Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   2   3   4   5   6   7   8   9   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

 РЕЗЮМЕ 

SUMMARY 

 

 




 

GİRİŞ 



Mövzunun  aktuallığı.  Hər  müəssisənin  normal  fəaliyyət  göstərməsi, 

mürəkkəb bazar konyukturası şəraitində digər müəssisələrlə rəqabətə girə bilməsi 

və  bu  rəqabətdə  üstünlüyünü  təmin  etməsi  həmin  müəssisənin  düzgün 

idarəedilməsindən asılıdır.  

Müəssisələrin  düzgün  idarə  edilməsi  müəssisə  rəhbərinin  göstərişləri 

əsasında  düzgün  strategiyanın  seçilməsindən  və  işçilərin  bu  strategiya  ilə 

ayaqlaşmasından başlayır. Hər bir müəssisənin davamlı və uzunmüddətli fəaliyyət 

göstərməsi  üçün  ilkin  və  yeganə  amil  məhz  müəssisənin  istehsal  səmərəliliyinin 

yaradılması  və  bu  səmərəliliyin  qısamüddətli  dövrü  deyil,  uzunmüddətli  dövrü 

əhatə etməsidir.  

Müəssisənin istehsal səmərəliliyinin artırılması məqsədilə müəssisə, idarə və 

təşkilatlar  müəssisənin  istehsal  və  digər  xərclərini,  eləcə  də  cdebitor  və  kreditor 

xərclərini  proqnozlaşdırmalı  və  bu  xərclərin  tənzimlənməsini  və  düzgün  idarə 

edilməsini  müəyyən  etməlidirlər.  Qəbul  olunmuşdur  ki,  müəssisənin  düzgün  və 

uzunömürlü  fəaliyyət  göstərməsi  üçün  xərclərin  maliyyə  menecmentinin  düzgün 

təhlili  böyük  əhəmiyyətə  malikdir.  Belə  ki,  müəssisənin  rentabelli  fəaliyyət 

göstərməsi  və  özünü  saxlama  qabiliyyətini  təmin  etmək  üçün  müəssisə  gəlirlilik 

baxımından  üstün  mövqeye  malik  olmalıdır.  Müəssisənin  gəlirli  fəaliyyət 

göstərməsinin əsasında isə düzgün investisiya siyasəti mühim rol oynayır. Bunun 

üçün müəssisə gəlir gətirən prioritet sahələri müəyyən etməli və investisiyanı məhz 

bu  sahələrə  yönəltməlidir.  Burada  da  qarşıya  çıxan  əsas  amil  yenə  də  xərclərin 

maliyyə  menecmentinin  düzgün  aparılması  siyasətidir.  Çünki  qabaqcadan 

proqnozlaşdırılmış  gəlirlər  xərcləri  üstələməli  və  son  nəticədə  mənfəət  əldə 

olunmalıdır. Yalnız bu halda müəssisənin davamlı və uzunmüddətli fəaliyyətindən 

söhbət  gedə  bilər.  Bu  baxımdan  mövzu  kifayət  qədər  aktualdır  və  bu  sahənin 

tədqiqi kompleks yanaşma tələb edir. 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin