Tədqiqatın nəzəri və metodoloji əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Sığorta Fəaliyyəti haqqında qanunu, Azərbaycanın statistik göstəriciləri, sahibkarlıq fəaliyyəti, sığorta bazarı, kiçik və orta sahibkarlığa dövlət dəstəyi haqqında qanunu, həmçinin klassiklərin və aparıcı iqtisadçı alimlərin əsərləri təşkil edir.
Tədqiqat prosesindəsistemli və müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, statistik qruplaşdırma, iqtisadi-riyazi və s. metodlardan istifadə edilmişdir.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Maliyyə, İqtisadiyyat və Sənaye Nazirliklərinin, Sahibkarlığa Kömək Milli Fondunun məlumatları, habelə qlobal internet şəbəkəsinin informasiya resursları təşkil edir.
Tədqiqatın elmi yeniliyiaşağıdakılardan ibarətdir:
Sahibkarlıq risklərinin idarə olunmasınıniqtisadi əhəmiyyəti açıqlanmışdır.
Sığorta şirkətinin maliyyə fəaliyyətinin idarə olunmasının mövcud vəziyyəti kompleks təhlil edilərək qiymətləndirilmişdir.
Sahibkarlıq risklərinin sığortalanmasının nəzəri və praktiki məsələləri müəyyənləşdirilmişdir.
Respublikamızda sığorta sisteminin inkişafı və onun dünya sığorta sisteminə inteqrasiyasının təmin edilməsinə dair təkliflər verilmişdir.