Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu vərdişlərinin yaradılmasınada fəal təlim texnologiyalarından istifadə



Yüklə 0,51 Mb.
səhifə66/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   62   63   64   65   66   67   68   69   70
C.Nabat Monoqrafiya

Oxu vərdişlərinin yaradılmasınada fəal təlim texnologiyalarından istifadə

İbtidai siniflərdə oxu vərdişlərini şagirdlərə aşılamaq üçün müəllimlər müxtəlif təlim texnologiyalarından istifadə edirlər. Bu təlim texnologiyaları şagirdlərin oxu vərdişlərinə daha tez və asan yiyələnməsinə şərait yaradır. İbtidai siniflərdə şagirdlər tərəfindən daha çox başa düşülən, asan, onların yaş səviyyəsinə uyğun üsullardan istifadə olunur. Bu üsulların əsasında isə iş formaları, resurslar müəyyən olunur. Müəllim hər bir dərsi öncədən planlaşdırır və bu zaman iş formaları və iş üsullarını düzgün seçmək və yerli-yerində işlətmək müəllimlərin əsas vəzifələrindən biri sayılır.
Oxu təlimi ilə bağlı ibtidai təhsil səviyyəsinə əsasən I-IV siniflər üzrə dərslikdə bir çox nümunələr vardır. Bu oxu mətnlərini şagirdlərə mənimsətmək üçün elə təlim texnologiyaları seçilməlidir ki, şagirdlər oxunan mətnin mahiyyətini tam dərk edə bilsinlər. Əks təqdirdə öyrənilən hər bir material hafizəyə əsaslanar və ənənəvi təlim xüsusiyyəti daşıya bilər. Bu məqsədlə hər bir müəllimin öz təlim texnologiyası mövcuddur. Bu texnologiyalardan düzgün itifadə etmələri onların dərsinin daha keyfiyyətli olması deməkdir.
Bütün təlim texnologiyaları ümumi məqsədə xidmət edir. Buna görə də istənilən təlim texnologiyasını seçməzdən əvvəl təlim nəticələrini, dərsin məzmununu, öyrəniləcək mövzunun məqsədini hərtərəfli öyrənmək lazımdır. Əks təqdirdə seçilən təlim texnologiyası dərsin məqsədini reallaşdıra bilməyəcək.
Oxu qaydaları şagirdlərə düzgün forma və üsullarla çatdırıldığı təqdirdə şagirdlər asanlıqla, uğurla oxu prosesini mənimsəyə bilərlər. Əlbəttə, anlaşılan, başa düşülən bir təlim metodunu tətbiq etmək də rahat olar. Oxu vərdişlərinin yaranması daha çox mütaliə etməklə, disskusiya və dialoqlar əsasında formalaşır. Bu səbəbdən də bu dərsləri keçərkən kiçik qruplarla işdən istifadə daha məqsədəuyğun ola bilər.
Bunun üçün şagirdlərin sayına uyğun olaraq iş forması seçilir. Şagirdlər qruplara bölünmə qaydalarına uyğun qruplara ayrılırlar. Qruplarla iş zamanı fəal təlim metodlarından şagirdlərin yaş, bilik səviyyəsindən, oxu materialının xarakterindən asılı olaraq tapşırıqlar verir. I-III siniflərdə ən çox istifadə olunan üsullara; əqli hücum, klaster, söz assosiasiyası, akvarium, auksion, qar topası, anlayışın çıxarılması və s. aiddir. Dördüncü sinifdə müəllim layihələrin hazırlanması metodundan da istifadə edilə bilər. Məsələn, uşaqlar artıq dördüncü sinifdə köməkçi mühakimə xarakterli oxu materialları ilə tanış olurlar. Bu zaman müəllim mühakimə xarakterli oxu materialları ilə təsviri xarakterli oxu materiallarını müqayisə etmək üçün Venn diaqramından istifadə edə bilər. Ümumilikdə, şagirdlərə həmin oxu mətnlərində fərqli məqamların araşdırılması ilə bağlı layihənin hazırlanması da tapşıra bilər. Bu zaman şagirdlər daha çox tədqiqat işi ilə məşğul olur və biliklərə müstəqil yiyələnirlər. Layihələrin hazırlanmasında müəllim əqli hücumdan istifadə edib, şagirdlərin istəklərini müəyyənləşdirə bilər.
Dördüncü sinif şagirdləri sadə təhlillər aparmağı bacarırlar. Qruplarla iş zamanı oxu mətninin tərkibi ilə bağlı təhlildən istifadə edilməsi oxu vərdişlərinin, o cümlədən sözlərin düzgün tələffüz edilməsi sahəsində vərdişlərin yaranmasına səbəb olur. Bu da oxu mətnlərinin orfoepik qaydalara, intonasiya komponentlərinə əməl edilməklə oxunmasına səbəb olur. Mətnin təhlili üzrə işin təşkilində təlimin qrup formasından istifadə edilməsi şagirdlərin fəallığına şərait yaradır.
İbtidai siniflərdə anlayışın çıxarılması üsulundan istifadə etmək də maraq doğurur. Məsələn: mətnin əsas ideyasının müəyyənləşdirilməsinə, məzmununa, müəllifin çağırışına, surətlərin xarakterinə, oxuda sözlərin düzgün deyilişinə, orfoepiyaya aid və s. tipli suallarla şagird artıq əsas anlayışın düzgün oxu (strategiyalı oxu) olduğunun fərqinə varmış olur. İbtidai sinif dərsliklərində oxu mətnlərinə dair bəzi çalışmaların həyata keçirilmə forması da qeyd olunur. Bunlardan biri də aşağıdakı çalışmadır.
“Heydər Əliyevin kəlamları”na dair layihə hazırlayın [5, s. 43-44].
İş vərəqi
Bugünkü şagirdlər gələcəyin qurucularıdır.
İş vərəqi
Ədalət qalib gələcək.
İş vərəqi
Hadisənin qarşısını almaq daha asandır.
İş vərəqi
Hər bir xalqın milli mənəvi sərvəti onun dilidir.
Bu məruzələr hazırlanandan sonra onları təqdim etmək lazımdır ki, bu zaman şagirdlər öz təqdimatlarını strategiyalı oxu, ədəbi tələffüz qaydaları çərçivəsində başa vurmağa çalışırlar. Bundan başqa ola bilər ki, onlar hazırladıqları məruzələrdə müəyyən sözlərin deyilişini olduğu kimi yazsınlar. O zaman müəllim öz izahı ilə şagirdlərə kömək edir.
Klaster üsulundan istifadə bütün təlim formalarını özündə əks etdirir. Yəni klasterdən həm fərdi, həm cütlərlə, həm də kiçik və böyük qruplarla iş zamanı istifadə olunur. Məsələn, müəllim strategiyalı oxuya dair yeni bir qayda öyrədərkən bu vaxta qədər oxunun növlərinin əsas xüsusiyyətlərini ümumiləşdirməkdən ötrü bu üsuldan istifadə edə bilər.
Fəal dərsin təşkili üçün interaktiv metodların hər birinin özünəməxsus yeri vardır. Bir nümunəyə nəzər salaq.
Standart: 2.2.1; 4.1.3.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin