olmadıqda, onlar oğurlana, məhv edilə və ya təyinatına uyğun olmayaraq istifadə edilə
bilər);
3. Təsərrüfat fəaliyyətinin səmərəliyinin yüksəldilməsi;
4. Uçotun müəyyən edilmiş prinsiplərinə riayət olunması.
92
4. Daxili audit geniş və müasir anlamda nəzarət xarakterli vəzifələrdən əlavə,
müəssisənin fəaliyyəti ilə bilavasitə bağlı olan və onun gələcək fəaliyyətinə kömək edə
biləcək iqtisadi təhlil, maliyyə strategiyasının müəyyənləşdirilməsi, idarəetmə üzrə
müxtəlif istiqamətli məsləhətlərin verilməsi məsələlərini də əhatə edir.
Daxili audit müəssisədə şəffaf informasiya mühiti yaratmaqla, onun fəaliyyətinin
daha dərindən və əsaslı təhlilinə, beləliklə də daha səmərəli fəaliyyət göstərilməsinə
zəmin yaradır.
5.
Daxili auditin idarəetmə funksiyasının başlıca xüsusiyyəti onun
idarəetmənin bütün elementləri ilə qarşılıqlı əlaqədə olmaqla idarəetmənin ümumi
proseslərində mütəmadi iştirak etməsidir. İqtisadi idarəetmə elementlərindən biri olan
mühasibat uçotu daxili audit fəaliyyətinin həyata keçirilməsi üçün onu zəruri
informasiyalarla təmin edir. Mühasibat uçotu müəssisənin bütün fəaliyyətini tam,
ardıcıl, sənədlə və qarşılıqlı əlaqədə əks etdirməklə onun üzərində müntəzəm nəzarəti
təşkil edir.
6.
Bazar münasibətlərinin formalaşması şəraitində auditor yoxlamalarının
aparılması metodikası da dəyişilir. Bu zaman auditor yoxlamalarının obyektləri
haqqında informasiyaların əsası sayılan maliyyə-təsərrüfat fəaliyyətinin təhlili,
mühasibat uçotu və maliyyə hesabatı ilə auditin qarşılıqlı əlaqələrinə xüsusi diqqət
yetirilir.
Müasir şəraitdə sənədlərin və mühasibat qeydlərinin yoxlanılmasının seçmə
(auditor seçməsi) metodundan istifadə böyük əhəmiyyət kəsb edir. Seçmə müşahidə
başdan-başa yoxlama ilə müqayisədə müəyyən üstünlüklərə malikdir: daha yüksək
operativlik, başdan-başa müşahidə tələb olunmayan hallarda istifadənin mümkünlüyü,
audit proqramının xeyli genişləndirilməsinin mümkünlüyü; audit sübutlarının
keyfiyyətinin yüksəldilməsi; başdan-daşa yoxlamaların nəticələrinə seçmə nəzarətinin
mümkünlüyü; auditin ucuzlaşdırılması.
Seçmə tədqiqatları və analitik yoxlamaların aparılmasında kompüterlərdən və
proqram təminatından istifadə xüsusilə səmərəlidir. Buna görə fıkrimizcə auditorun
proqram vəsaiti parkında minimal həcmdə proqram vasitələrinin (WINDOWS
mühitində işlədikdə) olması zəruridir. WORD tipində mətn şəklində mühakimə, EXCEL
93
tipdə elektron cədvəllər, xüsusi mühasibat proqramları kompleksi, müəssisənin maliyyə
vəziyyətinin təhlilinin xüsusi kompleksi olmalıdır.
Auditor seçmələrinin əsas məqsədi auditor fəaliyyətində istifadə olunan analitik
prosedurlarda onların səmərəli qaydada tətbiq edilməsidir.
Auditor yoxlamalarının aparılmasının analitik prosedurları pul məbləğlərindən,
maddi kəmiyyətlərdən, əmsallardan yaxud faizlərdən istifadə etməklə yerinə yetirilə
bilər.
Analitik prosedurlara əmsalların təhlili, dəyişikliklərin tendensiyaları və reqression
təhlili, smeta xərcləri və proqnozlarla müqayisə kimi prosedurlar ilə yanaşı həm də
xarici iqtisadi informasiyalar da aid edilir.
7.
Bazar münasibətləri şəraitində audit sahibkara nəzarət sistemi ilə möhkəm
maliyyə sabitliyinin təmin edilməsinin iqtisadi vasitəsi olmağa imkan verir. Bu halda
daxili audit rəhbərliyi aşağıdakı istiqamətlərdə informasiyalarla təmin edir: uçot
sistemlərinin təhlili; xərc maddələrinin təhlili; mənfəətin və satışın proqnozu; maliyyə
təhlili; ehtiyatların aşkar edilməsi və effektiv inkişaf istiqamətlərinin müəyyən edilməsi.
8.
Daxili auditorlar resurslardan istifadənin səmərəlik səviyyəsini, qənaət və
rentabellik yollarını araşdırarkən, ilk növbədə aşağıdakılara riayət olunub-
olunmamasına diqqət yetirməlidirlər;
- Qənaət və rentabelliyin qiymətləndirilməsi üçün müvafiq normativlərin
müəyyənləşdirilməsi;
- Müəyyən edilmiş normativ və standartlara əməl olunması;
- Nöqsanların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.
9. Müəssisənin maliyyə vəziyyəti haqqında rəyi formalaşdırmaq, uçot
prosesində yaranan informasiyaların dəyərini yüksəltmək üçün sağlam düşüncəyə
əsaslanan sübutlar zəruridir. Daxili auditin effektiv fəaliyyəti üçün əsas şərt auditə və
işlərin keyfiyyətinə məsrəflərin azaldılmasını təmin edən standartların olmasıdır.
10.
Elmi işdə müəssisədə auditin prosedurlarını, istiqamətlərini, sahələrini
fərqləndirən
əsas
istiqamətlər
göstərilir.
Konkret
yoxlama
metodikasının
rəsmiləşdirilməsinda zəruri tələblərin müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirilir.
Müəssisədaxili (firmadaxili) standartlara uyğun olaraq bu metodika normativ-məlumat
94
xarakterli sənəd kimi rəsmiləşdirilə bilər .
11.
Auditin təşkilatdaxili (firmadaxili) normativ bazasının yaradılması, bu
istiqamətdə standartların hazırlanması heç də milli normativ, qanunvericilik sənədlərinə,
standartlara- ziddiyət yaratmayır əksinə onlarla həmrəylik təşkil edərək, milli və
beynəlxalq prinsiplər baxımından auditin aparılması üçün əlverişli zəmin yaradır. Elmi
işdə auditin təşkilatdaxili (firmadaxili) normativ bazasının, standartların hazırlanma
istiqamətləri göstərilir.
12.
Fəaliyyət səhəsindən, istehsal həcmindən və digər amillərdən asılı olaraq,
iri və orta müəssisələrdə daxili auditin tətbiqi məqsədilə xüsusi bölmənin, kiçik
müəssisələrdə isə müvafiq mütəxəssisin həmin işə cəlb edilməsi məqsədəuyğundur.
Daxili auditin təşkilində mühüm məsələ daxili audit bölməsinin təşkilat strukturunun
yaradılması
və
bölmədə
işləyəcək
əməkdaşların
təcrübə
və
səriştəliyinin
qiymətləndirilməsidir.
13.
Daxili audit üçün məxfilik və müstəqillik prinsipləri əsas sayılır, Daxili
auditorlar yoxladıqları fəaliyyət sahələrindən asılı olmamalıdırlar, Onların müstəqilliyi
öz funksiyalarını sərbəst və obyektiv həyata keçirmək mühitinin mövcudluğu ilə
şərtlənir. Daxili audit bölməsinin təşkilat statusu onun fəaliyyətinin müstəqilliyinə -
təminat verməlidir. Daxili audit bölməsinin rəhbərliyi (və ya daxili auditor) geniş
fəaliyyət səlahiyyətləri ilə yanaşı, auditor rəylərinə yüksək səviyyədə baxılması və
auditorların təklifləri əsasında müvafiq qərarların qəbul edilməsi üzrə yetərli
səlahiyyətlərə də malik olmalıdır.
14. Fikrimizcə daxili auditorlar öz işlərini daxili audit fəaliyyətinin və ayrılıqda
hər bir auditorun ixtisas səviyyəsinin yüksəldilməsini əsas məqsəd hesab edən
beynəlxalq assosiasiyanın - Daxili Auditorlar İnstitutunun işləyib hazırladığı tövsiyələr
və standartlar əsasında həyata keçirilməsi məqsədəuyğundur, Daxili Auditorlar İnstitutu
daxili auditin peşə fəaliyyətinin yeni strukturunu işləyib hazırlamışdır. Bu struktur
aşağıdakıları əhatə edir;
- daxili auditorların Etika Məcəlləsi;
- daxili auditin aparılması standartları;
- təcrübə üzrə məsləhətlər;
95
- təcrübə üzrə vəsaitlər.
15. Azərbaycan Respublikasında daxili audit sisteminin qurulması sahəsində
müvafiq beynəlxalq təcrübənin öyrənilməsi zərurətini nəzərə alaraq Azərbaycan
Respublikasının Auditorlar Palatası da bir çox beynəlxalq audit qurumları, o cümlədən
1941-ci ildə daxili audit sahəsində ilk peşə birliyi kimi qurulmuş və hazırda bu peşənin
dünyada şəksiz lideri sayılan beynəlxalq Daxili Auditorlar İnstitutu (ABŞ) ilə bu
istiqamətdə məqsədyönlü iş aparır. Həmin işin ilkin nəticəsi olaraq, Daxili Auditorlar
İnstitutu İdarəetmə Şurasının Kvebek (Kanada) şəhərində keçirilən 1999-cu il 26 iyun
tarixli iclasında Azerbaycan Respublikası Auditorlar Palatasının müraciəti əsasında
ölkəmizdə Daxili Auditorlar İnstitutunun «Audit- Azərbaycan» bölməsinin yaradılması
haqda qərar qəbul edilmişdir.
«Audit-Azərbaycan» bölməsi iqtisadi islahatlar çərçivəsində daxili auditor
peşəsinin zəruriliyi nəzərə alınaraq, ölkəmizdə daxili auditor peşəsinin yayılması və
inkişaf etdirilməsi, daxili audit standart və normalarının işlənib hazırlanması,
təkmilləşdirilməsi, daxili auditorların peşə müstəqilliyinin təmin edilməsi və
mənafelərinin qorunması, peşəkarlıqlarının artırılması məqsədilə yaradılmışdır.
Dostları ilə paylaş: |