Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu dərslərində nağıllar üzrə işin təşkili texnologiyası



Yüklə 0,51 Mb.
səhifə43/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   39   40   41   42   43   44   45   46   ...   70
C.Nabat Monoqrafiya

Oxu dərslərində nağıllar üzrə işin təşkili texnologiyası

Nağılların quruluşu hekayələrin quruluşuna oxşardır. Hekayədəki məzmun, ideya nağıllarda da özünü göstərir. Belə bir ifadə vardır ki, nağıllarda xalqın tarixi əks olunur. Nağıllar xalqların hər birində müxtəlif cür dünyagörüşü formalaşdırır, onların həyat tərzi, bir-birinə qayğısı, zülmkarlara qarşı mübarizəsi, gələcəyə arzuları, inamı, əqidəsi və s. nağıllarda öz əksini tapır, bununla belə nağılların spesifikasında real həyatla uyğunlaşmayan, qəribə əşyalara, hadisələrə rast gəlinir. Nağıllar  öz sehriylə hər kəsin qəlbinə fərəh gətirən, hisslərinə, duyğularına, könlünə hakim olan bir mənbədir.


Nağıllardan istifadə uşaqların dünyagörüşünü genişləndirir, təfəkkürünü inkişaf etdirir, yaddaşını gücləndirir. Nağılların oxusu şagirdlərin ruhuna yaxındır, çünki, nağıllardakı hadisələrin əyləncə və maraq dolu olması, dilinin anlaşıqlı, obrazların parlaqlıqı onları cəlb edir. Nağıllar sadə dillə nəql edilir, oradakı obrazların müxtəlifliyi, ifadələrin zənginliyi şagirdlərdə nitq bacarıqlarını formalaşdırır.
Nağılın başlanğıcı, sonluğu olur ki, bu da onu digər janrlardan fərqləndirir. Nağıllar dramatikliyi, hadisələrin, personajların canlılığı ilə seçilir. Nağıllardakı hadisələr şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirir, Şagirdlərə maraqlı, emosional, ifadəli bir dillə təqdim edilən nağıllar nitqin zənginliyini, təfəkkürün inkişafını təmin edir.
İbtidai siniflərdə kiçik yaşlıların təlim-tərbiyəsində nağıllardan- xalq yaradıcılığının dərin hikmətindən faydalanmaq olduqca vacibdir. Nağıllar əsrlərin sınağından çıxaraq dövrümüzə qədər gəlib çıxmış hikmət xəzinəsidir. Nağıllar vasitəsilə biz xalqın həyatı, məişəti, alətləri, inancları, oyunları, qəhrəmanlıqları, mübarizəsi, arzu və istəkləri ilə tanış olmaqla yanaşı, böyük tərbiyəvi örnək götürürük.
Şagirdlərin təfəkkür, təxəyyül, fantaziya və dünyagörüşünü, yaddaşını nağıllar əyləncəli şəkildə genişləndirir, əməksevərlik, düzlük, doğruçuluq, yoldaşlıq, dostluq, doğmalara məhəbbət, xeyirxah insanlara hörmət yaradır, leksik bazanı zənginləşdirir, nitq bacarıqlarını fəallaşdırır, eyni zamanda nitqin rabitəliliyini artırır, təxəyyülün, fantaziyanın genişlənməsinə yardımçi olur. Kiçikyaşlı uşaqların nitq inkişafında nağıllarn rolu böyükdür.
Məhz ona görə də ibtidai siniflərdə müəllim nağıllardan geniş istifadə etməlidir.
Nağıllar şagirdlərin inkişafına tənzimləyir, onları düşünməyə, həyat hadisələri ilə müqayisə aparmağa, fərqləri, oxşarlıqları üzə çıxarmağa kömək edir.
Kiçikyaşlı uşaqların nitq inkişafına, nitq mədəniyyətinə yiyələnmələri hər kəsi düşündürməlidir. Böyüklərin uşaqlara həsr etdiyi nağıllar çox tərbiyəvi əhəmiyyət kəsb edir, uşaqlarda oxumağa motivasiya yaradır, estetik sövq formalaşdırır. Odur ki, şagirdlərin psixoloji təbiətinə, ruh halına, kiçicik aləminə nağıllar qədər güclü təsir göstərə biləcək təsirli qüvvə yenə də nağıllardır. Nağıllar uşaqların təfəkkürünün inkişafına təsir göstərməklə, yaradıcı fantaziyanı inkişaf etdirir. Uşaqlar özlərini nağıl qəhrəmanına bənzədir, yaranan çətinliklərin aradan qaldırılması yollarını fikirləşir və öz planlarını söyləməklə yaradıcılıqlarını inkişaf etdirmiş olurlar. Eyni zamanda nağıllardakı seirlər maraqla oxunur, şagirdlərdə bədii, estetik zövq, obrazlı nitq inkişaf edir, onların nağıl kitablarını oxumaq arzusu güclənir.
İbtidai sinif şagirdlərinin oxusunda nağıllar xüsusi əhəmiyyət daşıyır. İbtidai siniflərdə şagirdlərə müxtəlif xarakterli nağıllar təqdim edilir ki, bura yazıçıların yazdığı nağıllar da daxildir. İbtidai sinif dərsliklərində bu janra daha çox yer ayrılmışdır. Nağıllar, əsasən, təhkiyə kimi qurulur.
Nağılların özünəməxsus quruluşu var: başlanğıc (biri vardı, …) və sonluq (göydən 3 alma düşdü …). Spesifik formalı janr olan nağıllar uşaqların həyatında, təlim-tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. I sinifdən başlayaraq şagirdlərin oxu vərdişlərinin inkişaf etdirilməsi baxımından nağılların rolu çox əhəmiyyətlidir. Nağılların uşaqların ruhuna yaxın olması, maraqlı olması və s. cəhətlər onun oxunması üçün stimul yaradır. Ən mühüm məsələ odur ki, nağılların oxusu zamanı şagirdlər həmçinin müsbət mənəvi-əxlaqi keyfiyyətlər qazanırlar.
İbtidai siniflərdə nağılların oxusundan sonra nağıl elementlərindən istifadə etməklə nağıl yaratmaq uşaqların ən çox sevdiyi tapşırıqlardan biridir. Ona görə ki, onlar öz kiçik qəlblərinin arzusunu belə “nağıllarda” asanlıqla ifadə edə bilirlər.
Nağıllar şagirdlərin şifahi nitqinin formalaşmasında çox müsbət rol oynayır ki, bunu başqa cür əvəz etmək olmaz. Nağıletmə, nağılları söyləmə şagirdlərin ən çox sevdiyi təlim növüdür. Müəllim nağılların söylənməsində şagirdlərə müstəqillik verməlidir. Çünki bizə nağılın “nöqtə, vergülünə qədər” olduğu kimi söylənməsi yox, bu şəraitdə şagirdin təfəkkür və nitqinin, üstəlik təxəyyül və fantaziyasının inkişafı önəmlidir. Belə yanaşmada şagirdlər daha çox iradi-əxlaqi keyfiyyətlər qazanır, təcrübi olaraq ədəbi dil normalarına yiyələnirlər.
Nağıllar tədris və tərbiyə əhəmiyyəti daşımaqla, oxu bacarıqlarının, oxu vərdişlərinin yardılmasında da müstəsna pol oynayır. Elə düşünmək olmaz ki, bunlar elə nağılın oxunması ilə həll olunan məsələlərdir, əksinə nağılların oxusu çox diqqət tələb edir. Belə ki:

  • nağıl şifahi nitqlə söylənir;

  • nağıletmə üçün nəzərdə tutulmuşdur;

  • spesifik dili vardır;

  • imkan daxilində səhnələşdirmə aparılmalıdır;

  • ifadəli oxu əsas şərtdir

  • nağıletmə və oxuda dinləyicinin ünsiyyəti mütləqdir;

  • nağılın keyfiyyətli oxusu oxu vərdişlərinin açarıdır.

Nağılların tədrisində aşağıdakılara əməl olunmalıdır:

      • Nağılların tədrisində fəal təlim metodlarından istifadə edilməklə, hekayənin tədrisi kimi iş təşkil edilməlidir.

      • Şagirdlərə çatdırılmalıdır ki, nağıllarda insanlar öz arzularını əks etdirirlər.

      • Hadisələrin heyvan və quşların dilindən verilməsi, div, əjdaha kimi miflər nağılın maraqlı olması üçün verilir.

Nağılların zaman-zaman reallığa çevrilməsi, radio, televizor, təyyarələrin sehirli aləmdən günümüzə gəldiyi şagirdlərə izah edilməlidir.
Ümumiyyətlə, nağıllarda qəhrəmanların xarakteristikasını müəyyənləşdirmək üçün açıq suallar verilməlidir. Belə suallar müxtəlif fərziyyələrin yaranmasına səbəb olur ku, bu da şagirdlərin fəallığını və müstəqilliyini təmin edir. II sinif dərsiliyində verilmiş nağılla bağlı aşağıdakı sualları vermək olar [9, s. 156-157]:
-Balaca Əhməd doğma kəndini düşməndən qorumaq üçün nə etdi?
-Kənd camaatının fikri nə idi?
-Padşah kəndə girə bilmək üçün nə fikirləşdi?
-Düşmənə güc göstərməklə, yoxsa, ağılla qalib gəlmək olar?
-Balaca Əhməd necə oğlandır?
Yaxud:
-Ögey ana göyçək Fatmaya nə üçün zülm edirdi?
Şagirdlərin fərziyyələri dinlənilir:
-Ögey anadır, Fatmanın xoşbəxtliyini istəmir.
- Paxıldır.
- Fatmanın pis günə düşməsini istəyir.
-Fatma gözəldir ona görə gözü götürmür.
-Öz qızı kifirdir, paxıllıqdan partlayır.
Şagirdlər nağılda mənfi və müsbət obrazları çox yaxşı dəyərləndirə bilirlər. Nağıllarda öyrədicilik, nəsihətvermə edlementləri çoxdur, bu da nağılların didaktik təsir gücünü göstərir. Nağıllar insan xarakterini, qarşılıqlı münasibətləri çox gözəl şəkildə açmağa müvəffəq olur. Nağıllar nağıl etmək üçün yaranmışdır. Bu, onların xarakter cəhətidir.
Nağılların məzmunu, dili mətnə yaxın şəkildə nağıletməni təmin edir. Müəllim və ya yoldaşlarının oxusunda nağılın fonoxrestomatiyası güclü təsirə malik olur. Şəkillər üzrə nağılın danışılması, səhnələşdirmə, rollu oyun, nağıla aid şəkil çəkmə və s. şagirdlərin yaradıcılıq qabiliyyətini və nitq bacarıqlarının inkişafını təmin edir.
Nağılın ardıcıllığını gözləmək üçün ibtidai siniflərdə planın tərtibi faydalıdır. Qrup işlərində şagirdlərə nağıla aid şəkillərin çəkilməsini də tapşırmaq olar. Nağıl üzrə işin səmərəli təşkili üçün personajların (simurq quşu, əjdaha, uçan xalça ...) təsviri, çizgi filmlərinin nümayişi və s. istifadə edilir. Nağıllar şagirdin danışığı-nitqi üçün əvəzsiz rol oynayır. İfadəli oxu nağılın məzmununu canlı çatırmaqda mühüm əhəmiyyət kısb edir.
Nağıllar şagirdin oxusunu mükəmməlləşdirir. Səs tonundan, vürğudan, fasilədən istifadənin oxuya təsirini anlayan şagird nağılın oxusunda daha diqqətli olur.  Müxtəlif hadisələrdən bəhs edən nağılların oxusu şagirddən daha dinamik və çevik fəaliyyət göstərməyi tələb edir. Sözlərin avazlı səslənməsi, vurğunun müxtəlif növlərinin istifadəsi, səs tonunun idarə edilməsi intonasiyanı dəyişir, sehirli nağılların oxusunu səciyyələndirir. 
Nağıllar tədris edilərkən şagirdlərin reaksiyası, gözlərinin, sifət mimikasının dəyişməsi, səsin çalarlarına həssaslığın artması və s. nəzərə alınmalıdır. Nağılların tədrisinə həsr edilmiş oxu dərslərində fəal təlim üsullarından istifadə edilməsi effektlidir.
Fəal təlimlə qurulmuş dərsdə aşağıdakı mərhələlər vardır:

  • Motivasiya, problemin qoyuluşu(Tədqiqat sualı)

  • Tədqiqatın aparılması

  • İnformasiya mübadiləsi

  • İnformasiyanın müzakirəsi

  • Ümumiləşdirmə və nəticə çıxarma

  • Yaradıcı tətbiqetmə və ya ev tapşırığı

  • Qiymətləndirmə və ya refleksiya

İndi fəal (interaktiv) təlimlə bir nağılın öyrənilməsinə nəzər salaq:
Mövzu:Yalançı çoban (1-ci saat)[9, s. 174-175].


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin