Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti


Şəkil 2.2. 2014-ci il üçün ÜDM-in sahə strukturu



Yüklə 396,79 Kb.
səhifə22/48
tarix29.12.2016
ölçüsü396,79 Kb.
#3801
1   ...   18   19   20   21   22   23   24   25   ...   48
Şəkil 2.2. 2014-ci il üçün ÜDM-in sahə strukturu
2004-cü ildən bu günə qədər ÜDM- 3,4 dəfə artmışdır ki, bu da dünyada re-kord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur[25].

İş yerlərinin sayı 1 milyon 360 minə qədər çatdırılmış-dır. Bunlardan isə 1 milyonu daimi iş yerləridir. İşsizliklə bağlı aparılan gündəlik tədbirlər nəticə-sində işsizlik 5%, yoxsulluq səviyyəsi də 5% olmuşdur. [26].Bütün bunların əsasında dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar. Davos Dünya iqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabət qabiliyyətliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu isə əsas makroiqtisadi göstəricidir ki, iqtisadiyyatın inkişaf tempini müəyyən edən bütün dünyada vahid və əsas göstəricidir ki, bunun da əsasını mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən müəssisələrin maddi və xidmət sahələrinin məhsullarının ümumi dəyəri təşkil edir. Sosial sistemin maliyyələşməsinə daxil olan dövlətin sosial siyasətə qiymət verilmə üç aspektindən biridir. Sosial bölmənin maliyyələşməsinin ikinci aspekti isə mikroiqtisadi təsirlilikdir ki, burada da dövlət vəsaitlərin bütün proqramlar arasında pul yardımı, tibbi xidməti, təhsil, məşğulluq, kadr hazırlığı üzrə proqramların yerinə yetirilməsidir, onu da dövlət qəbul etdiyi bütün sosial iqtisadi Dövlət Proqramlarının icrası ilə həyata keçirir. Üçüncü sosial sistemin maliyyələşdirilməsinin üçüncü as-pekti isə təsirliliyin həvəsləndirilməsidir, burada əhalinin əmək fəallığına mane olmamaq üçün sosi-al təminatların müvafiq şəkildə bölünməsinə dövlət siyasətinin həyata keçirilməsi durur.

Hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarından asılılığı yüksəkdir. Belə ki, 2013-cü ildə xarıcı ticarət dövriyyəsinin ÜDM-da xüsusi çəkisi 46,3 %, idxal 14,3%, ixrac 32,0% təşkil etmişdir (Cədvəl 2). Müqayisə üçün qeyd edək ki, XTD-nin ÜDM-da xüsusi çəkisi Argentinada 16,3%, Braziliyada 9,2%, ABŞ-da 15,2%, Yaponiyada 16,1% olur.

Yüklə 396,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin