üç sualla əhatələnmiş 3 fəsildən ibarət olmaqla 80 səhifədən ibarətdir. Dissertasiya
6
işinin yazılmasında 32 adda ədəbiyyat və internet resurslarından istifadə
olunmuşdur. Tədqiqat işinin aparılmasında 5 sxemdən və 1 cədvəldən istifadə
olunmuşdur.
7
FƏSİL I. MÜƏSSİSƏLƏRİN DEBİTOR VƏ KREDİTOR XƏRCLƏRİNİN
MAHİYYƏTİ VƏ TƏSNİFATI
1.1. Müəssisələrdə xərclərin meydana gəlməsi və onun idarə olunmasının
inkişaf tarixi
Müasir bazar iqtisadiyyatı şəraitində hər bir müəssisənin, təşkilatın, eləcə də
firmanın davamlı fəaliyyət göstərməsinin əsasında müəssisələrdə xərclərin
yaranma mərhələlərinin düzgün araşdırılması, yaranmış xərclərin mənbəyinin
müəyyənləşdirilməsi və bu xərclərin düzgün optimallaşdırılması və
proqnozlaşdırılması, həmçinin də xərclərin maliyyə menecmentinin düzgün həyata
keçirilməsi dayanır. Müəssisələrdə xərclər ümumiləşdirilən formada müəyyən
əmtəə və xidmət istehsalının təşkilindən ötrü lazımi istehsal amilləri dəyərindən
ibarətdir. Müəssisə xərclərinin əsasında istehsal xərcləri dayanır. İstehsal xərcləri
bəzi iqtisadi kateqoriyaların meydana gəlməsində əsaslı rol oynamaqla ( qiymət,
mənfəət, rəqabətlilik və s.) vacib təcrübi əhəmiyyətə malikdir. Müasir bazar
iqtisadiyyatında istehsal xərcləri məxsusi rola malikdir. Çünki, çoxsaylı əmtəə
istehsalçılarının mövcud olduğu azadrəqabətli bazarda istehsal xərclərini əmələ
gətirən maddi-texniki ehtiyatlara, göstərilən işlərə və xidmətlərə görə xərc məhsul
istehsalına çəkilən xərcin müəyyən hissəsini formalaşdırmaqdadır. Bu cəhətdən
aqrar bazara çıxarılan kənd təsərrüfatı məhsulunun istehsalı xərcləri daxili və xarici
olaraq təsnif olunur.[33, səh. 491]
Daxili xərclər istehsal prosesində müəssisənin özünə aid olan resurslardan
istifadəyə sərf edilən xərclərdən ibarətdir. Məsəl üçün, kənd təsərrüfatı
müəssisələri istehsal etdiyi müəyyən məhsulların bir sıra hissəsini toxum olaraq
saxlamaqla növbəti istehsal zamanı istifadə edir (məsəl üçün, taxıl məhsulları).
Habelə istehsal etdiyi yem məhsulunun bir qismini heyvandarlığın inkişafına
yönəldir. Firmaların malik olduğu binalar və qurğulara, maşınlar və avadanlıqlara
çəkilən xərc də daxili xərclərə aid olunur.[32, səh. 154]
Xarici xərclər kənardan alınan yanacaq, xammal, gübrələr, yemlər, elektrik
enerjisi, muzdla cəlb olunan əmək ehtiyatları və nəqliyyata çəkilən xərclərdən və
s.-dən ibarətdir.
8
Ümumiyyətlə istehsal xərcləri məhsul istehsalı zamanı müəssisələrin çəkdiyi
bütün xərcləri özündə birləşdirir. İstehsal xərcləri xarakterinə görə sabit və dəyişən
xərclər olaraq qruplaşdırılır.
Sabit xərclər istehsal dövründə məhsulların müxtəlifnövlülüyündən, onların
kəmiyyətindən asılı olaraq yaranır. Məsəl üçün, inzibati işçilərə verilmiş əmək
haqqı, binalar və avadanlıqların saxlanma xərcləri və s.
Dəyişən xərclər fərqli məhsulların istehsalı, həcmi ilə bilavasitə bağlıdır.
Məsəl üçün, eyni sahəyə çəkilmiş xərclər artıb-azalanda dəyişir, və ya yeni
texnologiyanın tətbiq olunması, gübrələrdən istifadə və s. xərclərin dəyişilməsinə
səbəb olur.
Sabit və dəyişən xərclər mahiyyət etibarilə fərqlənsə də, onların arasında
asılılıq mövcuddur və bir-birini tamamlayır. Yəni sabit xərclər və dəyişən xərclər
istehsala çəkilmiş xərcləri özündə göstərməklə ümumi istehsal xərclərini əmələ
gətirir.[33, səh. 603]
İstehsal xərcləri haqqında danışarkən bir məhsul vahidinə çəkilmiş xərclərin
maya dəyərinin mahiyyət və əhəmiyyətinin müəyyən edilməsi xüsusilə önəmlidir.
Bu göstərici istehsal quruluşlarını müqayisəli qiymətləndirilməsi, qiymətqoyma
prosesi, məhsulların rəqabətqabiliyyətliliyinin formalaşması, mənfəətin hesablan-
ması və yüksəldilmə tədbirlərinin hazırlanmasında mühüm rol oynayır.
İqtisadi ədəbiyyatlarda maya dəyəri anlayışı orta istehsal xərci kimi də
adlandırılmaqdadır. Maya dəyəri, və ya orta istehsal xərcləri sabit və dəyişən
xərclərə görə də müəyyənləşdirilə bilər.[33, səh. 189]
Orta sabit və orta dəyişən xərcləri hesablamaqdan ötrü ümumi sabit və
dəyişən xərclər istehsal olunan məhsulun həcminə bölünür.
Demək ki, orta sabit xərc istehsalın həcmi artdığı təqdirdə aşağı düşür, orta
dəyişən xərc isə ilk öncə məhsul həcminin artımının nəticəsində məhsul vahidinə
nəzərən azalsa da, məhsuldarlığın artmasına yönəldilən xərc hesabına artır.
Aydındır ki, istehsalın olmadığı şəraitdə bu cür sabit xərclər mövcud ola
bilər. Məsəl üçün, istehsalçı torpaq ərazisini əkmədiyi halda da torpaq vergisini
ödəməyə məcburdur. Demək ki, istehsalın həcmi və orta dəyişən xərc arasında tərs
9
mütənasiblik var. Ümumiyyətlə, istehsal olmayan bir vəziyyətdə dəyişən xərclər
minimuma enir, amma sabit xərclər öz yerində qalır. Ümumi xərcin strukturunda
olan dəyişiklik özünü orta xərcin tərkibində büruzə verir. Məsəl üçün, ümumi
xərclər strukturunda sabit xərcin xüsusi çəkisinin yüksəlməsi müvafiq olaraq orta
xərcin xüsusi çəkisində orta sabit xərcin xüsusi çəkisinin artmasıyla müşahidə
edilir.
Müəssiələrdə istehsal və qeyri-istehsal proseslərində yaranmış xərclərin
əsasında aşağıda verilmiş sxemdə göstərilən xərclər dayanır:[33, səh. 609]
Dostları ilə paylaş: