2.2 Brexit prosesi
2.2.1 Brexit-in hüquqi tənzimlənməsi
Müstəqil bir Aİ üzvünün birlikdən ayrılmasına dair mövcud təcrübə yoxdur.
Ancaq belə bir təcrübə var ki, Aİ-yə üzv ölkələrin 3 ərazisi birlikdən ayrılıb. Bunlar
Əl-Cəzair (1962-ci ildə Fransadan ayrılıb müstəqil oldu), Aİ-nin dənizaşırı bölgələri
olan Qrenlandiya (1985) və Saint Bartelemi (2012) bölgələridir. [85]
Hüquqi baxımdan isə, 1 dekabr 2009-cu ildə qüvvəyə minən Lissabon
müqaviləsinin 49-cu maddəsi ilə üzv ölkələrin öz istəyinə görə Avropa İttifaqından
ayrılması imkanı gətirilmişdir. Avropa İttifaqı müqaviləsinin 50-ci maddəsində bu
hüquq belə yazılmışdır:
1. Hər bir üzv dövlət öz konstitusiya qanunlarına uyğun olaraq Avropa İttifaqından
çıxmaq qərarı verə bilər.
2. Birliyi tərk etmək qərarı alan üzv dövlət, istəyini Avropa İttifaqı Şurasına bildirir.
Birlik, həmin dövlətlə Avropa İttifaqı Şurası tərəfindən müəyyənləşdirilən
prinsiplər altında bu dövlətin birlik ilə gələcək əlaqələrinin çərçivəsini diqqətə
alaraq birlikdən çıxmaqla bağlı qaydaları müəyyənləşdirən bir müqavilə
müzakirəsi aparır və həmin müqavilə imzalanır. Bu müqavilə Avropa İttifaqının
Mexanizmləri haqqında müqavilənin 218-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq
müzakirə edilir. Müqavilə, birlik adına Avropa Parlamentinin razılığını aldıqdan
sonra Şura tərəfindən qəbul edilir.
3. Müqavilələrin qeyd olunan dövlətə tətbiq olunması və dövlətin Aİ-ni tərk etməsi
birliyi tərk etmə haqqında müqavilənin qüvvəyə girdiyi tarixdə, bunun
reallaşmaması halında isə Avropa İttifaqı Şurasında səs çoxluğu ilə müddəti
uzadılmadığı təqdirdə 2-ci bənddə bildirilən bəyanatdan sonra iki il sonra sona
çatar. [57]
46
Müqavilə maddələrinə görə, Brexit prosesi referendum nəticələrinin Aİ Şurasına
rəsmi olaraq təqdim etdikdə başlayır
.
Aİ-ni tərk etmək haqqında bəyanatın ardından,
Böyük Britaniya ilə Aİ arasında bütün sahələri əhatə edən müzakirə mərhələsi
başlayır. Müzakirələrin müddəti uzadılmazsa proses 2 il davam edir. Yekun
müqavilənin bağlanması ilə proses başa çatır. [74] Ancaq müqavilə qüvvəyə minənə
qədər Böyük Britaniya Aİ üzvü olaraq qalacaqdır. İngiltərə baş naziri Tereza Mayın
2 noyabr 2016-cı il tarixində verdiyi bəyanata görə Brexit prosesinə rəsmi olaraq
2017-ci ilin mart ayında başlanılacaqdı. [75] Belə görünür ki, danışıqlar uzanmazsa,
Böyük Britaniya 2019-cu ilin mart ayında birlikdən çıxacaqdır.
29 mart 2017-ci il tarixində Birləşmiş Krallıq Avropa İttifaqı Şurasını Avropa
İttifaqı Müqaviləsinin 50-ci maddəsinə əsasən birlikdən çıxmaq istədiyini bildirdi. 29
aprel 2017-ci il tarixində Aİ-nin 28 üzv dövlət başçılarından ibarət olan Avropa
İttifaqı Şurası tərəfindən danışıqların çərçivəsini müəyyənləşdirən və Aİ-nin ümumi
mövqeyini və prinsiplərini əks etdirən siyasi təlimat hazırlandı. Dövlət başçıların
qərarına əsasən Avropa İttifaqı Şurası Brexit danışıqlarında əsas siyasi nəzarəti əlində
saxlamalı və Avropa Komissiyası danışıqları aparmalıdır.
Avropa İttifaqı danışıqlarda 27 üzv ölkə ilə birlikdə baş vasitəçi Mişel Barniyer
tərəfindən təmsil olunur. Mişel Barniyer Avropa Komissiyası tərəfindən təyin olunub.
Onun xüsusi komandası Avropa Komissiyasında danışıqlarla bağlı bütün strateji,
hüquqi və maliyyə məsələləri koordinasiya edir. [12] Danışıqlar müddətində baş
vasitəçi mütəmadi olaraq Aİ Şurasına hesabat verir və Avropa Parlamentini
müntəzəm olaraq məlumatlandırır. [13]
Avropa Parlamentinın danışıqlarda sona qədər rəsmi rolu yoxdur. Ancaq sonda
yekun müqavilənin qəbulunda həlledici mövqeyə sahib olacaq. Onun razılığı
olmadan müqavilənin qəbul olunması mümkün deyil. Belçikanın sabiq baş naziri Guy
Verhofstadt, parlamentdə liberal siyasi qrupun üzvü, Avropa Parlamenti tərəfindən
“Brexitə məsul şəxs” təyin edilmişdir. Onun vəzifəsi Brexit ilə bağlı bütün
məsələlərdə Avropa Parlamentini qeyri-rəsmi olaraq təmsil etməkdir.
47
Birləşmiş Krallıq danışıqlara rəhbərlik etməsi üçün yeni bir departament
(Department for Exiting the EU) yaratmışdır. Danışıqlara vasitəçi David Davis
rəhbərlik edir.
29 mart 2017-ci il tarixində Birləşmiş Krallıq rəsmi olaraq Avropa İttifaqı Şurasına
müraciət edərək birlikdən çıxmaq istədiyini bildirdi. 2 il müddətində Avropa İttifaqı
və
Birləşmiş
Krallıq danışıqlar aparmalı və danışıqları müqavilə ilə
yekunlaşdırmalıdırlar. Əgər bu müddətdə tərəflər razılığa gələ bilməzsə Birləşmiş
Krallıq avtomatik olaraq birlikdən kənarlaşdırılacaq. 2 illik müddət 27 dövlət
başçısının yekdil razılıqlarına əsasən uzadıla bilər.
Avropa Parlamenti tərəfindən müqaviləyə razılıq verildiyi təqdirdə Aİ Şurası
səsvermə (super-qualified majority vote) keçirəcək. Aİ Müqaviləsinə əsasən (Article
238(3)b) müqavilə ən azı iştirakçı ölkələrin 72%-i tərəfindən, bu ölkələrdəki əhalinin
65%-i tərəfindən təsdiq olunmalıdır. Bu o deməkdir ki, əhalisi ümumilikdə təxminən
280 milyon olan üzv dövlətlərdən ən azı 20-si müqaviləni təsdiqləməlidir.
Bir tərəfdən müqavilənin təsdiqlənməsi prosesi risk daşıyır. Belə ki, üzv ölkələr
müqavilənin milli səviyyədə ratifikasiyasını tələb edə bilər. Bu çoxluğun müqavilənin
toxunduğu məsələlərin Aİ səlahiyyətində deyil, milli dövlətlərin səlahiyyətində
olduğu qərarına gəlməsi ilə baş verə bilər və bu prosesi çox uzadar.
Birləşmiş Krallıq da müqaviləni ratifikasiya etməlidir. Konstitutsional İslahatlar və
İslahatlar Aktı (2010) əsasında:
Nazirlər hər iki parlament evinin 21 günlük iclasından və ratifikasiyadan əvvəl
müqavilə ilə tanış olmalıdırlar.
Bu periodda hər iki parlament evi müqavilənin ratifikasiya olunmaması üçün
qətnamə qəbul edə bilərlər. Belə bir hal baş verməzsə hökumət müqaviləni
ratifikasiya edə bilər.
48
Əgər İcmalar Palatası və ya Lordlar palatası ratifikasiyanın əleyihinə səs
verərlərsə hökumət onu dərhal ratifikasiya edə bilməz, ancaq ratifikasiyaya
davam etməsinin səbəblərini bildirən bəyanat verməlidir.
Əgər İcmalar Palatası ratifikasiyanın əleyhinə səs verərsə, bu ratifikasiyadan
öncə 21 günlük iclasın çağırılması deməkdir. Əgər iclasın nəticəsində yenidən
ratifikasiyanın əleyhinə səs verərsə ratifikasiya əngəllənir.
Əgər Lordlar Palatası ratifikasiyanın əleyhinə səs verərsə, ancaq İcmalar
Palatası ratifikasiyanın leyhinə olarsa hökumət parlament müqavilənin
ratifikasiya olunmama səbəbini açıqlamadan öncə bəyanat verməlidir. Bu 21
günlük iclasa səbəb olmur. Əgər yenə də Lordlar Palatası ratifikasiyanın
əleyhinə olarsa o ratifikasiyanı əngəlləmək gücünü özündə saxlayır.
Brexit prosesi müddətində rəsmi ayrılmağa qədər Birləşmiş Krallıq bütün
hüquqları və öhdəlikləri ilə birlikdə Aİ-nin üzvü olmağa davam edir. Ancaq o Aİ
Şurasının Brexit ilə bağlı müzakirələrində və qərarveriçilik prosesində iştirak edə
bilmir. Bundan başqa Birləşmiş Krallıq nümayəndələri Aİ Şurasının müntəzəm
olaraq Aİ qanunvericilik aktlarının qəbulu da daxil olmaqla institutsional
görüşlərində iştirak edir.
Tərəflər arasında rəsmi danışıqlar 19 iyun 2017-ci il tarixində başladı. Baş
vasitəçilər Mişel Barniyer və David Davis dörd həftədən bir rəsmi sessiyalarda
görüşürlər. [3]
8 dekabr 2017-ci il tarixində Brexit danışıqlarının indiyə qədər olan nəticələrini
ictimaiyyətə çatdırmaq üçün tərəflər birgə hesabat yayımladılar. Tərəflər arasında
müzakirə olunan məsələlər aşağıdakı əsas başlıqlara bölünmüşdür:
Vətəndaşların hüquqları –
İki tərəf arasında ən aktual məsələ məhz Birləşmiş
Krallıqda yaşayan Aİ vətəndaşları və Aİ ölkələrində yaşayan Birləşmiş Krallıq
vətəndaşlarının hüquqları və gələcəyidir. Vətəndaşların hüquqları ilə əlaqədar
Sazişin ümumi məqsədi Aİ və Böyük Britaniya vətəndaşlarıı üçün qarşılıqlı
49
müdafiə təmin etmək və həmin vətəndaşların müəyyən müddətə azad hərəkət
hüququndan istifadəyə davam etməsi də daxil olmaqla keçmiş həyat
seçimlərinə əsaslanan hüquqları qorumaqdır. 28 fevral 2018-ci ildə təqdim
olunan müqavilə layihəsində Birləşmiş Krallıqda yaşayan Aİ vətəndaşları və
Aİ ölkələrində yaşayan Birləşmiş Krallıq vətəndaşlarının həmin ölkələrdə
yaşamağa davam edə biləcəyi, həmçinin, istədikləri vaxt ölkəni tərk etmək və
öz ölkəsinə qayıtmaq hüquqları olduğu öz əksini tapmışdır.
Dostları ilə paylaş: |