Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


partlayış verməsinin aşağı həddi hava qarışığında 10% və az olan qazlar və



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   16   17   18   19   20   21   22   23   24
M-mm-dh-seynov-Yusif-Nazim


partlayış verməsinin aşağı həddi hava qarışığında 10% və az olan qazlar və 
mayelər müəyyən miqdarda hava ilə qarışdıqda partlayışa təhlükəli qarışıqlar 
alınan; v) suyun və havanın oksigenin təsiri ilə alovlana və ya partlaya biləcək 
maddələrin alınması, tətbiq edilməsi və ya saxlanılması ilə əlaqədar olan 
istehsalatlar 
B kateqoriyayası - a) 28°C-dən 61°C-yə qədər olan temperaturda alışan 
mayelərin; b) partlayış verməsinin aşağı həddi havanın həcminin 10%-dən yuxarı 


55 
olan tez alışan qazlar və mayelər müəyyən miqdarda hava ilə qarışdıqda partlayış 
təhlükəli qarışıq əmələ gətirə bilən; v) hava ilə qarışaraq partlayışa təhlükəli 
qarışıqlar əmələ gətirən yanan liflər və ya tozlar; alınması, tətbiq edilməsi və ya 
saxlanılması ilə əlaqədar olan istehsalatlar.
V kategoriyayası – Yana biləcək bərk maddə və materialların, eləcə də 
buxarların alışmaq üçün 61°C-dən yuxarı temperatura ehtiyacı olan mayelərin 
işlənməsi və tətbiqi ilə əlaqədar olan istehsalatlar. 
Q kateqoriyayası - Arakəsmələrdən qığılcım və ya alov verən şüaların, istilik 
ayıran, közərmiş və ya əridilmiş yanmayan maddələr və materialların işlənməsi ilə 
əlaqəsi olan, eləcə də bərk, maye və qaz yanacağı yandıran istehsalatlar. 
D kateqoriyayası - Yanmayan maddələrin və ya materialların soyuq halda 
emalı və saxlanılması ilə əlaqədar istehsalatlar; 
E kateqoriyayası - qarışıq binanın həcminin 5%-dən çox olduqda texnoloji 
prosesin şərtlərinə görə yalnız partlayış təhlükəli (sonradan yanğın törətməyən) 
yanar qazların və partlayış təhlükəli tozlarin, su, havadakı oksigenlə və ya bir biri 
ilə təmasda olduqda partlayış törədən maddələr tətbiq edilməsi və ya saxlanılması 
ilə əlaqədar olan istehsalatlar 
(Bayramov A., 2017: s. 12).
NEZ-də yanğın və alovlanma hadisələrinin baş verməsinin əsas səbəbləri 
aşağıdakılardır: 

Avadanlıqların, kommunikasiyaların, maşınların kipliyinin pozulması 
nəticəsində xam neftin, neft məhsullarının, neft məhsulları buxarlarının, yanar 
qazların sızması; 

Texnoloji proseslərin aparılması zamanı rejimin pozulması (təzyiqin, 
temperaturun artması və s); 

Elektrik avadanlıqlarında, ötürücü xətlərdə naqillərdə yarımstansiyalarda 
qısa qapanmaların baş verməsi, statik elektriklənmədən mühafizə vasitələrinin və 
ildırım ötürücülərinin sıradan çıxması (nasazlıqları); 

Avadanlıqların təmiri zamanı texniki təhlükəsizlik qaydalarının pozulması; 
Zavodda yanğınların baş verməməsi və yanğınları söndürmək üçün profilaktik 
tədbirlər görülür. Bu məqsədlə texnoloji qurğuların əraziləri, avadanlıqlar həmişə 


56 
təmiz saxlanılır. Zavodun ərazisi quru otlardan, yarpaqlardan, zibildən təmizlənir. 
Kanalizasiya xətləri keçən xəndəklər (lotoklar) vaxtaşırı təmizlənir. Texnoloji 
qurğular, yardımçı sahələr, bütün istehsalat və qeyri-istehsalat otaqları ilkin 
yanğınsöndürmə vasitələri ilə təmin olunmalı,, texnoloji qurğular, çən parkları, neft 
tutucuları və bu kimi təhlükəli yerlər köpüklü yanğınsöndürmə sistemləri ilə təmin 
olunmalıdır. Bütün istehsalat və sahələrdə yanğın əleyhinə su hovuzları, su çənləri, 
su dayaqları təhlükəli yerlərdə lafet su lülələri olmalıdır. 
Odlu işlər aparmaq üçün zavodun ərazisində təhlükəsiz yerlərdə daimi qaynaq 
meydançalar ayrılmışdır. Digər yerlərdə isə odlu işləri aparmaq üçün təhlükəsizlik 
tədbirləri tam yerinə yetirildikdən və yazılı icazə verildikdən sonra icra oluna bilər. 
Zavodda bütün iş yerlərində, anbarlarda, yardımçı bina və tikililərdə yanğın 
təhlükəsizliyinə cavabdeh şəxslər təyin olunmuşdur. 
Zavodun ərazisində siqaret çəkmək üçün xüsusi təhlükəsiz yerlər ayrılmışdır. 
Bütün iş yerlərində hərbiləşdirilmiş yanğın hissələrinin telefon nömrələri yazılmış 
lövhələr asılmışdır. Yanğın baş verdikdə hadisəni görən hər bir şəxs bu barədə 
telefonla hərbiləşdirilmiş yanğın hissələrinə, qurğu və sex rəislərinə, gecə 
növbəsində, istirahət və bayram günlərində isə zavodun dispetçerinə və sexlərdə 
növbətçi mühəndislərə xəbər verməlidir. 
Neft və neft məhsulları yandıqda, yanğını qumdan, köpüklü və tozlu 
odsöndürənlərdən istifadə etməklə söndürmək olar. 
Elektrik avadanlığı yandıqda tozlu və karbonqazlı odsöndürənlərdən, əgər 
elektrik cərəyanı kəsilərsə istənilən vasitədən, hətta sudan istifadə etmək olar. 
Meşə materialları və bu tipli materiallar yandıqda sudan və odsöndürənlərin hər 
hansı birindən istifadə etmək olar. Qaz yandıqda tozlu odsöndürənlərdən istifadə 
olunmalıdır. Yanğın baş verdikdə birinci növbədə insanları təhlükəli ərazidən 
kənarlaşdırmaq lazımdır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin