AZƏrbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti



Yüklə 465.7 Kb.
PDF просмотр
səhifə1/4
tarix24.06.2017
ölçüsü465.7 Kb.
  1   2   3   4

 

 



 

 

 



AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI  

AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

 

 



       Iхtisas:   050647-Metrolojiya, standartlaşdırma və sertifikasiya 

 

       Qrup:      318 



 

 

 



 

 

 



 

B U R A Х I L I Ş   I ŞI                               

 

 

       Mövzu:  Parşaların dartılma relaksasiya xassələrinə müxtəlif amillərin təsirinin tədqiqi 



                        

 

 



 

 

 



 

 

 



     Tələbə:                                                           Nəsirli Ə. H. 

 

     Rəhbər:                                                          prof. Şamxalov O. Ş. 



 

    Kafedra müdiri:                                             dos. Aslanov Z. Y.  

 

 

 



 

 

 



 

B A K I  –  2015 

 

 

 



 

 



AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI  

AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

         Fakültə    Əmtəəşünaslıq                                Kafedra Standartlaşdırma və sertifikasiya 



 

         Iхtisas   050647-Metrolojiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi 

 

 

                                                                                                                                            



Təsdiq edirəm: 

                                                                                             Kafedra müdiri 

                                                              

                         

                                                                                     «____» _________________ 2015 

 

 



BURAХILIŞ  IŞI   ÜZRƏ 

T  A  P  Ş I  R  I  Q 

 

     Qr.№ 318                             Nəsirli Əmir Hikmət oğlu 



                                                                 (familiyası, adı, atasının adı) 

 

    1. Mövzunun adı: Parçaların dartılma relaksasiya xassələrinə müxtəlif amillərin   



               təsirinin tədqiqi 

    


 

   2. Mövzu üzrə tapşırıq  Parçaların quruluşu və sturukturu haqqında məlumatlar toplamaq  

       

 

   3. Hesabat – izahat yazısının məzmunu  (işlənəcək  sualların siyahısı)   



1.Toxuculuq liflərinin təsnifatı və onların xassələri                          

2.Parçaların toxucu dəzgahında əmələ gəlməsi  

3.Elastik parçalarda əriş və arğac saplarının ölçülərinin tədqiqat metodları  

4. Dartılma zamanı elastik parçalarda əriş və arğac sapları üzrə relaksasiya xassələrinin 

tədqiqat metoları  

5.Elastik parçaların dartılma və ralaksasiya xassələrinə müxtəlif amillərin təsiri 

 

  4. Qrafiki materiallar 14 şəkil və 5 cədvəl  



   

  5. Tapşırığın verilmə tariхi      27 yanvar  2015  

  6. Işin verilmə müddəti           30 aprel  2015 

 

                                                 



 

 

 



 

 

                                  TƏLƏBƏ 



_______________________________________________________ 

                                                                                                              (imza) 

 

                                      RƏHBƏR _________________________________________



  

      


 

 

 



 

 

             (imza) 



 

 

 



 

 

 



REFERAT 

 

Buraxılış işi tekstil istehsalatlarında istehsal olunan parçaların dartlma və relak-



sasiya xasələrinə  təsir edən amillərin tədqiqinə  həsr olunmuşdur. 

Buraxılış  işində  parçaların  formalaşması  zamanı  istifadə  olunan  liflərin  

quruluşları, həmin quruluşları yaradan səbəblər haqqında şərhlər verilmişdir. Bundan 

başqa  istehsalatda  texnoloji  prosesin  aparılması  zamanı  bu  qüsurların  təsiri  və  para-

metrləri haqqında məlumatlar verilmişdir. 

Parçaların toxucu dəzgahında əmələ gəlməsi prosesi və toxunma prosesi zama-

nı parçalarda yaranan qüsurlar araşdirılmışdır.        

   Elastik parçaların əriş və arğac saplarının ölşülərinin tədqiqat metodları, dar-

tılma zamanı parçaların relaksasiya xassələri tədqiq edilmişdir. Parçaların dartılma və 

relaksasiya xassələrinə müxtəlif amillərin təsiri haqda dolğun məlumatlar verilmişdir. 

Buraxılış  işi  nəticə  və  təkliflərlə  və  istifadə  olunan  ədəbiyyatın  siyahısı  ilə 

yekunlaşır. 

Buraxılış  işi  57 səhifə əlyazmadan, o cümlədən  girişdən, 5 bölmədən,  14 şə-

kildən, 5 cədvəldən və  9  adda istifadə olunan ədəbiyyatın siyahısından ibarətdir.   





 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 



                                      GİRİŞ 

 

Toxuculuq  materialları  olduqca  rəngarəng  olmaqla  xalq  təsərüfatında  böyük 



əhəmiyyət  kəsb  edir.  Xalq  təsərüfatının  elı  bir  sahəsi  yoxdur  ki,  orada  toxuculuq 

materiallarından  istifadə  edilməsin.Ən  əsas  toxuculuq  materialları  məişətdə  dəyişək 

məmulatları,  geyim,  tikiş  sapları,  derarativ  parçalar,  xalçalar  və  s.  kimi  tətbiq  edilir. 

Bundan başqa toxuculuq materialları texnikada kəndir, ötürücü qayış, izolyasiya ma-

terialı, avtomobil və aviasiyada filtir, balıq torları, paraşüt və s. kimi də istifadə edilir. 

Parçalar, xüsusən də onlardan asan deformasiyaya uğradılanlar (elastik paralar) 

öz  xətti  ölçülərini  azaltmaq,  həm  də  artırmaq  istiqamətində  dəyişmək  xassəsinə 

malikdirlər. Xətti ölçülərin dəyişməsi dedikdə, material nümunəsinin təsirdən sonrakı  

xətti  ölçüsünün  başlanğıc  ölçü  ilə  fərqinin  təsirdən  əvvəlki  xətti  ölçüyə  nisbəti  başa 

düşülür.  Əriş  və  arğac  sapları  üzrə  xətti  ölçülərin  dəyişməsi  termini  standart  kimi 

qəbul olunur. 

Ədəbiyyat  mənbələrində    materialların  xətti  ölçülərinin  dəyişməsi  qabiliyyə-

tini müəyyən edən əsas xarakteristikalara bir sıra xassələri aid edirlər: 

–  dartılmaq  (çeviklik-elastiklik  xarakteristikaları),  relaksasiya  xarakteri-

stikaları  (dartılmada),  oturmada  (ölçülərin  kiçilməsi),  böyümədə  (ölçülərin  artması) 

tam  deformasiya  komponentləri  və  temperatur  sahəsində  xətti  ölçülərin  stabilliyi 

(materialların termomexaniki xassələri). 

Geyimin  hazırlanması  və  istismarı  zamanı  materiallar  müxtəlif  qiymətli  və 

istiqamətli yüklərin, temperaturun və nəmliyin xətti ölçülərin dəyişməsinə səbəb olur. 

Materialların  bu  təsirlərə  müqavimət  göstərə  bilmək  qabiliyyətindən  asılı  olaraq 

geyimin  hazırlanmasının  müxtəlif  mərhələlərində  təsirlərə  məruz  qalır,  bütün  bunlar 

isə  texnoloji  rejimlər  müəyyən  edilir.  Geyimin  istismarı  zaman  materiallar  dağıdıcı 

qüvvələrə nisbətən qiyməti xeyli  kiçik olan  qüvvələrin  təsiri  nəticəsində  deforma -

siyaya uğrayır. 

Yüklənmə,  yüksüz  ,  istirahət  dövrlərində  tetistil  materiallarının  dartılmasının 

öyrənilməsi  böyük  maraq  doğurur,  çünki  materialın  çevik,  elastik  və  plastik 

deformasiyaları  və  ümumi  deformasiyaları  və  onun  tərkib  elementləri  haqqında 


 

 



məlumatlar  almağa  imkan  verir.  Alınmış  xarakteristikalar  geyimin  konstruksiya 

edilməsi,  tikilişi  və  istismar  prosesində    məmulatlara  qulluq  üzrə  tövsiyələrin 

işlənməsi zamanı istifadə oluna bilər. 

Liflərin  elastik  deformasiyası  kimyəvi  rabitələrin  uzunluğunun,  valent 

bucaqlarının  və  valentli  rabitədə  olmayan  atomların  qarşılıqlı  vəziyyətinin 

dəyişmələri  səbəbindən  baş  verir.  Bütün  bunlar  isə  paralel  oxlu  yönəlmiş,  müstəvi 

üzərində  olmayan  rabitələr  ətrafında  bir-birinə  nəzərən  zəncir  bəndlərinin  məhdud 

fırlanması  ilə  əlaqədardır.  Elementar  bəndlərin  konformasiyalarında  baş  verən 

kimyəvi rabitələrin  uzunluğunun,  valent bucaqlarının  və kiçik bucaq dəyişmələri səs 

sürəti  ilə  molekulların  uzunluğu  boyu  elastik  deformasiya  dalğaları  şəklində 

yayılırlar. 

Elastik  deformasiya  makromolekulların  konformasiyalarının  və  onların 

asimmetriyasının  dəyişmə  dərəcəsi  ilə  əlaqədardır.  Bu  proses  makromolekulların 

ayrı-ayrı hissələrinin bir-birinə nəzərən yerdəyişmələri və molekullarlararası rabitənin 

yenidən  paylanması  ilə  müşayiət  oluna  bilər.  Belə  deformasiyanın  böyük  qiymətləri 

amorf sahələrdə makromolekulların seqmental mütəhərrikliyilə əlaqədardır.  

Liflərin  elastik  xassələrinin  təzahürləri  yuxarıda  göstərilən  bir  çox  struktur 

amillərindən  asılıdır.  Molekullarda  konformasiya  dəyişiklikləri  elastik  impulsların  

yayılma sürətindən dəfələrlə aşağı  sürətlə  gedir,  həm  də  onların  sürəti  təxminən 

eksponensial  asılılıq  üzrə  zamana  görə  müntəzəm  azalır.Güclü  molekullararası 

qarşılıqlı  təsir  şəraitində  gedən  polimerlərin  elastik  deformasiyası  xarici  qüvvələr 

götürüldükdən sonra əhəmiyyətli dərəcədə fiksasiya edilmiş olur. Belə deformasiyanı 

məcburi  adlandırmaq  qəbul  edilmişdir.  Onun  baş  verməsi  zamanı  istilik  hərəkəti 

makromolekulların  yaranmış  yeni  formalarını  tama-milə  dəyişməyə,  onların  güclü 

əyilmiş tarazlıq vəziyyətinə qayıtmasını təmin etməyə qadir deyil. 

Hazırda tikiş sənayesində tərkibində poliuretan sapları olan əsas, nazik elastik 

və bielastik toxuculuq parçaları geniş tətbiq tapmışdır. Elastik parçalardan toxunmuş 

məmulatlar  istismarda  çox  rahatdırlar,  bu  isə  istehlakçılar  tərəfindən  yüksək 

qiymətləndirilir.  


 

 



Poliuretan  saplar  qoyulmuş  parçalar  ənənəvi  parçalara  xas  olmayan  bir  sıra 

spesifik  xassələrə  malikdirlər.  Elastik  parçaların  əsas  fərqi  onların  xətti  ölçülərinin 

dəyişməsi  qabiliyyətinə  malik  olmasından  ibarətdir,  belə  ki,  onlar  yüksək  dartılma 

(çox  vaxt  trikotaj  qumaşların  dartılması  ilə  müqayisə  olunan)  və  istilik  oturmasına 

malikdirlər.  Poliuretan  saplar  qoyulmuş  parçaların  xətti  ölçülərinin  dəyişmələrinin 

qiyməti  də xeyli müxtəlifdir və geniş hədlərdə dəyişir. 

Bununla  əlaqədar  olaraq,  elastik  parçalardan  geyim  hazırlanması  ənənəvi 

materiallar  üçün  xarakterik  olmayan  bir  sıra  problemlərə  səbəb  olur.  Geyimin  kons-

truksiyasının  layihələndirilməsi  mərhələsində  parçanın  dartılma  qabiliyyəti  kifayət 

qədər  dəqiq  qiymətləndirilmir  və  geyimin  bədənə  sərbəst  oturması  üçün  əlavələr 

konstruksiyanı  işləyənin  praktik  təcrübəsi  əsasında  və  ya  tamamilə  intuitiv  olaraq 

müəyyən edilir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



                            1. 

TOXUCULUQ  LİFLƏRİN  TƏSNİFATI  VƏ 

                                            ONLARIN  XASSƏLƏRİ 

 

Sapın  buruğunu  tərsinə  açsaq  onun  tük  kimi  nazik  liflərdən  ibarət  olduğunu 

görərik.İplik,sap,parça  və  s.toxuculuq  materialları  istehsal  etmək  üçün  bu  liflərdən 

istifadə edilir.Uzunluğu en kəsiyindən dəfələrlə böyük olan nazik və elastik materiala 

lif deyilir. 

Toxuculuq  lifləri  mənşəyi  və  kimyəvi  tərkibinə  görə  iki  qrupa  bölünür-təbii 

və  kimyəvi.Təbii  liflər  elə  liflərdir  ki  bunlar  əsasən  üzvi  hidro  zəncirli  yüksək 

malekullu  birləşmələrdən  ibarət  olur.İnsanın  bilavasitə  iştirakı  olmadan  təbiətin 

özündə formalaşmış olur.kimyəvi liflər isə zavod şəraitində əsas etibarı ilə təbii üzvi 

hetro  zəncirli  yaxud  karbo  zəncirli  yüksək  malekullu  sintetik  birləşmələrdə  cüzi 

miqdarda isə qeyri üzvi təbii birləşmələrdən alınan liflərdir [1]. 

Təbii  liflər  üç qrupa bölünür:1-bitki  mənşəli  liflər 2-heyvan  mənşəli  liflər 3-

mineral mənşəli liflər. 

Bitki  mənşəli  liflərin  tərkibi  yüksək  karbo  hidrogendən  sellilozdan 

ibarətdir.Bitki  mənşəli  liflər də özləri  üç qrupa bölünür-bitkinin toxumundan alınan-

pambıq,bitkinin  gövdəsindən  alınan-kətan,kəndir,bitkinin  yarpağından  alınan-

avaka,sizal. 

Heyvan  mənşəli  liflər-bu  liflərin  tərkibi  zülali  maddələrdən  ibarətdir  və 

aşağıdakı kimi olur. 

1. 


Tərkibi keratindən ibarət olanlar-qoyun,keçi 

2. 


Tərkibi fibroindən ibarət olanlara-barama qurdundan alınan ipək 

Mineral  mənşəli  liflər-bu  liflər  çaxmaq  daşı  ilə  yerdən  qazılıb  hasil  edilir, 

bunada  aspes  daxildir.Aspesin  kimyəvi  tərkibi  maqnezium  oksidin  sulu  silikatından 

ibarətdir. 

Kimyəvi  liflər  iki  qrupa  bölünür:  1-təbii  yüksək  malekullu  birləşmələrdən 

alınan  liflər  (süni)  2-sintetik  yüksək  malekullu  birləşmələrdən  alınan  liflər  (sin-

tetik).Təbii  yüksək  malekullu  birləşmələrdən  alınan  liflərdə  iki  qrupa  bölünür.1-

yüksək karbo hidratlardan alınan liflərdən ibarətdir. Bunlarada viskos ,misomonyak, -



 

 



asetat  daxildir.  2-zülali  maddələrdən  alınan  liflərə  aiddir,  heyvan  zülalından  alınan 

yəni süd zülalı”kazein”, bitki zülalından alınan paxla lifi. 

Sintetik  yüksək  malekullu  liflər  də  iki  qrupa  bölünür.  1-üzvi  heterozəncirli 

birləşmələrdən  alınan  liflərə  aiddir,  olikaproloktanda-kapron,  neylon,  lafsan  və  s.2-

üzvi  karbozəncirli  liflərdən  alınan  liflərə  aiddir.  Hollogen  törəməlivenil  birləş-

mələrdən  o  cümlədən  polivinil  xlorid  və  s.  Təbii  qeyri  üzvi  birləşmələrdən  alınan 

təbii kimyəvi liflərə aşağıdakı liflər aiddir. Keramnya birləşməsindən alı-nan, şüşə və 

metallardan  alınan  metal  lifləri.  Təbii  polimerdən  alınan  kimyəvi  liflər  viskos  və 

asetatdır. intetik liflərdən alınan kimyəvi liflər-lafsan, kapron, nitron və s. Təbii qeyri 

üzvi birləşmələrdən alınan liflər şüşə lifləridir. 

Göründüyü  kimi  lif  öz  mənşəyi  və  kimyəvi  tərkibinə  görə  çox  müxtəlifdir. 

Beləliklə onlar xarici görünüşlərinə habelə xassələrinə görə bir-birlərindən fərqlənir, 

ancaq  bu  müxtəlifliyə  baxmayaraq  bütün  toxuculuq  lifləri  üzvi  birləşmələr  sinfinə 

xüsusən  də  yüksək  malekullu  birləşmələrə  aiddir.  Təbii  yüksək  malekullu  birləş-

mələrə başlıca olaraq bitki və heyvanat aləmində rast gəlinir. Yüksək malekullu bir-

ləşmələr  kiçik  malekullu  birləşmələrdən  (monomer)  sintez  yolu  ilə  alınır.  Mono-

merlər isə neft və daş kömür emalının məhsuludur. 

Pambıq  yüksək  texnaloji  xüsusiyətlərə  malikdir.  O,  başqa  təbii  liflərə  nisbətən  ucuz 

başa  gəlir  və  toxuculuq  sənayesində  dah  çox  istifadə  olunur.  Dünyada  50-dən  çox 

ölkə pambıqçılıqla məşğuldur. Bu ölkələrə ABŞ, Hindistan, Pakistan və digər ölkələr 

daxildir.Pambığın 5 mədəni, 30 yabanı növü var. Bütün ölkələr üçün pambığın 4 nö-

vü var: kosmat, barbados, ot şəkilli, ağac şəkilli. 

Pambıq  çiyidinin  səthindən  ayrılmış  liflərə  pambıq  deyilir.Pambıq  çiyidinin 

liflərlə  örtülməsinə  xam  pambıq  deyilir.Orta  Asiya  və  Azərbaycanda  pambıqçılığın 

90  faizini kosmat pambığı tutur.  Bu pambıqdan alınan  liflərə orta  lifli  pambıq deyi-

lir.  Çox  məhsuldardır(1  hektara  25-35sentner)alınır,  yetişmə  müddəti  120-140  gün, 

liflərin orta uzunluğu 30-35mm-dir. 

Barbados  cinsli  pambıq  ən  çox  Misirdə,  Orta  Asiyada  yayılıb.Yetişmə 

müddəti 140-170 gün, məhsuldarlığı (1 hektara 20-30 sentner)alınır. Barbados cinsli 

pambıq  ən  uzun,  nazik  və  möhəm  lifə  malik  olaraq  yüksək  keyfiyyətli  məmulatın 



 

 



hazırlanmasında istifadə olunur və buna nazik lifli pambıq deyilir, lifin orta uzunluğu 

35-45mm-dir. 

Pambıq  mart  ayının  axırı,aprel  ayının  əvvəllrində  arata  səpilir.  Səpindən  10-

15  gün  sonra  cücərtilər  torpaqdan  çıxır,  bitkilər  tədricən  böyüyür  və  50-70  gün 

keçmişpambıq  kolları  çiçək  açır.  Çiçəklərdən  qoza  əmələ  gəlir,  qozalar  böyüdükcə 

daxildə  yetişən  çiyidlərin  üzərində  liflər  də  artmağa  başlayır.  Bir  çiyidin  üzərində  7 

mindən 15 minə qədər lif yetişir. 

Pambıq  iki  üsulla: əl  ilə  və  maşınla  yığılır. Əl  ilə  yığılan pambıq təmiz olur, 

lakin çox zəhmət tələb edir və hasilat çox aşağı olur. Maşın bir tərəfdən,ağır zəhmət 

tələb  edən  əl  əməyini  əvəz  edir,  digər  tərəfdən  isə  pambıq  yığımını  qısa  müddətdə 

başa  çatmasına  imkan  verir.  Nəticədə  pambıq  lifinin  keyfiyyərinin  saxlanmasını 

təmin  edir.  Bir  pambıq  yığan  maşın  gündə  orta  hesabla  100-dən  çox  adamın  işini 

görür. Pambığın tərkibi sellilozdan ibarətdir.Təbiətdə bitkilərin orqanizmindən sintez 

olunan  birləşməyə  mənsub  bitki  hüceyrələrinin  qlafını  təşkil  edən  mürəkkəb  poli 

saxaritdir.  Kimyəvi  tərkibinə  görə  sellilozun  tərkibi  spirdir,  onun  hər  halqasında  üç  

hidroksid  qrupu  vardır.  Pambıq  lifinə  hava,  su  uzun  müddət  təsir  etmir,  turşuların 

qatılığı artıq olduqda pambıq lifləri məhv olur. Pambıq lifi tez yanır, yanmış kağız iyi 

verir,boz rəngli kül əmələ gətirir. Pambıq əsasən lif almaq üçün becərilir. 

 Toxuculuq  sənayesində  mühüm  xammal  mənbəyi  kimi  və  qiymətli  xüsu-

siyətlərinə  görə  kətanın  əhəmiyəti  böyükdür.  Kətanın  vətəni  Rusiyadır.  Lakin  Orta 

Asiya, Fransa, Polşa, Niderland və başqa ölkələrdə istehsal olunur. Dünyada istehsal 

olunan kətanın 70 faizi MDB ölkələrinin payına düşür. 

Kətan  müxtəlif  iqlimlərdə  və  torpaqlarda  yetişən  otaoxşar  bir  illik  bitkidir. 

Gilli,  qumlu  torpaqlar  kətan  üçün  yararlı  deyil.  Torpağın  üst  qatında  temperatur  7-

8dərəcə  olduqda  toxumun  səpilməsinə  başlanılır.  Toxum  xüsusi  maşınla  səpilir.  Bir 

hektar  sahəyə  110-140  kq  toxum  səpilir.  Toxum  əkildikdən  5-10  gün  sonra  cücərir, 

55-60  gün  sonra  çiçək  açır.  Kətan  bitkisinin  yetişmə  müddəti  70-90  gündür.  Həmin 

bitkinin  özündən  və  gövdəsindən  alınan  lifə  kətan  deyilir.  Kətanın  üç  mədəni  cinsi 

var:  1-Uzunboy  kətan(dolqunes),  2-ortaboy  kətan(mujemok),  3-qısaboy  kə-

tan(kudryaş). 



10 

 

 



Uzunboy  kətan  yüksək  keyfiyətli  və  uzun  liflərin  alınması  üçün  əkilir. 

Yüksək  və  zərif  gövdəsi  olub,  küləşin  hündürlüyü  80-90sm,diametri  1-2  mm  çatır. 

Bitkidə  gövdə  ətrafında  xırda  yarpaq,  ucunda  gül  qönçəsi  və  toxumu  yetişir.  Kök 

hissəsi az inkişaf etdiyindən gövdəsi yaxşı inkişaf edir. 

Ortaboy kətan orta nömrəli lif verir və az miqdarda yağ istehsalında işlədilir. 

Ortaboy kətan Ukraynada, Sibirdə və başqa yerlərdə istehsal edilir. Gövdəsi qısa, çox 

şaxlı və az lif tutumu olduğundan əsasən yağ almaq üçün istehsal olunur. 

Qısaboy kətanın toxumundan əsasən yağ almaq üçün istehsal olunur. Gövdəsi 

qısa,  yoğun,  sıx  budaqlı  və  meyvə  qozaları  olduqca  çox  olur.  Bu  katanın  lifi  gödək 

kolu  isə  alçaq  olur.  Onun  kök  hissəsi  zaif  yetişir  və  toxumundan  əlif  yağı  istehsal 

edilir  ki,  texniki  əhəmiyəti  olduğu  kimi,  həmdə  yeyinti  materialıdır.  Yağ  alındıqdan 

sonra,  toxumunun  qalığı  olan  jmıx  mal-qara  üçün  qiymətli  yemdir.  Gövdəsindən 

alınan  liflər  qısa,  cod  və  az  olduğundan  istehsalatda  olduqca  əhəmiyyətsiz  hesab 

olunur. 


Kətan  bitkisinin  də  əsas  tərkibi  sellilozdur,  qalan  hissəsinin  çox  qismi  həm 

sellilozdan,  yapışqanli  pektin  maddəsindən,  karbohidrogenlərdən  ibarətdir.  Kətan 

saralıb yetişdiyi vaxt toplanmağa başlanır. Bu zaman onun gövdəsi açıq sarı rəng alır. 

Toxum  qozalarının  bir  tərəfi  tündləşir,  gövdənin  aşağı  hissəsində  ki,  yarpaqlar 

tökülməyə başlayır, bu vaxt liflər şox keyfiyətli olur  [2]. 

Təbii İpək yaxşı mexaniki xassələrinə, gözəl xarici görünüşünə, asanlıqla bo-

yanmasına  görə  ən  qiymətli  toxuculuq  liflərindən  sayılır.  İpək  istehsalı  çox  zəhmət 

tələb edən işdir. 1 kq ipək almaq üçün 100 adam/saat sərf edilir. 

Buğumayaqlılar  sinfinə  daxil  olan  müxtəlif  canlıların  xüsusi  ipək  ayıran 

vəzlərindən  ifraz  olunub  bərkimiş  tellərə  ipək  deyilir.  Bunların  içərisində  istehsal 

əhəmiyəti olan əsl  ipək qurdları  və saturid cinsləridir. İpəkçilikdə əsasən tut  yarpağı 

bəslənən mədəni ipək qurdlarından istifadə edilir. Vəhşi ipəkqurdları adlanan saturid 

ailəsinə  mənsub  olan  cinsdən  də  istifadə  olunur.  Meşələrdə  palıd  ağacı  yarpağını 

yeyərək  böyüyür  və  barama  sarıyır.  Bu  qurdların  vətəni  Yaponiya,İndoneziya  və 

s.ölkələrdir.  Vəhşi  baramadan  alınan  ipəyin  rəngi  sarımtıl,  yüksək  elastikliyə 

malikdir və kimyəvi məhsulların təsirinə davamlıdır. 



11 

 

 



Təbii ipək barama qurdundan alınır.Barama qurdu böyüyənə qədər dörd dövr 

keçir. I dövrdə qurddan əmələ gəlmiş kəpənəklər yumurta salır, bu yumurtalara qurd 

toxumu  deyilir.    II  dövrdə  toxumdan  xırda  qurdlar  və  ya  sürfələr  dirilir  və  bəslənir. 

III dövrdə qurdlar böyüyür və barama sarıyır, özləri də baramanın içində qalır. Qurd 

baramada  pupa  çevrilir.  IV  dövrdə  baramada  ki,  pup  kəpənəyə  çevrilir,  başqa  kəpə-

nəklərlə cütləşir və yumurta calır və məhv olur [2]. 

İpəyin  ilk  emalı  hazırlıq  məntəqələrində  başlayır.  Bu  zaman  baramanın 

içərisində olan qurdlar boğulur, barama qurudulur və növlərə ayrılır. Bunlar ona görə 

edilir  ki,  qurd  baramanı  deşməsin  və  qurudulmuş  baramanı  uzun  müddət  saxlamaq 

olsun. Bunun üçün müxtəlif aqreqatlardan istifadə edilir, bunlardan ən geniş yayılanı 

isə isti hava vasitəsi ilə boğan və qurudan aqreqatdır. Bir sutkada “TKSK-1”tipli aq-

reqat 5,4 ton yaş barama qurudur. 

İpəyin  əsas  tərkibi  fibren  və  selesindən  ibarətdir.  Selesin  qaynar  suda  asan-

lıqla  həll  olur.  İpəkdən zərif,parlaqlığı,elastikliyi çox olan,  yaxşı  rənglənən parça  və 

məmulatlar hazırlanır. İpək saplaabətdə,cərrahiyə əməlyatlarında tikiş üçün işlədilir. 

Toxuculuq sənayesində yun ən keyfiyyətli və mühüm liflərdən biridir. Bizim 

ölkəmizdə  təbii  yunun  əsas  kütləsi  qoyundan  alınır.  Ən  keyfiyyətli  yun  merinos  və 

metis cinsli qoyunlardan alınır. Qoyunçuluq və  yun  istehsalına  görə dünyada birinci 

yeri Avstraliya tutur. İkinci yeri keçmiş Sovet İttifaqı respublikaları, Yeni Zellendiya 

və Argentina tutur. 

Yun  lifləri  qoyun,keçi,dəvə  və  s.  dərisindən  alınan  liflərə  deyilir.  İnsanların 

qoyunçuluqla  məşğul  olması  b.e.6  min  il  əvvələ  təsadüf  edilir.  Əvvəllər  yabanı 

qoyun  cinslərindən  olan  fulonlar  və  arqani  qoyun  cinslərindən  istifadə  olunurmuş. 

Yun lifləri müxtəlif xassə və xüsusiyətlərə malikdir. 

Yun  lifi  özlüyündə  hücüyrələr  kompleksidir.  Mikroskopla  baxdıqda  üç  təbə-

qədən təşkil olunduğunu görərik. 

1. 

Axça pulcuq təbəqəsi 



2. 

Qabıqaltı təbəqə 

3. 

Mərkəzi-özək təbəqəsi 



12 

 

 



Zərif  lifli  yunlarda  mərkəzi təbəqə  olmur,  axça  və qabıqaltı  təbəqə  isə bütün 

yun liflərində vardır. Mərkəzi təbəqə ancaq cod liflərdə olur. 

Yunun  kimyəvi  tərkibi  heyvanların  buynuz  və  dırnaqlarındakı  keratin  tipli 

zülal  birləşmələrindən  ibarətdir.  Keratinin  tərkibi  karbon,  hidrogen,  azot  və  kükürd-

dən ibarətdir. 

Xarici  görünüşünə,  daxili  qruluşuna,  xassə  və  xüsusiyyətlərinə  görə  yunlar 

dörd tipə bölünür: 1-tiftik, 2-dəyişən (keçid)yun, 3-özək(ost)yunu, 4-cansız(ölü)yun. 

Tiftik  yun-ən  incə  və zərif  yun olub, əla keyfiyyətə  malikdir,  həm  də elastik 

və qıvrımdır. Bütün liflər içərisində tiftik ən dəyərli hesab olunur. 

Dəyişən  (keçid)yun-belə  yunlara  orta  lif  də  deyilir.  Ota  lif  zərif  yunlu  və 

metis  cinsli  qoyunlardan  alınır.  Tiftiyə  nisbətən  daha  uzun  və  yoğundur.  Möhkəm-

liyi, elastikliyi az, kövrək və tez qırılandır. Bu yunların qıvrımlığı az olur. 

Özək  (ost)  yun-bu  lif  tiftik  lifinə  nisbətən  uzundur,  yoğunluğu  çoxdur  və 

qıvrımlığı azdır. Zahiri görünüşünə görə düz və parlaqdır. 

Cansız  (ölü)  yun-ən  qısa  və  yoğun  (90  mikron  və  daha  çox)  liflərə  cansız 

(ölü)  liflər deyilir.  Bu  lifin özək  hissəsi  güclü  inkişaf etmiş, cod düz,  qıvrımlığı ol-

mayan,  qalın,  möhkəmliyi az,tez qırılan,rəngsiz  lifdir. Ölü  liflərdə parlaqlıq  yoxdur, 

çox  kövrəkdir,  o  biri  liflər  kimi  əyilmir,  dartılmır,  tez  qırılır.  Bu  liflərin  divarları 

nazikdirvə boyaq tutmur. 

Qoyun  tunları  eynicinsli  və  qeyricinsli  olur.  Yun  lifi  nazikliyinə  və 

eynicinsliyinə görə 4 növə ayrılır: zərif, yarımzərif, yarımcod və cod. 

Zərif  yun-ən  qiymətli  toxuculuq  yunu  hesab  edilir.  Nazikliyi,  uzunluğu  və 

qıvrımlığı  etibarilə  eynicinsli  olur.  Ən  çox  nazikliyə  və  qıvrımlığa  malikdir.  Zərif 

yunda  özək  hissə  olmadığl  üçün  ən  yüksək  nisbi  qırılma  yükünə  (möhkəmliyə) 

malikdir. 

Yarım zərif yun-bu yunlar eynicinsli yunlara daxildir. Belə yunların nazikliyi 

25-31  MK,uzunluğu  isə  40-250  mm  olur.  Tiftik  və  keçid  yunlarından  ibarətdir. 

Əsasən metis və yerli qoyunlardan alınır [1]. 

Yarımcod yun-bu yunlar eynicinsli və qeyricinsli olub tiftik, keçid yunu və az 

miqdarda  özək  lifləri  ilə  qarışıqdır.  Nazikliyi  31-40  MK,  uzunluğu  isə  200  mm-ə 



13 

 

 



qədərdir. Belə yun yarımcod yunlu qoyunlarından alınır.Həmin yundan nisbətən daha 

cod parçalar toxunur. 

Cod  yun-bu  yunda  bütün  yun  növlərinin  (tiftik,  keçid,  özək,  və  cansız  yun) 

liflərinə  təsadüf  edilir.  Cod  yun  eynicinsli  sayılmır.  Cod  yun  lifinin  nazikliyi  40-67 

MK,uzunluğu isə 250-300 mm olur.Y unlar cod yunlu qoyunlardan alınır. 

Qoyundan  çirkli  yun  qırxılır.  Qoyundan  alınan  yun  çənglərinə  runo  deyi-

lir.Qoyunların dərisindən yun qırxılır, dəvədən uzun yun ,keçidən qəzil, dovşanlardan 

isə  tiftik  alınır.  Qara  maldan  və  atdan  tük  alınır.  Qısa  olduğuna  baxmayaraq  bun-

lardan keçə ayaqqabı-“valenka” kimi məmulatlar hazırlanır. Atın quyruğundan alınan 

tüklərdən  sənayedə  istifadə  olunur.  Bunlardan  palto  kostyum  üçün  köməkçi  mate-

riallar hazırlanır, ələk, fırça və başqa məmulatların istehsalında istifadə olunur. 

Toxuculuq sənayesində süni lif və saplardan istifadə etmək üçün alimlər uzun 

illər  çalışmış  və  nəhayət,  onun  alınmasına  nail  olmuşlar.  İlk  dəfə  1855-ci  ildə 

Lozannalı  alim  J.Odemar  bu  ixtiranı  etmiş  və  öz  ixtirasının  adını  “bitki  ipəyi” 

qoymuşdur.  Kimyəvi  liflər  süni  və  sintetik  liflərə  bölünür.  Süni  liflər  təbii  poli-

merdən,  sintetik  liflər  isə  monomerlərdən  kimyəvi  sintez  yolu  ilə  alınır.  Kimyəvi 

liflərin istehsalı beş mərhələdən ibarətdir. 

1. 


Xammalın alınması və ilkin emalı 

2. 


Əyirmə üçün məhlulun hazırlanması 

3. 


Məhlulun  çoxlu  sayda  deşikləri  olan  felyerdən  təzyiqlə  keçirib  lif 

şəklinə salınması 

4. 

Lifin işlənilməsi 



5. 

Mexaniki emalı 

Viskoz  lifinin alınması-Süni  liflərdən ən çox  işlənəni  viskoz  lifidir.  Lif  üçün 

əsas  xammal  sellilozdur.  Selliloz  ağacdan  alınır.  Bunun    üçün  selliloz  kağız  kambi-

natında ağacın təxminən 7 mm uzunluğunda xırda hissələrə doğrayırlar, sonra həmin 

ağac hissəsini qələvi məhlulunda bişirillər. Nəticədə boz rəngdə selliloz kütləsi əmələ 

gəlir  ki,  bunuda  ağardillar  və  kardon  vərəqləri  şəklində  presləyirlər.  Kimyəvi  liflər 

istehsal  edilən  müəssisələrə  daxil  olan  kardon  vərəqələr  merserizasiya  edilir. 

Sellilozun qələvi ilə emal edilməsinə merserizasiya prosesi deyilir. Bu proses natrium 


14 

 

 



qələvisi  ilə  aparılır  və  bununla  qələvi  selliloz  alınır,  qeyri-selliloz  birləş-mələr  isə 

kənar  edilir.  Alınmış  qələvili  selliloz  sıxılır,  xırda  parçalara  doğranılır  və  yetişmək 

üçün 12-30 saat 45 dərəcədə saxlanılır. Bu prosesə yetişmə qabağı proses deyilir. Bu 

proses  zamanı  qələvi  selliloz  havanın  təsiri  nəticəsində  turşulaşır  nəticədə  makro 

malekulları  dağılır  və  suvaşdan  əyirmə  məhlulu  alınır.  Bu  məhlulu  qələvi  selliloz 

kütləsini  yetişdirmək  üçün  onun  karbon  sulfitlə  emal  etdikdən  sonra  “santogenat” 

adlanan sarı rəngli qatı maddə alınır. Santogenat zəif qələvi məhlulu ilə məhv olur və 

əyirmə  üçün  yararlı  olan  yapışqanlı  viskoz  məhlulu  alınır.  Viskoz  təmizlənir,  sonra 

filyerdə  sıxılır,  sulu  sulfat  turşusu  vannasına  buraxılır,  bu  zaman  karbon  sulfit  və 

qələvi santogennən ayrılır və selliloz-viskoz əmələ gəlir. 

Viskoz  lifini  almaq  üçün  mişarlanmış  şam  ağacı  parçaları  iki  il  saxlanılır 

ki,onu  kimyəvi  maddələrdə  yaxşı  emal  etmək  mümkün  olsun.Sonra  ağac  parça-

larından talaşa doğranır  və ağzı kip bağlanılmış qazanlarda kalsium-bisulfit duzu  ilə 

birlikdə bir  neçə atmosfer təzyiq altında qaynadılır.  Bu proses 24 saat davam edilir. 

Nəticədə  kalsium-bisulfit  selliloz  liflərinin  yapışdıran  maddələri  parçalayır  və  təmiz 

sulif sellilozu alınır. 

Bu  qayda  ilə  alınan  sulfit  sellilozu  ağardılır,  preslənir,  kardon  vərəqi  şəklinə 

salındıqdan  sonra  süni  lif  zavoduna  göndərilir.  Sellilozu  emal  prosesi  zavodda  belə 

olur:  əvvəlcə  vərəqlər  7-8%  nəmlik  qalana  qədər  qurudulur  sonra  bir  saat  ərzində 

18% lif qələvidə emal edilir. 

Sellilozun qələvi ilə emal edilməsi merserizasiya adlanır. Xırdalanmış selliloz 

yetişmək  üçün  12-30  saat  30-45dərəcə  tempraturda  saxlanılır.  Bu  prosesə  yetişmə-

qabağı proses deyilir. 

Yetişmə qabağı prosesdə qələvi sellilozu  havanı təsiri  ilə  turşulaşır,  nəticədə 

onun makro molekulları dağılır. Bu isə suvaşqan əyirmə məhlulunun alınmasına im-

kan verir. 

Əyrilmə  məhlulu  almaq  üçün  hazırlanmış  selliloz  kütləsini  ksantokenatlaş-

dırmaq və onu yetişdirmək gəlir. 



15 

 

 



Sonra viskoz yetişmə prosesi keçirir. Bu prosesdə məhlul un daxilində qalmış 

hava qabarcıqları çıxarılır, məhlulun suvaşqanlığı sabitləşir. Boyaqlı ipək almaq üçün 

istənilən rəng əyrilmə məhluluna burada qarışdırılır. 

Sintetik  liflər  1932-ci  ildən  başlayaraq  istehsal  olunmağa  başlamışdır.  Sin-

tetik  lif  sənayesi  müxtəlif  qruplara  mənsub  küllü  miqdarda  monomerlər  sintezinə 

əsaslanır. 

Kimyəvi  tərkibinə  əsasən  sintetik  liflər  2  böyük  qrupa  bölünür:  hetero  silsi-

ləli, karbon silsiləli. 

Hetero  silsiləli  liflər-Bu  qrupa  bir  neçə  kimyəvi  elementdən  təşkil  olunan 

yüksək molekula malik qatranlardan alınan liflər daxildir. Bu qrupa aid birləşmələrin 

əsas  silsiləsinə  karbon  atomundan  əlavə,  oksigen,  azot,  kükürd  və  başqa  element-

lərdən ya biri, ya da bir neçəsi daxildir. 

Həmin  qrupa  daxil  olan  sintetik  liflər  çoxlu  müxtəlif  aralıq  məhsullardan  və 

təklikdə  götürülmüş  monomer  birləçmələrindən  sintez  edilir.  Liflər  əsasən  polikon-

densləşmə və ya polimerləşmə reaksiyalarının köməyi ilə alınır. 

Hetero  silsiləli  liflər  qrupuna  poliamid  və  poliefir  liflər  daxildir.  Hazırda 

poliamid  liflərinin  təxminən  on  növü  məlumdur.  Sənayedə  fenol,  etilen  və  s.geniş 

istifadə edilir. Kapron , enant, anid lifləri əsas poliamid lifləridir [1]. 

Karbon  silsiləli  liflər-bu  liflər  ancaq  karbon  atomlarından  təşkil  olunmuş 

polimerlərdən alınır. Karbon silsiləli qatranların təsnifatı çox müxtəlif qruplara ayrılır 

və onlardan lif alınması üçün geniş istifadə edilir. 

Karbon silsiləli qatranların qrupları çoxdur. Bunlar aşağıdakılardır. 

1. 

Karbohidrogenlərdən-polietilen, polipropilen, politirol qatranları alınır. 



2. 

Halogen  törəməli  karbohidrogenlərdən-polivenilxlorid,  polveniliden-

xlorid, politetraetilenqatranlarıalınır. 

3. 


Mürəkkəb  efirlər-polivenilasetat,  polivenilformiat,  qatranlarından  iba-

rətdir. 


Ümumiyyətlə  hər  iki  qrup  sintetik  polimerlərdən  kapron,  enant,  lavsan, 

nitron, xlorin və s.liflər alınır. 


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə