Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu dərslərində nitqin obrazlılığı lüğət üzrə işin mühüm sahəsi kimi



Yüklə 0,51 Mb.
səhifə51/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   47   48   49   50   51   52   53   54   ...   70
C.Nabat Monoqrafiya

Oxu dərslərində nitqin obrazlılığı lüğət üzrə işin mühüm sahəsi kimi

Oxu dərslərində lüğət üzrə işin mühüm sahələrindən biri nitqin obrazlılığı üzərində işdir. Oxu prosesində çətin söz və ifadələr izah edildikdən sonra mətn hissə-hissə oxunarkən şagirdlərin diqqəti mətndə olan obrazlı ifadələrə cəlb edilir. Bu zaman şagirdlər müəyyən bir bədii lövhənin şair və yazıçı tərəfindən hansı obrazlı ifadələrin köməyi ilə yaradıldığının şahidi olurlar. Məsələn, şagirdlərin diqqəti şeirdəki obrazlı ifadələrə cəlb edilir (obrazlı ifadələrin altından xətt çəkilmişdir):


Zəhmət və Zinət
Ulduzlarla əylənərək
Ay göz qırpır,
Zəhmət və Zinət
Tayalara söykənərək,
Şirin-şirin edir söhbət.

Hər tərəfə Alış baxdı,


Qəlbi güldü al şəfəq tək.
Gözlərində şimşək çaxdı,
Kişi oldu lap sevincək.

Hələ Zəhməti və Zinəti


Görüncə bir yerdə çox şən,
Ürəyində məhəbbəti
Dəniz kimi coşdu birdən. Abdulla Şaiq [7, s.196].
Obrazlı ifadələr üzrə iş apararkən çalışmaq lazımdır ki, şagirdlər bir tərəfdən obrazlı ifadələrin əsərin bədii qüvvəsini artıran vasitə olduğunu anlasınlar, digər tərəfdən də bu iş əsərin məzmununu, ideyasını dərindən, şüurlu dərk etmək vasitəsinə çevrilsin. Bəzi hallarda müəllim obrazlı ifadələrin bədii əhəmiyyətini başa salmaq üçün verilən mətndən obrazlı ifadələri çıxarıb hər iki variantı müqayisə edə bilər. Məsələn: Güclü külək vıyıltı ilə əsir, göylərə can atan uca çinarın belinə dolanır, onu yıxmağa can atırdı. Çinar isə öz əzəmətli, vüqarlı duruşu ilə küləyə meydan oxuyurdu.
Bulağın dümdürü suyuna baxanda, səmanın gözəlliklərinin suda əksinin əsrarəngiz görüntüsü insanı valeh edirdi.
Belə müqayisələrdə məzmunu saxlamaq çox vacibdir. Oxu dərslərində leksik işin müxtəlif növlərindən istifadə etmək məsləhət görülür. Onlardan ən vaciblərinə diqqət yetirək:

    • sözlərin çoxmənalılığını izah etmək;

    • hər hansı fikri daha aydın təsvir etmək üçün uyğun sözü seçə bilmək;

    • mətndən sinonimləri və ya antonimləri seçmək, onlara öz bildiklərini əlavə etmək;

    • mətndə məcazın müxtəlif növlərini seçmək, onları uyğun məcazlarla əvəz etmək;

    • yeni sözlər üçün lüğət dəftəri düzəltmək və yeri gəldikcə istifadə etmək;

    • eyni sözü (omonimləri) cümlələrdə müxtəlif mənalarda işlətmək;

    • çoxmənalı sözlərə sinonimlər tapmaq;

    • çoxmənalı sözlərə antonimlər tapmaq;

    • söz birləşməsini bir sözlə əvəz etmək;

    • verilmiş sözlərin əlamətlərinə görə sinonim, antonim, çoxmənalı söz, təkmənaı söz olmasını müəyyənləşdirmək;

    • oxu mətnində iştirak edən müsbət və mənfi surətlərə aid sinonim və antonimləri seçmək.

Təcrübə göstərir ki, oxudan əvvəl, oxu zamanı, oxudan sonra aparılan lüğət üzrə işlər şagirdlərin nitq inkişafında böyük əhəmiyyət kəsb edir. Onların nitqi daha dolğun, dəqiq, məzmunlu, ifadəli və obrazlı olur. Qeyd etmək lazımdır ki, lüğət üzrə işləri təkcə oxu dərsləri ilə məhdudlaşdırmaq olmaz, bütün dərslərdə və dərsdənkənar məşğələlərdə də lüğət ehtiyatının zənginləşdirilməsi qayğısına qalınmalıdır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin