53
III Fəsil. Dövlətlər və Brexit
3.1 Dünyadan Brexit-ə reaksiyalar
3.1.1 Avropa İttifaqı və Brexit
Aİ institutlarının rəsmiləri referendumdan öncə də, sonra da Brexit qarşısında
narahatlıqlarını açıq şəkildə bildirirdilər. Ancaq Brexit Avropanın radikal sağçıları
tərəfindən sevinclə qarşılandı. [71] Aİ Şurasının sədri Donald Tusk, Aİ Komissiyası
sədri Jean-Claude Juncker, Avropa Parlamenti sədri Martin Schulz və Aİ Dönəm
sədri Hollandiya baş naziri Mark Rutte referedumdan sonra nəticələrin müzakirəsi
üçün görüşdülər. Açıqlamalarda kədərləndiklərini ancaq Böyük Britaniyanın qərarına
hörmət etdiklərini bildirərək “Bu proses çətin olsa da, indi Birləşmiş Krallıq
hökumətinin xalqın bu qərarını yerinə yetirməsini gözləyirik. Hər hansı gecikmə
lazımsız şəkildə qeyri-müəyyənliyi artırır. Biz ümid edirik ki, Birləşmiş Krallıq
gələcəkdə də Avropa İttifaqının yaxın tərəfdaşı olmaqda davam edəcək” açıqlamasını
verdilər.
Avropa Parlamenti sədri Martin Schulz referendum nəticəsini “Birləşmiş
Krallıq xalqının ayrılma qərarından dolayı böyük kədər hissi keçiririk. Ancaq bu
xalqın Aİ-dən çıxılması yönündəki müstəqil bir iradə ilə bəyanıdır” kimi
dəyərləndirdi. Həmçinin, o Brexitin baş verəcəyi təqdirdə Böyük Britaniyaya 3-cü
ölkə kimi davranılacağını qeyd etdi. [68]
Bundan başqa Aİ Şurası sədri Donald Tusk Brexit qərarının ardından 27 üzv
ölkənin liderlərinin Aİ-də birliyi qorumağa qərarlı olduğunu və Aİ-nin belə bir qərara
hazırlıqlı olduğunu söylədi. Etdiyi açıqlamada diqqət çəkən ifadə “Öldürməyən şey
sizi gücləndirir” idi. [76]
29 mart 2017-ci ildə Baş nazir Theresa May Birləşmiş Krallığın Avropa
İttifaqından çıxması barədə rəsmi məktubla müraciət etdi. Həmin tarixdə mətbuat
konfransında çıxış edən Aİ Şurasının prezidenti Donald Tusk “bugünün xoşbəxt bir
gün olduğunu deyib rol oynamaq üçün bir səbəb yoxdur” bildirdi. “Biz indidən sizin
54
üçün darıxırıq” deyə əlavə etdi. Həmçinin, o çıxışında Brexitdə pozitiv bir məqamın
olduğunu, 27 dövlətin hələ də Avropa İttifaqında daha qəti və həmrəy olaraq
qaldığını bildirmişdi.
Həmin tarixdə Avropa Parlamentinin prezidenti Antonio Tajani sosial
şəbəkədəki hesabında paylaşmışdı:
“Bugün yaxşı gün deyil. Brexit Birliyin tarixində yeni bir fəsil yaradır, ancaq
biz hazırıq, biz davam edəcəyik və ümidvarıq ki, Birləşmiş Krallıq bizim yaxın
tərəfdaşımız olaraq qalacaq”.
Maltada səfərdə olan Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker
həmin günü “kədər günü” adlandırdı. [28]
3.1.2 Avropa İttifaqı üzvləri və Brexit
Brexitə qarşı Aİ-nin üzv dövlətlərinin mövqeyinə gəldikdə, aydındır ki, bütün
dövlətlər bu hadisəyə müxtəlif səbəblərdən müsbət yanaşmırlar.
Birincisi, Brexit domino effekti ilə digər üzv dövlətlərə də keçərək Fransanın,
Niderlandın və digər ölkələrin birlikdən çıxmasına dair səslərin qalxmasına zəmin
yarada bilər və yaratdığı da müşahidə olunur. Belə ki, Fransanın 2017-ci ildə
keçirilən prezident seçkilərində uğurlu namizəd hesab olunan Le Pen, həmçinin,
2017-ci ildə Niderlandda keçirilən parlament seçkilərində 2-ci yeri tutan Azadlıq
Naminə Partiyanın (The Party for Freedom) lideri Geert Vilders ölkələrinin Avropa
İttifaqından çıxması üçün referendum keçirilməsinin tərəfdarıdırlar.
İkincisi, ayrılma prosesi üzv ölkələrin iqtisadiyyatına, daha dəqiq desək, Böyük
Britaniya ilə ticarətinə mənfi təsir göstərəcək. Bir digər maraqlı məqam Brexitdən
daha çox hansı ölkələrin təsirlənəcəyidir. Dünya İqtisadi Forumunun mövzu ilə
əlaqəli analizində iqtisadi baxımdan ən çox təsirlənəcək ölkənin Almaniya olacağı
bildirilmişdir.
[76]
Bunun əsas səbəbi kimi isə Böyük Britaniyanın 2016-cı ilin üzrə
ticarət tərəfdaşlarının statistikasına görə ABŞ-dan sonra 2-ci tərəfdaşın Almaniyanın
olması göstərilir. Bu məqamda Böyük Britaniyanın ikinci ticarət tərəfdaşı Niderland
55
ilə üçüncü ticarət tərəfdaşı Fransanın Brexitdən daha çox mənfi təsirlənəcəyini
təxmin etmək olar. [63]
Brexit qərarına Almaniyanın baş naziri Angela Merkel “Böyük Britaniyanın Aİ-
dən ayrılma qərarını böyük kədərlə qarşılayırıq, ancaq mətanətli olmalıyıq” kimi şərh
verdi. “Sadəcə Böyük Britaniyanın deyil, başqa ölkələrin də Aİ layihəsinə inamının
sorğulandığını görürük. Bu problemlər qarşısında lazımi addımları atmalıyıq.
Avropa İttifaqı fikrinin eyni zamanda Avropada sülh anlayışı ilə ekvivalent olduğunu
unutmamalıyıq”.
Brexit Avropa İttifaqının dominant güclərindən olan Fransanı da dilemma
qarşısında qoydu. Fransa həm Avropa İttifaqının zəifləyəcəyi qorxusu ilə Böyük
Britaniyanın birlikdən çıxmasını istəmir və Almaniyanın birlikdəki tək güc
olacağından narahatlıq keçirir, həm də Brexit nəticəsində Aİ-nin maliyyə mərkəzinin
Parisə keçməsi ehtimalı ilə qazanacağı maliyyə imkanlarını düşünür. Fransanın sabiq
prezidenti F.Olland dəfələrcə Böyük Britaniyanın Aİ-də qalmasının vacibliyini
vurğuladı:
“Böyük Britaniya Avropa İttifaqında qalmalıdır. Bizim istəyimiz bu yöndədir. Eyni
zamanda Aİ-nin inkişaf etməsinə ehtiyac var. Heç bir ölkənin veto haqqı olmamalıdır.
Heç bir ölkə ortaq vəzifələrdən kənarda qalmamalıdır”. [77]
Referendum nəticələrinin elan edilməsindən sonra F.Olland öz çıxışında demişdir:
"Birləşmiş Krallıq və Avropa üçün bu qərardan dolayı dərin təəssüf hissi
keçirirəm, amma seçim onlarındır və buna hörmət etməliyik. Bu Britaniya üçün ağrılı
olacaq amma bütün ayrılıqlarda olduğu kimi, bu geride qalanlara da acı
verəcəkdir”. [15]
Qeyd olunan ölkələrdən başqa İtaliya, İspaniya, Avstriya, Bolqarıstan, Sloveniya,
Xorvatiya, Latviya, Litva və digər Aİ üzvləri referendumun ardından sanki razılaşmış
bir şəkildə Brexit qarşısında kədərli olduqlarını və bunun Avropaya mənfi təsir
edəcəyini bildirdilər. [77]
Yuxarıda qeyd etdiyimiz kimi, Brexit əlaqədar dövlətlərin rəsmiləri tərəfindən
narahatlıqla qarşılansa da, bu, ölkələrin radikal sağ qrupları bu qərara sevindi.
56
Fransada sağçı Milli Cəbhə lideri Le Pen Fransada da oxşar referendumun keçirilməsi
üçün çağırış etdi. Le Pen bu haqda yazmışdır: “Azadlıq naminə qələbə! Mənim
illərdir dediyim kimi biz Fransada və digər Aİ ölkələrində oxşar referendumlar
keçirməliyik”.
İtaliyada avroskeptik tezislərin ən güclü müdafiəçisi olan Şimal Birliyi Partiyası
lideri Matteo Salvini “indi sıra bizdədir” deyərək İtaliyanın Böyük Britaniyanı
izləməli olduğunu açıqlamışdır. Niderlandın Azadlıq Naminə Partiyasının (Partij voor
de Vrijheid)
lideri
Geert Vilders 23 iyunun tarixə müstəqillik günü və Brüsselin milli
suverenlik qarşısında məğlubiyyəti kimi keçəcəyini bildirdi.
Birləşmiş Krallıqla quru sərhəddə sahib tək dövlət olan İrlandiyanın Baş naziri
Brexitə belə reaksiya vermişdir:
"Bunun İrlandiyaya, eləcə də İngiltərəyə və Avropa İttifaqına aydın şəkildə böyük
təsirləri olacaqdır". [82]
Göründüyü kimi, üzv ölkələrdə də Brexit barədə fikir birliyinin olmaması digər
dövlətlər üçün də bu təhlükənin olduğunu təsdiq edir. Aİ üzvləri təcrübə baxımdan
yeni olan Brexit prosesinin necə həyata keçiriləcəyində ciddi qeyri müəyyənliklər
olduğundan narahatlıq keçirilir. Digər tərəfdən isə bu prosesin Avropa üçün ciddi
problemlər yaradacağından xəbərdardırlar.
3.1.3 Qeyri-üzv dövlətlər və Brexit
Böyük Britaniyanın Avropa İttifaqından ayrılması məsələsi yalnız Avropanı
maraqlandıran regional bir problem deyildir. Brexitin yerli, regional və qlobal
təsirləri bir çox dövləti bu məsələyə reaksiya verməyə vadar etdi. Brexitdən
narahatlığı ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Londona səfər etməsinə səbəb
olmuşdur. 22 aprel 2016-cı il tarixində Londona gedərək Britaniya xalqını səslərini
Avropa İttifaqı yönündə verməyə dəvət etmişdir.
[82]
ABŞ lideri, Brexitin
reallaşması halında bunun Böyük Britaniya ilə ABŞ arasındakı ticarətə də mənfi təsir
57
edəcəyini vurğulamış və Böyük Britaniyanın Aİ-nin üzvü kimi daha güclü olduğunu
bildirmişdir. [78]
Obama referendum sonrasında “Birləşmiş Krallıq xalqı öz sözünü dedi, buna
hörmət edirik. ABŞ ilə Birləşmiş Krallıq arasındakı xüsusi əlaqə qalıcıdır və
Birləşmiş Krallığın NATO üzvlüyü ABŞ-ın xarici, təhlükəsizlik və iqtisadi
siyasətində vacib bir amil olaraq qalacaqdır. [83] ABŞ-ın yeni seçilmiş prezidenti
Donald Tramp isə daha fərqli bir reaksiya vermişdir:
“Birləşmiş Krallıq ölkə üzərində nəzarəti geri aldı, bizim Amerikanı geri
alacağımız kimi”.
ABŞ baxımdan maraqlı olan digər bir məqam Böyük Britaniyanın bundan
sonra uzun illərdir Aİ ilə ABŞ arasından müzakirə edilən “Transatlantik Ticarət və
Əməkdaşlıq Müqaviləsi”ndə rolunun necə olacağıdır. Belə ehtimal olunur ki, Böyük
Britaniya Transatlantik əməkdaşlığına müstəqil tərəf olaraq qoşulmaq istəyəcək və
böyük ehtimalla ABŞ onu dəstəkləyəcək. Ancaq Avropa İttifaqının bunu qəbul
edəcəyi gözlənilmir. [79] Bundan başqa, ABŞ prezidenti Trampın Aİ ilə olan
Transatlantik əməkdaşlığı dəstəkləməsi məsələsi də müəmmalıdır. Onun “Birinci
Amerika” vədi Transatlantik əməkdaşlığı və Avropanın təhlükəsizliyini təhlükə altına
qoyur. Həmçinin, onun Avropanın inteqrasiyasına qarşı antipatiyası və beynəlxalq
ticarət qaydalarını yenidən yazmaq niyyəti Avropanın inkişafına təhlükə xarakteri
daşıyır.
[61]
Brexit nəticələrinə dair mövqeyi diqqət çəkən başqa bir ölkə isə Rusiyadır.
Bundan başqa, Putin Şanxay Əməkdaşlıq Təşkilatı sammiti üçün Daşkəntə səfəri
zamanı Britaniyanın sabiq Baş naziri David Kameronun “Putin sevinər” ifadəsini
Britaniya ictimai fikri üzərində təzyiq yaratmaq məqsədi daşıdığını bildirib. [47]
Birliyin əsas dayaqlarından olan Böyük Britaniyanın Aİ-dən çıxması siyasi baxımdan
Rusiya üçün müsbət məqam sayıla bilər. Brexit referendumunun nəticələrini
dəyərləndirən Rusiya Xarici İşlər Naziri Lavrov “Bu, Böyük Britaniyanın daxili
məsələsidir” deyə şərh etmişdir. Rusiya Maliyə Nazirini verdiyi bəyanatda Brexitin
58
Rusiya üçün böyük bir iqtisadi risk daşımadığı bildirilmişdir. Bundan başqa Rusiya
Federasiyası sözcüsü ölkənin mövqeyi haqqında danışarkən “Ümid edirik ki,
Birləşmiş Krallıq Rusiya ilə daha sıx əlaqələrə ehtiyacı olacağını anlamışdır” deyə
ifadə işlətdi.
[86] Əslində bu cümlə Rusiyanın Brexitlə bağlı mövqeyini tam ortaya
qoyur.
Kanadanın Baş naziri Justin Trudeaunun Brexitlə bağlı reaksiyası belə
olmuşdur:
“Birləşmiş Krallıq xalqı Avropa İttifaqını tərk etməyi seçdi. Birləşmiş Krallıq
və Avropa İttifaqı Kanada üçün dərin tarixi bağlara və ümumi dəyərlərə malik vacib
strateji tərəfdaşdırlar. Biz hər iki tərəflə əlaqələr qurmağa davam edəcəyik. Baş nazir
David Kameron bugün payıza qədər istefa verəcəyini bildirdi. Bütün kanadalılar
adından ona bizim ölkəmizə yaxın müttəfiq və yaxşı dost olduğu üçün təşəkkür
edirəm.”
[37]
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Britaniyanın Aİ-ni tərk etməsini
“yeni eranın başlanğıcı” kimi dəyərləndirərək Türkiyəyə qarşı mövqeyini yenidən
nəzərdən keçirməyəcəyi təqdirdə Avropa İttifaqının vəziyyətinin daha da kəskinləşə
biləcəyini bildirdi. 24 iyun 2016-cı il tarixində Aİ-nin Türkiyəyə olan münasibətini
“İslamafobiya” kimi qiymətləndirdi. O, həmçinin, David Kameronu “Qalma”
kampaniyası müddətində Türkiyə ilə bağlı “Türkiyənin 3000-ci ilə qədər Aİ-yə daxil
olma ehtimalı yoxdur” ifadəsinə görə tənqid edib.
[62]
Şübhəsiz ki, Brexitin Çin üçün də təsirləri olacaq. Çinin Brexitlə bağlı
mövqeyini prezident Xi Jinping Londona 2015-ci oktyabr ayında olan səfəri zamanı
belə ifadə etmişdir: “Çin çiçəklənən, birləşmiş bir Avropa görmək istəyir”. Bu
mesajla Çin Böyük Britaniyanın Avropa İttifaqının bir hissəsi kimi qalmasının
tərəfdarı olduğunu bildirir. [20] Brexit Çin üçün 3 səbəb baxımdan önəmlidir.
Birincisi, rəsmi Pekin Böyük Britaniya ilə sıx əlaqələrini qoruyaraq Avropa
İttifaqının Çin siyasətinə təsir etmək istəyir. Çünki, Asiyada ABŞ və Yaponiyadan
təzyiqlər görən ÇXR üzünü iqtisadi imkanlar üçün Avropa İttifaqına çevirib. İkincisi,
59
Böyük Britaniya Çinə böyük amma daxil olması çətin olan Avropa bazarına girmək
imkanı verir. Ancaq Brexit bu ölkədə olan Çin şirkətlərinə də mənfi təsir edəcək.
Üçüncüsü, Böyük Britaniya Çinin “Yuanın Beynəlmiləlləşdirilməsi” strategiyasında
açar dövlətlərdən biridir. Brexitdən sonra Londonun bu strategiyada necə bir rol
oynayacağı və hansı mövqedə olacaq məlum deyil. [4]
Göründüyü kimi, Brexit bir ölkənin regional bir birlikdən çıxması olsa da
qloballaşmanın təsiri ili bütün dünyaya müxtəlif formalarda təsir etmək imkanına
sahibdir. Dünya dövlətlərinin mövzu üzərindəki mövqeyini ümumiləşdirsək, deyə
bilərik ki, Brexitin iqtisadi və siyasi təsirləri bütün dövlətlər üçün keçərlidir. Brexit
Rusiya üçün siyasi baxımdan müsbət olsa da, Aİ-ni daim birləşmiş və güclü görmək
istəyən ABŞ üçün ikitərəfli itkidir. Çin isə coğrafı baxımdan Avropadan uzaqda
yerləşsə də iqtisadi itkilər baxımdan Brexit əleyhinə mövqe tutur. [86]
Dostları ilə paylaş: |