mühitin, 

yağların, turşu və qələvilərin, duzların təsirinə qarşı davamlı olması. 

Polietilen  qatranı  əsasında  hazırlanmış  yeyinti  məhsullarının  qablaşdırılması 

üçün oan plyonka materiallarından istifadə etməkl normal temteratur rejiminə riayət 




51 

 

etməklə bu məhsulların uzun müddət saxlanılmasına imkan yaranır. Bu qablaşdırıcı 



materiallar  universal  olduqlarından  ticarət  şəbəkələrində,  s\ənayedə  və  məişətdə 

qablaşdırıcı  material  kimi  geniş  istifadə  edilir.  Bunların  köməyi  ilə  ərzaq  və  qeyri-

ərzaq mallarını qablaşdırmaq olar. 

Qeyd  etmək  lazımdır  ki,  yüksək  keyfiyyətli  qablaşdırıcı  material  olan  streyç 

plyonkaların istehsal prosesi mürəkkəb texnoloji əməliyyatları özündə birləşdirir. Bu 

texnoloji prosesin yerinə yetirilməsi üçün bir sıra amilləri ciddi şəkildə nəzərə almaq 

lazımdır.  Çünki  bu  amillər  yekun  etibarı  ilə  hazır  məhsulun  istismar  göstəricilərinə 

keyfiyyətinə  çox  böyük  təsir  göstərir.  Streyç  plyonkaların  istehsalı  ilə  məşğul  olan 

mütəxəssislər tərəfindən bu amillər üç qrupa bölünür: 

1. Qablaşdırıcı materialların istehsalında istifadə edilən xam materialların fiziki-

kimyəvi öarakteristikası. 

2. Streyç plyonkaların istehsal texnologiyasının spesifik xüsusiyyətləri. 

3. Streyç plyonkaların istehsalı ilə məşğul olan işçi heyətinin hazırlıq səviyyəsi. 

Qeyd  olunan  bu  amillərin  hər  biri  qüvvədə  olan  normativ-texniki  sənədlərin 

tələblərinə  uyğun  aparılmalıdır.  Texnoloji  proses  zamanı  polietilen  xammalının 

texniki  xarakteristikasının  təhlili  zamanı  polietilenin  sıxlığına,  kristallaşma 

dərəcəsinə  və  ərimə  indeksi  göstəricilərinə  xüsusi  fikir  verilməlidir.  Polietilenin 

sıxlığı alınan streyç plyonkaların mexaniki xassələrinə və parlaqlıq səviyyəsinə təsir 

göstərir.  Sıxlığın  çox  olması  alınan  plyonka  materialının  möhkəmliyinə,  bərkliyinə 

təsir  göstərir,  hətta  onun  kövrəkliyini  təmin  edir.  Polietilen  qatranının  kristallaşma 

dərəcəsi  alınan  streyç  plyonkaların  parlaqlığını,  şəffaflığını  müəyyən  edən  əsas 

göstəricidir.  Streyç  plyonkaların  funksional  təyinatından  asılı  olaraq  onların  qeyri-

şəffaf, solğun olması nəinki plyonkanın xarici görünüşünə mənfi təsir göstərir, hətta 

onların  istehlak  xassələrinin  aşağı  düşməsinə  səbəb  olur.  Xammalın  keyfiyyətini 

xarakterizə  edən  əsas  göstəricilərdən  biri  olan  ərimə  indeksi  polietilen  qatranının 

molekulyar  quruluşunu  xarakterizə  etməklə  yanaşı  alınan  hazır  məhsulun  mexaniki 

xassələrinə,  möhkəmliyinə,  bərkliyinə  birbaşa  təsir  göstərir.  Yüksək  ərimə  indeksi 



52 

 

streyç plyonkanın dartılmaya, cırılmaya qarşı davamlılığını artırır və istehsal prosesi 



zamanı istehsal temperaturunun nizamlanmasına kömək edir. 

Streyç  plyonkaların  texnoloji  proseslərini  təmin  edən  spesifik  xüsusiyyətlər 

aşağıdakılardan ibarətdir: 

1. Xammalın (polietilenin) fiziki-kimyəvi tərkibinin müəyyən edilməsi. 

2.  İstehsal  prosesi  zamanı  ekstruder  və  tökmə  maşınlarında  polietilen 

xammalının düzgün dozalaşdırılması. 

3. İstehsal zamanı temperatur rejiminin tənzimlənməsi xüsusiyyətləri. 

4. Streyç plyonkaların istehsalında istifadə edilən ekstruderin uzunluğu.  

5.  Ekstruder  maşınında  emal  prosesi  zamanı  istifadə  edilən  süzgəcin  (filtrin) 

keyfiyyəti. 

6. Ekstruziya mexanizmindən düzgün istifadə etmək. 

7. Ekstruder  maşınının işçi  başlığının temperaturunun və  boşluqlarını  müəyyən 

edən əsas parametrlərə riayət olunma. 

8.  Ekstruziya  zamanı  işçi  vallara  ötürülən  materialın  sürətinin  və  soyudul-

masının tənzimlənməsi. 

9. İstehsal prosesində valların və barabanların temperaturunun gözlənilməsi. 

10.  Ekstruziya  prosesi  zamanı  kristallaşma  xəttinin  parametrlərinin  düzgün 

müəyyən edilməsi. 

11. Materialın qalınlığını təyin edən mexanizmin (qurğunun) tənzimlənməsi. 

12. Hazır materialın rulon halında yığılması və kəsilməsi. 

Bütün  bu  yuxarıda  göstərilən  əməliyyatlar  spesifik  xassələrə  malik  streyç 

plyonkaların  alınması  üçün  standart  göstəricilərinin  tələblərinə  uyğun  aparılmalıdır. 

Bütün  bunlarla  yanaşı,  yüksək  keyfiyyətli  materialın  alınması  üçün  peşəkar 

mütəxəssislərin hazırlanması və onlar üçün işçi şəraitinin yaradılması vacib şərtlərdən 

biridir. 

 

 



 


53 

 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin