Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə64/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   60   61   62   63   64   65   66   67   ...   70
C.Nabat Monoqrafiya

Motivasiya mərhələsində. Dərsin motivasiya mərhələsində şəkillərdən istifadə effektlidir. Bu zaman şəkillər dərsin başlanğıc nöqtəsini təşkil edir, şagirdlərin yeni materialla tanış olması şəklə baxmaqdan başlayır[11, s.8].

  • Tədqiqatın aparılması mərhələsində. Şəkillər oxu materialın öyrənilməsi prosesində dərsin gedişinə kömək edir.

  • Ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsində. Şəkillər dərsin öyrənilməsindən sonra oxu materiallarının mənimsənilməsinin son mərhələsində möhkəmləndirmə məqsədilə istifadə edilir.

  • Yaradıcı tətbietmə mərhələsində. Şəkil alınmış bilikləri tətbiq etmək üçün ya da dərsin mənimsənilməsinin gedişində yoxlama vasitəsi kimi istifadə edilir.

  • Qiymətləndirmə mərhələsində. Qiymətləndirmə mərhələsində şəkil emosinal sonluq kimi tətbiq edilə bilir.

    Müəllim oxu mətninin izahı prosesində əşya əyaniliyindən, eksponatlarından istifadə edə bilər. Muzeylərə, obyektlərə ekskurisyaların təşkili də bura daxil edilir. Oxu mətnlərinin tədrisində muzey-dərs və ya ekskursiya-dərs adlanan belə dərs tipindən istifadə edilməsi məqsədəuyğundur.
    Metodiki ədəbiyyatda çox vaxt şərti əyanilik-simvolik və qrafik əyani vəsait adlanır. Bunlar əsil əyani vəsait olmasa da, şagirdlər tərəfindən materialın yaxşı qavranılmasına əhəmiyyətli kömək edir. Şərti-simvolik-qrafik əyani vəsaitin vəzifəsi fikri əməliyyatlara kömək etmək və hadisələrə aydınlıq verməkdən ibarətdir.
    Sxem, cədvəl, diaqram və s. əyani vəsait də sinifdə nümayiş etdirilməlidir. Strategiyalı oxu prosesində istifadə olunan əyani vəsaitlər içərisində yazı lövhəsi, marker mühüm yer tutur. “Ağıllı lövhə” isə “həcmli” əyani vəsait hesab olunur. Bunların istifadə qaydası şərti-qrafik və simvolik əyani vasitələrin istifadə olunması qaydasına yaxındır. Dərsin izahı zamanı elektron lövhədə göstərilən əyanilik də dəqiq məlumat vermək, oxu materialının məzmununu açmaq imkanı yaradır.
    Təlimdə əyanilik şagirdlərin fəallıq və müstəqilliyini, təlimin səmərə və keyfiyyətini artırmağın vacib şərtidir[7, s.5]. Bu baxımdan oxu dərslərində fəal(inteaktiv) təlimin və əyaniliyin rolu əvəzedilməzdir. Əyanilik uşaq təfəkkürünün əyani-obrazlı xarakterindən irəli gəlir və imkan daxilində, hər bir oxu dərsində mətninin xarakterinə uyğun tətbiq edilməsi məqsədəuyğundur. Bu zaman şagird oxunan mətni daha şüurlu, dərindən mənimsəyir. Oxu dərsində tətbiq edilən əyanilik kiçikyaşlı şagirdlərin təfəkkürünü inkişaf etdirir. Onlarda əşya və hadisələrə emosional münasibətin yaaranmasında mühüm rol oynayır. Beləliklə, oxu mətnində təsvir olunan şəxslər, əşya və hadisələrin təsir gücü artır, şagirdin idrak fəaliyyətini daha çox fəallaşdırır. Əyanilik təfəkkürün təbiətinə uyğundur və oxu dərslərində tətbiqi şagirdlərin hisslərində dərin təsir oyadır, mətndə təsvir edilənlər uzun müddət yadda qalır, təlimin keyfiyyətinin artmasına da kömək edir. Məsələn, görkəmli yazıçımız Süleyman Sani Axundovun “Qaraca qız” əsəri dördüncü sinfin dərsliyində şəkillərlə əyaniləşdirilir ki, şagirdlər şəkillərə baxdıqdan sonra mətni oxuyur, mətnlə şəkilləri əlaqələndirir və yazıçının “Qaraca qız” əsərini uzun müddət daha yaxşı yadda saxlayırlar[6, s.123-126]. Hər bir halda müəllim əyani vəsaitin hansı cəhətləri üzərində dayanacağını, bu işi necə aparacağını dəqiq müəyyənləşdirməlidir.
    Başqa kombinə edilmiş əyani vasitələr də vardır: foto-montaj, albom buna misal ola bilər. Foto-montaj və albomlar, qəzet və jurnallardan kəsilib yapışdırlmış kino şəkilləri, yazıçı və şairlərin fikirləri yazmış tablolar kombinə edilmiş əyani vəsait kimi maraqlıdır.
    Əyani vəsaitin şagirdləri maraqlandırması, onlara müəyyən biliklər verməsi müəllimin izahını, bələdçilik rolunu azaltmır. Çox vaxt natural əyanilik təsviri əyaniliklə, müəllimin şifahi sözü ilə vəhdətdə təsir göstərir. Akademik L.B.Zankov çox haqlı olaraq qeyd edir ki, müəllimin sözü iştirak etdiyi zaman şagirdlərin əyani obyektləri bilavasitə qavramalarını ön plana çəkir.
    Ona görə də istər oxu dərslərində, istərsə də, digər dərslərdə müəllim əyaniliklə bağlı hansı sualları qoyacağını, nə kimi izahat və məlumat verəcəyini ciddi düşünməlidir. Müəllimin sözü əyani vəsaitin (şəkillərin) düzgün müşahidə edilməsini, oxu materialının şüurlu qavranılmasını təmin edir.
    Praktik fəaliyyətdə müəllimin özü, sözü konkret əyanilik funksiyasını yerinə yetirir. Bədii materialların oxunmasında söz əyaniliyi xüsusi yer tutur. Bu baxmdan müəllimin nitqinin obrazlı olması, onun ifadəli oxumaq vərdişinə yiyələnməsi böyük rol oynayır. A.M.Rıbnikova göstərir ki, ifadəli oxumaq bədii material üzərində işin birinci və ilk konkret forması olmaqla bizim üçün hər hansı görmə əyaniliyindən mühümdür.
    Oxunun ifadəliliyindən əsasən mətnin bütöv oxunması zamanı istifadə olunur. Onun köməyi ilə şagirdlər əsərin obrazlar aləminə daxil olur, onların təxəyyülu zənginləşir, mövzuya marağı artır. İfadəli oxu dərslikdəki illüstrasiyalar və ya rəssam şəkillərinə baxmaqla aparıldıqda dərsin səmərəliliyi daha da artır. Bəzən foto şəkillərdən (ağ-qara, rəngli), portretlərdən istifadə edilir. Bunlar xarakter etibarı ilə natural əyaniliyə yaxındır.
    Müəllim şəklə baxmağı, önu görməyi, oxu materialı ilə əlaqələndirməyi, gördükərini təhlil etməyi şagirdlərə öyrətməlidir. Şəkil üzrə işin təşkili aşağıdakı ardıcıllığla aparılmaıdır:
    -şəklin məzmunu ilə ümumi tanışlıq;
    -onun oxu mətninin hansı hissəsi ilə əlaqələndiyinin müəyyənləşdirilməsi;
    -məzmuna uyğun olan və olmayan hissələrin fərqləndirilməsi;
    -şəklə münasibətin bildirilməsi;
    - oxu materialının öyrənilməsinə təsirinin müəyyənləşdirilməsi.
    Əyani vəsaitdən dərsin hansı mərhələsində istifadə ediləsinin də çox mühüm əhəmiyyəti vardır. Məktəb təcrübəsi göstərir ki, oxunan materilın xarakterindən və məzmunundan asılı olaraq dərsin bütün mərhələlərində istifadə etmək mümkündür.
    Motivasiya mərhələsində əyani vəsaitdən istifadə şagirdlərin oxu materialını şüurlu mənimsəməsinə güclü təsir göstərir. Mətnin ifadəli oxusu prosesində əyani vəsaitdən daha çox istifadə olunur. Bu zaman əyanilik mətnin məzmununun dərindən dərk edilməsini asanlaşdırır. Qeyd etmək lazımdır ki, dərslikdə oxu mətninə aid şəkil, illüstrasiya varsa, digər əyani vəsaitdən istifadəyə bir o qədər ehtiyac yoxdur. Dərslikdəki oxu mətnindən həmin illüstrasiyalara ad tapılması, şəklin oxu mətninin hansı hissəsinə aid olmasının tapılması və s. məntiqi çalışmalar şagirdlərin maraqına səbəb olur.
    Ümumiyyətlə, oxu dərslərində istifadə olunan şəkillərin yeri və mövqeyi haqqında fikirləri belə ifadə etmək olar:
    1. Müəllim oxu prosesində təsvirdən istifadə edə bilər. 2. Şəkil oxudan sonra materialı möhkəmləndirmək üçün cəlb edilə bilər. 3. Şəkil şagirdlər üçün yeni bilik mənbəyi ola bilər.
    K.D.Uşinski qeyd edirdi ki, uşaq rənglərlə, formalarla, surətlərlə fikirləşir. Ona görə də əyaniliyin köməkliyi ilə hər bir şey daha mükəmməl mənimsənilir. K.D.Uşinski əlavə edir ki əyanilik metodunda təlim mücərrəd sözlər və təsəvvürlər üzərində deyil şifahi şərhdəki kimi bilavasitə qavranılan konkret obrazlar üzərində qurulmuş olur. Müəllim şagirdin qəlbində hazır obraz tapır və özünün təlimini bu obraz üzərində qurur[10, s. 132].
    Əyaniliyin idrak yükü həm də çoxmənalıdır: 1)əyani surətlərdə, əyani vasitələrdə hadisələrin təsviri verilir; 2) dərketmənin, düşünmənin dərinliyi artır.
    Əyanilik həm də, canlı gerşəkliyin qavranılmasında obyekt rolunu oynayır. Əyaniliyin yaratdığı obrazlar uzun müddət yaddaşda qalır. Əyanilik mənimsəmənin keyfiyyətini yüksəldir, aydın və şüurlu dərketməni təmin edir.
    Azərbaycan dilinin, o cümlədən oxunun tədrisində görkəmli şəxsiyyətlərin, yazıçı və şairlərin şəkillərindən istifadə edilir. Dərs prosesində öyrənilən mətnin yazarını və ya mətndə haqqında bəhs olunan şəxsiyyətin xarakterini səciyyələndirərkən uyğun şəkil-portretlərdən istifadə edilməsi səmərəlidir. Əgər şagirdlər müstəqilliyimizlə bağlı mətnlə tanış olurlarsa, bu zaman görkəmli liderlərin şəkilləri mütləq təqdim edilməlidir. İlk demokratik cümhuriyyətin yaradıcısı M.Rəsulzadənin, müasir müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin portreti sinif otağından asılmalı, yeri gəldikcı böyük şəxsiyyətlərin xarakteristikası verilməlidir.
    Müəllim şagirdlərin köməyi ilə oxu dərslərində istifadə etmək üçün əyani vasitə hazırlanmasına ciddi fikir verməlidir. Bunun üçün ayrı-ayrı siniflərdə əyani vəsait hazırlayan qrup yaradılmalıdır. Bu qruplar ayrı-ayrı siniflərdən seçilmiş şagirdlər ola bilər. Belə qruplara sinfin əl qabiliyyəti yaxşı olan şagirdlərini cəlb etmək faydalıdır.
    Oxu dərslərində istifadə olunan əyani vəsaiti əldə etmək, imkanı yoxdursa, hazırlamaqla problemi həll etmək, sinfi nizama salmaq müəllimin diqqət mərkəzindən qaçmamalıdır. Müəllim belə işlərə sinfin fəallarını cəlb etməli, həmçinin bu sahədə səriştəsi olan digər şagirdlərin də iştirakını təmin etməlidir. Şagirdlərin iştirakı ilə hazırlanan əyani vəsaitlər ya sinif otağında olmalı, ya da əyani vəsaitin istifadə ediləcəyi dərsdən əvvəl sinif otağına gətirilməli, hazır saxlanılmalıdır.
    Oxu dərslərində plakatlardan da istifadə edilir ki, bu da dərsdəki fəallığı artırır. Tədris məqsədilə buraxılmış digər şəkillərdən, kitab şəkillərindən, memarlıq və incəsənətə aid reproduksiyalardan istifadə edərkən bunların hər birinin özünəməxsus iş metodunun olduğunu da nəzərə almaq lazımdır.
    Ədəbiyyat

    1. Cəbrayılov İntiqam Bakı: Mütərcim, 2009, 416 s.

    2. Hüseynzadə R.L. Pedaqogika- 2 cilddə, Bakı, 2013, 839 s.

    3. İsmayılov R., Abdullayeva S., Orucova G., Cəfərova D. Azərbaycan dili(I sinif, dərslik). Bakı, 2012, 159 s.

    4. İsmayılov R., Orucova G., Xəlilov Z., Cəfərova D. Azərbaycan dili (II sinif, dərslik). Bakı, 2009, 208 s.

    5. İsmayılov R., Orucova G., Cəfərova D., Xəlilov Z. Azərbaycan dili (III sinif, dərslik). Bakı, 2012, 207 s.

    6. İsmayılov R., Abdullayeva S., Cəfərova D., Qasımova X. Azərbaycan dili (IVsinif , dərslik). Bakı, 2011, 224 s.

    7. Kərimov Yəhya. Dərsdə şagirdlərin müstəqil işi. Bakı, 1996, 34 s.

    8. Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1961

    9. Rüstəmov F, Dadaşova T. Ali məktəb pedaqogikası. Bakı, 2007, 568 s.

    10. Uşinski K.D. Seçilmiş əsərləri. X cild. Moskva, 1953,  556 s.




    Yüklə 0,51 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   60   61   62   63   64   65   66   67   ...   70




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin