Tədqiqatın elmi yeniliyi. Dissertasiya işində elmi yeniliyi ondan ibarətdir ki, hidroloji və meteoroloji proseslərdən yaranan təhlükəli hadisələr illər üzrə statistik təhlil edilmişdir.Belə ki, 2005-2018 illərdə respublika ərazisində baş verən təhlükəli hidrometeoroloji hadisələrin maksimum göstəriciləri öyrənilmişdir.Respublikamızın beynəlxalq hava limanlarında il ərzində baş verən təhlükəli meteoroloji hadisələrin gösrəriciləri CİS proqramından istifadə edərək təhlil edilmişdir.
Tədqiqatın praktik əhəmiyyəti. Dissertasiya işinin praktik əhəmiyyəti iqlim dəyişmələri fonunda respublika ərazisində, o cümlədən hava limanlarında baş verən təhlükəli hidrometeoroloji hadisələrin onların statistik təhlillərini aparmaqdır.Bu məqsədlə ölkə ərazisində təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı, onların respublika ərazisində paylanması və illər üzrə statistik təhlil aparılması qarşıya vəzifə qoyulmuşdur.
Disertasiya tədqiqatı girişdən, üç fəsildən, nəticədən və ədəbiyyat siyahısından ibarətdir.Girişdə disertasiya işinin mövzusunun aktuallığı əsaslandırılmış, məqsəq və vəzifələri müəyyənləşdirilmiş, elmi yeniliyi və əldə olunan nəticələri aşkar edilmişdir.
Disertasiya işində 11 cədvəl, 8 qrafik və 14 şəkil göstərilib və 77 səhifədən ibarətdir.Disertasiya işində 24 ədəbiyyat siyahısından istifadə edilimişdir.
Dostları ilə paylaş: |